Katolik Kilsəsinin katexizisi


 Nikahın məziyyətlərini hansı əməllər təhqir



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

502. Nikahın məziyyətlərini hansı əməllər təhqir 
edir?
2380-2391
2400
Ər-arvad xəyanəti, boşanma, poliqamiya, insest (ailəvi 
qohumla evlənmə), azad ittifaq (nikahsız birgə yaşamaq 
– konkubinat), nikahdan əvvəl yaxud nikahdan kənar 
cinsi əlaqə.
YEDDİNCİ ƏMR:
«OĞURLUQ ETMƏ»
503. Yeddinci əmr nəyi elan edir?
2401-2402
O, rifahların ümumi təyinatını və paylaşdırılmasını, 
həmçinin rifahlara dair şəxsi mülkiyyəti, insanlara 
hörməti və yaradılışın bütövlüyünü nəzərdə tutur. Kilsə 
öz ictimai təlimini iqtisadi fəaliyyətdə, ictimai və siyasi 
həyatda düzgün davranışı; insanın əmək  hüququnu və 
çalışmaq borcunu, xalqlar arasında ədalət və həmrəyliyi, 
kasıblara məhəbbəti ehtimal edən bu əmrə əsaslandırır.
504. Şəxsi mülkiyyət hüququ hansı şərtlər 
əsasında mövcuddur?
2403
Şəxsi mülkiyyət hüququ onu ədalətli yolla əldə etsinlər 
yaxud alsınlar deyə, həmçinin bütün insanların 
ehtiyaclarının ödənilməsi üçün təyin edilmiş rifahların 
təyinatının, ilk növbədə, universal olması üçün 
mövcuddur.
210


505. Şəxsi mülkiyyətin təyinatı nədir?
2404-2406
Şəxsi mülkiyyətin təyinatı hər şəxsiyyəti azadlıq və 
ləyaqətlə təmin etməkdir, həm onu idarə edənlərin və 
həm də ehtiyacda yaşayanların əsas ehtiyaclarını 
ödəməyə kömək edir.
506. Yeddinci əmr nə öyrədir?
2407
2450-2451
Yeddinci əmr ədalət və mərhəmət, özünü idarəetmə və 
həmrəylik fəzilətləri vasitəsilə digər insanların rifahına 
hörmət etməyi öyrədir. Xüsusilə verilən vədləri və 
bağlanan müqavilələri (kontraktları) yerinə yetirməyi
edilən ədalətsizliyin əvəzini vermə və oğurlananı 
qaytarma; mineral, bitki, heyvani ehtiyatlarından ağılla 
və sadəliklə istifadə etmək və məhv olma təhlükəsi 
altında olan növlərə xüsusi diqqət yetirmək vasitəsilə 
məxluqun bütövlüyünə hörmət göstərməyi öyrədir.
507. İnsan heyvanlarla necə rəftar etməlidir?
2416-2418
2457 
İnsan Allahın məxluqları olan heyvanlarla xoş niyyətlə 
davranmalıdır, onlara qarşı həddindən çox məhəbbətdən 
və həmçinin idarə olunmaz dərəcədə onlardan istifadə 
etməkdən yan keçməlidir; ilk növbədə bu, ağlabatan 
çərçivələrdən çıxan və heyvanları lazımsız əzablara 
düçar edən elmi təcrübələrə aiddir.
508. Yeddinci əmr nəyi qadağan edir?
2408-2413
2453-2455
Yeddinci əmr ilk növbədə oğurluğu, yəni sahibin dərrakəli
iradəsinə zidd olaraq onun mülkiyyətini mənimsəməyi 
211


qadağan edir. Oğurluq həmçinin bunlardır: ədalətli 
mükafatı verməmək, alver, digərlərinə ziyan vermək və 
gəlir əldə etmək məqsədilə malların qiymətinin 
qaldırılması; çeklərin və hesabların saxtalaşdırılması. 
Bundan savayı, bu əmr vergi və ticarət sahələrində 
fırıldağı, şəxsi və ictimai mülkiyyətə şüurlu ziyan 
yetirməni və həmçinin sələmçiliyi, korrupsiya, ictimai 
mülkiyyətin şəxsi məqsədlərlə istifadə olunmasını, işin 
keyfiyyətsiz yerinə yetirilməsini və israfçılığı qadağan 
edir.
509. Kilsənin ictimai təliminin məzmunu nədir?
2419-2423
Kilsənin ictimai təlimi insan şəxsiyyətinin ləyaqəti və 
onun ictimai ölçüsü barədə Müjdə həqiqətinin təbii 
inkişafı olaraq, düşüncə prinsiplərini təqdim edir, 
düşüncə kriterilərini formalaşdırır, hərəkətin qaydalarını 
və istiqamətini təklif edir.
510. Kilsə ictimai sahəyə nə vaxt qarışır?
2420
2458
Şəxsiyyətin əsas hüquqları, ümumi rifah və canın xilası 
tələb etdikdə Kilsə iqtisadi və ictimai sahələrdə mənəvi 
düşüncə təqdim edərək qarışır. 
511. İctimai və iqtisadi həyat necə olmalıdır?
2459
Ona məxsus metodlara uyğun, mənəvi nizamın çərçivəsi 
içində olmalıdır, insana onun bütövlüyündə və bütün 
bəşər cəmiyyətinə xidmət etməlidir, ictimai ədalətə 
hörmət göstərməlidir. Onun yaradıcısı, mərkəzi, məqsədi 
insan olmalıdır.
512. Kilsənin ictimai təliminə nə mane olur?
212


2424-2425
Kilsənin ictimai təliminə şəxsiyyətin əsas hüquqlarını 
tapdalayan yaxud qazancı öz müstəsna qaydasına və ali 
məqsədinə çevirən iqtisadi və ictimai sistemlər mane 
olur. Buna görə Kilsə yeni dövrdə «kommunizmlə» yaxud 
«sosializmin» ateist və totalitar formaları ilə assosiasiya 
yaradan ideologiyaları rədd edir. Lakin o həmçinin 
«kapitalizmin» təcrübəsində fərdililik və bazar 
qanunlarının insan əməyindən mütləq üstünlüyünü də 
rədd edir.
513. İnsan üçün əməyin mənası nədir?
2426-2428
2460-2461
Əmək – insanın borcu və hüququdur; bunun vasitəsilə 
insan Yaradan Allahla əməkdaşlıq edir. Vicdanla və 
bacarıqla çalışaraq insan onun təbiətinə yazılmış 
bacarıqları ifadə edir, Yaradanın ənamlarını və qəbul 
etdiyi istedadı tərifləyir, özünü və yaxınlarını lazım olanla
təmin edir, insanların cəmiyyətinə xidmət edir. Bundan 
başqa, Allahın lütfü ilə əmək digər insanların xilası üçün 
Məsihlə birgə təqdis və əməkdaşlıq vasitəsi də ola bilər.
514. Hər bir insanın hansı əmək fəaliyyətinə 
hüququ var?
2429
2433-2434
Ədalətsiz diskriminasiya olmadan, azad iqtisadi 
təşəbbüsə və ədalətli mükafatlandırılmaya hörmətlə 
bərabər etibarlı və düzgün işə yol hamıya açıq olmalıdır. 
515. Əmək sahəsində dövlətin məsuliyyəti nədir?
2431
Dövlət təhlükəsizliklə təmin etməlidir, fərdi azadlığa və 
mülkiyyətə zəmanət verməlidir, bundan başqa – pulun 
sabitliyini və təsirli ictimai xidmətlərin mövcudluğunu 
213


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə