Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

Şabbat gününə 
bərəkət verib onu
müqəddəs saydı.
olduğunu və 
Allahın Rəbbin 
qüdrətli əli, 
uzanan qolu ilə 
səni oradan 
çıxardığını yadda 
saxla. Məhz buna
görə Şabbat 
gününü qeyd 
etməyi Allahın 
Rəbb sənə əmr 
edib.
Ata-anana 
hörmət et ki, 
Allahın Rəbbin 
sənə verdiyi 
torpaqda ömrün 
uzun olsun.
Allahın Rəbbin 
sənə əmr etdiyi 
kimi ata-anana 
hörmət et ki, 
ömrün uzun olsun
və Allahın Rəbbin
sənə verəcəyi 
torpaqda xoş 
güzəranın olsun.
Ata-anana 
hörmət et.
Qətl etmə.
Qətl etmə.
Qətl etmə.
Zina etmə.
Zina etmə.
Zina etmə.
Oğurluq etmə.
Oğurluq etmə.
Oğurluq etmə.
Heç kimə qarşı 
yalandan şahidlik
etmə.
Heç kimə qarşı 
yalandan şahidlik
etmə.
Heç kimə qarşı 
yalandan şahidlik
etmə.
Heç kimin evinə 
tamah salma.
Heç kimin 
arvadına tamah 
salma.
Heç kimin 
arvadına tamah 
salma.
Heç kimin 
arvadına, quluna,
qarabaşına, 
öküzünə, 
eşşəyinə – heç bir
şeyinə tamah 
Heç kimin evinə, 
tarlasına, quluna,
qaravaşına, 
öküzünə, 
eşşəyinə – heç bir
şeyinə tamah 
Heç kimin 
əmlakına tamah 
salma.
188


salma”
salma”
434. “Müəllim, mən nə yaxşılıq etməliyəm ki, 
əbədi həyata malik olum?” (Mat 19:16).
2052-2054
2075-2076
Bu sualı verən gənc adama İsa cavab verir: “Əgər sən 
əbədi həyata qovuşmaq istəyirsənsə, Allahın əmrlərinə 
riayət et”. Sonra dərhal əlavə etdi: “Mənim ardımca gəl” 
(Mat 19:16, 21). İsanın ardınca getmək əmrləri yerinə 
yetirmək deməkdir. Qanun ləğv olunmayıb, lakin insana 
İlahi Müəllimin Simasında onu əldə etmə imkanı verilib. 
İsa qanunu kamilcəsinə yerinə yetirdi, onun tam 
mənasını açıqladı və onun dəyişməzliyini təsdiqlədi.
435. İsa qanunu necə şərh edir?
2055
İsa qanunu ikiqat və yeganə məhəbbət əmri çərçivəsində
şərh edir: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla 
və bütün düşüncənlə sev”. Bu, böyük və əsas əmrdir. 
Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. 
Bütün Qanun və peyğəmbərlərin sözləri bu iki əmrə 
əsaslanır” (Mat 22:37-40).
436. «Dekaloq» termini nə deməkdir?
2056-2057
«Dekaloq» – on söz mənasını daşıyır (Çıx 34:28). Bu 
sözlər qısaldılmış şəkildə Allahın əhd çərçivəsində İsrail 
xalqına Musa vasitəsilə verdiyi Qanunu elan edir. Allaha 
olan məhəbbət (üç) və qonşuya olan məhəbbət (növbəti 
yeddi) əmrlərini təqdim edərək Dekaloq seçilmiş xalqa 
və hər bir insana günahın köləliyindən azad olan həyatın 
yolunu göstərir.
437. Dekaloq Əhdlə necə bağlıdır?
189


2058-2063
2077
Dekaloq Əhd çərçivəsində təqdim olunur, burada Allah 
Özünü göstərir, Öz iradəsini bildirir. Əmrləri yerinə 
yetirərək xalq Allaha məxsus olduğunu göstərir və 
minnətdarlıqla Onun məhəbbət təşəbbüsünə cavab verir.
438. Kilsə üçün Dekaloqun mənası nədir?
2064-2068
Yazılara və İsanın nümunəsinə sadiq olan Kilsə 
Dekaloqun ilk rolunu və mənasını qəbul edir. Məsihçilər 
Dekaloqu yerinə yetirməlidirlər.
439. Nə üçün Dekaloq bütövlükdür?
2069
2079
On əmr ayrılmaz bir bütövlükdür, çünki hər bir əmr digər 
əmrlərə və bütün Dekaloqa istinad edir. Buna görə də bir
əmri pozmaq bütün qanunu pozmaq deməkdir.
440. Dekaloq nə üçün ciddi olaraq vacibdir?
2072-2073
2081
Çünki insanın Allaha və qonşusuna olan əsas borcunu 
elan edir.
441. Dekaloqu yerinə yetirmək mümkündürmü?
2074
2082
Bəli, çünki Məsihsiz biz heç bir şey edə bilmərik və Məsih
bizə Öz lütfünə və Müqəddəs Ruhun ənamına görə 
Əmrləri yerinə yetirməkdə yardım göstərir.
190


Birinci fəsil
«ALLAHIN RƏBBİNİ BÜTÜN ÜRƏYİNLƏ, 
BÜTÜN CANINLA, BÜTÜN AĞLINLA SEV»
BİRİNCİ ƏMR:
«MƏN RƏBB ALLAHINAM.
MƏNDƏN BAŞQA ALLAHLARIN OLMASIN”
442. «Mən Rəbb Allahınam» bəyanatı bizdən nə 
tələb edir?
2083-2094
2133-2134
İmanlıdan üç ilahiyyat comərdliyini qorumağı və həyata 
keçirməyi, buna maneə törədən günahlardan yan 
keçməyi tələb edir. İman Allaha iman edərək ona maneə 
törədən hər şeyi kənara atır, məsələn, özbaşına şübhə 
etməyi, imansızlığı, küfr, mürtədlik, xəyanət, təfriqəçilik. 
Ümid etibarla Allahı bəxtiyarlıqla görməyi və Onun 
köməyini gözləyir, ümidsizlikdən və özünə güvənmədən 
yan keçir. Məhəbbət Allahı hər şeydən çox sevir; buna 
görə də laqeydlik, nankorluq, soyuqluq və ilıqlıq, 
məyusluq, ruhani tənbəllik, qürurdan gələn Allaha nifrət 
kənara atılır.
443. Rəbbin “
 
 Allahın Rəbbə səcdə et və yalnız Ona
ibadət et
 
 ” (Mat 4:10) sözləri bizdən nə tələb edir?
2095-2105
2135-2136 
Mövcud olan hər şeyin Hökmdarına – Allaha tabe olmağı 
tələb edir. Şəxsən və cəmiyyətdə Ona lazımınca ibadət 
etmək; tərif, minnətdarlıq və vəsatətçilik sözləri ilə Ona 
dua etmək, Ona qurbanlar gətirmək, ilk növbədə bu, 
191


Məsihin kamil qurbanı ilə birləşən öz həyatımızın ruhani 
qurbanıdır; Allaha verdiyiniz vədləri yerinə yetirmək.
444. Həqiqət və azadlıqda şəxsiyyət Allaha ibadət 
etmə hüququnu necə həyata keçirir?
2104-2109
2137 
Hər bir insanın xüsusilə Allaha və Onun Kilsəsinə aid olan
həqiqəti axtarmaq hüququ və mənəvi borcu var, həqiqəti
biləndən sonra insan onu qəbul etməli və sədaqətlə 
qorumalı və Allaha düzgün ibadət etməlidir. Eyni 
zamanda insan şəxsiyyətinin ləyaqəti tələb edir ki, dini 
işlərdə insan vicdanına qarşı hərəkət etməyə məcbur 
edilməməlidir və ictimai qaydaların ədalətli çərçivəsi 
daxilində vicdanla həm şəxsi, həm də ictimai həyatda
şəxsən yaxud cəmiyyətdə hərəkət etməyə mane olmağa
heç kimin hüququ yoxdur.
445. Allah “Məndən başqa allahların olmasın” (Çıx
20:3) əmr edərək nəyi qadağan edir?
2110-2128
2138-2140 
Bu Əmr qadağan edir:
Çoxallahlılıq və bütpərəstliyi – məxluqları, səlahiyyəti, 
pulu və hətta cinləri ilahiləşdirməyi;
Mövhumatı –  magiya, cadugərlik və spiritizmdə kiməsə 
ilahi xüsusiyyətləri aid edərək Allaha layiq ibadətin 
korlanmasını. 
Allahsızlığı – söz yaxud əməllə Allahı aldatma cəhdlərini; 
Allaha həsr olunmuş əşyaları yaxud şəxsləri, ilk növbədə 
Evxaristiyanı təhqir etmə yaxud ələ salmanı; ruhani 
rifahları satıb-almaq cəhdləri olan simoniyanı.
Ateizmi –  İnsan muxtariyyətçiliyinin yalan anlayışına 
əsaslanaraq Allahın mövcudluğunu inkar etmək .
192


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə