63
63
75
illiyi
Ə d ə b i y y a t
Riyaziyyat: (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti) /M.Yaqubov və b.; red. hey.:
A.Bağırov və b.; elmi red. M.Abbaszadə; rəy.: F.Mustafayeva, M.Ağayarov, K.Şirinov, Ə.Rüstəmov; Tələbə Qəbulu üzrə Dövlət Komis-
siyası.- Bakı: Şərq-Qərb, 2007.- 855 s.
Riyaziyyat: məsələ və misallar: dərs vəsaiti /M.Yaqubov [red.], T.İsmayılov, İ.Ağakişiyev; rəy.: S.Həsənov, F.Məmmədov, H.Zeynalov.-
Bakı: Çaşıoğlu, 2009.-543 s.
Riyaziyyat: qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti /M.Yaqubov, İ.Abdullayev,
Ə.Yaqubov və b.; elmi red. M.Abbaszadə; Tələbə Qəbulu üzrə Dövlət Komissiyası.- Bakı: [s.n.], 2006.- 856 s.
Əsl ziyalı və alim ömrü: Elm xadimləri: M.Yaqubovun anadan olmasının 70 illiyi münasibətilə /Y.Məmmədov //Azərbaycan.-2011.-2
fevral.- S.7.
О корректной разрешимости уравнения с доминирующей производной с нелокальными граничными условиями //Математика,
информатика, физика в науке и образовании: Сборник научных трудов к 140 летию МПГУ.-Москва, 2012.- C.95-97.
О свойствах скользящих режимов в процессах, описываемых нелинейным уравнением третьего порядка //Bakı Universitetinin
xəbərləri: fizika-riyaziyyat elmlər seriyası.- 2011.- №3.- C.29-36.
www.anl.az
Məmməd Haqverdi oğlu Yaqubov
1941-ci il fevral ayının 2-də Naxçıvan
MR Culfa rayonunun Milax kəndində
anadan olmuşdur. 1957-ci ildə Naxçı-
van şəhər 1 saylı orta məktəbi bitirmiş,
1957-1962-ci illərdə Azərbaycan Dövlət
Universitetinin
mexanika-riyaziyyat
fakültəsində təhsil almışdır. 1965-ci
ildən BDU-da çalışır.
1966-cı ildə “Bir sinif inteqro-
diferensial tənliklərin həllərinin davamı
və dayanıqlığı haqqında” mövzusunda
fizika-riyaziyyat elmləri üzrə namizədlik
dissertasiyası müdafiə etmişdir. 1992-
ci ildə isə “Paylanmış parametrli
sistemlərdə optimal sürüşgən rejimlər
və optimallıq üçün zəruri şərtlər” möv-
zusunda dissertasiyasını müdafiə etmiş,
fizika-riyaziyyat elmləri doktoru alimlik
dərəcəsini almışdır.
Məmməd Yaqubov 1996-cı ildən
BDU-nun mexanika-riyaziyyat fakültə-
sinin İdarəetmə nəzəriyyəsinin riyazi
üsulları kafedrasının müdiridir. Variasi-
ya hesabı və optimallaşdırma üsulları,
dinamik proqramlaşdırma üsulu, optimal
idarəetmənin təqribi üsulları fənləri üzrə
dərs aparır. “Bir tərtibli adi diferensial
tənliklər”, “V-VI siniflərdə olimpiada ça-
lışmaları”, “Ümumtəhsil məktəblərinin
X sinfi üçün riyaziyyatdan tədris ma-
terialının tematik planı və yoxlama
yazı işi nümunələri”, “Необходимые
условия оптимальности для систем
с импульсными воздействами при
нелокальных краевых условиях”,
“О свойствах скользящих режимов в
процессах, описываемых нелинейным
уравнением третьего порядка” kimi
100-dən artıq elmi əsərin müəllifi olmuş,
bir sıra beynəlxalq seminar, simpozium
və konfranslarda iştirak etmişdir.
Azərbaycanda təhsilin və elmin inki-
şafındakı xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin 30 oktyabr
2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Məmməd Yaqubov
1941
Riyaziyyat.Fizika.Astronomiya
Alim
FEVRAL
2
64
90
illiyi
Ə d ə b i y y a t
Məlik-Aslanova Püstə Süleyman bəy qızı //Azərbaycan Sovet Ensiklopediyası:10 cilddə.-Bakı,1980.- C.VI.- S.489.
Возрастные изменения глаза и зрительно-нервного пути: морфогистохимические исследования /П.С.Мелик-Асланова,
З.А.Алиева.- Баку: Азернешр, 1980.- 122 с.
Методическое рекомендации по выяавлению ферментов опухолей глаза в свете электронно-микроскопических исследований
/П.С.Мелик-Асланова.- Баку, 1981.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.gender-az.org
Püstə Süleyman qızı Məlik-Aslanova
1926-cı il fevral ayının 2-də Qaryagin
(indiki Füzuli) rayonunda anadan olmuş-
dur.
1949-cu ildə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunu
(indiki Azərbaycan Tibb Universite-
ti) bitirmiş, 1956-cı ildə “Bəd xassəli
yenitörəmələrə qarşı skelet əzələlərinin
morfo-fizioloji reaksiyasına dair mate-
riallar” mövzusunda namizədlik disser-
tasiyasını, 1971-ci ildə isə “Gözün yaş-
la əlaqədar dəyişiklikləri” mövzusunda
doktorluq dissertasiyasını müdafiə et-
mişdir.
1957-2001-ci illərdə Azərbaycan
Elmi Tədqiqat Oftalmologiya İnsti-
tutunun Patomorfologiya və elektron
mikroskopiya laboratoriyasının müdiri
vəzifəsində çalışmışdır. O, respublikada
yeganə yüksəkixtisaslı oftalmopatomor-
foloq olaraq, ölkənin oftalmologiyasına
əvəzsiz xidmətlər göstərmiş və 1984-cü
ildə professor elmi rütbəsinə layiq görül-
müşdür.
Onun fəal iştirakı ilə təşkil olunmuş
traxomanın laborator diaqnostikası bu
ağır göz xəstəliyinin respublikada tam
ləğv olunmasını mümkün etmişdir. Ali-
min səyləri nəticəsində institutda tətbiq
edilmiş histokimyəvi üsullar, elektron,
lyuminessent və polyarizasiyon mikros-
koplarla aparılan müayinələr görmə üz-
vünün xəstəliklərinin morfoloji diaqnos-
tika prinsiplərinin işlənməsinə qiymətli
töhfə olmuşdur.
Görmə üzvünün yenitörəmələrinin
morfoloji diaqnostikası işində böyük
xidmətləri olmuşdur.
Professor Püstə Məlik-Aslanova
150-dən artıq elmi əsər, iki monoqra-
fiya çap etdirmişdir. İki doktorluq və
bir çox namizədlik dissertasiyalarının
rəhbərliyində iştirak etmişdir.
Görkəmli alim, həkim Püstə Məlik-
Aslanova 2001-ci ildə Bakıda vəfat et-
mişdir.
Püstə Məlik-Aslanova
1926-2001
Kimya.Biologiya.Tibb
Oftalmoloq
FEVRAL
2