Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə26/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   22   23   24   25   26   27   28   29   ...   204

57

130 

illiyi

Siyasət.Hüquq.Hərbi iş

Abbasqulu bəy Şadlinski 

1886-1930    

Hərbi xadim

24

FEVRAL

Abbasqulu  bəy  Xanbaba  bəy  oğlu 

Şadlinski 1886-cı il fevral ayının 24-

də İrəvan quberniyasının Böyük Vedi 

kəndində anadan olmuşdur.

1894-cü  ildə  Vedidə  ikiillik  rus-

tatar məktəbində oxumuş, lakin mad-

di  çətinlik  üzündən  təhsilini  davam 

etdirə bilməmişdir. 1902-ci ildə atasın-

dan qalma kiçik torpaq sahəsini əkib-

becərməklə məşğul olmuşdur.

Rusiyada 1905-1907, İranda 1905-

1911-ci illər inqilabları onun ictimai-

siyasi dünyagörüşünün formalaşması-

na mühüm təsir göstərmişdir. 1907-ci 

il  fevral  inqilabından  sonra  Şadlinski 

həyatını xalq işi uğrunda mübarizəyə 

həsr etmişdir. 1918-ci ilin əvvəllərində 

Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur 

və  başqa  ərazilərdə  daşnak-erməni 

silahlı  dəstələrinin  azərbaycanlılara 

qarşı  soyqırımlarının  qarşısını  almaq 

məqsədi  ilə  o,  Vedidə  erməni-daşnak 

quldur  dəstələrinə  qarşı  könüllü  xalq 

birləşməsi olan “Qırmızı tabor”u təşkil 

etmişdir.

1918-1919-cu  illərin  yay  ayların-

da  daşnak  hərbi  hissələrinin  Vediyə 

hücumlarının  qarşısının  alınmasın-

da  böyük  şücaət  göstərən  “Qırmızı 

tabor”çular sonradan Şadlinskinin əmri 

ilə kəndi döyüşlə tərk etmiş, Vedibasar 

və Zəngibasar əhalisinin əksər hissəsi 

ilə  İran  ərazisinə  keçərək,    Mərənd 

şəhəri ətrafında mövqe tutmuşdular.

28  iyul  1920-ci  ildə  Naxçıvan-

da  Sovet  hakimiyyəti  elan  olunduq-

dan  sonra    Nəriman  Nərimanovun 

dəvətini  qəbul  edərək,  sentyabrın 

17-də  200  nəfərlik  “Qırmızı  tabor” 

dəstəsi ilə Naxçıvana gəlmiş, ilk vaxt-

lar  Naxçıvan  sərhədlərinin  qorunma-

sına,  sonra  Zəngəzur  istiqamətində 

öz dəstəsinin daşnak hissələri ilə fəal 

döyüş  əməliyyatlarına  başçılıq  etmiş, 

1921-ci ilin fevralı - aprelin əvvəlində 

isə  İrəvanda  daşnak  qiyamının  yatı-

rılmasında  qəhrəmanlıq  göstərmişdir. 

Daşnaklarla  döyüşlərdə  göstərdikləri 

şücaətə  görə,  Şadlinski  başda  olmaq-

la,  “Qırmızı  tabor”un  19  nəfər  üzvü 

Ermənistan SSR-nin “Qırmızı bayraq” 

ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayında Ermənistanda 

və Zəngəzurda daşnak fitnəkarlıqlarına 

son qoyulduqdan sonra Şadlinski 1922-

ci  ilin  sonunadək  Naxçıvanda  qalmış 

və buranın sərhədlərinin qorunmasına 

rəhbərlik etmişdir.

Vediyə  qayıdan  Şadlinski  1922-

1928-ci  illərdə  Ermənistanda  bir  sıra 

məsul təsərrüfat vəzifələrində çalışmış, 

yeni yaradılan  Dəvəli sement zavodu 

tikintisinin rəhbəri təyin olunmuşdur.

Abbasqulu bəy Şadlinski düşmənləri 

tərəfindən  1930-cu  ilin  fevral  ayında 

öldürülmüşdür.

Fərman  Kərimzadənin  “Qarlı  aşı-

rım” romanı və onun süjeti əsasında re-

jissor  Kamil  Rüstəmbəyov  tərəfindən 

çəkilən  “Axırıncı  aşırım”  bədii  filmi 

Şadlinskinin  həyat  və  fəaliyyətindən 

bəhs edir.

Ə d ə b i y y a t

Ələkbərli,  Ə.  Abbasqulu 

bəy Şadlinski /Ə.Ələkbərli; 

red. V.Şadlinski.- Bakı: Sa-

bah, 1996.-320 s.

İsrafilqızı,  N.  Abbasqu-

lu  bəy  Şadlinski:  poema             

/Nəsibə  İsrafilqızı;  red. 

S.İslamoğlu.-  Bakı:  Nurlar 

NPM, 2006.- 184 s.

Şadlinski, V.B. Şadlinskilər: 

Şəddadi,  Şadı, 

Şadlı-

lar  /V.B.Şadlinski;  red. 

M.Çəmənli.-  Bakı:  Təhsil, 

2011.- 285 s.

Əliyev,  A.  Milli-mənəvi 

dəyərə çevrilən qəhrəmanlıq 

salnaməsi  /A.Əliyev  //525-

ci qəzet.- 2011.- 13 yanvar.- 

№6.- S.6.

Kəngərli,  A.  Abbasqulu 

bəy  Şadlinski  kim  olub? 

/A.Kəngərli; müsah. apardı 

Eltürk  Elnur  //Təzadlar.-

2013.- 5 mart.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org



58

815 

illiyi

Ə d ə b i y y a t

Əxlaqi-Nasiri /N.Tusi; 

farscadan tərc. ed., 

müqəd. və şərh. 

R.Sultanov; red. 

R.Sadıqov; Heydər 

Əliyev Fondu.-Bakı: 

[s.n.], [2009.].- 397 s.

Xacə Nəsirəddin Tusi: 

biblioqrafiya /AMEA 

M.Füzuli ad. Əlyazmalar 

İn-tu; tərt. ed. A.Xəlilov, 

A.Musayeva; elmi red. 

A.Ramazanov.- Bakı: 

XXI-Yeni nəşrlər Evi

2004.- 167 s.

Quliyev, A. Nəsirəddin 

Tusi dövlət, siyasət 

və qanun haqqında: 

(M.N.Tusinin 800 illik 

yubileyi münasibətilə) 

/A.Quliyev.- Bakı, 2001.- 

268 s.

Rzayev, A. Nəsirəddin 

Tusi: (Həyatı, elmi dün-

yagörüşü) /A.Rzayeva.- 

İkinci nəşri.- Bakı, 

2001.- 352 s.

Sarıyeva, İ. Şöhrətli 

Marağa rəsədxanası və 

Nəsirəddin Tusi dühası... 

/İ.Sarıyeva //Bakı xəbər.- 

2014.- 20 oktyabr.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

Nəsirəddin  Məhəmməd  ibn  Həsən 

oğlu Tusi 1201-ci il fevral ayının 17-də 

Həmədan  şəhərində  anadan  olmuşdur. 

Mütəfəkkirin əsl adı Məhəmməd olmuş, 

dövrünün  ağıllı,  bilikli,  görkəmli  alimi 

olduğuna görə хalq ona Nəsirəddin adını 

vеrmişdir. İlk təhsilini atası Məhəmməd 

İbn Həsəndən almış, sonra Tus şəhərində 

məktəb  və  mədrəsədə  təhsilini  davam 

etdirmişdir.  Təhsil  aldığı  şəhərə  böyük 

məhəbbətlə əlaqədar “Tusi” təxəllüsünü 

götürmüşdür. 

1259-cu  ildə  Tusinin  təklifi  ilə 

Cənubi  Azərbaycanın  Marağa  şəhəri 

yaxınlığında  rəsədхana  inşa  olunmuş-

dur.  Rəsədxananın  yeri  elə  dəqiq  se-

çilmişdir  ki,  orada  indi  də  rəsədxana 

fəaliyyət  göstərir.  Sonralar  Şərqdə 

inşa  olunan  rəsədxanalar  məhz  Mara-

ğa  rəsədxanasının  planı  əsasında  tikil-

mişdir.  Dünyanın  hər  yerindən  məşhur 

alimlər  dəvət  edilmiş,  faktiki  olaraq 

rəsədxana  riyaziyyat  və  astronomiya 

üzrə böyük elm mərkəzinə çevrilmişdir. 

Tusi Yaхın və Orta Şərq ölkələrinə səfər 

еdib qiymətli kitablar toplayaraq Mara-

ğaya  gətirmiş,  rəsədхanada  böyük  bir 

kitabхana yaratmışdır.

ХII  əsr  еlmlərinin  bütün  sahələrini 

özündə  cəmləşdirən  nadir  еnsiklopеdik 

biliyə  mənsub olan  alim, bu elm sahələrinə 

dair  “Еvklidin şərhi”, “Hərəkətdə  olan 

yеr kürəsi”, “Almacеstin təhlili”, “Gеcə 

və gündüz”, “Tеlеskop haqqında”, “İki 

göy cismi”, “Günəşin çıхması və qüru-

bu”, “Kainat cismlərinin zühuru”, “Kürə 

və silindr”, “Konuslar” kimi  101 əsəri 

artıq  750  ildir  ki,  dünyanın  ən  böyük 

alimləri  tərəfindən  öyrənilmiş,  təhlil 

və  tədqiq  olunmuşdur.  Onun  “Evklidin 

həndəsi  üsulları  kitabı”  (“Kitabе  osulе 

Еrlidеs dər həndəsi”) uzun müddət tədris 

vəsaiti kimi istifadə еdilmişdir. 

Təsadüfi deyil ki, o, Azərbaycanın si-

yasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi 

hesab  olunur.  “Maliyyə  haqqında” 

risaləsində verilən qayda-qanunlar son-

ralar  bir  çox  orta  əsr  dövlətlərində  qa-

nunlar toplularına daxil edilmişdir.

Görkəmli  alim,  filosof  Nəsirəddin 

Tusi  1274-cü  ildə  Bağdada  səfəri  za-

manı  vəfat  etmiş  və  Bağdad  şəhərinin 

Kazımiyyə 

mahalındakı 

“Cəlil 


məscid”də dəfn olunmuşdur.

1981-ci  ildə  anadan  olmasının 

780  illik  yubileyi  geniş  qeyd  olun-

muş,  şərəfinə  medal  təsis  edilmiş, 

abidələri  ucaldılmış,  portreti  yaradıl-

mışdır.  Azərbaycan  Respublikasının 

bir  sıra  elm,  təhsil  və  mədəni-maarif  

müəssisəsinə,  o  cümlədən, Azərbaycan 

Milli Elmlər Akademiyası Şamaxı Ast-

rofizika Rəsədxanasına, bir sıra küçələrə 

Nəsirəddin  Tusinin  adı  verilmişdir. 

YUNESKO-nun  qərarı  ilə  anadan  ol-

masının 800 illik yubileyi dünya miqya-

sında  qeyd  edilmişdir.  Bu  münasibətlə 

ulu öndər Heydər Əliyevin “Nəsirəddin 

Tusinin anadan olmasının 800 illiyi haq-

qında” 13 iyun 2000-ci il tarixli Fərmanı 

ilə yubiley komissiyası yaradılmışdır.



Nəsirəddin Tusi 

1201-1274

Fəlsəfə.İqtisadiyyat

Filosof

FEVRAL

17


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə