“Bir adam İsanın yanına gəlib dedi: «Müəllim,
mən nə
yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?»” (Mat
19:16), “İsa ona dedi: “Əgər sən əbədi həyata qovuşmaq
istəyirsənsə, Allahın əmrlərinə riayət et”.
Sonra dərhal
əlavə etdi: “Mənim ardımca gəl” (Mat 19:17, 21).
İsanın davamçısı olmaq üçün Allahın əmrlərinə riayət
etmək gərəkdir. Qədim Qanun ləğv olunmayıb, lakin
insan onda İlahi Müəllimi əldə etməyə çağırılıb. Həmin
Müəllim Qanunu kamil şəkildə yerinə yetirib və onun tam
mənasını açıqlayır və Qanunun dəyişməzliyini təsdiqləyir.
Bu bölmədən əvvəl təqdim olunan şəkildə Dağüstü Vəz
(bax Mat 5-7) zamanı şagirdlərinə nəsihət verən İsa
təsvir olunub. Bu nəsihətin vacib ünsürlərindən bəziləri
bunlardır: Bəxtiyarlıq Əmrləri,
Əhdi-Ətiq Qanununun
yerinə yetirilməsi, “Ey göylərdə olan Atamız” duası, oruc
barədə göstərişlər, şagirdləri dünyaya nur və yer üzünə
duz olmağa çağırışı.
Yer üzərində yüksələn və səmalara çatan dağ Allahla
görüş yerinə işarə edir. (Kafedra rəmzi olan) qaya
üzərində əyləşmiş Müəllim İsa səmalara tərəf qaldırdığı
sağ əli ilə həyat və xoşbəxtlik barədə olan sözlərinin İlahi
təbiətinə işarə edir. Sol əlində tutduğu lülə halında
bükülmüş kağız imanla şagirdlərinə etibar etdiyi təlimin
yerinə yetirilməsinə işarə edir. İsa şagirdlərini Müjdəni
bütün xalqlara vəz etməyə və onları Ata, Oğul və
Müqəddəs Ruh adı ilə vəftiz etməyə çağırır.
Müəllimin ayaqlarının yanında oturan on iki Həvarinin
başları onların İsaya sədaqətinə və Kilsənin
müqəddəsliyinə işarə edən halə ilə əhatə edilir. Yalnız
sağ tərəfdə oturan şagird qara halə ilə əhatə edilərək
tamaşaçıdan, demək olar ki, gizlədilib,
bu da onun
Əhdi-Cədidə sədaqətsizliyinin rəmzidir. İsanın vəz etdiyi
184
Allahın Padşahlığının elan edilməsi boş və mənasız sözlər
deyil, səmərəli və təsirli hərəkətdir. Bununla əlaqədar üç
sinoptik Müjdədə bəhs edilən Kefernahumlu iflic barədə
hekayə vacibdir:
“İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi.
Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa
onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli
ol, oğlum, günahların bağışlandı». Onda bəzi
ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır».
Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə
ürəyinizə pis fikirlər buraxırsınız? Bax hansı daha
asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx,
yeri!” demək? Lakin siz bilin ki, Bəşər Oğlunun yer
üzündə günahları bağışlamaq səlahiyyəti var» və o vaxt
iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» Xəstə
qalxıb evinə getdi” (Mat 9:1-7).
Bu nümunədə fiziki cəhətdən sağalma ruhani cəhətdən
günahdan azad olma möcüzəsinin gözə görünən tərəfidir.
Şəfa tapma və bağışlanma İlahi Müəllim olan İsanın
müəllimliyinin səciyyəvi işarələri olaraq hələ də qalır.
185