Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

Çox vacib olsa da, ailə bağları mütləq deyil, çünki 
məsihçinin ilk çağırışı Məsihi sevmək və Onun ardınca 
getməkdir; “Atasını ya anasını Məndən artıq sevən kəs 
Mənə layiq deyil” (Mat 10:37). Uşaqların Məsihin ardınca 
getmələrini, hətta onların rahiblik həyatını yaxud keşişlik 
xidmətinə həsr olunmalarını belə, valideynlər sevinclə 
qəbul etməlidirlər.
463. Vətəndaş cəmiyyətinin müxtəlif sahələrində 
səlahiyyət necə həyata keçirilir?
2234-2237
2254
Həmişə fundamental insan hüquqlarına, qanunlara, 
dəyərlərin ədalətli iyerarxiyasına, rifahların ədalətli 
bölünməsinə və köməkçi prinsipinə hörmətdə xidmət 
kimi həyata keçirilir. Səlahiyyətli şəxslər ilk növbədə 
şəxsi deyil, ictimai maraqları güdməlidirlər, onların 
qərarları Allah, insan, sülh haqqında həqiqət tərəfindən 
ilhamlanmalıdır.
464. Vətəndaş hökumətinə qarşı vətəndaşların 
məsuliyyətləri nədən ibarətdir?
2238-2241
2255 
Hökumətə tabe olanlanr öz rəislərini Allah təmsilçisi kimi 
qəbul etməli, ictimai və sosial həyatın yaxşılaşması üçün 
onlarla sədaqətlə əməkdaşlıq etməlidirlər. Bu, vətənə 
məhəbbət və xidmətdir, seçmək və seçilmək hüququ və 
borcu, vergilərin ödənilməsi, sülhün müdafiəsi, əməli 
tənqiddir.
465. Vətəndaş hökumətinə qarşı vətəndaş nə 
zaman tabe olmamalıdır?
2242-2243
2256 
Vətəndaş hökumətinin tələbləri mənəvi nizama zidd 
olanda vətəndaş öz vicdanına görə onlara tabe 
198


olmamalıdır: “İnsana deyil, Allaha itaət etmək daha 
vacibdir” (Həv 5:29).
BEŞİNCİ ƏMR:
«QƏTL ETMƏ»
466. İnsan həyatına nə üçün hörmət etmək 
gərəkdir?
2258-2262
2318-2320 
Çünki o, müqəddəsdir. Ən əvvəldən Allahın yaradıcı 
hərəkətini daşıyır və həmişə yeganə məqsədi 
olanYaradanla xüsusi münasibətdə olur. Heç kimə 
günahsız insanı məhv etməyə icazə verilmirçünki bu
Yaradanın şəxsiyyətinin ləyaqətinə və müqəddəsliyinə 
ziddir. “Günahsıza və salehə ölüm hökmü vermə” (Çıx 
23:7).
467. Nə üçün şəxsiyyətin və cəmiyyətin qanuni 
müdafiəsi bu qaydaya zidd deyil?
2263-2265
Çünki qanuni müdafiə insanın qətlini deyil, şəxsi 
yaşamaq hüququnu və digər insanların yaşamaq 
hüququnu müdafiə etməyi qərara alır. Digərlərinin 
həyatlarının müdafiəsinə görə məsuliyyət daşıyan şəxsin 
qanuni özünü müdafiə etməsi ciddi borc da ola bilər. 
Lakin lazımdan çox zorakılığa gətirib çıxarmamalıdır.
468. Cəza nəyə gərəkdir?
2266
İctimai səlahiyyətlər tərəfindən qoyulan cəzanın məqsədi
cinayət nəticəsində yaranan nizamsızlığı düzəltmək, 
ictimai nizamı və insanların təhlükəsizliyini qorumaq, 
təqsirkarın düzəlməsinə yardım etməkdir.
469. İnsana hansı cəzanı vermək olar?
199


2267
Cəza təqsirin ağırlığına uyğun olmalıdır. Bu gün 
cinayətkarı zərərsizləşdirmək üçün dövlətin bir çox 
vasitəsi var və cinayətkarın məhv edilməsi zəruri deyil, 
bu, “çox nadir halda baş verir yaxud heç baş vermir” 
(Evangelium vitae). Ölümlə nəticələnməyən vasitələr 
kifayətdirsə, hakimiyyət yalnız bu cəzalardan istifadə 
etməlidir, çünki onlar ümumi rifahın konkret şərtlərinə 
cavab verir, şəxsiyyətin ləyaqətinə daha uyğundur və 
təqsirkarı düzəlmə imkanından məhrum etmir.
470. Beşinci əmr məhz nəyi qadağan edir?
2268-2283
2321-2326
Beşinci əmr əxlaq qanununa birbaşa zidd olan şeylər 
kimi bunları qadağan edir:
Birbaşa və qəsdən adam öldürmək və buna yardım 
etmək;
Hamiləliyin şüurlu şəkildə dayandırılması (abort), 
həmçinin bunda iştirak etmək; abort Birləşmədən 
uzaqlaşdırma ilə cəzalandırılır, çünki mayalanma anından
başlayaraq, insana ehtiram göstərmək, onun 
bütövlüyünü isə ciddi şəkildə müdafiə etmək lazımdır;
Şüurlu şəkildə icra edilən evtanaziya, yəni fəaliyyətlə 
yaxud fəaliyyətsizliklə əlilin, xəstənin yaxud ölməkdə 
olan insanın həyatına son qoymaq;
İntihar və bunda könüllü iştirak etmək, çünki bu, Allaha, 
öz-özünə, yaxınına olan saleh məhəbbəti dərindən təhqir
edir; bu əməl üçün məsuliyyətə gəlincə, insanın tovlama 
məqsədi ilə özünü öldürdüyü halda təqsir daha da 
dərinləşir, əksinə, ağır ruhi xəstəlik yaxud da dözülməz 
qorxu nəticəsində insan özünə qəsd edərsə, təqsir azalır.
471. Ölümün qaçılmaz olduğu təsdiq olunan halda 
hansı tibbi proseduralara icazə verilir?
2278-2279
200


Xəstəyə lazım olan müalicənin dayandırılması 
qeyri-qanunidir. Lakin bunlar qanunidir: ölümün vasitə 
kimi istənilmədiyi halda ağrıkəsici vasitələrdən istifadə 
və «terapevt cidd-cəhdindən», yəni müsbət nəticəyə 
sağlam ümid qalmadıqda tibbi texnologiyaların 
həddindən artıq istifadə edilməsindən imtina.
472. Nə üçün cəmiyyət rüşeymin müdafiəsində 
durmalıdır?
2273-2274
Hər bir insanın mayalanma anından yaşamaq üçün 
ayrılmaz hüququ vətəndaş cəmiyyətinin və onun 
qanunvericiliyinin tərkib ünsürdür. Dövlət öz gücünü 
bütün vətəndaşlara və xüsusilə də ən zəiflərə xidmət 
işinə həsr etmirsə, bu, hüquqi dövlətin əsaslarının özünü 
təhlükə altına qoyur.
473. Tovlamadan necə qaçmaq olar?
2284-2287
Başqalarını şər iş görməyə sövq etmək günahından 
şəxsiyyətin canına və bədəninə ehtiram qoymaqla 
çəkinmək olar. Bilərəkdən başqalarını ağır günaha sövq 
edən kəs ciddi cinayət törədir.
474. Bədənə münasibətdə bizim vəzifəmiz nədən 
ibarətdir?
2288-2291
Biz düşüncəli şəkildə həm öz, həm də başqalarının fiziki 
sağlamlığının qayğısına qalmalıyıq, bununla yanaşı 
bədən kultundan və hər cür ifratdan çəkilmək lazımdır. 
Bundan başqa, sağlamlığa və insan həyatına böyük ziyan
vuran narkotikdən istifadə etməkdən, yeməkdən, spirtli 
içkilərdən, tütündən və dərman preparatlarından 
həddindən artıq istifadə etməkdən çəkinmək lazımdır.
201


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə