Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   45   46   47   48   49   50   51   52   53

Ona ibadət edirik və Onu izzətləndiririk. Məsihdə biz 
«Onun» xalqıyıq, O isə «bizim» Allahımızdır – indi və 
həmişə. Bundan başqa, biz «Ey göylərdə olan Atamız» 
deyirik, çünki Məsihin Kilsəsi bir çox «canbir qəlbdə...» 
(Həv 4:32) olan qardaşların ünsiyyətidir.
585. «Ey göylərdə olan Atamız» deyəndə hansı 
ünsiyyətin və hansı missiyanın ruhunda biz Allaha 
müraciət edirik?
2791-2793
2801
«Ey göylərdə olan Atamız» sözləri ilə Allaha ünvanlanan 
dua bütün vəftiz olunmuş şəxslərin ümumi var-dövlətidir,
buna görə də biz İsanın şagirdlərinin birliyi barədə 
duasına qoşulmağa təkidli çağırışı eşidirik. «Ey göylərdə 
olan Atamız» duasını etmək hər bir insanla və bütün 
bəşəriyyətlə dua etmək deməkdir ki, hamı Bir olan və 
Həqiqi Allahı tanısın və hamı bir olsun.
586. «Göylərdə olan» sözlərinin mənası nədir?
2794-2796
2802 
Müqəddəs Kitabın bu sözləri müəyyən bir yerə işarə 
etmir, Allahın mövcudluğunun tərzinə işarə edir: O, 
məhdud deyil və hər şeydən üstündür. Bu sözlər Allahın 
böyüklüyünü və müqəddəsliyini göstərir, həmçinin 
salehlərin ürəyində Onun hüzurunu göstərir. Səmalar 
yaxud Allahın Evi həqiqi Vətəndir, biz yer üzündə 
yaşayaraq ümidlə buraya can atırıq. “Məsihlə birlikdə 
Allahda saxlanılan” (Kol 3:3) bizlər artıq orada yaşayırıq.
Yeddi dilək
587. Rəbbin duasının strukturu nədir?
2803-2806
2857
248


Bu duada Ata Allaha ünvanlanan yeddi dilək təmsil 
olunur. Daha çox ilahiyyat xasiyyətli ilk üç dilək Onun 
izzəti üçün bizi Ona tərəf ucaldır: axı Sevdiyimiz Şəxs 
barədə düşünmək məhəbbətin xüsusiyyətidir. Bunlar 
Allahdan məhz nəyi diləməyimizi bizə söyləyir: Onun 
Adının müqəddəsliyini, Onun Padşahlığının gəlişini, Onun 
iradəsinin yerinə yetirilməsini. Son dörd dilək mərhəmət 
Atasına bizim zəifliyimizi və arzularımızı təqdim edir. 
Bunlarda biz qida, bağışlanma, sınaqlarda möhkəmlənmə
və hiyləgərdən xilası diləyirik.
588. «Adın müqəddəs tutulsun» sözlərinin mənası 
nədir?
2807-2812
2858
Allahın ismini müqəddəs tutmaq müqəddəs etiraf 
etdiyimiz Allahı ilk növbədə izzətləndirmək deməkdir. 
Allah Öz müqəddəs Adını Musaya açdı və istədi ki, Onun 
xalqı «müqəddəs xalq» olaraq Ona həsr olunsun, çünki 
Allah onlarda yaşayır.
589. Allahın adı dünyada və bizdə necə təqdis 
olunur?
2813-2815
Bizi «müqəddəsliyə» (bax 1Sal 4:7) çağıran Allahın adını 
təqdis etmək vəftiz həsredilməsinin bütün həyatımızı 
canlandırmasını arzulamaq deməkdir. Bundan başqa, biz 
həyatımız və duamızla diləyirik ki, hər bir insan Allahın 
adını tanısın və izzətləndirsin.
590. «Padşahlığın gəlsin» deyəndə Kilsə nəyi 
diləyir?
2816-2821
2859
Kilsə Məsihin izzətdə İkinci Gəlişi vasitəsilə Allahın 
Padşahlığının tam gəlməsini diləyir. Lakin Kilsə həmçinin 
249


o barədə də dua edir ki, Bəxtiyarlıq Əmrlərinə uyğun 
olaraq, Allahın Padşahlığı Ruhda insanların təqdis 
olunması və onların ədalətlə sülhə xidmət etmə cəhdləri 
nəticəsində artıq bu gün böyüsün. Bu dilək Ruhun və 
Gəlinin çağırışıdır: “Gəl, ya Rəbb İsa” (Vəhy 22:20).
591. Nə üçün «Göydə olduğu kimi yerdə də Sənin 
iradən olsun» diləmək gərəkdir?
2822-2827
2860
Atanın iradəsi budur ki, «bütün insanlar xilas olub 
həqiqəti dərk etsinlər» (1Tim 2:4). İsa Atanın xilasedici 
iradəsini tamamilə yerinə yetirmək üçün gəldi. Müqəddəs
Bakirə Məryəmin və müqəddəslərin nümunəsi ilə Ata 
Allahın iradəmizi Onun Oğlunun iradəsi ilə birləşdirməsini
diləyirik. Diləyirik ki, səmalarda həyata keçmiş Onun xoş 
niyyəti yer üzündə də tamamilə həyata keçsin. Məhz dua
vasitəsilə siz «Allahın yaxşı, məqbul və kamil iradəsini 
ayırd edəsiniz» (Rom 12:2), «Allahın iradəsini yerinə 
yetirmək üçün tab gətirməni» əldə edə bilərik (İbr 
10:36).
592. «Gündəlik çörəyimizi bizə bu gün ver» 
diləyinin mənası nədir?
2828-2834
2861
Allahdan övlad ümidi ilə hər bir nəfərə həyatı üçün gərək
olan gündəlik yeməyini diləyərkən biz Allahın, Atamızın 
hər cür xeyirxahlıqdan üstün olan xeyirxahlığını etiraf 
edirik. Həmçinin bölüşmək üçün lütf diləyirik ki, ədalət və
şəriklik bəzilərinin ehtiyaclarını ödəməyə imkan versin.
593. Bu diləyin xüsusi, məsihçi mənası nədir?
2835-2837
2861 
250


 “İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər 
kəlmə ilə yaşayar” (Mat 4:4), buna görə bu dilək 
həmçinin Allah Kəlamına və Evxaristiya zamanı qəbul 
edilən Məsihin Bədəninə, həmçinin Müqəddəs Ruhun 
qəbul edilmə arzusuna da aiddir. Tam etibarla biz 
bunların hamısını Allahın verdiyi «bu gün» üçün diləyirik 
və bunlar hamısı bizə ilk növbədə gələcək Padşahlığın 
ziyafətini qabaqcadan duyduran Evxaristiyada verilir.
594. Nə üçün biz “Bizə borclu olanları 
bağışladığımız kimi bizim borclarımızı da bağışla” 
deyirik?
2838-2839
2862
Ata Allahdan bağışlanmağı diləyərkən biz özümüzü Onun
qarşısında günahkar etiraf edirik. Eyni zamanda Onun 
mərhəmətini də etiraf edirik, çünki Onun Oğlunda və 
ayinlər r (sirlər) vasitəsilə biz “satınalınmaya – 
günahlarımızın bağışlanmasına malikik” (Kol 1:14). Lakin 
diləyimiz yalnız o şərtlə yerinə yetəcək ki, ilk olaraq biz 
özümüz bağışlayaq.
595. Necə bağışlamaq olar?
2840-2845
2862 
Hamını, hətta düşmənləri belə, bağışlaya biliriksə, 
mərhəmət ürəklərimizə dolur. Buna görə insan bu tələbin
yerinə yetirilməsini qeyri-mümkün hesab edirsə, 
Müqəddəs Ruha özünü həsr edən ürək Məsih kimi sona 
qədər sevə bilər, yaranı, əzabı dərdə şərikliyə çevirə 
bilər, incikliyi vəsatətçilik duasına çevirə bilər. 
Bağışlamanın İlahi mərhəmətlə əlaqəsi var və o, məsihçi 
duasının zirvəsidir.
596. “Bizi sınağa çəkmə” sözlərinin mənası nədir?
251


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə