Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

1042-1050
1060
Dəhşətli məhkəmədən sonra «yeni göylər və yeni yer» 
(bax 2Pet 3:13) yaranandan sonra çürümə köləliyindən 
azad olan Kainat Məsihlə izzəti bölüşdürəcək. Beləliklə
Allahın Padşahlığı tam olacaq, yəni Allahın xilas planı tam
həyata keçiriləcək. Allahın xilası isə budur: O “həm 
göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə 
birləşdirəcək” (Ef 1:10). Onda Allah əbədi həyatda «hər 
şeydə hər şey» (1Kor 15:28) olacaq.
«Amin»
217. İman etirafını tamamlayan «Amin» sözünün 
mənası nədir?
1061-1065
Qədim yəhudi sözü olan «Amin»lə Müqəddəs Yazıların 
sonuncu Kitabı, Əhdi-Cədidin və Kilsə Liturgiyalarının 
bəzi duaları tamamlanır. Mənası – etibarlı və tam «bəli» 
deməyimizdir, çünki biz imanı iqrar etdik və özümüzü 
tamamilə qəti «Amin» (Vəhy 3:14) olan Şəxsə – Rəbb İsa 
Məsihə həsr etdik.
95


96


Hus van Vassenhuv. İsa həvarilərlə Çörək ayinini icra
edir. Marke Milli qalereyası, Urbino (İtaliya).
97


Burada təqdim edilən şəkildə İsa masadan həvarilərə 
tərəf uzaqlaşır və onlara bir-birinin ardınca Çörək 
(Evxaristiya) ayinini icra edir. Kilsənin çoxəsrlik böyük 
Evxaristiya  salehliyi təsviri dillə təqdim olunur. 
304-cü ildə Dioklenon tərəfindən başlanılmış məsihçilərə 
qarşı ən sərt təqiblər dövründə - IV əsrin əvvəllərində 
şəhid olmuş Emerit «sine dominico non possumus» deyə 
bildirirdi. İcma ilə birlikdə Evxaristiyada iştirak etmək 
ittihamının cavabında o səmimi etiraf edirdi: «Bəli, 
Evxaristiya olmadan biz yaşaya bilmərik». Başqa şəhid 
qadın əlavə edirdi: «Bəli, mən toplantıya gedirdim və öz 
qardaşlarımla birlikdə Rəbbin Süfrəsini bayram edirdim, 
çünki mən məsihçiyəm» (11-ci fəsil və 7,16). 
Evxaristiyaya sadiqliyinə görə Şimali Afrikadan olan 49 
şəhid ölüm cəzasına məhkum edilmişdi. Afrikada 
prokonsulun hakimiyyəti dövründə yaşamış Abiten 
şəhidləri Saturnin və onun qardaşları üçün Evxaristiyada 
gizli qalan İsa həqiqi həyat idi. Onlar Evxaristiya 
qidasından, əbədi həyat Çörəyindən məhrum 
olmaqdansa, ölməyi üstün tutdular.
Müq. Toma Akvinalı öz adətinə görə günorta vaxtı Kilsəyə
enərdi və orada tənhalıqda Evxaristiyada gizli qalan İsa 
ilə üzbəüz söhbət edərək bəxşişxanaya tərəf təvəkküllə 
alnını yerə qoyardı. Orta əsrlərin böyük ilahiyyatçısı 
özünün dərin Evxaristiya salehliyinin ifadə etdiyi Corpus 
Domini (Rəbbin Bədəni) Bayramı üçün duaların müəllifi 
kimi tanınır. 
Katolik Kilsəsinin Evxaristiya salehliyi bir himndə belə 
ifadə edilir:
{İsa} Öz Xilasını icra etmək üçün, 
Öz ömrünün sonuna yetmişdi.
98


O Öz şagirdi tərəfindən, 
Ölüm üçün təqibçilərinə təslim edildi.
Lakin bundan əvvəl Öz-Özünü 
Qida kimi şagirdlərinə təqdim etdi, 
Onlara cisminin iki növünü 
–  Öz Bədənini və Öz Qanını verdi ki, 
İkili mahiyyətində 
bütünlüklə insanlar üçün qida olsun.
Döğulanda fani insanlarla yaşadı, 
onlarla bir qabdan yedi, onlara qida oldu
Öləndə onlar üçün fidyə oldu.
Evxaristiyanı «bütün ruhani həyatın zirvəsi və kamilliyi» 
adlandıran Toma Akvinalı Evxaristiya bizim aramızda 
İsanın canlı hüzuru və ruhani həyat üçün zəruri qida 
olduğuna iman edən Kilsənin iman biliyini ifadə edir. 
Evxaristiya Gizli Axşamdan başlayan Kilsənin tarixini 
bütün əsrlər birləşdirən qızıl sapdır. 
Çevrilmə ayininin «bu Mənim Bədənimdir» və «bu Mənim
Qanımdır» sözləri həmişə və hər yerdə, hətta qəddar 
təqiblər zamanında, indiyəcən mövcud olan minlərlə 
həbsxanada səslənib. 
Məhz Evxaristiya ilə Kilsə öz həyatını, ümumiliyini və 
vəzifəsini əsaslandırır. 
99


100


İKİNCİ HİSSƏ
KİLSƏDƏ 
MƏSİHİN SİRRİ
101


102


Birinci bölmə
Ayinlərin əsası
«Redemptoris Mater» kapellası, mozaika, Vatikan şəhəri.
103


Çarmıx Qurbanı – Kilsə ayinlərinin mənbəyidir. 
Mozaikada Kilsənin rəmzi olan Məryəm sol əli ilə İsanın 
yaralanmış böyründən axan, Kilsə ayinlərinin rəmzləri 
olan Qanı və suyu yığır.
 “İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb 
baldırlarını qırmadılar. Amma əsgərlərdən biri Onun 
böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı” 
(Yəh 19:33-34).
Müq. Avqustin bu parçaya belə şərh verir:
«Beləliklə, Rəbbimiz İsa Məsih əzablarını doğulduğu vaxt 
bizdən qəbul etdiyinin əvəzində təklif etdi, əbədiyyətdə 
Baş Kahin oldu, Bədəni və Qanından ibarət olan 
gördüyünüz Qurbanın gətirilməsinə sərəncam verdi. 
Həqiqətən, Onun yaralanmış Bədəni bizim günahlarımızı 
yuyan Qan və Suyu ifraz etdi. Bu lütfü xatırlayaraq, öz 
xilasını icra edərək (axı Allahın Özü bunu sizin əvəzinizə 
sizdə həyata keçirir) qorxu və həyəcanla bu qurbangaha 
şərikliyə qoşulun. Bu çörəkdə çarmıxda asılmış həmin 
Bədəni, bu kasada Onun böyründən axan həmin Qanı 
tanıyın. Beləcə, Allah xalqının qədim qurban təqdimləri 
bütün rəngarəngliyi ilə icra olunası həmin yeganə 
qurbanı qabaqcadan bildirirdi. Məsih eyni zamanda həm 
Öz saf qəlbinə görə quzu, həm də günahkar bədənə 
bənzəyən Öz bədəninə görə günah qurbanı olan keçidir. 
Əhdi-Ətiqin qurbanlarında bütün rəngarəngliyi və 
müxtəlifliyi ilə qabaqcadan bildirdiyi hər şey yalnız 
Əhdi-Cədiddə zahir olan bu Qurbana aiddir.
Buna görə də indi siz Məsihin Bədənində Məsihin üzvləri 
olduğunuz vaxt Məsihin Bədənini qəbul edib dadın; 
104


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə