Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

137 
 
Aydındır  ki,  əgər  qadının  lap  yaxın  vaxtlarda  tanıdığı  gənc  oğlan  onu  elə 
küçənin ortasında soyundurmağa çalışırsa, açıq-saçıq olan nəsə bir şey geyinməyə təhrik 
edirsə,  heç  bir  yerini  gizlətmədən  çox  qəribə  pozalarda  şəklini  çəkməyi  təklif  edirsə, 
həmçinin başqa yollarla onun çılpaq bədənini başqa kişilərə nümayiş etdirməyə can atırsa, 
ayıq-sayıq,  ehtiyatlı  olmaq,  onun  hərəkətlərinə  diqqət  vermək  lazımdır.  Lakin  daim 
səksəkə içərisində həyat sürməyi istəməyən qadınların bir çoxu yubanmadan kandaulezist 
ərini başından rədd etməyə çalışır, normal kişi tapacağına ümid edərək ondan uzaqlaşırlar. 
Təsadüfi deyildir ki,  kandaulezist kişilərin nikahı  çox  çəkmir.  Lakin  kandaulezist ərlərin 
böyük əksəriyyəti həyatın başqa sahələrində tamamilə ziyansız, əlindən pislik gəlməyən, 
safdil  və  ürəyitəmiz  insanlardır.  Onların  bu  keyfiyyətlərini  nəzərə  alan  bəzi  arvadlar 
boşanmaq istəmirlər. 
Tibbi  yardım  almaqdan  ötrü  ilk  növbədə  həkim-psixiatra,  həkim-seksoloqa, 
psixoterapevtə, klinik psixoloqa müraciət etmək lazımdır. Bəziləri yaxşı mütəxəssis kimi 
tanıdığı  və  ürək  qızdırıb  sözünü  deyə  bildiyi  həkimə  müraciət  edir,  ancaq  onun  başqa 
ixtisas  üzrə  çalışdığının  fərqinə  varmır.  Məsələn,  nevroloq,  ümumi  praktika  həkimi, 
androloq, ginekoloq və başqa ixtisaslı həkimlərə müraciət edilməsi halları çox müşahidə 
olunur.  Əgər qeyd  edilən  ixtisaslar üzrə  çalışan həkim  həqiqətən  yaxşı  mütəxəssisdirsə, 
parafiliya  diaqnozu  aşkara  çıxarılan  kimi  mütləq  söhbət  edib  həkim-psixiatra,  həkim-
seksoloqa,  psixoterapevtə,  klinik  psixoloqa  müraciət  etməyin  lazım  gəldiyini  başa  salır, 
məhz onların gözlənilən effekti verə biləcəklərini aydınlaşdırır. Ümumiyyətlə, pasiyentin 
parafiliyadan əziyyət çəkdiyi aşkar olunarsa, onu lağa qoymaq,  mübtəla olduğu meylinə 
barmaqarası baxmaq, yaxud «buna nə var ki, bir-iki dənə sakitləşdirici dərman yazaram, 
bir az da söhbət edərəm, çıxıb gedər, ancaq filan qədər pul qopara bilərəm» kimi vicdansız 
qənaətlə vəziyyətdən öz mənafeyi üçün istifadə etmək olmaz. Yalnız vaxtında mütəxəssisə 
müraciət  edilən  halda  parafiliyanın  korreksiyasının  mümkünlüyü  haqqında  danışmağa 
dəyər.  
Həkimlərin bir qismi kandavlizmdən əziyyət çəkən şəxsləri heç cür xəstə hesab 
etmir, onların durumunu sadəcə yumşaq dildə «səhhət üçün yaramayan bir kənarlanma» 
kimi dəyərləndirirlər. Lakin sağlam olmayan hər bir insana artıq sağlamlığı pozulmuş kimi 
baxılmalıdır.  Söz  yox  ki,  «xəstələnmə»  və  «xəstəlik»,  bunlara  müvafiq  surətdə 
«xəstələnən»  və  «xəstə»  sözlərinin  arasındakı  fərqi  silmək,  ortadan  götürmək  olmaz. 
Amma  sağlam  olmayanla  sağlam  olana  da  eyni  gözlə  baxmaq  düzgün  deyildir. 
Kandavlizm  səhhəti  yerində  olmayan,  sağlam  hesab  edilməyən  insanın  meyl 
pozuntusudur.  Nəzərə  alsaq  ki,  kandavlizm  bir  parafiliya  formasıdır,  özü  də  sadə 
pozğunluq  deyildir,  onda  buna  ciddi  surətdə  yanaşmaq  vacibdir.  Bildiyimiz  kimi, 
parafiliyalar müalicəyə asan tabe olmayan cinsi pozğunluqlardır. Bu mənada kandavlizmə 
adi bir kənarlanma kimi baxmaq, onu sadəcə əyləncə kimi dəyərləndirmək olmaz. 
Bir  sıra  şəxslər,  hətta  həkimlərdən  bəziləri  yüngül  kandavlizmin  müalicəyə 
ehtiyacı olmadığını bildirməklə yanlışlığa yol verirlər. Birincisi, yüngül kandavlizmin özü 
də xoşagələn deyildir, söz yox ki, ağır formaya nisbətən şükür ediləsi vəziyyətdir, ancaq 
istənilən halda qadının ürəyini bulandırır, ailədə diskomfort yaradır. İkincisi, kandavlizm 
yüngül  formadan  ağır  formaya  transformasiya  edə  bilər.  Üçüncüsü,  yüngül  kandavlizm 
daxil olmaqla hər hansı qeyri-normal təmayül başlı-başına buraxıldıqda zaman uzandıqca 


138 
 
digər parafilik elementləri özünə birləşdirmə təhlükəsi olur. Parafiliya dünyasında «rəzalət 
qanunu» hökm sürür. Həmin qanuna görə, eyni vaxtda bir neçə meyl pozuntusunun təməli 
qoyulur.  Aqil  atalarımız  «dərd  gələndə  dərdlə  gələr»  sözlərini  əbəs  yerə  deməyiblər. 
Sadəcə  olaraq  situasiyaya  müvafiq  surətdə  parafiliya  formalarından  biri  təzahür  edir, 
dominant mövqe tutur, sonra «rüşeym» halında olan digər pozğunluqlar məqam gəldikcə 
«cücərməyə»  başlayır.  Xüsusən  kandavlizmin  qəliz,  təmtəraqlı  parafiliya  formalarından 
biri olduğu nəzərə alınmalı, onun təhlükəli ola biləcəyi unudulmamalıdır. Ümumiyyətlə, 
həyat  yoldaşını  «razılaşdırılmış  xəyanətə»  təhrik  edən  hər  hansı  parafiliya  forması  artıq 
təhlükəsiz hesab edilə bilməz.  
Kandaulezizmin 
müalicəsi 
konkret  olaraq  işlənib  hazırlanmamışdır. 
Parafiliyaların ümumi müalicə strategiyaları eynən burada tətbiq edilir.  
 
§ 2.5. Kandavlizmin profilaktikası 
 
«Skeptik yeni xəstəlik haqqında məqaləni oxumağa qabil olan və barəsində təzə 
məlumat əldə etdiyi naxoşluğun heç bir simptomunu özündə tapmayan insandır». 
Naməlum müəllif 
 
* * * 
 
Gənc ər-arvad seksoloqun yanına gələrək intim münasibətlərindən  
məmnun olmamalarından şikayət edirlər:  
– Təsəvvür edirsiniz, həkim, bütün pozaları təcrübədən keçirmişik, hər cür 
oyundan çıxmışıq, seks-şopda oyuncaq qalmayıb, daşımışıq evimizə, ancaq bunların heç 
birinin faydası yoxdur, seksual təminedilmə mümkün olmur. 
Belə de – həkim danışmağa başlayır – yaxşı, qoy görüm, sizin probleminizin 
həlli üçün bir ağıllı məsləhət verə bilirəm. Pəncərəyə boylana-boylana danışan həkim 
birdən küçədə cinsi əlaqədə olan itləri görür, tez yanına məsləhətə gələn cütü çağırıb 
soruşur: siz belə cinsi əlaqədə olmusunuz, bunu heç yoxlamısınız?  
– Yox, həkim, doğrusu, ağlımıza gəlməyib!  
– Onda sınaqdan keçirib düz iki həftədən sonra təzədən  
yanıma gələrsiniz, baxaq görək, nə alınır. 
İki həftə sonra həkimin yanına gələn gənclərin sifətində  
açıq-aşkar təbəssüm duyulurdu: 
– Həkim, çox sağ olun, hədsiz xoşumuza gəldi, olduqca yaxşıdır. Söz yox ki, ilk 
vaxtlar yoldan keçənlərə görə bir qədər sıxılırdıq, ancaq indi öyrəşmişik! 
(Lətifə) 
 
Təəssüf  ki,  kandaulezizmin  müalicəsi  kimi  profilaktikası  da  işlənib 
hazırlanmasını  gözləyir.  Parafiliyalar  üçün  qəbul  edilmiş  profilaktika  tədbirləri  eynən 
burada tətbiq edilir. Amma buna baxmayaraq kandavlizmin qabaqlanması üçün görülməsi 
vacib olan bir sıra tədbirlər haqqında danışmaq vaxtı çatmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə