421. Yeni Qanun harada verilir?
1971-1974
1986
Yeni Qanun Məsihin bütün həyat və vəzində, həmçinin
həvarilərin mənəvi katexezində verilir; onun əsas
təcəssümü – Dağüstü Vəzdir.
Lütf və bəraət qazanma
422. Bəraət qazanma nədir?
1987-1995
2017-2020
Bəraət qazanma Allah məhəbbətinin ən kamil işidir. Bu,
Allahın mərhəmət və təmənnasız işidir, bizim
günahlarımızı aradan qaldırır, bizi bütün
mövcudluğumuzda saleh və müqəddəs edir. Bizim üçün
Məsihin əzabları ilə qazanılan və Vəftiz zamanı bizə
verilən Müqəddəs Ruhun lütfü vasitəsilə bu həyata keçir.
Bəraət qazanma insanın azad cavabının, yəni Məsihə
iman və Müqəddəs Ruhun lütfünün köməyinin təməlini
qoyur.
423. Bəraətverən lütf nədir?
1996-1998
2005
2021
Lütf – Allahın bizi Müqəddəs Üçlüyün həyatının iştirakçısı
etmək və Onun məhəbbəti vasitəsilə bizə hərəkət etmə
qabiliyyətini verdiyi təmənnasız ənamdır. Onun adı daimi
(habitual), təqdis edən yaxud ilahiləşdirən lütfdür, çünki
tamamilə Allahın təmənnasız təşəbbüsündən asılıdır və
insanların düşünmə və qüvvət qabiliyyətlərindən
üstündür.
179
424. Lütfün hansı növləri mövcuddur?
1999-2000
2003-2004
2023-2024
Daimi (habitual) lütfdən başqa bunlar da mövcuddur:
təsir göstərən (aktual) lütf (vəziyyətlərə uyğun olan
ənamlar); mərasimli (müqəddəs) lütf (hər bir ayinin
xüsusi ənamı); xüsusi lütf yaxud xarizmalar (bunların
məqsədi Kilsənin ümumi xeyridir), bunların arasında
xüsusi olaraq Kilsə xidmətini və həyatda məsuliyyətli
funksiyaları müşayiət edən vəziyyət lütfünü
fərqləndirirlər.
425. Lütf və insan azadlığı hansı əlaqədədir?
2001-2002
Lütf insanın azad cavabı üçün şərait yaradır, hazırlayır və
çağırır. İnsan azadlığının sirli ümidlərinə cavab verir, onu
əməkdaşlığa çağırır və onu kamilliyə doğru aparır.
426. Məziyyət nədir?
2006-2010
2025-2026
Məziyyət xeyirxah işə görə mükafatlandırılmaq hüququ
verən bir şeydir. Allahla münasibətdə insanın məziyyəti
yoxdur, çünki hər şeyi Allahdan təmənnasız olaraq alıb.
Lakin Allah insana Allah qarşısında xidmətlərimizin
mənbəyi olan Məsih məhəbbəti ilə birləşərək xidmət
etmək imkanını verir. Buna görə xeyirxah işlərə görə
mükafatlar ilk növbədə Allahın lütfünə və yalnız bundan
sonra insanın azad iradəsinə aid edilməlidir.
427. Biz hansı rifahı qazana bilərik?
180
2010-2011
2027
Müqəddəs Ruhun təlqini ilə biz özümüz və digər insanlar
üçün təqdis olunmağımız, əbədi həyatı əldə etməyimiz
üçün xeyirli olan lütflər, eyni zamanda bizim üçün Allahın
iradəsinə görə müəyyən edilən yer üzündəki rifahları
qazana bilərik. Lakin Allaha tərəf dönmə və bəraət
qazanma əsaslarında dayanan ilkin lütfü heç kim qazana
bilməz.
428. Məsihçi müqəddəsliyinə biz hamımızmı
çağırılmışıq?
2012-2016
2028-2029
Məsihə iman edən bütün insanlar məsihçi
müqəddəsliyinə çağırılıblar. Məsihçi müqəddəsliyi –
məsihçi həyatının dolğunluğu və məhəbbət kamilliyidir;
o, Məsihlə dərin birlikdə və Məsihdə Müqəddəs Üçlüklə
təcəssüm etdirilir. Məsihçinin təqdis yolu Çarmıxdan
keçməlidir və salehlərin son dirilməsində icra olmalıdır,
burada Allah hər şeydə hər şey olacaq.
Ana və nəsihətçi Kilsə
429. Kilsə məsihçinin mənəvi həyatını necə
qidalandırır?
2030-2031
2047
Kilsə cəmiyyətdir, burada məsihçi Allah Kəlamını və
«Məsih Qanununun» (Qal 6:2) nəsihətlərini qəbul edir;
ayinlərin (sirrlərin) lütfünü əldə edir, Məsihin Evxaristiya
qurbanı ilə elə birləşir ki, onun mənəvi həyatı ruhda
ibadətə çevrilir; müqəddəs Bakirə Məryəm və
müqəddəslərin nümunəsindən müqəddəsliyi öyrənir.
181
430. Nə üçün Kilsənin müəllimliyi mənəviyyat
sahəsinə qarışır?
2032-2040
2049-2051
Çünki Kilsənin müəllimlik işi qəbul edilməsi və ona uyğun
tərzdə yaşanması gərək olan imanı vəz etməkdir. Bu iş
təbii qanunun xüsusi tələblərinə də aiddir, çünki onları
xilasımız üçün yerinə yetirmək gərəkdir.
431. Kilsə əmrlərinin məqsədi nədir?
2041
2048
Kilsənin beş əmrinin məqsədi - dua ruhunda, ayinli
(sirrli) həyatında, mənəvi cəhdlərdə, Allaha və qonşuya
məhəbbətdə böyüməkdə imanlılara zəruri olan
minimumu təmin etməkdir.
432. Kilsə əmrləri hansılardır?
2042-2043
1) Bazar günü və digər bayram günlərində Messada
iştirak et, bu günlərin təqdis olunmasına mane olan iş və
əməllərdən azad ol; 2) heç olmazsa ildə bir dəfə Tövbə
ayinində iştirak edərək günahlarını etiraf et; 3)
Evxaristiya ayinində heç olmazsa Pasxa zamanı iştirak
et; 4) Kilsənin müəyyən etdiyi günlərdə oruc tut; 5) öz
imkanların daxilində Kilsəni maddi ehtiyaclarında
dəstəklə.
433. Nə üçün məsihçilərin mənəvi həyatı Müjdəni
elan etmək üçün zəruridir?
2044-2046
Çünki öz həyatı ilə Rəbb İsanın təliminə uyğun olaraq
məsihçilər adamları həqiqi Allaha imana cəlb edir, Kilsəni
təşviq edir, dünyanı Müjdə ruhu ilə dəyişir və Allahın
Padşahlığını yaxınlaşdırırlar.
182
İkinci bölmə
ON ƏMR
Beato Anceliko. Dağüstü Vəz. San-Marko Muzeyi,
Florensiya (İtaliya).
183
Dostları ilə paylaş: |