Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

Doqquzuncu əmr fikir və arzularda cismani ehtirasa qalib
gəlməni tələb edir. Şəhvətə qarşı mübarizə ürəyin 
təmizlənməsi və özünü idarəetmə fəzilətin təcrübəsinin 
köməyi ilə həyata keçirilir.
528. Doqquzuncu əmr nəyi qadağan edir?
2517-2519
2531-2532
Doqquzuncu əmr altıncı əmrin qadağan etdiyi əməllərlə 
əlaqədar olan fikir və arzuları bəsləməyi qadağan edir.
529. Ürəyin təmizliyini necə əldə etmək olar?
2520
Allahın lütfü ilə və nizamsız ehtiraslara qarşı mübarizə 
apararaq vəftiz olunmuş insan əxlaq ənamı, niyyətlərin 
təmizliyi, zahiri və daxili baxışın sadəliyi, hisslərə və 
xəyala yiyələnmə, dua vasitəsilə ürək təmizliyini əldə 
edir.
530. Təmizlik daha nəyi tələb edir?
2521-2527
2533
Təmizlik abırlılıq tələb edir. Bu, insanın daxili dünyasını 
qoruyaraq abırlılığın nəzakətini göstərir, insanların 
ləyaqətinə və onların ünsiyyətinə uyğun olan baxış və 
jestləri idarə edir. Bu, hər yerə yayılmış erotizmdən azad 
edir və qeyri-sağlam marağa yol verən şeylərə cəlb 
edilməyə qoymur. Təmizlik həmçinin insan azadlığının 
səhv konsepsiyasına əsaslanan mənəvi səhlənkarlıqla 
mübarizənin köməyi ilə ictimai iqlimin təmizliyini də 
tələb edir.
ONUNCU ƏMR:
HEÇ KİMİN ƏMLAKINA TAMAH SALMA
218


531. Onuncu əmr nəyi tələb edir və nəyi qadağan 
edir?
2534-2540
2551-2554
Əvvəlki əmri tamamlayan bu əmr ürək niyyətlərinə 
aiddir: özgə mülkiyyətə hörmət etməyi tələb edir və 
başqa adamların rifahına qarşı tamahkarlığı, coşqun 
acgözlüyü, özgədə rifah gördükdə hiss edilən kədər və 
onları durmadan mənimsəmək arzusu olan paxıllığı 
qadağan edir.
532. Ruhən yoxsul olmağı bizə öyrədən İsa nəyi 
tələb edir?
2544-2547
2556
İsa Öz şagirdlərinə Onu hər şeydən və hamıdan üstün 
tutmalarını əmr edir. Müjdənin kasıblıq ruhuna uyğun 
olaraq dövlətdən imtina və növbəti gün üçün 
həyəcandan bizi azad edən İlahi təminata ümid  bizi, 
Səmavi Padşahlığa nail olmuş «ruhən yoxsulların» (bax 
Mat 5:3) bəxtiyarlığa hazırlayırlar.
533. İnsan ən çox nəyi arzulayır?
2548-2550
2557
İnsanın ən böyük arzusu Allahı görməkdir. Bütün varlığı 
ilə o nida edir: «Mən Allahı görmək istəyirəm!» İnsan onu
məhəbbətinə görə yaradan və sonsuz məhəbbəti ilə 
Özünə tərəf cəlb edən Şəxsi görəndə və Onun 
bəxtiyarlığında həqiqi və tam xoşbəxtliyə nail olur.
«Allahı görən təsəvvür etmək mümkün olan bütün 
rifahlara sahib olur» (müq. Qriqorius Nissalı).
219


220


Pentekost Günü. Qiptilərin ikonası.
221


İkona bizə Müqəddəs Kitabın Pentekost günü barədə 
yazdıqlarını xatırladır:
“Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə 
yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir 
səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara 
göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər 
birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla 
doldu və Ruhun danışdırdığı başqa dillərdə danışmağa 
başladılar” (Həv 2:1-4).
İkonada Müqəddəs Ruhun rəmzi olan göyərçin nur saçır 
və Məryəmlə həvariləri işıqlandırır. Həvarilərin ağlını 
nurlandıran bu işıq, onlara bilik, müdriklik ənamını və 
İlahi reallığı dərketmə qabiliyyətini, həmçinin salehlik
möhkəmlik, məsləhət, Allah qorxusu kimi ənamları da 
verir.
Başlarının üzərindəki alov Müjdəni bütün xalqlara 
yaymağa həvəsləndirən İlahi məhəbbətin dolğunluğuna 
işarə edir. Lütfün dolğunluğu elə edir ki, həvariləri bütün 
insanlar anlayırlar; axı, mərhəmətin dili universal və 
hamı üçün başadüşüləndir.
Müxtəlif xalqların dillərinin qarışmasına qarşı Pentekost 
birliyin padzəhrini qoyur.
İkonanın mərkəzində Kilsənin Anası, Həvarilərin Mələkəsi 
və Kamil Duaçı (Oranta) olan Məryəm görünür.  Məhz 
Müqəddəs Ruhun məhəbbətinə sadiq insanlar Allaha 
övlad duasını edə bilərlər, necə ki, həvari deyir:
”Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!»
deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi” (Qal 
4:6).
222


DÖRDÜNCÜ HİSSƏ
MƏSİHÇİ DUASI
223


224


Birinci bölmə
Məcihçi həyatında dua
Əsas Liturgiya bayramlarının ikonası
225


Duanı hər vaxt etmək olar, lakin Kilsə Məsihə iman 
edənlərin dualarını daim qidalandırmaq üçün onlara 
müəyyən dövrlülüyü təklif edir: səhər və axşam duası, 
yeməkdən əvvəl və sonra; Saat Liturgiyası; bazar günü 
Evxaristiyası; Rozari Duası, Liturgiya ilinin bayramları. 
İkonada Kilsənin duasını təmsil edən Liturgiya ilinin əsas 
bayramlarının bəziləri göstərilir. Ən əsası isə mərkəzdə 
olan Pasxa sirridir: İsanın dirilməsi və Onun göyə 
qalxması. Liturgiya duasının zirvəsi olan məhz bu zəfər 
bayramından İsanın və Məryəmin bütün başqa 
bayramları məna və xilasedici təsiri alır.
226


534. Dua nədir?
2558-2565
2590
Dua – qəlbin Allaha tərəf yüksəlməsi yaxud Onun 
iradəsinə uyğun olan rifahların Ondan dilənməsidir. Dua 
insana tərəf gələn Allahın əbədi ənamıdır. Məsihçi duası 
Allah övladlarının hədsiz xeyirxah Ata, Onun Oğlu İsa 
Məsih və ürəklərimizdə yaşayan Müqəddəs Ruhla şəxsi 
və canlı əlaqədir.
Birinci fəsil
DUANIN VƏHYİ
535. Nə üçün hamı dua etməyə dəvət olunur?
2566-2567
Çünki məhz Allah dünyanın yaradılışı zamanı bütün 
varlığı yoxluqdan yaradılışa səsləyir və hətta günaha 
batmadan sonra da insan özünü yaradılışa səsləyən 
Allahı arzulayaraq Onun simasında öz Yaradıcısını 
tanımaq qabiliyyətinə malikdir. Bütün dinlər, xüsusi 
tərzdə də bütün xilas tarixi insanın Allaha təşnə 
olduğuna şəhadət edir, lakin məhz Allah yorulmadan hər 
bir insanı duada Özü ilə əsrarəngiz görüşə cəzb edir. 
Əhdi-Ətiqdə duanın vəhyi
536. Nə üçün İbrahim bizim üçün dua nümunəsi 
oldu?
2570-2573
2592 
İbrahim dua nümunəsidir, çünki Allahın hüzurunda 
yeriyir, Onu dinləyir və Ona tabe olur. İbrahimin duası – 
imanın mübarizəsidir, çünki o hətta sınaqda belə, Allahın 
sədaqətinə iman etməkdə davam edir. Bundan başqa, öz
227


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə