Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

1756
1761
Konkret hərəkətlər var, onların obyektinə görə onları 
seçmək həmişə səhv olur (məsələn, Allaha küfr, qatillik, 
zina). Belə əməllərin seçimi iradənin qanunsuzluğuna 
gətirib çıxarır, yəni mənəvi şərə gətirir və onlardan 
mümkün olan xeyri çıxarmaqla onları doğrultmaq olmaz.
Ehtirasların mənəvi mənası
370. «Ehtiraslar» nədir?
1762-1766
1771-1772
Ehtiraslar – hisslər, emosiyalar, şəhvət hərəkətləri – 
bunlar insanın şərlə xeyri anlamasından asılı olan insan 
psixologiyasının təbii hissələridir və onu hərəkətə yaxud 
hərəkətsizliyə məcbur edir. Əsas ehtiraslar bunlardır: 
məhəbbət, nifrət, arzular və qorxular, sevinc, kədər, 
qəzəb; rifahın cəlbediciliyi nəticəsində yaranan 
məhəbbət bunların birincisidir. Burada həqiqi yaxud 
qeyri-həqiqi olan rifah sevilir.
371. Ehtiraslar öz-özlüyündə yaxşı, yoxsa pisdir?
1767-1770
1773-1775
Ehtiraslar nə yaxşı, nə də pisdir. Xoş hərəkətə imkan 
yaradanda yaxşı, əks halda da pisdir. Onlar ya 
xeyirxahlıqda qəbul oluna ya da şər tərəfindən korlana 
bilər.
Mənəvi şüur (vicdan)
164


372. Mənəvi şüur (vicdan) nədir?
1776-1780
1795-1797
Şəxsiyyətin dərinliyində olan mənəvi şüur (vicdan) ağlın 
məhkəməsidir və lazım gəldikdə insana xeyirxahlıq 
etmək və şərdən yan keçməyi əmr edir. Buna görə insan 
şəxsiyyəti etdiyi yaxud etmək istədiyi əməlin mənəvi 
başlanğıcının keyfiyyətini tanıyır və bu əmələ görə 
məsuliyyət daşıyır. Ağıllı insan vicdanın səsini dinləyərək 
onunla danışan Allahın səsini eşidə bilər.
373. Şəxsiyyət ləyaqəti vicdandan nə tələb edir?
1780-1782
1798
Şəxsiyyətin insani ləyaqəti düzgün vicdan tələb edir 
(yəni ağıl və İlahi qanunla uyğun olan, ədalətli və xoş 
olan şeylərlə razılıqda olmağı). Şəxsiyyətin ləyaqətinə 
görə insanı vicdana qarşı hərəkət etməyə məcbur etmək 
düzgün deyil, lakin eyni zamanda ümumi xeyir çərçivəsi 
daxilində də ona mane olmaq düzgün deyil, xüsusilə dini 
sahədə.
374. Düzgün və doğru vicdan necə formalaşır?
1783-1788
1799-1800 
Düzgün və doğru vicdan tərbiyə, Allah Kəlamının qəbul 
edilməsi və Kilsə təlimi vasitəsilə formalaşır. Onu 
Müqəddəs Ruhun ənamları dəstəkləyir və ona müdrik 
adamların məsləhətləri kömək edir. Bundan başqa, 
mənəvi formalaşmaya dua və vicdanın sınağı çox kömək 
edir.
165


375. Vicdan hansı qaydalara daim riayət etməlidir?
1789
Üç ümumi və əsas qayda var: 1) xeyir əldə etmək üçün 
heç vaxt şər iş görməyə icazə verilmir; 2) «Qızıl qanun»: 
“insanların sizinlə hər hansı bir işdə necə rəftar etməsini 
istəyirsinizsə, siz də onlarla elə rəftar edin” (Mat 7:12), 
məhəbbət həmişə insana və onun vicdanına hörmət 
üzərində təşviq edilir, lakin bunun mənası o deyil ki, 
obyektiv olaraq şər olan şeyi xeyir kimi qəbul etmək 
gərəkdir.
376. Vicdan səhv edə bilərmi?
1790-1794
1801-1802
Şəxsiyyət həmişə vicdanının qəti hökmünə tabe 
olmalıdır, lakin insan səhv düşünə bilər və bunun səbəbi 
də həmişə şəxsi təqsir olmur. Lakin şəxsiyyətə könüllü 
olmadan və bilmədən törədilən şər təqsir hesab olunmur,
baxmayaraq ki, bu, obyektiv olaraq günah hesab olunur. 
Buna görə mənəvi şüuru səhvlərdən təmizləmək üçün 
çalışmaq gərəkdir.
Comərdlik (Fəzilət)
377. Comərdlik nədir?
1803
1833
Comərdlik – xeyirxahlıq etmək adəti və möhkəm meyildir.
«Comərd həyatın məqsədi Allaha bənzər olmaqdır» 
(müq. Qriqorius Nissalı). İnsani və ilahi comərdlik 
mövcuddur.
378. İnsani comərdlik nədir?
1804
1810-1811
166


1834
1839
İnsani comərdlik – ağıl və imana uyğun olaraq 
əməllərimizi və ehtiraslarımızı, davranışımızı idarə edən 
ağlın və iradənin adi və sabit kamilliyidir. Mənəvi 
cəhətdən yaxşı və müntəzəm əməllərlə əldə edilən və 
möhkəmlənən bu insani comərdlik ilahi lütf ilə təmizlənir 
və yüksəlir.
379. Əsas insani comərdliklər hansılardır? 
1805
1834
Əsas comərdlik digər comərdlikləri toplayır və comərd 
həyatın əsasını təşkil edir. Bunlar kamal, ədalət, cəsarət, 
təmkinlilik.
380. Kamal nədir?
1806
1835
Kamal – istənilən şəraitdə həqiqi xeyirxahlığı tanımaq və 
onu həyata keçirmək üçün düzgün vasitələri seçməyə 
ağlı cəlb edir. O öz ardınca başqa comərdlikləri gətirir, 
onlara yol və hüdud göstərir.
381. Ədalət nədir?
1807
1836
Ədalət – daimi və möhkəm iradə ilə digərlərinə lazımi 
olanı verməkdir. Allaha qarşı ədalət «dini comərdlik» 
adlanır.
382. Cəsarət nədir?
1808
1837
Cəsarət çətinliklərə qalib gəlməkdə insana möhkəmlik 
verir, yaxşılığa doğru can atmaq cəhdini daimiliklə təmin 
167


edir və  insanı düzgün işə görə özünü qurban verməyə 
bacarıqlı edir. 
383. Özünü idarə etmə nədir?
1809
1838
Özünü idarə etmə ləzzətlərin cəlbediciliyini 
məhdudlaşdırır, iradənin instinktlər üzərində ağalığını 
təmin edir və yaranan rifahların istifadəsini tarazlıqda 
saxlayır.
384. Dini comərdlik nədir?
1812-1813
1840-1841 
Mənbə, səbəb və bilavasitə obyekti Allah olan 
comərdlikdir. Təqdis edən lütf vasitəsilə insanın qəlbinə 
dolan bu comərdlik insanı Müqəddəs Üçlüklə ünsiyyətli 
həyata həvəsləndirir, məsihçinin mənəvi əməllərini 
əsaslandırır və ruhlandırır, insani comərdliyi canlandırır. 
Onlar insanın bacarığında Müqəddəs Ruhun hüzur və 
hərəkətinin təminatıdır.
385. Dini comərdlik hansılardır?
1813
Dini comərdlik: iman, ümid, məhəbbət.
386. İman nədir?
1814-1816
1842
İman – dini comərdlikdir, onun vasitəsilə biz Allaha, Onun
bizə açdığı hər bir şeyə və Müqəddəs Kilsənin bizə təklif 
etdiyi bütün şeylərə iman edirik, çünki Allah Həqiqətin 
Özüdür. İmanla insan özünü sərbəstliklə Allaha təslim 
edir. Buna görə imanlı Allahın iradəsini bilməyə və yerinə
168


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə