Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

da Papa ilə ünsiyyətdə olan yepiskoplar kollegiyası, 
xüsusilə Ümumdünya Məclisində iman və əxlaq təliminin 
əsaslarını qəti qərarla bəyan edir, həmçinin Papa və 
yepiskoplar özlərinin adi Müəllimliyi çərçivəsində 
razılaşdırılmış halda hansı isə nəsihəti son nəticə kimi 
təklif edirlər. Hər bir imanlı iman itaəti ilə bu cür 
nəsihətlərə əməl etməlidir.
186. Yepiskoplar təqdisetmə xidmətlərini necə 
yerinə yetirirlər?
893
Yepiskoplar Kəlam və ayinlər (sirrlər), xüsusilə də 
Evxaristiya xidmətləri, həmçinin duaları, əməyi və şəxsi 
nümunələri vasitəsilə Məsihin lütfünü yayaraq Kilsəni 
təqdis edirlər.
187. Yepiskoplar idarəetmə funksiyasını necə 
həyata keçirirlər?
894-896
Yepiskoplar kollegiyasının üzvü olan hər bir yepiskop 
Papa ilə vəhdətdə olan digər yepiskoplarla birlikdə bütün 
yerli Kilsələrin və bütün Kilsənin qayğısına qalırlar. Yerli 
Kilsənin tapşırıldığı yepiskop Yaxşı Çoban olan Məsih 
naminə həyata keçirilən, şəxsi, bilavasitə, düzgün 
müqəddəs səlahiyyət hökmü ilə bütün Kilsə ilə 
ünsiyyətdə olaraq və müq. Peterin varisinin rəhbərliyi 
altında onu idarə edir.
188. Dünyəvilər nəyə çağırılıb?
897-900
940
Dünyəvilərin çağırışı – fani reallığı Allahın iradəsinə 
uyğun maarifləndirib quraraq Allahın Padşahlığını 
axtarmaqdır. Bununla onlar bütün vəftiz olunmuşlara aid 
olan müqəddəsliyə və həvariliyə çağırışı həyata keçirirlər.
86


189. Dünyəvilər Məsihin Keşişlik xidmətində necə 
iştirak edir?
901-903 
Onlar “İsa Məsih vasitəsilə Allaha məqbul olan” (1Pet 
2:5) ruhani qurban gətirməklə Məsihin Keşişlik 
xidmətində iştirak edirlər; ilk növbədə Ona Evxaristiyada 
şəxsi həyatlarını və ona məxsus olan bütün işlərini, 
dualarını, həvarilik başlanğıclarını, ailə münasibətlərini
gündəlik əmək və həyat çətinliklərini (səbirlə keçirilirsə), 
cismani və ruhani istirahətlərini təqdim edirlər. Bununla 
Məsihə həsr olunmuş və Müqəddəs Ruhla məsh edilmiş 
dünyəvilər bütün dünyanı Allaha həsr edirlər.
190. Onlar Məsihin peyğəmbərlik xidmətində necə 
iştirak edirlər?
904-907
942
Onlar bunda daha da kamil şəkildə imanda Məsih 
Kəlamını qəbul edərək, həyat və sözlə, müjdəçilik və 
katexizasiya ilə Xoş Xəbəri dünyada yayaraq iştirak 
edirlər. Belə müjdəçilik xüsusilə təsirli olur, çünki bu 
dünyanın adi şəraitində həyata keçirilir.
191. Onlar Məsihin padşahlıq xidmətində necə 
iştirak edirlər?
908-913
943
Dünyəvilər Məsihin padşahlıq xidmətində həyatlarının 
müqəddəsliyi vasitəsilə iştirak edirlər. Onlar Məsihdən  
özlərindən imtina etmək, özündə və dünyada günaha 
qalib gəlmək qüvvəsini alırlar. Onlar cəmiyyətin xeyri 
üçün müxtəlif xidmətləri yerinə yetirir, insanın yer 
üzündəki işlərini və ictimai təşkilatları mənəvi dəyərlərlə 
zənginləşdirirlər.
192. Allaha həsr olunmuş həyat nədir?
87


914-916 
944
Bu, Kilsə tərəfindən qəbul edilmiş həyat tərzi, Məsihin 
xüsusi çağırışına azad cavabdır; bu cavab vasitəsilə 
məsihçilər özlərini Allaha tamamilə həsr edir və 
Müqəddəs Ruhun təsiri altında məhəbbət kamilliyinə can 
atırlar. Belə həsretmə Müjdənin məsləhətlərini yerinə 
yetirməklə səciyyələnir.
193. Allaha həsr edilmiş həyat Kilsə missiyasına 
nə verir?
931-933 
945
Allaha həsr edilmiş həyat Məsihə və qardaşlara Səmavi 
Padşahlığın ümidi haqqında şəhadətdə tam həsrolunma 
vasitəsilə Kilsə missiyasında iştirak edir.
Müqəddəslərin ünsiyyətinə iman edirəm
194. «Müqəddəslərin ünsiyyəti» ifadəsinin mənası 
nədir?
946-953
960
Bu ifadə ilk növbədə bütün Kilsə üzvlərinin müqəddəs 
olan işdə ümumi iştirakına işarə edir. Müqəddəs olan işlər
bunlardır: iman, ayinlər(sirrlər), xüsusilə Evxaristiya, 
xarizma və digər ruhani ənamlar. Ünsiyyətin kökü – 
məhəbbətdir, məhəbbət «öz xeyrini güdməz» (1Kor 
13:5), lakin imanlını «bütün əmlaklarından birgə istifadə 
etməyə» (Həv 4:32), həmçinin məzlum insanlara maddi 
yardım göstərməyə ruhlandırır.
195. «Müqəddəslərin ünsiyyəti» ifadəsinin mənası 
daha nədir?
954-959 
961-962
88


Bu ifadə həmçinin müqəddəs (sancti), yəni ölən və 
dirilən Məsihlə lütf vasitəsilə birləşən adamlar arasında 
ünsiyyət mənasını daşıyır. Bunlardan bəzisi yer üzündə 
hələ ki qəribdir, digərləri bu həyatı tərk edərək 
təmizlənmədən keçirlər, biz isə onlara dualarımızla 
kömək edirik; başqaları artıq Allahın izzətindən ləzzət alır
və bizim üçün vəsatətçilik edirlər. Birlikdə biz Üçlüyün 
izzəti və şöhrəti üçün Məsihdə bir ailəni, bir Kilsəni təşkil 
edirik.
MƏRYƏM – MƏSİHİN ANASI, KİLSƏNİN ANASI
196. Bəxtiyar Bakirə Məryəm nə mənada Kilsənin 
anasıdır?
963-964
973 
Bəxtiyar Bakirə Məryəm –Allah Oğlu İsanı dünyaya 
gətirdiyinə görə Allahın lütfü ilə Kilsənin anasıdır. 
Çarmıxda ölərkən İsa Onu Ana kimi şagirdinə tapşırdı: 
«Bu da sənin anandır!» (Yəh 19:27).
197. Bəxtiyar Bakirə Məryəm Kilsəyə necə kömək 
edir?
965-970
974-975
Bakirə Məryəm Öz Oğlunun göyə yüksəlməsindən sonra 
Öz duaları ilə doğulan Kilsəyə yardım edir. Səmalara 
götürüldükdən sonra isə Öz övladları üçün vəsatətçilik 
etməkdə davam edir, hamı üçün iman və məhəbbət 
nümunəsi olaraq qalır, onlara Məsihin nailiyyətlərinin 
çoxluğundan gələn xilasedici təsir göstərir. İmanlılar 
Onda öz gələcək dirilmələrinin surətini və ləzzətini 
əvvəlcədən görürlər, Onu Müdafiəçi, Köməkçi, Vəsatətçi 
kimi köməyə çağırırlar.
89


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə