Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün  Xocavənd rayonunun Qaradağlı



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə32/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   28   29   30   31   32   33   34   35   ...   204

69

Tarixdə bu gün 

Xocavənd rayonunun Qaradağlı 

kəndinin işğalı günü

1992

FEVRAL

Qaradağlı kəndinin işğalı Xoca-

lı  qətliamına  qədər  Azərbaycanın 

yaşadığı  ən  faciəli  hadisə,  erməni 

işğalçı  dəstələrinin  törətdiyi  müd-

hiş bir qırğın idi. Ermənilər Xocalı 

soyqırımına son “hazırlığı”, həmin 

qətliamın “baş məşqini” məhz Qa-

radağlı kəndində keçmişdilər.

1988-ci  ildən  mənfur  qonşula-

rımızın  torpaq-ərazi  iddiası  baş-

layan  dövrdən  etibarən  Qaradağlı 

kəndinin  dinc  sakinləri  hər  gün 

ermənilərin  hücumuna  məruz 

qalmışdır.  Erməni  təxribatçıları 

tərəfindən  törədilmiş  terror  aktla-

rı nəticəsində 1991-ci ilin 28 iyun 

tarixində 3 nəfəri qadın olmaqla 6 

nəfər  diri-diri  yandırılmış,  1991-

ci  ilin  sentyabr  ayında  sərnişin 

avtobusunun  gülləbaran  edilməsi 

nəticəsində  8  nəfər  öldürülmüş, 

çoxlu sayda insan yaralanmış, güllə 

yarası alanlardan 5 nəfəri sonradan 

dünyasını  dəyişmişdir.  17  fevral 

1992-ci  il  tarixində  erməni  hərbi 

birləşmələri  tərəfindən  keçmiş 

SSRİ  Silahlı  Qüvvələrinin  366-cı 

motoatıcı alayının hərbi texnikası-

nın və canlı qüvvəsinin dəstəyi ilə 

Dağlıq  Qarabağ  bölgəsindəki  mü-

hüm yaşayış məntəqələrindən biri - 

Xocavənd (Martuni) rayonunun Qa-

radağlı kəndi işğal edilmişdir. 118 

nəfər  əsir  götürülmüş,  33  nəfər 

ermənilər  tərəfindən  güllələnmiş, 

öldürülən  və  yaralı  halda  olan-

ları  bir  yerdə  təsərrüfat  quyusu-

na  tökərək  üzlərini  torpaqlamış-

lar.  Əsirlikdə  saxlanılanlara  qarşı 

vəhşi,  vandalizm  hərəkətləri  ilə 

davranılması, insanların başlarının 

kəsilməsi,  diri-diri  basdırılması, 

dişlərinin çəkilməsi, ac-susuz sax-

lanılması,  döyülərək  öldürülməsi 

insanlığa  qarşı  törədilmiş  cinayət 

hadisəsi idi. 140-a yaxın uşaq ye-

tim  qalmışdır.  Ümumilikdə  Qa-

radağlı  kəndində  91  nəfər,  kənd 

sakinlərinin hər 10 nəfərindən biri 

qətlə yetirilmişdir.

Öldürülənlərdən  10  nəfəri  qa-

dın, 8 nəfəri məktəbli olmuşdur. 

İşğal  nəticəsində  kənddə  200 

ev,  1  mədəniyyət  evi,  320  yerlik 

orta  məktəb  binası,  25  çarpayılıq 

xəstəxana binası və digər obyektlər 

dağıdılmışdır.  Kəndin  800  nəfərə 

yaxın sakini məcburi köçkün düş-

müşdür.


İşğal altında olan başqa torpaq-

larımız  kimi  Qaradağlı  kəndi  də 

azad olunacağı günü gözləyir.

Ə d ə b i y y a t

Qaradağlı, Ə.Qaradağlı 

qəhrəman kənddir 

/Ə.Qaradağlı; red. S. Ağa-

yev .-Bakı: Şuşa, 2010.-130 

s.

Zülfüqarlı, M. Qaradağlı 

faciəsi. 17 fevral 1992-ci il 

/M.Zülfüqarlı.-Bakı: Qanun 

2010.-35 s. 

Qaraca, B.Qaradağlıdan 

başlayan faciələr : Qara-

dağlı faciəsindən 23 il keçir 

/B.Qaraca //Azərbaycan 

.-2015.- 17 fevral.- S.5.

Unudulmayan dərdlər: Qa-

radağlı faciəsindən 23 il ke-

çir /L.Quliyev //Azərbaycan 

.-2015.- 17 fevral.- S.5.

Qurbanqızı, S. Xocalıdan 

əvvəl yaşanmış “İkinci 

Xocalı Soyqırımı”: Qa-

radağlı faciəsi dünyanın 

diqqətindən kənarda qalan 

ikinci Xocalı faciəsidir 

/S.Qurbanqızı //Olaylar.- 

2014.- 18 fevral.- S.13.

Rəhimli, F. Qaradağlı 

dağı /F.Rəhimli   //Ədalət.- 

2014.- 18 fevral.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.garadaghli.org

17



70

17

17

17

19

Tarixdə bu gün

FEVRAL

21

2

22

2

20

20

8

 

23

Bеynəlxalq Ana Dili Günü

 1999 

21

YUNESKO (UNESCO) 1999-cu il fevral ayının 

21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir.

Dünyada  məhv  olmaq  təhlükəsi  ilə  üzləşən 

dillərin  qorunması  məqsədilə  hər  il  keçirilən 

Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma di-

linin  varlığını  hiss  etmək,  onunla  qürur  duymaq, 

onu  qorumaq,  inkişaf  etdirmək  hüququ  olduğu-

nu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil 

ünsiyyət  vasitəsidir,  bununla  bahəm,  dil  millətin 

simasını  səciyyələndirən  amillərdən  biri,  bəlkə 

də, birincisidir. O, hər hansı bir xalqın varlığının 

təzahürü,  onun  milli  sərvəti,  qan  yaddaşıdır.  Bu 

qənaət tarixin bütün dövrlərində bəşər övladlarının 

qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulma-

yan  aksiomadır.  Millətin  dilinin  dövlət  statusuna 

yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik  ta-

rixinin  qızıl  səhifəsidir.  Dilin  dövlət  dili  statusu 

qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. 

Azərbaycan  dili  bu  tarixi  hadisəni  yaşayıb....  Və 

bu  gün  dilimizin  dövlət  statuslu  dillər  arasında 

olmasına görə dilimizin mənəvi dirilik atributuna 

çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, 

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tari-

xi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox 

sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən 

ümummilli lider Heydər Əliyevə minnətdar olmalı-

yıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək 

dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə 

yol tapması Ana dilimizin gözəl bilicisi, mahir na-

tiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına 

yönələn  düşünülmüş  siyasətinin  nəticəsidir.  Bu 

siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər 

Əliyev  həmin  il  Bakı  Dövlət  Universitetinin  50 

illik  yubileyində  Azərbaycan  dilində  çıxış  edib. 

Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə 

yol  açıb.  Azərbaycan  SSR-in  1978-ci  il  Konsti-

tusiyasında  Azərbaycan  dilinin  dövlət  dili  kimi 

qəbul  edilməsi  isə  həmin  dövr  üçün  əhəmiyyətli 

hadisə idi. 1995-ci ildə qəbul edilən Konstitusiya 

ilə  dövlət  dilinin  adı  bərpa  olundu.  Bundan  son-

ra  hökumət  səviyyəsində Ana  dilinin  inkişafı  və 

qorunması  istiqamətində  əhəmiyyətli  sənədlər 

qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci 

maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, 

istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla 

məşğul olmaq hüququ təsbit olunur. Konstitusiya-

mıza görə, heç kəs Ana dilindən istifadə hüququn-

dan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr 

tarixdə “Azərbaycan Respublikasında Dövlət dili 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu-

nun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili 

kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf 

etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan 

dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyac-

larının  ödənilməsi  istiqamətində  daha  bir  addım-

dır.  Bu  sənəd  ümummilli  lider  Heydər  Əliyevin 

xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, 

qayğısının  parlaq  nümunələrindən  biridir.  Bu 

ənənələri  ölkə  Prezidenti  İlham  Əliyev  uğurla 

davam  etdirməkdədir.  Dövlət  başçısının  müxtəlif 

vaxtlarda  imzaladığı  “Azərbaycan  dilində  latın 

qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi 

haqqında”  və  “Azərbaycan  Milli  ensiklopediya-

sının  hazırlanması  haqqında”  sərəncamları  və  bu 

istiqamətdə  görülən  işlər  də  dilimizin  inkişafına 

böyük  qayğının  təzahürüdür.  Ana  dilimizi  qoru-

maq, inkişaf etdirmək bizim də borcumuzdur.



Ə d ə b i y y a t 

Babayev, E.Azərbaycan dilinə böyük sevgi ilə: 21 Fevralda 

Beynəlxalq Ana dili günü qeyd edildi /E.Babayev //Ekran-efir 

.-2015.- 27 fevral.- S.7.

Salmanlı, R.Milli mənliyimizin təməl daşı : 21 fevral Beynəlxalq 

Ana Dili Günüdür /R.Salmanlı //Azərbaycan .-2015.- 21 fevral.- 

S.7.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə