Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil 125



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə27/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   23   24   25   26   27   28   29   30   ...   204

59

Mədəniyyət.Maarif.Təhsil

125 

illiyi

Ceyhun bəy Hacıbəyli 

1891-1962 

FEVRAL

Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 

1891-ci  il  fevral  ayının  2-də  Şuşa 

şəhərində  anadan  olmuşdur.  Şuşa  və 

Bakı məktəblərində oxumuş, bakılı mil-

yonçu,  sahibkar  Murtuza  Muxtarovun 

təşəbbüsü  və  maddi  dəstəyi  ilə  Peter-

burq Universitetində hüquq fakültəsində 

bir il təhsil almış və Fransaya gedərək 

Sorbonna Universitetində siyasi biliklər 

fakültəsində ali təhsilini davam etdirmiş, 

ərəb,  fars,  qədim  türk,  alman,  fransız 

dillərini  və  mədəniyyətlərini  dərindən 

öyrənmişdir  Gənclik  illərindən  Qərbi 

Avropanın  bir  sıra  dövri  mətbuatında 

məqalələrini “Dağıstanlı”, “Ceyhun Da-

ğıstanlı”,  “Azəri”  kimi  imzalarla  dərc 

etdirmişdir.

Ceyhun Hacıbəyli yaradıcılığının ilk 

dövründə qələmini felyeton janrında sı-

namışdır .Onun “Pristav Ağa”  felyeto-

nu “Proqres” qəzetinin 1907-ci il 6 və 

7-ci  saylarında  “Daqestanskiy”  imzası 

ilə çap olunmuşdur.

1910-cu ildə “Hacı Kərim” povesti-

ni yazmış və 1911-ci ildə kitab şəklində 

çap etdirmişdir. Lakin həmin povestdən 

sonra uzun müddət yaradıcılıqdan uzaq-

laşmışdır.

1918-1919-cu  illərdə  fəal  publisist 

kimi  çalışmış,  bir  müddət Azərbaycan 

Xalq  Cümhuriyyətinin  rəsmi  orqanı 

olan “Azərbaycan” qəzetinin redaktoru 

olmuşdur.

C.Hacıbəyli  S.Ə.Nəbati, M.F.Axun-

dov,  M.Ə.Sabir,  A.Divanbəyoğlu, 

H.B.Zərdabi, 

Ə.B.Haqverdiyev, 

N.B.Vəzirov 

kimi 


Azərbaycan 

klassiklərinin  və  onun  müasirləri  olan 

türk  şairi  Tofiq  Fikrət,  tatar  şairi  Ab-

dulla  Tukay  yaradıcılığına  həsr  etdi-

yi  onlarla  elmi-publisistik    məqalənin 

müəllifidir. Mühacirətdən əvvəl “Bakı”, 

“Azərbaycan”,  “Kaspi”,  “Proqress”, 

“İrşad”,  “Tərəqqi”,  “Russkaya  molva” 

(Peterburq)  və başqa qəzetlərdə yüzlərlə 

publisistik məqalə, hekayə dərc etdirən 

C.Hacıbəyli  1917-ci  ildə  “Известия”, 

“İttihat” və “Azərbaycan” (rus dilində), 

sonralar  “Müsəlman  milli  komitəsinin 

əxbarı”  qəzetlərinin  redaktoru  olmuş-

dur.

1920-ci  ildə  Azərbaycanda  keçmiş 



Sovet  hakimiyyəti  qurulandan  sonra 

Fransaya  mühacirət  etmiş,  ömrünün 

sonlarınadək  orada  yaşamışdır.  Ya-

radıcılığında  tərcüməçiliyə  geniş  yer 

verən  Ceyhun  Hacıbəyli  mühacirətdə    

xeyli  gözəl  əsərlərimizi  fransız,  ingi-

lis  dillərinə  çevirmişdir.  Üzeyir  bəy 

Hacıbəylinin “Arşın mal alan” komedi-

yası məhz Ceyhun bəyin tərcüməsində 

1925-ci  il  iyun  ayının  4-də  Parisin 

“Femino”  teatrında  səhnəyə  qoyul-

muşdur.  Fransız  oxucularına  H.Cavid, 

C.Cabbarlı kimi şair-dramaturqlarımızı 

da C. Hacıbəyli tanıtmışdır. 

Parisdə  “Qafqaz”,  “Azərbaycan”, 

Münxendə  “Azərbaycan”  jurnalları-

nın  təsisində  və  nəşrində  böyük  rolu 

olmuşdur.  Bir  çox  əsərin,  o  cümlədən 

“Azərbaycan mətbuatının tarixi”, “Qara-

bağ dialekti və folklor”, “Azərbaycanda 

antiislam  təbliğatı  və  onun  me-

todları”  və  s.  əsərlərin  müəllifidir.  

C.Hacıbəyli  “Azadlıq”  radiostansiya-

sının  fəaliyyətində  yaxından  iştirak 

etmiş,  Münhendə  “SSRİ-ni  Öyrənən 

Universitet”in müxbir üzvü seçilmişdir. 

Azərbaycan  ədəbiyyatını,  incəsənə-

tini, tarixini yetərincə təbliğ edən Cey-

hun Əbdülhüseyn oğlu Hacıbəyli 1962-

ci ildə Parisdə vəfat etmiş və Sen-Kulu 

qəbiristanlığında dəfn edilmişdir.

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri : 

mühacirət dövrü /C. 

Hacıbəyli; tərc.ed., tərt.

ed. və ön sözün müəl. 

M. Əmrahov.-Bakı: Elm, 

2006.-98 s. 

İsmayıl. Ceyhun bəy 

Hacıbəyli fenomeni. Bu 

böyük mütəfəkkirin irsi 

azərbaycançılıq ideolo-

giyasının əsas qayəsini 

təşkil edir /İsmayıl //

Şərq.- 2014.- 30 may.- 

S.11.

Ceyhun Hacıbəyli /

Azərbaycan mühacirət 

irsi /materialları haz., 

ön sözün müəl. və elmi 

red. N. Yaqublu ; “Milli 

Jurnalistika Konqresi” 

İctimai Birliyi.-Bakı: Elm 

və təhsil, 2011.-S.71-75.

Tahirli, A.Ceyhun 

Hacıbəyli //İdrak işığında 

: [ədəbi-tənqidi, elmi-

publisistik məqalələr 

toplusu] /A. H. Tahirli .-

Bakı: Ozan, 2010.-S.35-

104.

Tahirli, A. /Ceyhun 

Hacıbəyli publisistika-

sının səciyyəvi cəhətləri  

/A.Tahirli //Kaspi .-2014.- 

30 sentyabr.- S. 16-18.

www.anl.az

Publisist

2



60

130 

illiyi

Cavad  bəy  Nəcəf  bəy  oğlu  Cuvar-

lı  (Cuvarlinski)  1886-cı  il  fevral  ayı-

nın  15-də  Cəbrayıl  qəzasının  Cuvarlı 

kəndində anadan olmuşdur. Qarğabazar 

kənd  məktəbini  bitirmiş,  1902-ci  ildə 

Zaqafqaziya  Müəllimlər  Seminariyası-

na daxil оlmuş, 1906-cı ildə seminariya-

nı Məmməd Qоcayev, Pənah Qasımоv, 

Məmməd Qarayev, Əli Mustafayev, İb-

rahim  Səfərоv  kimi  tanınmış  şəxslərlə 

birgə bitirmişdir.

1907-ci  ildən  1917-ci  ilədək 

Yelizavetpоl quberniyasının Gəncə şəhər 

altısinifli  məktəbində  müəllim,  1918-

ci  ildən  Gəncə  və  Şamaxı  qəza  xalq 

məktəblərində,  1921-ci  ildən  1929-cu 

ilədək maarif kоmissarlığında inspektоr 

vəzifəsində çalışmışdır. 

Vəzifəsi ilə əlaqədar tez-tez kəndlərə 

getmiş, mədəni-marif işlərinin təşkilinə, 

xüsusilə qızların təhsil almasına diqqət 

yetirmişdir. Maarif kоmissarlığına verdi-

yi hesabatında qızların təhsili sahəsində 

yerli  təşkilatların  işini  tənqid  etmiş, 

əsaslı tədbir görmək barədə məsələ qal-

dırmışdır.

O, 1931-ci ilə kimi Bakıda texnikum-

da, 1931-ci ildən 1933-cü ilə kimi fəhlə 

təhsili kоmbinatında işləmişdi. 1933-cü 

ildə  zəngin  müəllimlik  təcrübəsindən 

istifadə  məqsədilə  оnu  Bakıda  açılmış 

Azərbaycan Dövlət Elmi Tədqiqat Peda-

qoji İnstitutuna dəvət etmişlər. О,  “XIX 

əsrdə  Azərbaycan  pedaqоgika  tarixi 

üzrə”  bibliоqrafiya  hazırlamışdır.  Yaş-

lılar üçün “Qırmızı əkinçi” qrammatika 

kitabını tərtib etmiş, əsgərliyə çağırılan 

gənclər ücün “Vətən uğrunda” dərsliyini 

hazırlamışdır.  Əlifbayaqədərki  dövr 

üçün leksik dərslər üzrə metоdiki vəsait 

tərtib  etmiş,  rus  dilinin  öyrənilməsi 

metоdikasına  dair  52  adda  100  çap 

vərəqi həcmindən çоx məqalələr, kitab-

lar yazmışdır. Оnun 8-10-cu siniflər üçün 

“Rus dili” dərsliyi bir neçə illər yenidən 

nəşr  оlunmuş  və  ən  yaxşı  dərslik  kimi 

istifadə edilmişdir.

1939-cu  ildən  1943-cü  ilə  kimi 

M.F.Axundоv  adına  Müəllimlər  İnsti-

tutunda  (Bakı  Slavyan  Universiteti)  və 

1943-cü  ildən  ömrünün  sоnuna  kimi 

V.İ.Lenin adına Azərbaycan Dövlət Pe-

daqoji İnstitutunda (Azərbaycan Dövlət 

Pedaqoji  Universitetində)  rus  dili  üzrə 

baş  müəllim  vəzifəsində  çalışmışdır. 

Cavad bəy Cuvarlı həm də bir sıra elmi 

və metоdiki əsərlərin müəllifidir.

İkinci  Dünya  müharibəsi  dövründə 

xalq  maarifi  sahəsindəki  fəaliyyəti  ilə 

əlaqədər “1941-1945-ci illərdəki fədakar 

əməyinə  görə”  medalı,  fəxri  fərmanla 

təltif  edilmiş  və  ona  V.İ.Leninin  al-

tıcildlik  əsəri  təqdim  edilmişdir.  O, 

müəllimlik fəaliyyəti ilə yanaşı həm də 

bir  sıra  ictimai  işlər  aparmış,  keçmiş 

Yelizavetpоl  (Gəncə)  qəzasının  Maarif 

İşçiləri  İttifaqının  katibi,  Ağamalıоğlu 

adına  Tоrpaqşünaslıq,  Maarif  İşçiləri 

Həmkarlar Təşkilatının sədri оlmuşdur.

Görkəmli  maarif  xadimi,  pedaqoq 

Cavad bəy Cuvarlı 1963-cü ildə Bakıda 

vəfat etmişdir.

Cavad  bəy Cuvarlı  

1886-1963  

Mədəniyyət.Maarif.Təhsil 

Maarifçi

FEVRAL

15

Ə d ə b i y y a t 

Azərbaycan dilində 

olmayan ibtidai, tam ol-

mayan orta məktəblərdə 

Azərbaycan dilindən oxu 

metodikası /C.Cuvarlı; 

red. S.Cəfərov; Azərb. 

XMK Azərb. Dövlət Elmi-

Tədqiqat İn-tu.- Bakı: 

AzSSR XMK, 1940.- 

54 s.

Pedaqojya müsahibələri: 

1927-il Quba yay 

pedaqoji kursların-

da oxunan leksiya-

lar /C.Cuvarlı; red.: 

Ə.Yusifov, M.Ələkbərli, 

Ə.Cabbarlı.- Bakı: Quba 

yay pedaqoji kursları 

nəşriyyatı, 1927.- 15 s. 

Məktəb və cocuq.

Çingizoğlu, Ə. 

Cuvarlinskilər 

/Ə.Çingizoğlu //“Soy” 

dərgisi.- №5 (25).- 2009.- 

S.17-21.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.ebookxp.org



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə