Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

271. Evxaristiya nədir?
1322-1323
1409
Bu, Rəbb İsanın Öz İkinci Zühuruna qədər Çarmıxdakı 
Qurbanını fasiləsiz əbədiləşdirmək üçün müəyyən etdiyi, 
bununla da Öz Kilsəsinə ölümü və dirilməsi barədə xatirə
bəxş etdiyi Bədəninin və Qanının Qurbanıdır. Evxaristiya 
birliyin əlaməti, mərhəmət bağları və Pasxa ziyafətidir, 
bu ziyafətdə biz Məsihi əldə edirik və qəlbimiz lütflə 
dolur və əbədi həyatın rəhnini əldə edir.
272. İsa Məsih nə vaxt Evxaristiyanı təyin etdi?
1323
1337-1340
O, müqəddəs (Böyük) Cümə Axşamı, “xəyanət edildiyi 
gecə” (1Kor 11:23) həvarilərlə birlikdə Gizli Şam 
Yeməyini qeyd edəndə Evxaristiyanı təyin etdi.
273. Bu ayini O necə təyin etdi?
1337-1340
1365, 1406
Həvariləri otağa toplayaraq İsa əlinə çörəyi götürüb 
böldü, onlara payladı və dedi: «Alın, hamınız ondan 
yeyin, çünki bu mənim Bədənimdir və Mənim bədənim 
sizə görə qurban verilir». Sonra O, əlinə içərisində şərab 
olan kasanı götürdü və şagirdlərinə dedi: «Alın, hamınız 
bundan için, çünki bu Mənim yeni və əbədi Əhdimin 
Qanıdır, bir çoxlarının günahlarının bağışlanması üçün 
töküləcək. Məni xatırlayaraq bunu edin».
274. Kilsə həyatında Evxaristiya nə məna daşıyır?
1324-1327
1407
Evxaristiya – bütün məsihçi həyatının mənbəyi və 
zirvəsidir. Evxaristiyada bizi təqdis edən Allahın 
126


hərəkətləri və bizim Ona ibadətimiz zirvəyə çatır. 
Evxaristiya özündə Kilsənin bütün ruhani nemətlərini – 
bizim Pasxamız olan Məsihin Özünü cəmləşdirir. 
Evxaristiyada İlahi həyatla ünsiyyət və Allahın Xalqının 
birliyi ifadə və realizə edilir. Evxaristiya vasitəsilə səmavi 
liturgiya ilə biz artıq burada ikən birləşir və əbədi həyatın
ləzzətini qabaqcadan duyuruq.
275. Bu ayin daha necə adlanır?
1328-1332
Bu ayinin tükənməz zənginliyi müxtəlif adlarda ifadə 
olunur, hər bir ad onun müəyyən aspektini əks etdirir. 
Çox vaxt bu, Evxaristiya, Müqəddəs Messa, Rəbbin 
Süfrəsi, Çörək bölmə, Evxaristiya yığıncağı, Əzabların 
xatırlanması, Rəbbin ölüm və dirilməsi, Müqəddəs 
Qurban, müqəddəs və ilahi Liturgiya, müqəddəs Sirlər
Mehrabın müqəddəs Ayini, müqəddəs Birləşmə adlanır. 
276. Evxaristiya xilasın İlahi planında hansı yeri 
tutur?
1333-1344
Əhdi-Ətiqdə Evxaristiya barədə peyğəmbərlik edilir, ilk 
növbədə hər il keçirilən Pasxa ziyafəti zamanı yəhudilər 
hər il mayasız çörək yeyərək Misirdən azad olaraq 
qaçışlarını xatırlayırlar. İsa Öz təlimində Evxaristiya 
barədə xəbər verir və Pasxa ziyafəti zamanı şagirdləri ilə 
birlikdə Sirrli Axşam keçirərək onu təyin edir. Kilsə 
həmişə, xüsusilə də İsanın dirildiyi bazar günündə 
Evxaristiyanı keçirirdi və Rəbbin əmrini yerinə yetirirdi: 
«Bunu Məni xatırlamaq üçün edin» (1Kor 11:24).
277. Evxaristiya necə keçirilir?
1345-1355
1408
127


Evxaristiyanın iki vacib hissəsi var və bu hissələr ibadətin
tam birliyini təşkil edir: Allah Kəlamının vəzi və dinləməsi
olan Kəlamın Liturgiyası; çörək və şərabın təqdimatı ilə 
Evxaristiya Liturgiyası, anafora, yəni təqdis duası və 
Birləşmə. 
278. Evxaristiyanın xidmətçisi kimdir?
1348
1411
(Yepiskop yaxud presviterin) lazımi yolla 
əlqoyulmasından keçmiş, Kilsənin adından Məsihin 
simasında hərəkət edən keşiş.
279. Evxaristiyanı keçirmək üçün nə gərəkdir?
1412
Buğda çörəyi və üzüm şərabı.
280. Evxaristiya nə mənada Məsih Qurbanının 
xatırlanmasıdır?
1362-1367
Evxaristiya o mənada xatırlamadır ki, bəşəriyyət üçün bir
dəfə və həmişəlik çarmıxda Ataya Məsihin Qurbanını 
aktuallaşdırır. Evxaristiyanın qurban xarakteri onun 
qoyulduğu sözlərdə görünür: «Bu Mənim sizin üçün 
verilən Bədənimdir» və «Bu kasa sizin üçün tökülən 
Qanımdır» (Luka 22:19-20). Çarmıx Qurbanı və 
Evxaristiya Qurbanı – bir qurban təqdimatıdır. Qurban və 
Özünü Qurban verən Şəxs eynidir – burada yalnız qurban
təqdimetmə yolu fərqlənir: Özünü Çarmıxda qanlı Qurban
verən Şəxs Evxaristiyada qansız qurban verilir.
281. Kilsə Evxaristiya qurbanında necə iştirak 
edir?
1368-1372
1414
128


Evxaristiyada Məsih Qurbanı Onun Bədəninin hər bir 
üzvü üçün qurban olur. Məsihə iman edən adamların 
həyatı, onların şükranları, əzabları, duaları və əməkləri 
Məsihin həyatı, şükranları, əzabları, duaları və əməyi ilə 
birləşir. Evxaristiya qurbanı bütün iman edən, sağ və 
vəfat etmiş insanlara görə qurban kimi, bütün insanların 
günahlarına görə, həmçinin Allahdan ruhani və material 
rifahları əldə etmək üçün gətirilir. Məsihin qurbanı ilə 
səmavi Kilsə də birləşir. 
282. İsa Evxaristiyada necə iştirak edir?
1373-1375
1413
İsa Məsih Evxaristiyada nadir və müqayisəedilməz yolla 
iştirak edir. İsa bu ayində, həqiqətən, real və mahiyyət 
şəklində iştirak edir: Bədəni, Qanı, canı və İlahi təbiəti ilə.
Buna görə də Evxaristiyada ayinli (müqəddəs) yolla, yəni
Evxaristiya növlü çörək və şərabda Allah və insan olan 
Məsih bütövlüklə iştirak edir.
283. Çevrilmə  nədir?
1376-1377
1413
Çevrilmə çörəyin mahiyyətinin Məsihin mahiyyətinə, 
şərabın mahiyyətinin isə Onun Qanına çevrilməsidir. Bu 
çevrilmə Evxaristiya duası zamanı Məsihin Kəlamının 
təsirinə və Müqəddəs Ruhun hərəkətinə görə baş verir. 
Lakin hissiyat  orqanları üçün «Evxaristiya növləri» 
adlandırılan çörək və şərabın xüsusiyyətləri dəyişməz 
olaraq qalır.
284. Çörəyin bölünməsi Məsihi bölürmü?
1377
Çörəyin bölünməsi Məsihi bölmür: Evxaristiya növlərinin 
hər birində və onların hər hissəsində Məsih tam 
dolğunluğu ilə mövcuddur.
129


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə