Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

yetirməyə çalışır, çünki «məhəbbətlə fəal olan imandır» 
(Qal 5:6).
387. Ümid nədir?
1817-1821
1843 
Ümid – dini comərdlikdir, bunun vasitəsilə biz arzulayır 
və bir xoşbəxtlik kimi Allahdan əbədi həyat gözləyirik, 
onu qazanmaq və yer üzündəki həyatımıza sonadək 
dözmək üçün Məsihin vədlərinə ümid edirik və Müqəddəs
Ruhun lütfünün köməyinə arxalanırıq.
388. Məhəbbət nədir?
1822-1829
1844
Məhəbbət – dini comərdlikdir, bunun vasitəsilə biz Allahı 
hər şeydən çox sevirik və Allaha olan məhəbbətimizə 
görə qonşumuzu da özümüz kimi sevirik. İsa bunu 
Qanunu tamamlayan yeni əmr kimi verir. Məhəbbət – 
«kamil birliyin bağıdır» (Kol 3:14) və canlandırdığı, 
ilhamlandırdığı, təşkil etdiyi digər comərdliklərin 
təməlidir: məhəbbətsiz «mən bir heçəm» və «mənə heç 
bir xeyri yoxdur» (1Kor 13:1-3).
389. Müqəddəs Ruhun ənamları nədir?
1830-1831
1845 
Müqəddəs Ruhun ənamları – insanı İlahi məqsədlərin 
ardınca getməyə vadar edən daimi meyldir. Bunların sayı
yeddidir: müdriklik, ağıl, məsləhət, möhkəmlik, bilik, 
salehlik və Allah qorxusu.
390. Müqəddəs Ruhun səmərəsi nədir?
1832
169


Müqəddəs Ruhun səmərəsi kamillikdir, əbədi izzətin 
bizdə başlanğıcıdır. Kilsə Ənənəsi on iki təzahürü tanıyır: 
“Məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, 
sədaqət, həlimlik, nəfsə hakim olmaq” (Qal 5:22-23).
Günah
391. Allahın mərhəmətinin qəbul edilməsi bizdən 
nəyi tələb edir?
1846-1848
1870
Bizdən təqsirin etirafını və günahların tövbəsini tələb 
edir. Allah Öz Kəlamı və Müqəddəs Ruhu ilə günahlarımızı
aşkar edir və vicdanın həqiqətini və bağışlanmağa ümidi 
verir.
392. Günah nədir?
1849-1851
1871-1872
Günah – «əbədi Qanuna zidd olan söz, əməl yaxud 
arzudur» (müq. Avqustin). Allahın məhəbbətinə 
tabesizlikdə Ona qarşı edilən təhqirdir. Günah insani 
təbiəti yaralayır və insani həmrəyliyə ziyan gətirir. Məsih 
Öz Əzablarında sona qədər günahın yükünü açdı və Öz 
mərhəməti ilə ona qalib gəldi.
393. Günahın müxtəlifliyi varmı?
1852-1853
1873 
Günahın müxtəlifliyi böyükdür. Zidd olduqları məqsədə, 
comərdliyə, əmrlərə görə onları fərqləndirmək olar. Onlar
bilavasitə Allaha, qonşumuza yaxud özümüzə aid ola 
bilər. Bundan başqa, fikirdə, sözdə, əməldə yaxud 
hərəkətsizlikdə olan günahları fərqləndirmək olar.
170


394. Ağırlığına görə günahlar necə fərqlənir?
1854
Ölümə aparan və adi günah mövcuddur.
395. İnsan ölümə aparan günahı nə vaxt edir?
1855-1861
1874 
İnsan ölümə aparan günahı o vaxt edir ki, bunlar eyni 
zamanda mövcuddur: ciddi maddə, tam şüur və tam 
qərəzli razılıq. Bu günah bizdə məhəbbəti məhv edir, 
təqdis edən lütfdən bizi məhrum edir və tövbə etməsək, 
cəhənnəmdə əbədi ölümə məruz qoyur. Adətən, ölümə 
aparan günahın bağışlanması Vəftiz yaxud Tövbə 
(Barışma) ayini vasitəsilə mümkündür.
396. İnsan adi günahı nə vaxt edir?
1862-1864
1875 
Ölüm günahından mahiyyətcə fərqlənən günah, aşağıda 
sadalananlar mövcuddursa - adi günah hesab olunur: 
günahın maddəsi yüngül yaxud ciddi olsa belə, o tam 
şüurla və tam razılıqla edilmir. Bu günah Allahla birliyi 
məhv etmir, lakin məhəbbəti zəiflədir; yaranan rifahlara 
nizamsız bağlılığı nümayiş etdirir; insana comərdlik 
etməkdə və mənəvi xeyirxahlığı arzulamaqda mane olur;
müvəqqəti təmizləyici cəzaya layiq görülür.
397. Günah bizdə necə yayılır?
1865
1876
Günah günaha meyl yaradır, onun təkrarlanması isə 
qüsur yaradır.
398. Qüsur nədir?
1866-1867
171


Comərdliyin əksi olan qüsurlar vicdanı ləkələyən və 
günaha meylli edən şər vərdişlərdir. Qüsurlar yeddi əsas 
günahla əlaqəli ola bilər: qürur, xəsislik, paxıllıq, qəzəb, 
ehtiras, qarınqululuq, tənbəllik yaxud ümidsizlik.
399. Başqa insanların günahlarına görə biz 
məsuliyyət daşıyırıqmı?
1868
Qərəzlə onlara yardım ediriksə, məsuliyyət daşıyırıq.
400. Günahlı strukturlar nədir?
1869
Şəxsi günahların ifadəsi və nəticəsi olan və İlahi qanuna 
qarşı çıxan ictimai vəziyyətlər və təşkilatlar.
İkinci fəsil
İNSAN BİRLİYİ
Şəxsiyyət və cəmiyyət
401. İnsanın sosial ölçüsü nədən ibarətdir?
1877-1880
1890-1891
Hər kəsə bəxtiyarlıq üçün şəxsi təyinatı ilə yanaşı insanın
təbiətinin və çağırışının vacib ünsürü kimi sosial ölçüsü 
də xasdır. Həqiqətən də, bütün insanlar eyni bir məqsədə
– Allaha dəvət olunmuşlar. Allahın Simaları arasında olan 
ünsiyyətlə insanların öz aralarında həqiqət və məhəbbət 
içində bərqərar etməli olduğu qardaşlıq arasında bir 
oxşarlıq var. Qonşuya olan məhəbbət Allaha olan 
məhəbbətdən ayrılmazdır.
402. İnsanın ictimaiyyətlə nə əlaqəsi var?
172


1881-1882
1892-1893
Bütün ictimai təşkilatların prinsip, subyekt və məqsədi 
şəxsiyyət olmalıdır. Bəzi cəmiyyətlər, məsələn, ailə 
yaxud vətəndaş cəmiyyəti onun üçün zəruridir. Həm 
siyasi cəmiyyətlər daxilində, həm də beynəlxalq 
səviyyədə köməkçi (subsidiar) prinsipinə hörmət edən 
digər assosiasiyalar (birliklər) da faydalı ola bilər.
403. Köməkçilik prinsipi nədir?
1883-1885
1894
Bu prinsipin mənası budur: yüksək təbəqəyə aid olan 
cəmiyyətin aşağı təbəqəni səlahiyyətdən məhrum 
edərək onu özü ilə əvəz etməməlidir, əksinə, zəruri halda
ona yardım etməlidir.
404. Əsl insani birgə yaşama daha nəyin olmasını 
tələb edir?
1886-1889
1895-1896
Bu, hörmət, ədalət və dəyərlərin düzgün asılılığını, yəni 
maddi və instinktiv səviyyələrin daxili və ruhani 
səviyyələrə tabe olunmasını tələb edir. Günahın ictimai 
mühiti korladığı yerdə qəlbləri iman gətirməyə və İlahi 
lütfə çağırmaq lazımdır ki, insanların hər birinə onların 
şəxsiyyətlərini tapdalamadan real olaraq xidmət edən 
ictimai dəyişikliklər əldə olunsun. Ədalətin həyata 
keçməsini tələb edən və bizə bunun üçün bacarıq verən 
mərhəmət ən böyük ictimai tələbdir. 
İctimai həyatda iştirak
405. Cəmiyyətdə hökumət nəyə arxalanır?
1897-1902
1918-1920
173


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə