Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

168 
 
olmuşdur. Xüsusən Əlcəzairdə çox istifadə edildiyinə görə ədəbiyyatların bir çoxunda onu 
«həşişin Əlcəzair növü», yaxud sadəcə «Əlcəzair həşişi» adlandırırdılar. 
Teofil  Qotyenin  şəhadətinə  görə,  klubun  həyatında  aktiv  iştirak  edən  Bodler 
«eksperimentləri  gedişində  həşişi  cəmi  bir,  yaxud  iki  dəfə  qəbul  etmişdir,  heç  vaxt  onu 
daimi  istifadə  etməmişdir.  Aptekdə  alınan  və  jiletin  cibində  daşınan  bu  xoşbəxtlik  onda 
ikrah  doğurmuş,  onun  ürəyini  bulandırmışdır».  Sonralar  Bodler  opiuma  öyrəşir,  lakin 
1850-ci  illərin  əvvəllərində  meylinin  qabağını  ala,  onun  öhdəsindən  gələ  bilir,  öz 
psixodelik təcrübəsi haqqında üç böyük məqalə yazır. Həmin məqalələr 1860-cı ildə «Süni 
cənnət» məcmuəsini təşkil etmişdir. Məqalələrdən ikisi kannabinoidlərə həsr olunmuşdur. 
1851-ci  ildə  «Çaxır  və  həşiş»,  1858-ci  ildə  «Həşiş  haqqında  poema»  dərc  edilmişdir. 
Bodler  onların  təsirinin  maraqlı  olduğunu  bildirmiş,  lakin  yaradıcı  şəxsiyyət  üçün 
qəbuledilməz hesab etmişdir. Bodlerin gəldiyi qənaətə görə, «çaxır insanı ünsiyyətcil edir 
və xoşbəxt göstərir, həşiş onu təcrid edir. Çaxır iradənin tərifini göylərə qaldırır, həşiş onu 
məhv edir». Buna baxmayaraq Bodler öz məqalələrində obyektiv müşahidəçi kimi çıxış 
edir, həşişin psixotrop effektlərini şişirtmir və artıq dərəcədə öyüd-nəsihət vermək istəmir. 
Buna  görə  öz  təcrübəsindən  çıxardığı  qeyri-qənaətbəxş,  kifayətləndirməyən  nəticələr 
müəyyən etimad payı olan məlumatlar kimi qavranılır, qəbul edilir. 
1865-ci ildə Bodler Belçikaya köçür. Cansıxıcı və darıxdırıcı Belçika həyatına 
nifrət etməsinə və sağlamlığının sürətlə pisləşməsinə baxmayaraq iki il yarımdan artıq bir 
müddətdə orada qalır. Namyurda Sen-Lu kilsəsində olarkən Bodler huşunu itirir və birbaşa 
daş pilləkənlərin üstünə yıxılır.  
1866-cı  ildə  Bodler  ağır  xəstələnir.  Şair  öz  naxoşluğunu  belə  təsvir  edirdi: 
«boğulma  başlayır,  fikirlərim  qarışır.  Yıxılma  duyğusu  meydana  gəlir,  başım  gicəllənir, 
çox güclü baş ağrısı yaranır, soyuq tər basır, qarşısıalınmaz apatiya başlayır». 
Məlum səbəblərə görə şair özündəki sifilis xəstəliyi haqqında qəsdən heç bir şey 
söyləməmişdir. Buna baxmayaraq xəstəlik hər gün onun halını pisləşdirir. 1866-cı ilin 3 
aprelində  Bodler  ağır  vəziyyətdə  Brüssel  xəstəxanasına  çatdırırlar,  lakin  anası  gəlib 
çıxdıqdan sonra onu mehmanxanaya köçürürlər. Həmin vaxt Bodler çox qorxunc, dəhşətli 
bir görünüş əldə etmişdi, belə ki, ağzı əyilmiş, baxışları büsbütün dayanmış, sözləri tələffüz 
etmək  imkanını  praktik  olaraq  tam  itirmişdir.  Xəstəlik  proqressivləşir  və  artıq  bir  neçə 
həftədən  sonra  fikirlərini  cəmləşdirib  fadə  edə  bilmir,  tez-tez  prostrasiyaya  qapılır  (ruh 
düşkünlüyü,  üzgünlük,  laqeydlik,  bezginlik),  artıq  yatağı  tərk  etməkdən  qalır.  Buna 
baxmayaraq  onun  bədəni  hələ  müqavimət  göstərməkdə  davam  edir,  şairin  idrakı 
(dərrakəsi) sönür. Onu Parisə köçürür və dəlilər üçün klinikada yerləşdirilir. 1867-ci ilin 31 
avqustunda elə oradaca dünyasını dəyişir. 
Monparnas qəbristanlığında dəfn olunur, bir vaxtlar nifrət etdiyi atalığı ilə eyni 
qəbirdə torpağa tapşırılır. 1871-ci ilin avqustunda dar məzar şairin anasının da cənazəsini 
qəbul edir. Müfəssəl epitafiyada Bodler haqqında cəmi üç sətir var: «General Jak Opikin 
oğulluğu  və  Karolina  Arşanbo-Defainin  oğlu.  1867-ci  ilin  31  avqustunda  Parisdə  46 
yaşında ikən vəfat etmişdir». Şair Bodler haqqında heç bir söz işlənməmişdir. 
50
Pradye
 
Jan  Jak  (fransızca  Jean-Jacques  Pradier;  rusca  Жан-Жак  Прадье; 
1790–1852)  –  İsveçrə  mənşəli  fransız  rəssamı  və  heykəltəraşı.  Bəzən  sadəcə  Ceyms 
Pradye (James Pradier) adlandırılır. 


169 
 
1790-cı ilin 23 mayında İsveçrənin Cenevrə şəhərində doğulmuşdur. 1852-ci ilin 
4 iyununda 62 yaşında ikən Fransanın Bujival şəhərində vəfat etmişdir.  
 
 
Şəkil 90. Jan Jak Pradye (Jean-Jacques Pradier)  
 
51
Şasserio  Teodor  (fransızca  Theodore  Chasseriau;  rusca  Теодор  Шассерио; 
1819–1856) – fransız rəssamı 
Teodor Şasserio 1819-cu ilin 20 sentyabrında Santo-Dominqo şəhərində anadan 
olmuşdur. 1856-cı ilin 8 oktyabrında Paris şəhərində 37 yaşında ikən vəfat etmişdir.  
 
 
Şəkil 91. Teodor Şasserio (Theodore Chasseriau). Avtoportret, 1835-ci il. 
 
52
Fransız  naqqaşı,  impressionist  hərəkatının  ən  görkəmli  və  orijinal 
nümayəndələrindən biri İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas) çox vaxt 
qısaca Edqar Dega (Edgar Degas) adlanır. 
İler-Jermen-Edqar  de  Qa  1834-cü  ilin  19  iyulunda  Paris  şəhərində  anadan 
olmuşdur. 1917-ci ilin 27 sentyabrında 83 yaşında vəfat etmişdir. 
 


170 
 
 
Şəkil 92. İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas). Avtoportret, 
1854–1855-ci il. Paris şəhərinin Orse muzeyində saxlanılır. 
 
53
Jerom  Jan-Leon  (fransızca  Jean-Leon  Gerome;  rusca  Жан-Леон  Жером; 
1824–1904) – fransız rəssamı, naqqaş və heykəltəraş, akademizm nümayəndəsi. 
1824-cü  ilin  11  mayında  Vezulda  doğulmuş,  1904-cü  ilin  10  yanvarında  80 
yaşında Parisdə vəfat etmişdir. 
 
 
Şəkil  93.  Jan-Leon  Jerom  (Jean-Leon  Gerome;  1824–1904).  XX  əsrin 
başlanğıcında çəkilmiş fotoqrafiya. 
 
54
«Neoyunan» (rusca «неогрек») – 1820-ci illərdə meydana çıxmış və klassik 
yunan nümunələrinə «qayıtmağa» əsaslanan arxitektura stili. 
55
Tragizm  (rusca  трагизм)  –  1)  ədəbiyyatda:  dram  əsərində  faciə  ünsürü, 
faciəvilik; 2) faciə, faciənin olması, faciəlilik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə