Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

Aqnostisizmi – o öyrədir ki, Allah haqqında heç bir şey 
bilmək olmaz və buna görə də laqeydlikdə və təcrübi 
ateizmdə ifadə olunur.
446. “Özün üçün heç bir oyma büt, heç bir şeyin 
surətini düzəltmə” (Çıx 20:3) Allah Əmri ikonalara 
ehtiramla yanaşmanı qadağan edirmi?
2129-2132
2141 
Əhdi-Ətiqdə bu Əmr mütləq dərəcədə transsendent olan 
Allahın şəklini çəkməyi qadağan edirdi. Lakin Allah 
Oğlunun bədəndə gəldiyi andan sonra məsihçilərin 
ikonalara ehtiramı bəraət qazanır (787-ci ildə keçirilmiş 
İkinci Nikeya Məclisi bunu təsdiqləyir), çünki Allah 
Oğlunun sirrinə əsaslanır. Oğulda transsendental Allah 
gözə görünən oldu. Burada söhbət surətə ibadətdən 
deyil, onda təsvir olunan Məsihə, Bakirə Məryəmə, 
mələklərə və müqəddəslərə ehtiramdan gedir.
İKİNCİ ƏMR:
“ALLAHIN RƏBBİN ADINI BOŞ YERƏ DİLİNƏ GƏTİRMƏ”
447. Allahın adı necə müqəddəs tutulur?
2142-2149
2160-2162
Rəbbin müqəddəs adı çağırılaraq, tərif edilərək və 
izzətləndirilərək müqəddəs tutula bilər. Buna görə Onun 
adından sui-istifadə etməkdən – ağır günah olan Allaha 
küfrdən, lənətdən və Allah adı ilə verilən vədlərin 
pozulmasından yan keçmək gərəkdir.
448. Yalan and nə üçün qadağandır?
2150-2151
2163-2164 
193


Çünki bu andda Həqiqət olan Allah yalana şahid kimi 
çağırılır.
«Həqiqət deyilsə, zəruri deyilsə, ehtiram göstərmədən 
nə Yaradan Allaha, nə də məxluqlara and içmə» (müq. 
İqnati Loyola).
449. Andı pozma nədir?
2152-2155
Bu, vədlərinə həmişə sadiq olan Allaha qarşı ağır 
günahdır.
ÜÇÜNCÜ ƏMR:
“BAYRAM GÜNLƏRİNİ TƏQDİS ETMƏK BORCUNU YADDA
SAXLA”
450. Nə üçün Allah “Rəbb Şabbat gününə bərəkət 
verib onu müqəddəs saydı” (Çıx 20:11)?
2168-2172
2189
Çünki şənbə günü Allahın yeddinci günündə yaradılışın 
istirahət etməsi, İsrailin Misir köləliyindən azad olmasını 
və Allahın xalqı ilə bağladığı Əhdi xatırladır.
451. İsa şənbəyə hansı münasibət bəsləyir?
2173
İsa şənbə gününün müqəddəsliyini tanıyır və ilahi 
səlahiyyətlə onun həqiqi şərhini verir: “İnsan Şabbat 
günü üçün deyil, Şabbat günü insan üçün yaradılıb” 
(Mark 2:27).
452. Nə üçün məsihçilərdə bazar günü (Rəbbin 
günü) şənbəni əvəz etdi?
2174-2176
2190-2191 
Çünki bazar günü – Məsihin dirilmə günüdür. Şənbədən 
sonra «həftənin ilk günü» (Mark 16:2) olduğuna görə ilkin
yaradılışı xatırladır; şənbə günündən sonra gələn 
«səkkizinci gün» isə Məsihin dirilməsi ilə başlayan yeni 
194


məxluq mənasını daşıyır. Buna görə məsihçilər üçün 
bazar günü bütün günlərdən üstün olan gün, ən böyük 
bayram günü oldu: Rəbbin günü, bu gündə Rəbb Öz 
Pasxası ilə yəhudi şənbəsinin ruhani həqiqətini yerinə 
yetirir və insanın Allahda əbədi istirahətini elan edir.
453. Rəbbin günü necə təqdis olunur?
2177-2185
2192-2193 
Məsihçilər Rəbbin Evxaristiyasında iştirak edərək Rəbbin 
gününü və digər təyin olunmuş bayramları təqdis edirlər,
həmçinin Allaha lazımi ehtiram göstərməyə, bədənin və 
ruhun zəruri olan istirahətinə mane olan işləri görmürlər. 
Ailə məsuliyyətlərini yerinə yetirməyə və bazar gününün,
ailə həyatının və sağlamlığın təqdis olunmasına maneə 
törədən vərdişlərlə nəticələnmirsə, cəmiyyətə böyük 
xeyir gətirən xidməti yerinə yetirməyə icazə var. 
454. Nə üçün qanunvericilikdə Rəbbin gününü 
istirahət günü kimi tanımaq vacibdir?
2186-2188
2194-2195 
Ona görə ki, hamı dini, ailə, mədəni və ictimai həyatın 
qeydinə qalmağı mümkün edən istirahətdən və 
azuqədən real şəkildə ləzzət ala bilsin; düşünmək, 
sakitlik, kitab oxumaq üçün hamının vaxtı olsun, özlərini 
ilk növbədə xəstə və yaşlı adamlar üçün edilən 
xeyirxahlıq işlərinə həsr edə bilsinlər.
İkinci fəsil
«QONŞUNU ÖZÜN KİMİ SEV»
195


DÖRDÜNCÜ ƏMR:
«ATA-ANANA HÖRMƏT ET»
455. Dördüncü əmr nə söyləyir?
2196-2200
2247-2248
Valideynlərə və Allahın bizim xeyrimiz üçün səlahiyyət 
verdiyi şəxslərə hörmət etməyi söyləyir.
456. Allahın iradəsində ailənin təbiəti nədir?
2201-2205
2249
Nikahla bağlı olan kişi və qadın uşaqları ilə birlikdə ailə 
təşkil edirlər. Allah ailəni təşkil etdi və ona əsas struktur 
verdi. Nikah və ailə ər-arvadın xeyrinə, nəslin davamına 
və uşaqların tərbiyəsinə xidmət edir. Bir ailə üzvləri 
arasında şəxsi münasibətlər və ilkin məsuliyyət yaranır. 
Məsihdə ailə iman, ümid və məhəbbət cəmiyyəti 
olduğuna görə ev Kilsəsinə çevrilir.
457. Ailə cəmiyyətdə hansı yeri tutur?
2207-2208
Ailə - insani cəmiyyətin ilkin özəyidir, ictimai səlahiyyəti 
hərtərəfli cəhətdən tanınır. Ailə prinsipləri və dəyərləri 
ictimai həyatın təməlidir. Ailə həyatı cəmiyyətdəki 
həyata girişdir.
458. Ailə qarşısında cəmiyyətin məsuliyyətləri 
hansılardır?
2209-2213
2250
Cəmiyyət ailə və nikahı dəstəkləməli və 
möhkəmlətməlidir, eyni zamanda köməkçilik prinsipinə 
hörmət etməlidir. Vətəndaş hökuməti nikah və ailənin 
196


həqiqi təbiətini, ictimai mənəviyyatı, valideynlərin 
hüquqlarını, evin rifahını qorumalıdır və onlara dəstək 
verməlidir.
459. Valideynlər qarşısında uşaqların məsuliyyəti 
nədir?
2214-2220
2251
Valideynlər qarşısında uşaqların məsuliyyəti hörmət 
göstərmək, tabe olmaq, sözə baxmaqdır. Bacı-qardaş 
bir-biri ilə mehriban olmalı, bütün ailə həyatının 
harmoniya və müqəddəsliyinin böyüməsinə kömək 
göstərməlidirlər.
460. Valideynlərin uşaqlar qarşısında məsuliyyəti 
nədir?
2221-2231
İlahi valideynliyin iştirakçıları olan valideynlər uşaqların 
tərbiyəsinə görə ilk növbədə məsuliyyət daşıyır və ilk 
olaraq onlara imanı xəbər verirlər. Valideynlərin borcu – 
uşaqları şəxsiyyət kimi, Allah övladı kimi sevmək və 
onlara hörmət etməkdir, onların ruhani və fiziki 
ehtiyaclarının ödənməsinin qeydinə qalmalı, onlara 
müvafiq məktəb seçməli, peşəni və həyat tərzini 
seçməkdə onlara məsləhətlə kömək etməlidirlər.  
Valideynlərin xüsusi məsuliyyəti övladlarını məsihçi 
imanında böyütməkdir.
461. Valideynlər uşaqlarını məsihçi imanında necə 
tərbiyə edirlər?
2252-2253
İlk növbədə nümunə olaraq, dua, ailə katexizasiyası və 
Kilsə həyatında iştirak etməklə. 
462. Ailə bağları mütləq rifahdırmı?
2232-2233
197


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə