Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

488. İsmət nədir?
2337-2338
İsmət şəxsiyyətin müsbət seksual bütövlüyüdür. 
Seksuallıq düzgün şəkildə şəxsiyyətlərarası 
münasibətlərə daxil edildikdə əsl insani xarakter alır. 
İsmət əxlaqi fəzilət, İlahi bəxşiş, lütf, Müqəddəs Ruhun 
bəhrəsidir.
489. İsmət fəziləti nə tələb edir?
2339-2341
O, məqsədi fədakarlıq olan insan azadlığının ifadəsi kimi 
özünüidarə əldə etməyi tələb edir. Bunun üçün tədrici 
inkişafın müxtəlif mərhələlərini keçən əhatəli (hərtərəfli) 
və daimi tərbiyə zəruridir.
490. İsmətlə yaşamağa nə kömək edir?
2340-2347
Bizim ixtiyarımızda çoxlu vasitələr var: Allahın lütfü, 
ayinlərin köməyi, dua, özünüdərk, müxtəlif vəziyyətlərə 
uyğunlaşmış zahidlik təcrübəsi, əxlaqi fəzilətlərin, 
xüsusilə ehtirasları ağla tabe etməyə yönəlmiş özünü 
saxlama fəziləti.
491. Hansı mənada bütün imanlılar ismətlə 
yaşamağa çağırılırlar?
2348-2350
2394
Hamı ismət nümunəsi olan Məsihə bənzəyərək öz həyat 
vəziyyətlərinə uyğun ismətli həyatı keçirməyə çağırılır: 
bəziləri həsr olunmuş bakirlikdə və nikahsızlıqda, bütün 
ürəklərini bölünmədən Allaha daha asanlıqla verməyin 
nümunəvi yolları ilə getməli, nikahda olan digərləri 
ər-arvad ismətinə əməl etməli, nikahda olmayanlarsa 
özünü bakirlikdə saxlamaqla yaşamalıdırlar.
206


492. İsmət əleyhinə yönəlmiş əsas günahlar 
hansılardır?
2351-2359
2396
Hər biri öz obyektinin təbiətinə uyğun olaraq ismətə 
əsaslı şəkildə zidd olan günahlar bunlardır:
ər-arvad xəyanəti, mastrubasiya, əxlaqsızlıq, 
pornoqrafiya, fahişəlik, zorlama, homoseksual hərəkətlər.
Bu günahlar mahiyyətcə cinsi ehtiras (şəhvət) qüsurunun
ifadəsidir. Yetkinlik yaşına çatmayanları bu əməllərə cəlb 
etmək, üstəlik, onların fiziki və əxlaqi bütövlüyünə ciddi 
qəsd kimi qiymətləndirilir.
493. Nə üçün yalnız «Zina etmə» hökmünü bəyan 
edən Altıncı Əmr ismət  əleyhinə olan bütün 
günahları qadağan edir?
2336
Dekaloqun Müqəddəs Kitab mətnində biz yalnız «Zina 
etmə» (Çıx 10:14) hökmünü oxusaq da, Kilsə Rəvayəti 
Əhdi-Ətiqin və Əhdi-Cədidin əxlaqi təliminin məcmusunu 
əldə rəhbər tutaraq belə hesab edir ki, Altıncı Əmr ismət 
əleyhinə olan bütün günahları əhatə edir.
494. Mülki hakimiyyətin ismətə münasibətdə 
vəzifəsi nədən ibarətdir?
2354
Mülki hakimiyyət şəxsiyyətin ləyaqətinə hörmət 
edilməsinə yardım etməyə borclu olduğu üçün hər 
cəhətdən ismət üçün əlverişli şəraitin yaradılmasına səy 
göstərməlidir, o cümlədən ilk növbədə azyaşlıları və ən 
zəifləri müdafiə etmək üçün isməti ciddi təhqir edən 
yuxarıda adı çəkilmiş bəzi əməlləri müvafiq qanunlarla 
qadağan etməlidir.
495. Seksuallığın tabe olduğu ər-arvad 
məhəbbətinin nemətləri nədən ibarətdir?
207


2360-2361
2397-2398
Vəftiz olunanlar üçün nikah ayini ilə təqdis edilmiş 
ər-arvadın məhəbbətinin nemətləri bunlardır: ittifaq, 
səadət, qırılmazlıq, nəsil artımına açıqlıq.
496. Ər-arvad arasında cinsi əlaqənin hansı 
mənaları var?
2362-2367
Ər-arvad arasında cinsi əlaqənin ikili mənası var: 
birləşdirici (ər-arvadın özlərini qarşılıqlı şəkildə bir-birinə 
bəxş etməsi) və hasil (həyatın ötürülməsinə açıqlıq). 
Ər-arvad arasında cinsi əlaqənin Allaha məqbul olan iki 
mənası arasında qırılmaz əlaqəni gah birini, gah da 
digərini istisna etməklə heç kəs pozmamalıdır.
497. Doğulmanın tənzim olunmasına hansı halda 
əxlaqi cəhətdən haqq qazandırmaq olar?
2368-2369
2399
Ata-ana məsuliyyətinin cəhətlərindən birini göstərən 
doğulmanın tənzim olunması ər-arvad tərəfindən xarici 
maneələr olmadan eqoizm səbəbindən deyil, ciddi 
səbəbdən əxlaqın obyektiv meyarlarına uyğun olan, yəni 
vaxtaşırı özünüsaxlamanın köməyi ilə və mayalanmanın 
mümkün olmadığı dövrlərdən istifadə etməklə obyektiv 
halda əxlaqa uyğun sayılır.
498. Əxlaqi cəhətdən qəbuledilməz doğulmanı 
tənzimləmə vasitələri hansılardır?
2370-2372
Cinsi əlaqədən əvvəl yaxud cinsi əlaqə zamanı ya da 
onun təbii nəticələrinin inkişafı zamanı mayalanmağa 
mane olmağa yönəlmiş yaxud buna vasitə olaraq xidmət 
edən (məsələn, bilavasitə sterilizasiya və hamiləliyin 
208


qarşısını alan vasitələrin istifadəsi) bütün əməllər öz 
mahiyyətinə görə qeyri-əxlaqi hesab olunur.
499. Süni mayalanma və döllənmə nə üçün əxlaqi 
cəhətdən qəbuledilməzdir?
2373-2377
Bunlar ona görə qəbuledilməzdir ki, mayalanmanı 
ər-arvadın qarşılıqlı özlərini bir-birlərinə bəxş etdiyi cinsi 
əlaqədən ayırır və beləcə texnologiyaların insanın 
mənşəyi və məqsədi üzərində üstünlüyünü müəyyən 
edir. Bundan başqa, texnologiyaların tətbiqi ilə baş verən
ər-arvad cütlüyünə kənar adamı cəlb edən heteroloji 
mayalanma və döllənmə uşağın ona məlum olan, öz 
aralarında nikah bağları ilə birləşən və yalnız bir-biri 
vasitəsilə valideyn olmaq hüququna malik olan 
ata-anadan doğulmaq hüququnu pozur.
500. Uşağa necə münasibət göstərmək lazımdır?
2378
Uşaq – Allahın bəxşişidir, nikahın ən böyük hədiyyəsidir. 
Uşağa nail olmaq hüququ yoxdur, (mütləq uşağı olmaq, 
nəyin bahasına olursa olsun), əksinə, uşağın öz 
valideynlərinin əlaqəsindən doğulmaq haqqı və 
mayalanma anından öz şəxsiyyətinə ehtiram qoyulması 
hüququ vardır.
501. Uşağı olmayan ər-arvad nə etməlidir?
2379
Əgər ər-arvad bütün qanuni tibbi vasitələrdən istifadə 
etməklərinə rəğmən uşaq bəxşişini əldə edə 
bilməyiblərsə, xeyirxahlıq göstərərək atılmış uşaqları öz 
himayələrinə yaxud övladlığa götürə ya da öz yaxınına 
kömək edə bilərlər. Bununla da onlar qiymətli olan ruhani
bəhəri nümayiş etdirə bilərlər.
209


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə