Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

“Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə 
yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?»” (Mat 
19:16), “İsa ona dedi: “Əgər sən əbədi həyata qovuşmaq
istəyirsənsə, Allahın əmrlərinə riayət et”. Sonra dərhal 
əlavə etdi: “Mənim ardımca gəl” (Mat 19:17, 21). 
İsanın davamçısı olmaq üçün Allahın əmrlərinə riayət 
etmək gərəkdir. Qədim Qanun ləğv olunmayıb, lakin 
insan onda İlahi Müəllimi əldə etməyə çağırılıb. Həmin 
Müəllim Qanunu kamil şəkildə yerinə yetirib və onun tam
mənasını açıqlayır və Qanunun dəyişməzliyini təsdiqləyir.
Bu bölmədən əvvəl təqdim olunan şəkildə Dağüstü Vəz 
(bax Mat 5-7) zamanı şagirdlərinə nəsihət verən İsa 
təsvir olunub. Bu nəsihətin vacib ünsürlərindən bəziləri 
bunlardır: Bəxtiyarlıq Əmrləri, Əhdi-Ətiq Qanununun 
yerinə yetirilməsi, “Ey göylərdə olan Atamız” duası, oruc 
barədə göstərişlər, şagirdləri dünyaya nur və yer üzünə 
duz olmağa çağırışı.
Yer üzərində yüksələn və səmalara çatan dağ Allahla 
görüş yerinə işarə edir.  (Kafedra rəmzi olan) qaya 
üzərində əyləşmiş Müəllim İsa səmalara tərəf qaldırdığı 
sağ əli ilə həyat və xoşbəxtlik barədə olan sözlərinin İlahi
təbiətinə işarə edir. Sol əlində tutduğu lülə halında 
bükülmüş kağız imanla şagirdlərinə etibar etdiyi təlimin 
yerinə yetirilməsinə işarə edir. İsa şagirdlərini Müjdəni 
bütün xalqlara vəz etməyə və onları Ata, Oğul və 
Müqəddəs Ruh adı ilə vəftiz etməyə çağırır.
Müəllimin ayaqlarının yanında oturan on iki Həvarinin 
başları onların İsaya sədaqətinə və Kilsənin 
müqəddəsliyinə işarə edən halə ilə əhatə edilir. Yalnız 
sağ tərəfdə oturan şagird qara halə ilə əhatə edilərək 
tamaşaçıdan, demək olar ki, gizlədilib, bu da onun 
Əhdi-Cədidə sədaqətsizliyinin rəmzidir. İsanın vəz etdiyi 
184


Allahın Padşahlığının elan edilməsi boş və mənasız sözlər
deyil, səmərəli və təsirli hərəkətdir. Bununla əlaqədar üç 
sinoptik Müjdədə bəhs edilən Kefernahumlu iflic barədə 
hekayə vacibdir:
“İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 
Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa 
onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli 
ol, oğlum, günahların bağışlandı». Onda bəzi 
ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 
Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə 
ürəyinizə pis fikirlər buraxırsınız? Bax hansı daha 
asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx,
yeri!” demək? Lakin siz bilin ki, Bəşər Oğlunun yer 
üzündə günahları bağışlamaq səlahiyyəti var» və o vaxt 
iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» Xəstə 
qalxıb evinə getdi” (Mat 9:1-7).
Bu nümunədə fiziki cəhətdən sağalma ruhani cəhətdən 
günahdan azad olma möcüzəsinin gözə görünən tərəfidir.
Şəfa tapma və bağışlanma İlahi Müəllim olan İsanın 
müəllimliyinin səciyyəvi işarələri olaraq hələ də qalır.
185


On əmr Bibliyada və digər mətnlərdə
Çıx 20:2-17
Qan 5:6-21
Katexetik xülasə
“Səni Misir 
torpağından, 
köləlik diyarından
çıxaran Allahın 
Rəbb Mənəm. 
Məndən başqa 
allahların 
olmasın. Özün 
üçün heç bir 
oyma büt, nə 
yuxarıda – 
səmada və ya 
aşağıda – yerdə, 
nə də yerdən 
aşağıya yığılan 
sulardakı şeylərin
heç birinin 
surətini 
düzəltmə. Belə 
şeylərə səcdə 
qılaraq ibadət 
etmə. Çünki Mən,
sənin Allahın 
Rəbb, qısqanc 
Allaham. Mənə 
nifrət edən 
ataların cəzasını 
üç-dörd nəslə 
qədər övladlarına
çəkdirərəm. Məni
sevib əmrlərimə 
əməl edənlərin 
isə minlərlə 
“Səni Misir 
torpağından, 
köləlik diyarından
çıxaran Allahın 
Rəbb Mənəm. 
Məndən başqa 
allahların 
olmasın. Özün 
üçün heç bir 
oyma büt, nə 
yuxarıda – 
səmada və ya 
aşağıda – yerdə, 
nə də yerdən 
aşağıya yığılan 
sulardakı şeylərin
heç birinin 
surətini 
düzəltmə. Belə 
şeylərə səcdə 
qılaraq ibadət 
etmə. Çünki Mən 
sənin Allahın 
Rəbb qısqanc 
Allaham. Mənə 
nifrət edən 
ataların cəzasını 
üç-dörd nəslə 
qədər övladlarına
çəkdirərəm. Məni
sevib əmrlərimə 
əməl edənlərin 
isə minlərlə 
Mən Rəbb 
Allahınam.
Məndən başqa 
allahların 
olmasın.
186


nəslinə 
məhəbbət 
göstərərəm.
nəslinə 
məhəbbət 
göstərərəm. 
Allahın Rəbbin 
adını boş yerə 
dilinə gətirmə, 
çünki Rəbb Öz 
adını boş yerə 
dilinə gətirəni 
cəzasız qoymaz.
Allahın Rəbbin 
adını boş yerə 
dilinə gətirmə, 
çünki Rəbb Öz 
adını boş yerə 
dilinə gətirəni 
cəzasız qoymaz.
Allahın Rəbbin 
adını boş yerə 
dilinə gətirmə.
Şabbat gününü 
yadda saxlayıb 
təqdis et. Altı gün
çalışıb bütün 
işlərini gör. Lakin 
yeddinci gün 
Allahın Rəbbin 
Şabbat günüdür. 
Bu gün sən, 
oğlun, qızın, 
qulun, qaravaşın, 
heyvanların, 
yanında qalan 
yadelli də heç bir 
iş görməsin. 
Çünki altı gün 
ərzində Rəbb 
göyləri və yeri, 
dənizi və 
kainatdakı hər 
şeyi yaratdı, 
yeddinci gün isə 
istirahət etdi. 
Bunun üçün Rəbb
Allahın Rəbbin 
sənə etdiyi əmrə 
əsasən Şabbat 
gününü qeyd və 
təqdis et. Altı gün
çalışıb bütün 
işlərini gör. Lakin 
yeddinci gün 
Allahın Rəbbin 
Şabbat günüdür. 
Bu gün sən, 
oğlun, qızın, 
qulun, 
qara-başın, 
öküzün, eşşəyin, 
heç bir heyvanın, 
yanında qalan 
yadellin də heç 
bir iş görməsin, 
sənin kimi 
qulqara-başın da 
istirahət etsin. 
Misir torpa-ğında 
sənin kölə 
Bayram günlərini
təqdis etmək 
borcunu yadda 
saxla
187


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə