Katolik Kilsəsinin katexizisi


 Müqəddəs Məryəm hansı ehtiramla əhatə



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

198. Müqəddəs Məryəm hansı ehtiramla əhatə 
olunur?
971
Müqəddəs Məryəm müstəsna ehtiramla əhatə olunur, 
lakin bu ehtiram Müqəddəs Üçlüyə göstərilən ehtiramdan
tam fərqlənir. Bu xüsusi ehtiram Allah Anasına həsr 
edilmiş Liturgiya bayramlarında və Allah Anasına 
ünvanlanan xahişlərdə xüsusi yolla əks etdirilir. Bu 
xahişlərdən ən məşhuru bütün Müjdənin sintezi olan 
Müqəddəs Rozaridir. 
199. Məryəm hansı şəkildə Kilsənin esxatoloji 
surətidir?
972
Müqəddəs olan, artıq bədənlə və canla izzətlənən 
Məryəmə baxanda Kilsə Onun simasında yer üzündə 
nəyə çağırıldığını və səmavi vətəndə necə olacağını 
görür.
«Günahların bağışlanmasına iman edirəm»
200. Günahlar necə bağışlanılır?
976-980 
984-985
Günahların bağışlanmasının ilk və əsas ayini – Vəftizdir. 
Vəftizdən sonra edilən günahlar üçün Məsih Barışma 
yaxud Tövbə ayinini təyin etmişdir, bu ayin vasitəsilə 
vəftiz olunan şəxs Allah və Kilsə ilə barışır.
201. Nə üçün Kilsənin günahları bağışlamaq 
səlahiyyəti var?
981-983 
986-987
Kilsə günahları bağışlamaq səlahiyyəti və missiyasına 
malikdir, çünki Məsih Özü ona bunu tapşırdı: “Müqəddəs 
90


Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, 
kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır” 
(Yəh 20:22-23).
«Cismin (bədənin) dirilməsinə inanıram»
202. «Cisim» deyəndə nə nəzərdə tutulur və bu 
sözün
 
    mənası nədir?
990 
1015
«Cisim» sözü zəif və öləri insanın vəziyyətini bildirir. 
«Cisim xilasın oxudur» (Tertullian). Əslində biz cismi 
Yaradan Allaha iman edirik; cismi satın almaq üçün 
cismdə gələn Kəlama iman edirik; cismin satın 
alınmasına və yaradılışın tamamlanması olan cismin 
dirilməsinə iman edirik. 
203. «Cismin dirilməsi» ifadəsinin mənası nədir?
990
Məna odur ki, insanın sonuncu vəziyyəti bədəndən 
ayrılmış və yalnız ruhani olan can deyil, bizim öləri 
bədənlərimiz də bir gün həyat əldə edəcək.
204. Məsihin və bizim dirilməyimiz arasında hansı 
əlaqə var?
998
1002-1003
Məsih ölülərdən, həqiqətən, dirildiyi və əbədi yaşadığı 
kimi son gündə də hamını çürüməz bədəndə dirildəcək; 
“yaxşılıq edənlər dirilib həyat əldə edəcək, pislik edənlər 
isə dirilib hökm alacaq” (Yəh 5:29).
205. Öləndə bədənimizə və canımıza nə olur?
992-1004
1016-1018
91


Öləndə – bədənimizlə canımız ayrılanda bədən çürüməyə
başlayır, ölməz canımız isə Allahın məhkəməsinə tərəf 
gedir və Məsihin İkinci Gəlişində izzətli olacaq bədənlə 
birləşməni gözləyir. Gələcəkdə olacaq dirilmənin 
anlaşılması bizim təsəvvürümüzdən və ağlımızdan 
üstündür.
206. İsa Məsihdə ölmək nə deməkdir?
1005-1014
1019
Ölümə aparan günah içində olmadan Allahın lütfündə 
ölmək deməkdir. Məsih imanlısı Ondan nümunə 
götürərək ölümünü Ona tabeçilik və məhəbbət 
hərəkətinə çevirə bilər. “Bu söz etibarlıdır ki, «əgər 
Onunla öldüksə, Onunla da yaşayacağıq” (2Tim 2:11).
«Əbədi həyata iman edirəm»
207. Əbədi həyat nədir?
1020 
1051
Əbədi həyat ölümdən dərhal sonra başlayır. Bu həyat 
əbədidir. Hər bir kəs üçün bu həyat şəxsi məhkəmədən 
sonra başlayır. Məhkəməni dirilərin və ölülərin hakimi 
olan Məsih keçirəcək və son Məhkəmə tərəfindən təsdiq 
olunacaq.
208. Şəxsi məhkəmə nədir?
1021-1022
1051
Ölməz canında hər bir insan ölümdən sonra imanına və 
əməllərinə görə dərhal əvəz alacaq. Bu əvəz dərhal yada
lazımi təmizlənmədən sonra səmada bəxtiyarlığa daxil 
olma, yaxud da cəhənnəmdə əbədi lənətdə olmaqdır.
209. «Səma» nədir?
92


1023-1026
1053
«Səma» ali və son xoşbəxtlik vəziyyətidir. Allahın 
lütfündə vəfat edənlər artıq təmizlənməyə ehtiyac 
duymur, Məsih, Məryəm, mələklər və müqəddəslərlə 
olurlar. Onlar səmavi Kilsəni təşkil edirlər, burada Allahı 
«üzbəüz» (1Kor 13:12) görürlər, Müqəddəs Üçlüklə 
məhəbbət ünsiyyətində yaşayır və bizim üçün 
vəsatətçilik edirlər.
“Var və Həqiqi həyat Atadır. O, Oğul və Müqəddəs Ruh 
vasitəsilə istisna olunmadan hamıya səmavi xeyir-dua 
verir; Onun mərhəmətinə görə biz insanlar əbədi həyatın
sarsılmaz vədini aldıq” (müq. Kiril Yerusəlimli).
210. Məhşər (əraf) nədir?
1030-1031
1054
Məhşər (əraf) – Allahla dostluqda vəfat edən insanın 
vəziyyətidir. Lakin əbədi xilasla təmin olunmasına 
baxmayaraq, səmavi bəxtiyarlığa daxil olmaq üçün onun 
hələ də təmizlənməyə ehtiyacı olur.   
211. Canların məhşərdə (ərafda) təmizlənməsinə 
necə yardım edə bilərik?
1032
Müqəddəslərin ünsiyyətinə görə yer üzündə hələ də 
qəribçilik edən Məsihə iman edənlər məhşərdə (ərafda) 
olan canlar üçün vəsatətçilik dualarının təqdimatları, 
xüsusilə Evxaristiya Təqdimatı, həmçinin sədəqə, 
indulgensiya və tövbə əməlləri vasitəsilə onlara kömək 
edə bilərlər.
212. Cəhənnəm nədir?
1033-1035 
1056-1057
93


Cəhənnəm ölümə aparan günahda azad seçimi ilə vəfat 
edən şəxslərin əbədi mühakiməsidir. Cəhənnəmin əsas 
əzabı – Allahla əbədi ayrılıqdır, çünki yalnız Allahda insan
həyat və xoşbəxtlik əldə edə bilər. İnsan yalnız bunun 
üçün yaranmışdır və buna can atır. Məsih cəhənnəmin 
reallığı barədə belə deyir: “Ey lənətə gəlmişlər, çəkilin 
önümdən! ...əbədi oda yollanın!” (Mat 25:41).
213. Cəhənnəmin vəziyyəti ilə Allahın sonsuz 
xeyirxahlığı arasında ziddiyyət yoxdurmu?
1036-1037
Allah «hər kəsin tövbə etməsini istəyir» (2Pet 3:9), azad 
və məsuliyyətli insanı yaratmasına baxmayaraq, onun 
qərarlarına hörmətlə yanaşır. Buna görə də insan ölüm 
anınadək ölümə aparan günahda inadkarlıq edirsə, 
Allahın mərhəmətli məhəbbətini rədd edirsə, öz iradəsinə
görə özünü Allahla ünsiyyətdən kənar edir.
214. Ümumi (Dəhşətli) Məhkəmə nədən ibarət 
olacaq?
1038-1041 
1058-1059
Ümumi (dəhşətli) məhkəmə bəxtiyar həyata yaxud əbədi
lənətə hökmdən ibarət olacaq. Bu hökmü ölülərin və 
dirilərin Hakimi olan Rəbb İsa yenidən gələrək Onun 
qarşısında yenidən dayanan “həm saleh, həm də saleh 
olmayan insanlara” (Həv 24:15) verəcək. Dəhşətli 
məhkəmə nəticəsində dirilmiş bədən şəxsi məhkəmədə 
aldığı əvəzi alacaq.
215. Bu məhkəmə nə vaxt olacaq?
1040
Dəhşətli məhkəmə zamanların sonunda olacaq, bu 
vaxtın gününü və saatını yalnız Tək Allah bilir.
216. Yeni səmalara və yeni yerə ümid nədir?
94


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə