Şabbat gününə
bərəkət verib onu
müqəddəs saydı.
olduğunu və
Allahın Rəbbin
qüdrətli əli,
uzanan qolu ilə
səni oradan
çıxardığını yadda
saxla. Məhz buna
görə Şabbat
gününü qeyd
etməyi Allahın
Rəbb sənə əmr
edib.
Ata-anana
hörmət et ki,
Allahın Rəbbin
sənə verdiyi
torpaqda ömrün
uzun olsun.
Allahın Rəbbin
sənə əmr etdiyi
kimi ata-anana
hörmət et ki,
ömrün uzun olsun
və Allahın Rəbbin
sənə verəcəyi
torpaqda xoş
güzəranın olsun.
Ata-anana
hörmət et.
Qətl etmə.
Qətl etmə.
Qətl etmə.
Zina etmə.
Zina etmə.
Zina etmə.
Oğurluq etmə.
Oğurluq etmə.
Oğurluq etmə.
Heç kimə qarşı
yalandan şahidlik
etmə.
Heç kimə qarşı
yalandan şahidlik
etmə.
Heç kimə qarşı
yalandan şahidlik
etmə.
Heç kimin evinə
tamah salma.
Heç kimin
arvadına tamah
salma.
Heç kimin
arvadına tamah
salma.
Heç kimin
arvadına, quluna,
qarabaşına,
öküzünə,
eşşəyinə – heç bir
şeyinə tamah
Heç kimin evinə,
tarlasına, quluna,
qaravaşına,
öküzünə,
eşşəyinə – heç bir
şeyinə tamah
Heç kimin
əmlakına tamah
salma.
188
salma”
salma”
434. “Müəllim, mən nə yaxşılıq etməliyəm ki,
əbədi həyata malik olum?” (Mat 19:16).
2052-2054
2075-2076
Bu sualı verən gənc adama İsa cavab verir: “Əgər sən
əbədi həyata qovuşmaq istəyirsənsə, Allahın əmrlərinə
riayət et”. Sonra dərhal əlavə etdi: “Mənim ardımca gəl”
(Mat 19:16, 21). İsanın ardınca getmək əmrləri yerinə
yetirmək deməkdir. Qanun ləğv olunmayıb, lakin insana
İlahi Müəllimin Simasında onu əldə etmə imkanı verilib.
İsa qanunu kamilcəsinə yerinə yetirdi, onun tam
mənasını açıqladı və onun dəyişməzliyini təsdiqlədi.
435. İsa qanunu necə şərh edir?
2055
İsa qanunu ikiqat və yeganə məhəbbət əmri çərçivəsində
şərh edir: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla
və bütün düşüncənlə sev”. Bu, böyük və əsas əmrdir.
Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.
Bütün Qanun və peyğəmbərlərin sözləri bu iki əmrə
əsaslanır” (Mat 22:37-40).
436. «Dekaloq» termini nə deməkdir?
2056-2057
«Dekaloq» – on söz mənasını daşıyır (Çıx 34:28). Bu
sözlər qısaldılmış şəkildə Allahın əhd çərçivəsində İsrail
xalqına Musa vasitəsilə verdiyi Qanunu elan edir. Allaha
olan məhəbbət (üç) və qonşuya olan məhəbbət (növbəti
yeddi) əmrlərini təqdim edərək Dekaloq seçilmiş xalqa
və hər bir insana günahın köləliyindən azad olan həyatın
yolunu göstərir.
437. Dekaloq Əhdlə necə bağlıdır?
189
2058-2063
2077
Dekaloq Əhd çərçivəsində təqdim olunur, burada Allah
Özünü göstərir, Öz iradəsini bildirir. Əmrləri yerinə
yetirərək xalq Allaha məxsus olduğunu göstərir və
minnətdarlıqla Onun məhəbbət təşəbbüsünə cavab verir.
438. Kilsə üçün Dekaloqun mənası nədir?
2064-2068
Yazılara və İsanın nümunəsinə sadiq olan Kilsə
Dekaloqun ilk rolunu və mənasını qəbul edir. Məsihçilər
Dekaloqu yerinə yetirməlidirlər.
439. Nə üçün Dekaloq bütövlükdür?
2069
2079
On əmr ayrılmaz bir bütövlükdür, çünki hər bir əmr digər
əmrlərə və bütün Dekaloqa istinad edir. Buna görə də bir
əmri pozmaq bütün qanunu pozmaq deməkdir.
440. Dekaloq nə üçün ciddi olaraq vacibdir?
2072-2073
2081
Çünki insanın Allaha və qonşusuna olan əsas borcunu
elan edir.
441. Dekaloqu yerinə yetirmək mümkündürmü?
2074
2082
Bəli, çünki Məsihsiz biz heç bir şey edə bilmərik və Məsih
bizə Öz lütfünə və Müqəddəs Ruhun ənamına görə
Əmrləri yerinə yetirməkdə yardım göstərir.
190
Birinci fəsil
«ALLAHIN RƏBBİNİ BÜTÜN ÜRƏYİNLƏ,
BÜTÜN CANINLA, BÜTÜN AĞLINLA SEV»
BİRİNCİ ƏMR:
«MƏN RƏBB ALLAHINAM.
MƏNDƏN BAŞQA ALLAHLARIN OLMASIN”
442. «Mən Rəbb Allahınam» bəyanatı bizdən nə
tələb edir?
2083-2094
2133-2134
İmanlıdan üç ilahiyyat comərdliyini qorumağı və həyata
keçirməyi, buna maneə törədən günahlardan yan
keçməyi tələb edir. İman Allaha iman edərək ona maneə
törədən hər şeyi kənara atır, məsələn, özbaşına şübhə
etməyi, imansızlığı, küfr, mürtədlik, xəyanət, təfriqəçilik.
Ümid etibarla Allahı bəxtiyarlıqla görməyi və Onun
köməyini gözləyir, ümidsizlikdən və özünə güvənmədən
yan keçir. Məhəbbət Allahı hər şeydən çox sevir; buna
görə də laqeydlik, nankorluq, soyuqluq və ilıqlıq,
məyusluq, ruhani tənbəllik, qürurdan gələn Allaha nifrət
kənara atılır.
443. Rəbbin “
Allahın Rəbbə səcdə et və yalnız Ona
ibadət et
” (Mat 4:10) sözləri bizdən nə tələb edir?
2095-2105
2135-2136
Mövcud olan hər şeyin Hökmdarına – Allaha tabe olmağı
tələb edir. Şəxsən və cəmiyyətdə Ona lazımınca ibadət
etmək; tərif, minnətdarlıq və vəsatətçilik sözləri ilə Ona
dua etmək, Ona qurbanlar gətirmək, ilk növbədə bu,
191
Məsihin kamil qurbanı ilə birləşən öz həyatımızın ruhani
qurbanıdır; Allaha verdiyiniz vədləri yerinə yetirmək.
444. Həqiqət və azadlıqda şəxsiyyət Allaha ibadət
etmə hüququnu necə həyata keçirir?
2104-2109
2137
Hər bir insanın xüsusilə Allaha və Onun Kilsəsinə aid olan
həqiqəti axtarmaq hüququ və mənəvi borcu var, həqiqəti
biləndən sonra insan onu qəbul etməli və sədaqətlə
qorumalı və Allaha düzgün ibadət etməlidir. Eyni
zamanda insan şəxsiyyətinin ləyaqəti tələb edir ki, dini
işlərdə insan vicdanına qarşı hərəkət etməyə məcbur
edilməməlidir və ictimai qaydaların ədalətli çərçivəsi
daxilində vicdanla həm şəxsi, həm də ictimai həyatda,
şəxsən yaxud cəmiyyətdə hərəkət etməyə mane olmağa
heç kimin hüququ yoxdur.
445. Allah “Məndən başqa allahların olmasın” (Çıx
20:3) əmr edərək nəyi qadağan edir?
2110-2128
2138-2140
Bu Əmr qadağan edir:
Çoxallahlılıq və bütpərəstliyi – məxluqları, səlahiyyəti,
pulu və hətta cinləri ilahiləşdirməyi;
Mövhumatı – magiya, cadugərlik və spiritizmdə kiməsə
ilahi xüsusiyyətləri aid edərək Allaha layiq ibadətin
korlanmasını.
Allahsızlığı – söz yaxud əməllə Allahı aldatma cəhdlərini;
Allaha həsr olunmuş əşyaları yaxud şəxsləri, ilk növbədə
Evxaristiyanı təhqir etmə yaxud ələ salmanı; ruhani
rifahları satıb-almaq cəhdləri olan simoniyanı.
Ateizmi – İnsan muxtariyyətçiliyinin yalan anlayışına
əsaslanaraq Allahın mövcudluğunu inkar etmək .
192
Dostları ilə paylaş: |