Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

Hər bir insan cəmiyyətinə nizamı təmin edən və ümumi 
rifahın əldə edilməsinə imkan yaradan qanuni hökumət 
gərəkdir. Allahın qoyduğu nizama uyğun olduğuna görə 
bu hökumət insani təbiətə əsaslanır.
406. Səlahiyyətdən istifadə nə vaxt qanuni olur?
1901-1904
1921-1922
Mənəvi cəhətdən qəbul edilən vasitələrin istifadəsi ilə 
rifahın əldə edilməsinə istiqamətlənən səlahiyyətdən 
istifadə qanunidir. Buna görə siyasi rejimlər 
vətəndaşların azad qərarlarına əməl etməli və “hüquqi 
dövlətin” prinsiplərinə hörmətlə yanaşmalıdır. Bu 
dövlətdə suverenlik azğın insan iradəsinə deyil, qanuna 
məxsus olmalıdır.  Mənəvi nizama zidd olan, ədalətsiz 
qanunlar və tədbirlər insanların vicdanlarını bağlamır.
407. Ümumi rifah nədir?
1905-1906
1924
Cəmiyyətə və cəmiyyətin ayrı-ayrı üzvlərinə şəxsi 
kamilliyə çatmağa imkan yaradan ictimai həyatın 
şəraitlərinin cəmi ümumi rifahdır.
408. Ümumi rifah nəyi təşkil edir?
1907-1909
1925
Ümumi rifah bunları təşkil edir: şəxsiyyətin fundamental 
hüquqlarına hörmət və təşviq, cəmiyyətin ruhani və 
dünyəvi rifahlarının inkişafı; hamının sülhü və 
təhlükəsizliyi.
409. Ümumi rifah harada daha çox reallaşdırılıb?
1910-1912
1927
174


Ümumi rifah ailənin universal rifahına zərər vermədən 
vətəndaşların və köməkçi qrupların xeyrini müdafiə və 
inkişaf edən siyasi cəmiyyətlərdə daha çox reallaşdırılıb.
410. İnsan ümumi rifahın reallaşdırılmasında necə 
iştirak edə bilər?
1913-1917
1926 
Hər bir insan öz yerinə və roluna uyğun olaraq, ədalətli 
qanunlara hörmət edərək və ailə qayğısı ilə insafla edilən
iş kimi şəxsi məsuliyyət daşıdığı sahələrdə ümumi rifaha 
kömək göstərir. Bundan başqa, vətəndaşlar ictimai 
həyatda mümkün qədər fəal iştirak etməlidirlər.
İctimai ədalət
411. Cəmiyyət ictimai ədaləti necə təmin edir?
1928-1933
1943-1944
Cəmiyyət şəxsiyyətin ləyaqətinə və hüquqlarına hörmət 
edirsə, yəni cəmiyyətin həqiqi məqsədini müdafiə edirsə,
ictimai ədaləti də təmin edir. Bundan başqa, cəmiyyət 
ümumi rifahla və hökumətin həyata keçirilməsi ilə 
əlaqəsi olan ictimai ədaləti əldə etməyə çalışır və 
təşkilatları, fərdləri hüquqlarına görə təmin edir.
412. İnsanlar arasında bərabərlik nəyə əsaslanıb?
1934-1935
1945 
Bütün insanların istifadə etdiyi ləyaqət və əsas hüquqlar 
eynidir, çünki Bir Allahın surətinə bənzər yaranıblar və 
eyni ağla malik olan canla təmin ediliblər, eyni təbiətə və
eyni mənşəyə malikdirlər; Vahid Xilaskar olan Məsihdə 
eyni ilahi bəxtiyarlığa çağırılıblar.
175


413. İnsanlar arasında fərqi (bərabərsizliyi) necə 
qiymətləndirmək olar?
1936-1938
1946-1947 
Bərabərsizliyin korlanmış növləri mövcuddur – iqtisadi və
ictimai, bunlardan milyonlarla insan əzab çəkir; onlar 
açıq şəkildə Müjdəyə ziddir, ədalətə, şəxsiyyətin 
ləyaqətinə, sülhə qarşıdır. Lakin insanlar arasında 
müxtəlif faktorlarla yaranmış fərqlər də var ki, bunlar 
Allahın planının bir hissəsidir. Həqiqətən, Allaha 
məqbuldur ki, insana lazım olanı o digərlərindən əldə edə
bilsin və xüsusi «istedadlara» malik olan şəxslər digərləri
ilə bölüşsünlər. Belə fərqlər adamları mərd, xoş niyyətli 
olmağa, başqaları ilə bölüşməyə həvəsləndirir, bəzən də 
məcbur edir; onlar həmçinin mədəniyyətləri də qarşılıqlı 
zənginləşməyə həvəsləndirir.
414. İnsani həmrəylik nədə görünür?
1939-1942
1948
İnsani və məsihçi qardaşlıqdan yaranan həmrəylik ilk 
növbədə ədalətli paylanmada görünür, ləyaqətli əmək 
haqqında və daha ədalətli ictimai nizam yaratmaq 
cəhdində görünür. Həmrəylik comərdliyi, həmçinin maddi
rifahlardan daha vacib olan imanın ruhani rifahlarının 
bölüşdürülməsini həyata keçirir.
Üçüncü fəsil
ALLAHIN XİLASI: QANUN VƏ LÜTF 
176


Mənəvi qanun
415. Mənəvi qanun nədir?
1950-1953
1975-1978 
Mənəvi qanun – İlahi Müdrikliyin işidir. O, insana vəd 
olunmuş bəxtiyarlığa aparan yolları, davranış qaydalarını
göstərir və Allahdan uzaqlaşdıran yolları inkar edir.
416. Təbii mənəvi qanun nədən ibarətdir?
1954-1960
1978-1979
Yaradan tərəfindən hər bir insanın ürəyində yazılmış təbii
qanun Allahın Müdrikliyində və lütfündə iştirak etməkdən
ibarətdir və insana ağıl vasitəsilə xeyirlə şəri 
fərqləndirməyə imkan verən ilkin mənəvi hissi göstərir. 
Bu qanun universal və dəyişməzdir; əsas məsuliyyətlərin
və hüquqların, həmçinin insan cəmiyyətinin və vətəndaş 
qanunvericiliyinin təməlini qoyur.
417. Bu qanunu hamı dərk edirmi?
1960
Günaha görə hamı və həmişə aydın şəkildə və maneəsiz 
təbii qanunu dərk etmir.
«İnsanlar ürəklərində oxuya bilmədiklərini Allah Qanun 
lövhələrində yazdı» (müq. Avqustin).
418. Təbii qanun Əhdi-Ətiqlə necə əlaqəlidir?
177


1961-1962
1980
Əhdi-Ətiq – Vəhdə verilmiş Qanunun ilk mərhələsidir. 
Burada ağla əlverişli olan, təqdis olunan və Xilas 
Əhdlərində təsdiqlənən təbii yolla bir çox həqiqət 
göstərilir. On Əmrin (Dekaloqun) mənəvi təlimi insanın 
çağırışının təməlini qoyur, Allaha və insana məhəbbətə 
qarşı olanı qadağan edir, insana vacib olanı öyrədir.
419. Əhdi-Ətiq xilas planına necə daxil edilmişdir?
1963-1964
1982 
Əhdi-Ətiq ağla əlverişli olan çoxsaylı həqiqətləri 
anlamağa imkan verir, nəyi etməyin gərək olduğunu və 
olmadığını göstərir və ilk növbədə, müdrik bir müəllim 
kimi Müjdəyə tərəf dönməyə və onu qəbul etməyə 
hazırlaşdırır. Əhdi-Ətiq öz-özlüyündə qanunu yerinə 
yetirmək üçün qüvvə və Ruhun lütfünü vermədiyinə görə
kamil olmasa da, müqəddəsdir, ruhanidir və yaxşıdır.
420. Yeni yaxud Müjdə Qanunu nədir?
1965-1972
1983-1985 
Məsih tərəfindən xəbər verilən və yerinə yetirilən Yeni 
yaxud Müjdə Qanunu – Vəhydə verilmiş və təbii olan 
Allah Qanununun tamlığı və kamilliyidir. Allahı və 
qonşunu sevmək, bir-birimizi Məsih kimi sevmək əmrində
cəmləşir; bu, ruhani mənada hər bir insana məxsus olan 
reallıqdır, yəni bu məhəbbəti mümkün edən Müqəddəs 
Ruhun lütfüdür. O – «azadlıq qanunudur» (Yaq 1:25), 
çünki məhəbbət təsiri altında sərbəst hərəkət etməyə 
imkan yaradır.
«Yeni Qanun – ilk növbədə Məsihə iman edənlərə 
verilmiş Müqəddəs Ruhun lütfüdür» (müq. Toma 
Akvinalı).
178


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə