285. Məsihin Evxaristiyada iştirakı nə qədər
davam edir?
1377
Evxaristiya növlərinin mövcud olduğu qədər.
286. Evxaristiya ayininə hansı münasibət
olmalıdır?
1378-1381
1418
Evxaristiya ayininə münasibət ibadət münasibəti
olmalıdır və bu, yalnız Allaha aid olunur – həm
Evxaristiya zamanı, həm də ondan kənar bir vaxtda.
Kilsə təqdim olunmuş ənamları səylə qoruyaraq onları
xəstələrə və zahiri səbəblərə görə müqəddəs Messada
iştirak edə bilməyənlərə gətirir; Məsihə iman edənlərə
təntənəli ibadət üçün təqdim edir; mərasim zamanı
daşıyır və tez-tez bəxşişxanadakı müqəddəs
təqdimatlara ibadət etmək üçün dəvət edir.
287. Nə üçün Evxaristiya Pasxa ziyafətidir?
1382-1384
1391-1396
Evxaristiya – Pasxa ziyafətidir, çünki Məsih Öz Pasxasını
sirli yolla qeyd edərək, bizə Öz Bədənini və Öz Qanını
yemək və içməkdə təqdim edərək verir və Öz
Qurbanında bizi Özü ilə və bir-birimizlə birləşdirir.
288. Mehrab (qurbangah) nədir?
1383
1410
Mehrab (qurbangah) – təqdim olunan Qurban (Çarmıx
qurban təqdimatının mehrabı) və bizə verilən səmavi
qida kimi iştirak edən Məsihin simvoludur.
130
289. Kilsə nə zaman müqəddəs Messada iştirak
etməyi tələb edir?
1389
1417
Kilsə iman edənlərdən hər Rəbbin günü (bazar günü) və
təyin olunmuş bayramlarda müqəddəs Messada iştirak
etməyi tələb edir və həmçinin digər günlərdə də onda
iştirak etməyi məsləhət görür.
290. Müqəddəs Birləşməni nə vaxt qəbul etmək
olar?
1389
Kilsə Məsihə iman edənlərə, onlar Müqəddəs Messada
iştirak edirlərsə və lütf vəziyyətindədirlərsə Müqəddəs
Birləşməni qəbul etməyi məsləhət görür və ən azı ildə bir
dəfə Pasxa zamanı Birləşməni qəbul etməyi tələb edir.
291. Birləşməni almaq üçün nə gərəkdir?
1385-1389
1415
Birləşməni qəbul etmək üçün Katolik Kilsəsinə üzv və lütf
vəziyyətində olmaq gərəkdir, yəni vicdanda ölümə
aparan günah olmamalıdır. Ağır günahı barədə bilən şəxs
Birləşmədən əvvəl Tövbə ayinində iştirak edərək
günahların bağışlanmasını qəbul etməlidir. Həmçinin
Məsihə ehtiramı göstərən ruhani diqqət, dua, Kilsənin
müəyyən etdiyi orucu saxlamaq və zahiri davranış da
(geyim, jestlər) vacibdir.
292. Birləşmənin səmərələri nədir?
1391-1397
1416
Birləşmə bizim Məsihlə və Onun Kilsəsi ilə birliyimizi
möhkəmləndirir, Vəftiz və Miro yağı ilə məshetməzamanı
131
alınan lütf həyatımızı qoruyur və yeniləşdirir, insanlara
məhəbbətdə bizə böyümək imkanını verir. Mərhəmətdə
bizi möhkəmlədərək yüngül günahları bağışlayır və
gələcəkdə ölümə aparan günahları etməkdən qoruyur.
293. Digər konfessiyalara məxsus olan məsihçilərə
Birləşməni nə vaxt vermək olar?
1398-1401
Katolik din xadimləri qanuni olaraq Birləşməni Katolik
Kilsəsi ilə tam ünsiyyətdə olmayan, lakin öz iradələri ilə
bunu xahiş edən və düzgün münasibətdə olan Şərq
Kilsələrinin üzvlərinə verirlər.
Digər Kilsə icmalarının üzvlərinə gəldikdə isə katolik din
xadimləri qanuni olaraq Birləşməni onların üzvlərinə o
halda verirlər ki, ciddi ehtiyac yaranır və öz iradələri ilə
bunu xahiş edirlər və düzgün münasibət bəsləyir və bu
ayinə qarşı katolik imanını göstərirlər.
294. Nə üçün Evxaristiya «gələcək izzətin
təminatı» adlanır?
1402-1405
Çünki Evxaristiya bizi bütün səmavi lütflə və hər cür
xeyir-dua ilə doldurur, bizi həyatda möhkəmlədir və bizə
əbədi həyat arzusunu verir, burada ikən bizi Atanın sağ
tərəfində oturan Məsihlə, Səmavi Kilsə, Məryəm Ana ilə
və bütün müqəddəslərlə birləşdirir.
Evxaristiyada biz «bir çörəyi – ölümsüzlük dərmanını və
ölümə qarşı padzəhri bölürük ki, əbədi olaraq İsa
Məsihdə yaşaya bilək» (müq. İqnatius Antioxiyalı).
İkinci fəsil
ŞƏFA SİRLƏRİ
132
295. Nə üçün Məsih Tövbə və Xəstələrin
məsh
edilməsi
sirlərini təyin etdi?
1420-1421
1426
Canın və bədənin Təbbabı olan Məsih bunları təyin etdi
ki, biz günaha görə məsihçi həsretmə mərasimləri
zamanı Onun tərəfindən bizə verilən yeni həyatı
itirməyək. Məhz buna görə Məsihə məqbul idi ki, bu iki
ayin vasitəsilə Kilsə Onun şəfavermə və xilas işini davam
etsin.
Tövbə və Barışma sirri
296. Bu ayinin adı nədir?
1422-1424
Bu ayinin adı Tövbə, Barışma, Bağışlama, Etiraf, Allaha
tərəf Dönmədir.
297. Nə üçün vəftizdən sonra Barışma ayini də
gərəkdir?
1425-1426
1484
Çünki Vəftiz zamanı qəbul olunmuş lütfdə yeni həyat
insan təbiətinin zəifliyini və günaha meylini (ehtirasını)
istisna etmir, Məsih bu ayini günaha görə Ondan
uzaqlaşmış vəftiz olunan şəxslərin geri dönmələri üçün
təyin etdi.
298. Bu ayin nə vaxt təyin olunmuşdur?
1485
Dirilmiş Rəbb bu ayini Pasxa günü axşam təyin etdi, o
vaxt Öz həvarilərinə göründü və dedi: «Müqəddəs Ruhu
alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin
günahlarını bağışlamasanız, bağışlanmamış qalır» (Yəh
20:22-23).
299. Vəftiz olunanların tövbəyə ehtiyacları varmı?
133
Dostları ilə paylaş: |