1427-1429
Vəftiz olunanların həyatında Məsihin Allaha tərəf
dönməyə və tövbəyə çağırışı səslənməkdə davam edir.
Allaha tərəf dönmək – bütün Kilsəyə verilən tapşırıqdır.
Kilsə müqəddəsdir, lakin öz çərçivəsinə günahkarları
daxil edir.
300. Daxili tövbə nədir?
1430-1433
1490
İlahi lütf tərəfindən təhrik olunan «sınıq ürəyin» Allahın
mərhəmətli məhəbbətinə cavab hərəkəti (Zəb 51:19).
Daxili tövbə edilən günahlara görə peşmançılıq və nifrət
deməkdir, gələcəkdə daha günah etməməyin möhkəm
qərarı və Allahın köməyinə ümid bəsləmək deməkdir.
Daxili tövbə Allahın mərhəmətinə ümidlə qidalanır.
301. Məsihçi həyatının hansı formalarında tövbə
özünü göstərir?
1434-1439
Tövbə müxtəlif formalarda özünü göstərir, ən əvvəl də
oruc, dua və ianədə. Tövbənin bu və digər formalarını
məsihçi öz gündəlik həyatında icra edə bilər, xüsusilə də
Böyük Oruc vaxtı, cümə günü və tövbə günündə.
302. Hansı ünsürlər barışma ayininin mahiyyətini
göstərir?
1440-1449
Bunlar iki ünsürdür: Müqəddəs Ruhun təsiri ilə dönən
insanın əməlləri və Məsihin Adı ilə keşiş tərəfindən
günahların bağışlanmasıdır. Günahlar yalnız Allah
tərəfindən bağışlanır. Keşiş bu ayində vasitəçi kimi iştirak
edir və günahlara görə əvəzvermə metodunu müəyyən
edir (epitimiya).
134
303. Tövbə edən adam nə etməlidir?
1450-1460
1487-1492
Vicdanını diqqətlə yoxlamalıdır; qəm yaxud tövbə (Allaha
məhəbbətdən gəlirsə, bu, kamil tövbədir, digər
niyyətlərdən gəlirsə, bu, qeyri-kamil tövbədir) daha
günah etməmək qərarını göstərir; etiraf – keşişin
qarşısında günahların etirafından ibarətdir; ödəmə yaxud
keşişin tövbə edən şəxsin üzərinə qoyduğu günahın
nəticəsində verilmiş ziyanın əvəzində müəyyən tövbə
işlərinin yerinə yetirilməsi (epitimiya).
304. Hansı günahları etiraf etmək gərəkdir?
1456
Vicdanı diqqətlə yoxlayandan sonra yadımıza düşən
bütün etiraf edilməmiş ağır günahları etiraf etmək
gərəkdir. Ağır günahları etiraf – bağışlamanı əldə
etmənin yeganə ordinar (adi) yoludur.
305. Ağır günahları etiraf etmək nə zaman
vacibdir?
1457
Yetkin yaşa çatmış hər bir imanlı heç olmazsa ildə bir
dəfə ağır günahları etiraf etməlidir. Həmçinin Birləşməni
qəbul etməzdən əvvəl ağır günahlar etiraf olunmalıdır.
306. Nə üçün gündəlik günahlar etiraf oluna bilər?
1458
Adi günahların etirafı ciddi olaraq mütləq deyil, lakin
Kilsə tərəfindən məsləhət görülür, çünki bizə düzgün
vicdan tərbiyə etməyə və pis meyllərlə mübarizə
aparmağa kömək edir. Məsihə bizə şəfa vermə imkanını
yaradır və bizə Ruhun həyatında inkişaf etməyə imkan
verir.
135
307. Bu ayinin xidmətçisi kimdir?
1461-1466
1495
Məsih barışdırma xidmətini Öz həvarilərinə, onların işini
davam etdirən yepiskop və keşişlərə etibar etdi və onlar
Allahın mərhəmət və ədalətinin alətlərinə çevrilirlər.
Onlar Ata, Oğul və Müqəddəs Ruh naminə günahları
bağışlama səlahiyyətini həyata keçirirlər.
308. Bəzi günahları bağışlama səlahiyyəti kimə
verilib?
1463
Bəzi günahları, xüsusilə ağır günahları (məsələn,
Kilsədən kənarlaşdırma ilə cəzalanan günahlar)
bağışlama səlahiyyəti Müqəddəs Taxta, yerli yepiskop
yaxud onlardan bu səlahiyyəti alan keşişlərə məxsusdur.
Ölüm təhlükəsi olanda hər bir keşiş hər bir günahı buraxa
və Kilsədən kənarlaşdırmanı aradan qaldıra bilər.
309. Dini xadim etirafın sirrini saxlamalıdırmı?
1467
Bu xidmətin incəliyini və böyüklüyünü və həmçinin
adamlara ehtiram göstərmə borcunu nəzərə alaraq, hər
bir din xadimi ciddi cəza qorxusu altında sirr möhürünü
qorumalı, yəni etiraf zamanı bildiyi günahı tam sirr
saxlamalıdır.
310. Bu ayinin səmərəsi nədir?
1468-1470
1496
Bu ayinin səmərəsi bunlardır: Allahla barışıq və bunun
nəticəsində günahların bağışlanması; Kilsə ilə barışıq; lütf
vəziyyətinin (itirilmiş olduğu halda) bərpa olunması,
136
ölümə aparan günah nəticəsində təyin edilmiş əbədi
cəzadan azadolma və qismən də olsa, günaha görə
müvəqqəti cəzadan azadolma; vicdanın sülhü və
sakitliyi, ruhani təsəlli, məsihçi mübarizə üçün ruhani
qüvvələrin çoxalması.
311. Hansı hallarda bu ayini ümumi etiraf şəklində
keçirmək və kollektiv bağışlama vermək olar?
1480-1484
Son zərurət halında (məsələn, bilavasitə ölüm təhlükəsi
olanda) Kilsə normalarına ehtiram göstərərək və başqa
vaxt ağır günahları bağışlama imkanını niyyət edərək
bütün cəmiyyət üçün barışma ayinini və ümumi etirafı
keçirmək və ümumi günahları bağışlamaq olar.
312. İndulgensiya nədir?
1471-1479
1498
İndulgensiya – Allah qarşısında təqsiri artıq silinmiş
günahlara görə müvəqqəti cəzanın götürülməsidir;
Məsihə iman edənlər müəyyən şəraitlərdə özləri yaxud
Məsihin və müqəddəslərin xəzinəsindən satınalınma
xeyirxahlığını bölüşdürən və paylaşdıran Kilsə xidməti
vasitəsilə vəfat etmiş şəxslər üçün indulgensiya alırlar.
Xəstələrin yağlanması sirri
313. Əhdi-Ətiqdə xəstəlik necə anlaşılır?
1499-1502
Əhdi-Ətiq insanı xəstəlikdə təcrübədə öz məhdudluğunu
dərk edir və eyni zamanda başa düşür ki, xəstəlik sirli
yolla günahla əlaqədədir. Peyğəmbərlər əvvəlcədən
söyləyirdilər ki, insanın xəstəliyi öz günahlarına və digər
şəxslərin günahlarına görə də satınalınma qiymətini də
daşıya bilər. Beləliklə, insan Allah qarşısında xəstə
olarkən Ona şəfa barədə yalvarırdı.
137
Dostları ilə paylaş: |