Katolik Kilsəsinin katexizisi


 Yeni Qanun harada verilir?



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

421. Yeni Qanun harada verilir?
1971-1974
1986
Yeni Qanun Məsihin bütün həyat və vəzində, həmçinin 
həvarilərin mənəvi katexezində verilir; onun əsas 
təcəssümü – Dağüstü Vəzdir.
Lütf və bəraət qazanma
422. Bəraət qazanma nədir?
1987-1995
2017-2020 
Bəraət qazanma Allah məhəbbətinin ən kamil işidir. Bu, 
Allahın mərhəmət və təmənnasız işidir, bizim 
günahlarımızı aradan qaldırır, bizi bütün 
mövcudluğumuzda saleh və müqəddəs edir. Bizim üçün 
Məsihin əzabları ilə qazanılan və Vəftiz zamanı bizə 
verilən Müqəddəs Ruhun lütfü vasitəsilə bu həyata keçir. 
Bəraət qazanma insanın azad cavabının, yəni Məsihə 
iman və Müqəddəs Ruhun lütfünün köməyinin təməlini 
qoyur.
423. Bəraətverən lütf nədir?
1996-1998
2005
2021 
Lütf – Allahın bizi Müqəddəs Üçlüyün həyatının iştirakçısı 
etmək və Onun məhəbbəti vasitəsilə bizə hərəkət etmə 
qabiliyyətini verdiyi təmənnasız ənamdır. Onun adı daimi
(habitual), təqdis edən yaxud ilahiləşdirən lütfdür, çünki 
tamamilə Allahın təmənnasız təşəbbüsündən asılıdır və 
insanların düşünmə və qüvvət qabiliyyətlərindən 
üstündür. 
179


424. Lütfün hansı növləri mövcuddur?
1999-2000
2003-2004
2023-2024
Daimi (habitual) lütfdən başqa bunlar da mövcuddur: 
təsir göstərən (aktual) lütf (vəziyyətlərə uyğun olan 
ənamlar); mərasimli (müqəddəs) lütf (hər bir ayinin 
xüsusi ənamı); xüsusi lütf yaxud xarizmalar (bunların 
məqsədi Kilsənin ümumi xeyridir), bunların arasında 
xüsusi olaraq Kilsə xidmətini və həyatda məsuliyyətli 
funksiyaları müşayiət edən vəziyyət lütfünü 
fərqləndirirlər.
425. Lütf və insan azadlığı hansı əlaqədədir?
2001-2002
Lütf insanın azad cavabı üçün şərait yaradır, hazırlayır və
çağırır. İnsan azadlığının sirli ümidlərinə cavab verir, onu 
əməkdaşlığa çağırır və onu kamilliyə doğru aparır.
426. Məziyyət nədir?
2006-2010
2025-2026
Məziyyət  xeyirxah işə görə mükafatlandırılmaq hüququ 
verən bir şeydir. Allahla münasibətdə insanın məziyyəti 
yoxdur, çünki hər şeyi Allahdan təmənnasız olaraq alıb. 
Lakin Allah insana Allah qarşısında xidmətlərimizin 
mənbəyi olan Məsih məhəbbəti ilə birləşərək xidmət 
etmək imkanını verir. Buna görə xeyirxah işlərə görə 
mükafatlar ilk növbədə Allahın lütfünə və yalnız bundan 
sonra insanın azad iradəsinə aid edilməlidir.
427. Biz hansı rifahı qazana bilərik?
180


2010-2011
2027
Müqəddəs Ruhun təlqini ilə biz özümüz və digər insanlar 
üçün təqdis olunmağımız, əbədi həyatı əldə etməyimiz 
üçün xeyirli olan lütflər, eyni zamanda bizim üçün Allahın
iradəsinə görə müəyyən edilən yer üzündəki rifahları 
qazana bilərik. Lakin Allaha tərəf dönmə və bəraət 
qazanma əsaslarında dayanan ilkin lütfü heç kim qazana 
bilməz.
428. Məsihçi müqəddəsliyinə biz hamımızmı 
çağırılmışıq?
2012-2016
2028-2029 
Məsihə iman edən bütün insanlar məsihçi 
müqəddəsliyinə çağırılıblar. Məsihçi müqəddəsliyi – 
məsihçi həyatının dolğunluğu və məhəbbət kamilliyidir; 
o, Məsihlə dərin birlikdə və Məsihdə Müqəddəs Üçlüklə 
təcəssüm etdirilir. Məsihçinin təqdis yolu Çarmıxdan 
keçməlidir və salehlərin son dirilməsində icra olmalıdır, 
burada Allah hər şeydə hər şey olacaq.
Ana və nəsihətçi Kilsə
429. Kilsə məsihçinin mənəvi həyatını necə 
qidalandırır?
2030-2031
2047
Kilsə cəmiyyətdir, burada məsihçi Allah Kəlamını və 
«Məsih Qanununun» (Qal 6:2) nəsihətlərini qəbul edir; 
ayinlərin (sirrlərin)  lütfünü əldə edir, Məsihin Evxaristiya 
qurbanı ilə elə birləşir ki, onun mənəvi həyatı ruhda 
ibadətə çevrilir; müqəddəs Bakirə Məryəm və 
müqəddəslərin nümunəsindən müqəddəsliyi öyrənir.
181


430. Nə üçün Kilsənin müəllimliyi mənəviyyat 
sahəsinə qarışır?
2032-2040
2049-2051
Çünki Kilsənin müəllimlik işi qəbul edilməsi və ona uyğun
tərzdə yaşanması gərək olan imanı vəz etməkdir. Bu iş 
təbii qanunun xüsusi tələblərinə də aiddir, çünki onları 
xilasımız üçün yerinə yetirmək gərəkdir.
431. Kilsə əmrlərinin məqsədi nədir?
2041
2048
Kilsənin beş əmrinin məqsədi  - dua ruhunda, ayinli 
(sirrli) həyatında, mənəvi cəhdlərdə, Allaha və qonşuya 
məhəbbətdə böyüməkdə imanlılara zəruri olan 
minimumu təmin etməkdir.
432. Kilsə əmrləri hansılardır?
2042-2043 
1) Bazar günü və digər bayram günlərində Messada 
iştirak et, bu günlərin təqdis olunmasına mane olan iş və 
əməllərdən azad ol; 2) heç olmazsa ildə bir dəfə Tövbə 
ayinində iştirak edərək günahlarını etiraf et; 3) 
Evxaristiya ayinində heç olmazsa Pasxa zamanı iştirak 
et; 4) Kilsənin müəyyən etdiyi günlərdə oruc tut; 5) öz 
imkanların daxilində Kilsəni maddi ehtiyaclarında 
dəstəklə. 
433. Nə üçün məsihçilərin mənəvi həyatı Müjdəni 
elan etmək üçün zəruridir?
2044-2046
Çünki öz həyatı ilə Rəbb İsanın təliminə uyğun olaraq 
məsihçilər adamları həqiqi Allaha imana cəlb edir, Kilsəni
təşviq edir, dünyanı Müjdə ruhu ilə dəyişir və Allahın 
Padşahlığını yaxınlaşdırırlar.
182


İkinci bölmə
ON ƏMR
Beato Anceliko. Dağüstü Vəz. San-Marko Muzeyi,
Florensiya (İtaliya).
183


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə