Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

yadda saxlayıb sədaqətlə qoruyurdu” (Müqəddəs Bakirə 
Məryəmin Göyə Çəkilməsi Günündə söylənilən Vəz I).
159


357. Mənəvi  məsihçi həyatı iman və ayinlərlə
hansı əlaqədədir?
1691-1698
Ayinlər (sirrlər) vasitəsilə imanlılar Məsihin lütfünü və 
Müqəddəs Ruhun ənamlarını qəbul edir, bunlar da onları 
Məsihdə Allah övladı kimi yeni həyatı imanla yaşamağa 
qadir edir.
«Məsihçi, öz ləyaqətini tanı» (müq. Lev Böyük).
Birinci fəsil
İNSAN ŞƏXSİYYƏTİNİN LƏYAQƏTİ
İnsan Allahın surətidir
358. İnsan ləyaqəti nədə kök salıb?
1699-1715
İnsan ləyaqəti onun Allaha bənzər və Allah surətinin 
yaradılışında kök salıb. Ruhani və ölməz canı, ağlı və 
azad iradəsi olan insan şəxsiyyəti Allaha tərəf 
istiqamətlənir və canla, bədənlə birgə əbədi bəxtiyarlığa 
getməyə çağırılıb.
Bəxtiyarlığa çağırışımız
359. İnsan bəxtiyarlığa necə çatır?
1716
İnsan bəxtiyarlığa Məsihin lütfünün gücü ilə çatır, çünki 
Məsih onu ilahi həyatın iştirakçısı edir. Müjdədə Məsih 
şagirdlərinə sərhədsiz xoşbəxtliyə aparan yolu göstərir: 
Bəxtiyarlıq Əmrləri. Məsihin lütfü təmiz vicdanla 
yaşayan, həqiqəti və xeyirxahlığı axtaran və sevən, 
şərdən yan keçən hər bir insanda hərəkət edir.
160


360. Nə üçün Bəxtiyarlıq Əmrləri bizim üçün 
vacibdir?
1716-1717
1725-1726
Bəxtiyarlıq Əmrləri İsanın vəzinin mərkəzindədir, 
İbrahimdən başlayaraq bəşəriyyətə verilən Allahın 
vədlərini davam etdirir və kamilliyə çatdırır. Onlar İsanın 
simasını əks etdirir, həqiqi məsihçi həyatını xarakterizə 
edir və insana əməllərinin ali məqsədini – əbədi 
bəxtiyarlığı göstərir.
361. Bəxtiyarlıq Əmrləri insanın xoşbəxt olmaq 
arzusu ilə hansı əlaqədədir?
1718-1719
Onlar Özünə cəlb etmək üçün Allahın insan ürəyinə 
qoyduğu xoşbəxtlik arzusuna cavab verir. Yalnız Allah 
insanın ehtiyacını ödəyə bilər.
362. Əbədi bəxtiyarlıq nədir?
1720-1724
1727-1729
Əbədi həyatda Allahı görmək; o həyatda biz Allahın 
təbiətinə (bax 2Pet 1:4), Məsihin izzətinə, Üçlük 
həyatının sevincinə şərik olacağıq. Bəxtiyarlıq insan 
bacarığından üstündür: bu, ona aparan Allahın lütfü kimi,
fövqəltəbii və təmənnasız Allah ənamıdır. Vəd olunmuş 
bəxtiyarlıq bizi yer üzündəki rifah haqqında mühüm 
mənəvi seçim qarşısına gətirir və Allahı hər şeydən çox 
sevməyə həvəsləndirir.
İnsanın azadlığı
363. Azadlıq nədir?
161


1730-1733
1743-1744 
Əvvəlcədən düşünərək Allah tərəfindən insana verilmiş 
bir yaxud digər hərəkəti etmək və ya etməmək bacarığı. 
Azadlıq insana məxsus hərəkətləri xarakterizə edir. O nə 
qədər çox xeyirxah işlər görsə, bir o qədər də azad insan 
olur. Ali Xeyirxahlıq və bizim Bəxtiyarlığımız olan Allaha 
tabe olduqda azadlıq kamilliyə çatır. Azadlıq, həmçinin 
şərlə xeyir arasında seçimi ehtimal edir. Şərin seçilməsi 
azadlıqdan sui-istifadə deməkdir və günaha köləliyə 
aparır.
364. Azadlıqla məsuliyyət arasında hansı əlaqə 
var?
1734-1737
1745-1746
Azadlıq insanı öz əməllərini nə dərəcədə könüllü icra 
etdiyi ölçüdə məsuliyyətli edir; bu hətta bilmədən
səhlənkarlıq, zorakılıq təhlükəsi qarşısında, qorxudan
cilovlanmayan hisslər və adətə görə edilən əməllər üçün 
təqsirləndirmə və məsuliyyətin azaldığı və ya tamamilə 
ləğv olunduğu hallara da aiddir. 
365. Nə üçün hər bir insanın azadlıqdan istifadə 
etmək hüququ var?
1738
1747 
Hər bir insanın azadlıqdan istifadə etmək hüququ var, 
çünki bu hüquq insan şəxsiyyətinin ləyaqətindən 
ayrılmazdır. Buna görə də bu hüquqa həmişə hörmət 
etmək gərəkdir, xüsusilə mənəvi və dini planda; bu 
hüquq tanınmalı, ümumi rifah üçün və ədalətli ictimai 
nizama görə vətəndaş qanunları tərəfindən müdafiə 
olunmalıdır.
162


366. İnsan azadlığı xilas nizamına necə daxil 
edilir?
1739-1742
1748 
Bizim azadlığımız ilkin günaha görə zəifləyib və sonrakı 
günahlar bu zəifliyi daha da artırır. Lakin “Məsih azad 
olmağımız üçün bizi azad etdi” (bax Qal 5:1). Müqəddəs 
Ruh xeyirxahlığı ilə bizi ruhani azadlığa doğru aparır ki, 
biz könüllü olaraq Kilsədə və dünyada Onun işini görək.
367. İnsan əməllərinin mənəvi mənbələri 
hansılardır?
1749-1754
1757-1758
İnsan əməllərinin mənəviyyatı üç mənbədən asılıdır: 
seçilmiş obyektdən, yəni həqiqi yaxud qeyri-həqiqi 
xeyirxahlıqdan, hərəkət subyektinin niyyətindən, yəni 
hərəkətin məqsədindən; hərəkətin şəraitindən, bu da 
özünə nəticələri daxil edir.
368. Hərəkət nə vaxt mənəvi cəhətdən xoş hesab 
olunur?
1755-1756
1759-1760
Mənəvi cəhətdən yaxşı əməlin obyekti, məqsədi və 
şəraiti də eyni zamanda yaxşı olmalıdır. Seçilmiş obyekt 
bütün əməli korlaya bilər, hətta xoşniyyətli olsa belə. 
Xeyir almaq məqsədi ilə şər iş görmək olmaz. Pis məqsəd
hərəkəti korlayır, hətta obyekt öz-özlüyündə xoş olsa 
belə. Əksinə, xoş məqsəd öz-özlüyündə qanunsuz olan 
davranışı doğrultmur, çünki məqsəd vasitəni doğrultmur. 
Şəraitlər hərəkət edən şəxsin məsuliyyətini 
azaldıb-çoxalda bilər, lakin hərəkətlərin mənəvi 
keyfiyyətini doğrulda və şər olan əməli yaxşı edə bilməz.
369. Həmişə qadağan olunmuş hərəkətlər varmı?
163


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə