Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

158 
 
31
Delfa  (Delfi)  Yunanıstanda  Cənub-Şərqi  Fokidada  yerləşmiş  qədim  yunan 
şəhəridir,  Apollon  orakulu  və  məbədi  ilə  şöhrət  tapmış  ümumyunan  dini  mərkəzi 
olmuşdur.  
Delfa  orakulu  Fokidada  Parnas  dağının  cənub  yamacında  Delfada  Apollon 
məbədində  yerləşmiş  bir  kahinlikdir.  Qədim  yunan  mifologiyasına  görə,  Apollonun  son 
dərəcə böyük, bədheybət, dəhşətli Pifon ilanı üzərində qələbə çaldığı yerdə elə onun özü 
tərəfindən orakulun əsası qoyulmuşdur. Orakulda nominal olaraq (yalnız adda, ancaq kağız 
üzərində) baş, əsas şəxs kahinə (pifiya) olmuşdur. Lakin faktik olaraq bütün qabaqcadan 
deyilən  xəbərlər  hadisələrə  şərh  verən,  onları  yozan  məbəd  kahinələri  tərəfindən  tərtib 
edilmişdir. Ellin dünyasında baş kahinliklərdən biri olmuşdur. 
Əfsanəyə görə, qədim yunan mifologiyası və dinində Zevs (Zeus) qədim Roma 
mifologiyasında isə Yupiter (Yupiter) kimi qələmə verilən baş allah «dünyanın göbəyini» 
(«cahanın ortasını») müəyyən etmək məqsədilə Yer kürəsinin hər iki başından üz-üzə eyni 
sürətlə uçan iki qartal buraxırlar. Qartallar qədim yunan şəhəri Delfa üzərində görüşürlər. 
Məhz buna görə də Delfa şəhəri «dünyanın ortası» hesab edilir və Zevsin əmri ilə buraya 
omfal  qoyulur.  Yunan  dilində  «omfal»  («omphalos»)  sözü  hərfi  mənada  «göbək» 
deməkdir.  Omfala  «müqəddəs  daş»,  «göydən  gələn  daş»  kimi  baxılırdı.  Daşın  meteorit 
olması onun belə məna qazanmasına (fetişləşdirilməsinə) gətirib çıxarmışdır. Bu daşın hər 
iki yanına qızıl qartal fiqurları həkk edilmişdi [2]. 
Yunanıstanda  omfal  daha  çox  pərəstiş  edildiyindən  bir  baytil  hesab  edilirdi. 
Qədim Yunanıstanda allahların məskəni (yurdu) hesab edilən və fetiş xidmətini görən daşı 
«baytil» adlandırırdılar. Qədim kult obyekti (omfal) Delfada Apollon məbədi yaxınlığında 
yerləşən bir baytil kimi məşhurlaşmışdı (şəkil 1). 
 
 
Şəkil 74. Delfada arxeoloji muzeydə saxlanılan omfal 
 
32
Pifiya  (Pythia)  qədim  Yunanıstanda  Parnas  dağının  döşündə  (yamacında) 
yerləşən  Delflərdəki  Apollon  məbədində  Delfa  orakulunun  gələcəyi  görən  kahinəsidir. 
«Pifiya» sözü Delfiya orakulunun əvvəllər mühafizəçisi olmuş Pifon, yaxud Piton (Python) 


159 
 
ilanının  adından  götürülmüşdür.  Apollon  doğulandan  dörd  gün  sonra  oxla  həmin  ilanı 
vurub öldürmüş və orakulun mühafizəsilə özü məşğul olmuşdur. 
 
 
Şəkil 75. Pifiya (Pythia) 
 
33
Aşşurbanipal (rusca Ашшурбанипал) – Assur çarı, Asarxaddonun oğlu. Ona 
həmçinin Aşşurbanapal deyirdilər. Bizim eradan əvvəl 669-cu ildə taxt-taca çıxmışdır. Tir 
və  arvad  şəhərlərini  işğak  etmiş,  şərqdə  və  şimalda  kimmerilər,  skiflər,  midiyalılar 
(madalılar) və digər xalqlarla mübarizə aparmışdır. Qardaşı Şamaşşumukinin Babilistanda 
ona qarşı qaldırdığı üsyanı bizim eradan əvvəl 648-ci ildə yatırmışdır. Eramızdan qabaq 
təqribən 639-cu ildə Elamı ələ keçirmişdir.  
Aşşurbanipal eramızdan əvvəl VII əsrin 40-cı illərində bəzi ərəb tayfalarını və 
dövlətlərini özünə tabe etmişdir. Bizim eradan əvvəl təqribən 628-ci (bəzi mənbələrdə 627-
ci) ilə qədər çarlığı idarə etmişdir.  
Aşşurbanipal  təkcə  Aşşur  çarlığının  axırıncı  böyük  çarı  kimi  deyil,  eyni 
zamanda  qədim  yazılı  abidələrin  toplayıcısı  kimi  məşhurdur.  1849–1854-cü  illərdə 
aparılan  qazıntılar  zamanı  Nineviyada  (Neynəvada)  Aşşurbanipalın  kitabxanası 
tapılmışdır. 
 


160 
 
 
Şəkil 76. Aşşurbanipalın at belində şir ovuna çıxması. Aşşur relyefi  
 
34
Psammetix  Birinci  Uaxibra  (rusca  Уахибра  Псамметих  I)  –  qədim  Misir 
fironu. Bizim eradan əvvəl təxminən 664-cü ildə doğulmuşdur. Eramızdan qabaq 610-cu 
ildə vəfat etmişdir. 
 
 
Şəkil  77.  Sinkretik  Günəş  allahı  Ra-Horaxteyə  bəxşiş  verən  Uaxibra  Birinci 
Psammetixin təsvir edildiyi relyef. Pabasa məqbərəsi 
 
35
Yevsevi  Kesariyalı  (latınca  Eusebius  Caesariensis;  rus.  Евсевий 
Кесарийский; 263–340) – Roma xristianlıq tarixçisi və təfsirçisi, yazıçı, klerik, Kesariya 
yepiskopu. Haqlı olaraq «xristianlıq tarixinin atası» («kilsə tarixinin atası») hesab edilir. 
Onun ən erkən əsəri «Xronika» IV əsrin əvvəlində yazılmış fundamental bir əsərdir. Tam 
mətni yalnız erməni dilinə tərcümədə saxlanılmışdır.  
Kesariyalı  Yevsevinin  qələmə  aldığı  «Xristianlığın  tarixi»  adlı  əsəri  olduqca 
məşhurdur. 
Kesariyalı Yevsevi (Eusebius Caesariensis) 
 


161 
 
 
 
Şəkil 78. Kesariyalı Yevsevi (Eusebius Caesariensis; 263–340) 
 
36
Plutarx Heroneyalı (rusca Плутарх из Херонеи; yunanca Plutarchos) – yunan 
filosofu, yazıçı, tarixçi, bioqraf və moralist. 
Təqribən 46-cı ildə Heroneyada doğulmuşdur. Təqribən 127-ci ildə 81 yaşında 
Bestiyada vəfat etmişdir. 
 
 
Şəkil 79. Plutarxın doğma vətəni Heroneyada qoyulmuş büstü 
 
37
Mayolika  (italyanca  maiolica;  rusca  майолика)  –  naxışlı  minadan  istifadə 
edilməklə  fayans  (saxsı)  qalıqlarından  (bişmiş  gildən)  hazırlanan  keramika  növü.  Ona 
başqa sözlə malyorka, yaxud kaşı deyilir.  
38
Yordans Yakob (niderlandca Jacob Jordaens; rusca Якоб Йорданс) – flamand 
barokkosunun görkəmli nümayəndələrindən biri, rəssam. 


162 
 
 
 
Şəkil  80.  Yakob  Yordans  (Jacob  Jordaens).  Sənətkarın  «Ailə  portreti»  adlı 
silsiləsindən avtoprtreti, təqribən 1615-ci il. 
 
Yakob Yordans 1593-cü ilin 19 mayında Antverpendə doğulmuş, 1678-ci ilin 
18 oktyabrında elə həmin şəhərdə vəfat etmişdir. 
«Lidiya şahı Kandavl öz arvadını Gigə göstərir» (ingiliscə «King Candaules ...») 
əsərini göstərmək olar.  
39
Lafonten Jan de (fransızca Jean de La Fontaine; rusca Жан де Лафонтен) – 
fransız şairi. 
1621-ci ilin 8 iyulunda Şato-Tyerri (indiki En departamenti) Şampan şəhərində 
doğulmuşdur.  1684-cü  ildən  Fransa  Akademiyasının  üzvü  olmuşdur.  İlk  əsərlərini 
klassisizm  ənənələri  əsasında  yazmışdır.  Bunlardan  1658-ci  ildə  yazdığı  «Adonis» 
poeması,  1669-cu  ildə  qələmə  aldığı  «Psixeya  və  Kupidonun  məhəbbəti»  povesti  və 
başqaları göstərilə bilər. Realist novellaları böyük marağa səbəb olmuşdur. 1665–1685-ci 
illərdə  yaratdığı  «Mənzum  nağıllar  və  hekayələr»  əsəri  5  kitabdan  ibarət  olmuşdur. 
İstedadlı təmsilçi 1668–1694-cü illərdə ərsəyə gətirdiyi «Təmsillər» əsəri 12 kitab halında 
buraxılmışdır.  Müəllif  realist  novellalarında  və  xüsusən  təmsillərində  hakimsiniflərin 
özbaşınalığını,  ruhanilərin,  məmurların riyakarlığını və satqınlığını satira  atəşinə tutmuş, 
xalqın müdrikliyini və mənəvi saflığını onlara qarşı qoymuşdur. 
1692-ci  ilin  dekabr  ayının  ortalarında  Lafonten  ağır  xəstələnir,  tamam  ruhdan 
düşür,  həyata  marağını  itirir,  dünya  həzzlərinə  biganə  münasibət  bəsləməyə  başlayır. 
Gənclik illərində teologiyaya maraq göstərdiyini yadına salıb «İncil»dən möhkəm yapışır 
və onu dəfələrlə oxuyur. Cənnət və cəhənnəmin mövcudluğuna dair məsələ ona rahatlıq 
vermir. Yüngül, ədəbsiz hekayələr müəllifi ona əbədi cəza veriləcəyini fikirləşir, onu belə 
bir  təhlükə  gözləməyinə  görə  qorxu  yaşayır,  öz  hekayələrinə  görə  təəssüf  və  peşmanlıq 
hissi keçirir, bir növ tövbə edir. 
1695-ci ilin 13 aprelində Paris şəhərində vəfat etmişdir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə