Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

475. İnsanlar yaxud insanlar qrupu üzərində 
keçirilən elmi, tibbi və psixoloji təcrübələrə nə 
vaxt əxlaqi cəhətdən haqq qazandırmaq olar?
2292-2295
Onlara əxlaqi cəhətdən o halda haqq qazandırmaq olar 
ki, şəxsiyyətin və cəmiyyətin hərtərəfli rifahına xidmət 
edir, bununla yanaşı əvvəlcədən məlumatlandırılmış və 
mümkün nəticələr barədə bilən subyektin həyatına, fiziki 
və ruhi bütövlüyünə həddindən artıq təhlükə törətmir.
476. Həyatda olan yaxud ölmüş insanın 
orqanlarının köçürülməsinə və donorluğa icazə 
verilirmi?
2296
Orqanların köçürülməsi donorun razılığı olduğu və onun 
həyatı üçün həddindən artıq təhlükənin olmadığı halda 
əxlaqi cəhətdən qəbul ediləndir. Öz orqanlarını xeyirxah 
əməl olaraq bağışlamasında donorun vəfatı faktına qəti 
şəkildə əmin olmaq zəruridir.
477. Hansı əməllər insan şəxsiyyətinin cismani 
bütövlüyünə hörmət edilməsində ziddiyyət təşkil 
edir?
2297-2298
Adam oğurluğu və girov götürmə, terrorçuluq, işgəncə, 
zorakılıq, şüurlu şəkildə sterilizasiya. İnsanın amputasiya 
və ya şikəst edilməsinə yalnız terapevtik məqsədlərlə 
icazə verilir.
478. Ölüm ayağında olan adamlara necə qulluq 
etmək lazımdır?
2299
Ölüm ayağında olan insanların yer üzündə həyatlarının 
son dəqiqələrini ləyaqətlə keçirmək hüququ var və 
bunda onları Var olan Allahla görüşə hazırlayan dua və 
ayinlər yardım etməlidir.
202


479. Ölən adamların cəsədi ilə necə rəftar etmək 
lazımdır?
2300-2301
Ölən adamın cəsədi ilə ehtiram və məhəbbətlə rəftar 
etmək lazımdır. Bədənin dirilməsinə iman şübhə altına 
alınmadığı halda kremasiyaya icazə verilir.
480. Rəbb sülhün qorunub saxlanması 
məsələsində hər bir insandan nə tələb edir?
2302-2303
Rəbb «Sülhyaradanlar nə bəxtiyardır!» (Mat 5:9) deyə 
bəyan edərkən ürəklərdə sülh olmasını istəyir və insanı 
qonşusuna pis şeylər arzulamağa vadar edən pislik və 
nifrət əvəzinə qisas almaq arzusu olan qəzəbin 
qeyri-əxlaqiliyini ifşa edir. Bu cür hisslərə qapılan insan 
kiməsə şüurlu şəkildə ciddi zərər vurmağı arzulamaqla 
məhəbbət əleyhinə ağır günah işlədir.
481. Yer üzündə sülh nə deməkdir?
2304-2305
Yer üzündə sülhün olması insan həyatının ehtiramı və 
inkişafı üçün zəruri əsasdır; bu, yalnız müharibənin 
olmaması yaxud düşmən tərəflərin qüvvə bərabərliyi 
deyil, «nizamın sakitliyi» (müq. Avqustin), «Salehliyin 
bəhrəsi» (Yeş 32:17) və məhəbbət əməli olmalıdır. Yer 
üzündə sülh Məsih sülhünün surəti və bəhrəsidir.
482. Yer üzündə sülhü qoruyub saxlamaq zəruriliyi
bizim qarşımızda hansı tələbləri qoyur?
2304
2307-2308
Bu, şəxsi əmlakın ədalətli bölünməsi və qorunub 
saxlanılmasını, insanlar arasında azad ünsiyyəti, 
203


şəxsiyyətin və xalqların ləyaqətinə hörmət, ədalət və 
qardaşlığın cidd-cəhdlə həyata keçirilməsini tələb edir.
483. Silahlı qüvvələrdən istifadəyə hansı hallarda 
haqq qazandırmaq olar?
2307-2310
Silahlı qüvvələrdən istifadəyə bu hallarda haqq 
qazandırmaq olar: eyni zamanda ziyanın uzun və ağır 
olacağına inam olduqda; bütün başqa sülhyaratma 
vasitələri nəticə vermirsə; ciddi uğur imkanları açıq 
görünürsə; müasir zərbə vasitələrinin gücünü nəzərə 
alaraq silah işlədilməsi ağır nəticələrə gətirib çıxarmırsa.
484. Hərbi təhlükə təqdirində kim bütün 
məsələləri ciddi şəkildə ölçüb-biçməlidir?
2309
Bu cür qiymətin verilməsi dövlət səlahiyyətlərinin ağıllı 
mühakiməsinə həvalə olunmalıdır və o həmçinin 
vətəndaşlardan vətənin qorunması vəzifəsini tələb etmək
hüququna malikdir; bununla yanaşı, hər bir insanın 
əqidəsinə görə silahlı mübarizədən imtina etmək barədə 
şəxsi etiqadına hörmətlə yanaşılmalıdır ki, o kəs insan 
cəmiyyətinə başqa şəkildə xidmət edə bilsin.
485. Müharibə vəziyyətində əxlaq qanunu bizdən 
nə tələb edir?
2312-2314
2328
Əxlaq qanunu hətta müharibə vəziyyətində də qüvvədə 
qalır. O, mülki əhali, yaralı əsgərlər və hərbi əsirlərlə 
insani rəftar etməyi tələb edir. İnsan hüququna şüurlu 
şəkildə zidd olan əməllər və bu əməlləri yerinə yetirmək 
əmri cinayət hesab olunur və bunlara kor-koranə itaətə 
bəraət qazandırmaq olmaz. Kütləvi qətlləri, həmçinin 
bütöv bir xalqı və etnik azlığı məhv etməyi ən ağır günah
204


kimi məhkum etmək lazımdır: bu, bir əxlaqi vəzifədir ki
belə əmrləri verən kəsə müqavimət göstərilsin.
486. Müharibədən qaçmaq üçün nə etmək 
lazımdır?
2315-2317
2327-2330
Şüurlu imkanlar hüdudunda hər şeyi etmək lazımdır ki, 
müharibənin özü ilə gətirdiyi şər və ədalətsizliyi nəzərə 
alaraq ondan hər vasitə ilə qaçılsın. Xüsusilə sürətlə 
silahlanmaya və lazımi şəkildə qanuni hakimiyyət 
tərəfindən nəzarət olunmayan silah alverinə imkan 
verilməməlidir, həmçinin ilk növbədə iqtisadi və sosial 
bərabərsizlikdən, etnik və dini ayrı-seçkilikdən, 
paxıllıqdan, şübhələnməkdən, qürurdan, qisasçılıqdan 
imtina edilməlidir. Bu və başqa qanunsuzluqların 
qarşısını almağa yönəlmiş bütün işlər sülhün 
möhkəmlənməsinə və müharibədən qaçmağa kömək 
edir.
ALTINCI ƏMR:
ZİNA ETMƏ
487. İnsan şəxsiyyəti  öz cinsi mənsubiyyətinə 
münasibətdə hansı vəzifələri daşıyır?
2331-2336
2392-2393
Allah insanı kişi və qadın olaraq bərabər şəxsi 
məziyyətlərlə yaratdı və onların ürəyinə məhəbbət və 
ünsiyyət istəyi qoydu. Hər kəs şəxsiyyətinin bütövlüyü 
üçün əhəmiyyətini qeyd edərək öz cinsi mənsubiyyətini, 
həmçinin onun xüsusiyyətini və qarşılıqlı 
tamamlanmasını qəbul etməlidir.
205


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə