Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə184/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   180   181   182   183   184   185   186   187   ...   204

382

alim  300-ə  yaxın  еlmi  əsərin,  10  mоnоqrаfiyа,  30-

dаn  аrtıq  kitаbın  -  dərslik  və  dərs  vəsаitlərinin 

müəllifidir.  20-dən  çox  еlmlər  nаmizədi  və  dоktоr 

yеtişdirmişdir.

Onun  xalqımızın  mədəniyyət  tarixinə  ver-

diyi  qiymətli  töhfələrindən  “Heydər  Əliyev  və 

Azərbaycanda kitabxana işi”, “XXI əsrin əvvəllərində 

Azərbaycanda kitabxana işinin inkişaf istiqamətləri 

(mülahizələr, təkliflər və proqnozlar)” (2006), Kitab-

xanaların  kompüterləşdirilməsinin  əsasları  (2007), 

“Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev 

doktrinası uğurla davam edir” (2009), 2004-2010-cu 

illərdə çap etdirdiyi 3 cildlik “Azərbaycanda kitab-

xana işinin tarixi”, “Kitabxana və cəmiyyət” (2011), 

“Kitabxanaşünaslığın  tarixi  və  metodologiyası” 

(2014) və başqa kitabları nümunə göstərmək olar.

2010-cu  ildən  nəşr  olunan  və  kitabxanaşünas-

lığa,  kitabxana  işinin  tarixi,  nəzəriyyəsi  və  təcrübi 

problemlərinə  dair  elmi  məqalələr  dərc  edən,  nü-

fuzlu elmi jurnallardan hesab edilən “Kitabxanaşü-

naslıq  və  informasiya”  adlı  elmi-nəzəri  və  praktiki 

jurnalın təsisçisi və baş redaktoru da məhz Abuzər 

Xələfovdur.

Azərbaycan  elminin,  mədəniyyətinin  inkişafın-

dakı yüksək xidmətlərinə görə 2000-ci ildə “Şöhrət” 

оrdеni,  “1941-1945-ci  illər  mühаribəsi  vеtеrаnı” 

nişаnı, “Хеyriyyəçilik və mааrifçilik” mеdаlı, 2002-

ci  ildə  “Təhsil  sаhələri  üzrə  nаiliyyətlərə  görə” 

mükаfаtı almış, 2004-cü ildə Аmеrikаdа “İlin аdаmı-

2004” sеçilmiş, 2006- cı ildə “Əlаçı təhsil işçisi” döş 

nişаnı ilə təltif edilmişdir.

2001-ci  ildə  “Əməkdаr  еlm  хаdimi”,  2005-ci 

ildə “İlin müəllimi” fəхri аdlarını almışdır. 2007-ci 

ildən  Аzərbаycаn  Rеspublikаsı  Prеzidеntinin  Fəхri 

təqаüdçüsüdür.



Ə d ə b i y y a t

Аzərbаycаndа kitаbхаnа işinin tаriхi: Dərslik (üç hissədə) /A.Xələfov.-Bakı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2004-2010. H.1. Ən qədim 

dövrdən XX əsrə qədər.- Bakı, 2004- 328 s.; H. 2. ХХ əsrin birinci yаrısındа Аzərbаycаndа kitаbхаnа işininin tаriхi.- Bakı, 2007.- 552 

s.; H. 3. XX əsrin ikinci yarısında və XXI əsrin əvvələrində Azərbaycanda kitabxana işinin tarixi.- Bakı, 2010.- 431 s. 

Heydər Əliyev: Biblioqrafik məlumat kitabı /A.Xələfov, S.A. Sadıqova; red. və ön söz. müəl. A.Məhərrəmov.- Bakı: Bakı Universiteti 

Nəşriyyatı, 2003.- 434 s. 

Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir /A.Xələfov; lay. rəhb. Ə.Qarayev; elmi məsləhətçi. S. 

Məmmədəliyeva; elmi red. L.Məmmədova; red. K.Tahirov.- Bakı, 2009. -185, [1] s. 

Kitabxana və cəmiyyət: Monoqrafiya /A.Xələfov.- Bakı: Azərnəşr, 2011.- 348 s.

Kitabxanaşünaslığın tarixi və metodologiyası /A.Xələfov.- Bakı, 2014.- 408 s.

Söz, kitab, mütaliə, kitabxana və kitabxanaçı haqqında müdrik fikirlər /tərt. ed. və ön söz müəl. A. Xələfov ; red. K. Aslan.-

Bakı: Mütərcim, 2014.- 187, [1] s.: 20 sm.

Kitabxanaşünaslığın müasir problemləri /A.Xələfov //Kitabxanaşünaslıq və İnformasiya: Elmi-nəzəri və praktiki jurnal .-2013.- № 1 

(10).- S. 7-27. 

Müasir kitabxanaların konseptual modeli (ideya və anlayışlar) /A.Xələfov //Kitabxanaşünaslıq və İnformasiya: Elmi-nəzəri praktiki 

jurnal.-2014.- № 1.(13)- S. 3-19.

Aslan, K. Elm və təhsil fədaisi: Abuzər Alı oğlu Xələfov /K.Aslan; elmi red. R.Kazımov; rəy.: X.İsmayılov və b.; Bakı Dövlət 

Universiteti.-Bakı: [Bakı Universiteti], 2006.- 240 s.

Mənalı ömür yolu: Abuzər Alı oğlu Xələfov /Bakı Dövlət Universiteti; tərt. ed. K.Aslan (red.), M.Bağırov.- Bakı: Bakı Universiteti

2001.- 229 s.

Sadıqova, S. Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı /S.Sadıqova.- Bakı: Nagıl Evi nəsriyyatı, 2011.- 342 s.

80 yaşın ucalığı: Azərbaycan Respublikasının görkəmli elm və mədəniyyət xadimləri prof. A.A.Xələfov haqqında.- Bakı: “Bakı Universi-

teti” nəşriyyatı, 2011.- 228 s.

İ n t e r n e t d ə

www.anl.az

www.bsu.edu.az


383

Tarixdə bu gün

Xankəndinin işğalı 

 1991  

DEKABR

Ərazisi:  1048 km² 

Əhalisi: 57 000 nəfər 

Yuxarı Qarabağın mərkəzi olan Xankəndi şəhəri 

28 dekabr 1991-ci il tarixində Ermənistan silahlı 

qüvvələri tərəfindən işğal olunmuş, separatçı rejim 

yaradılmışdır. 

1991-ci  il  dekabr  ayının  28-da  Xankəndinin  

itirilməsi,  qarşıda  Xocalı  soyqırımı,  Şuşa,  La-

çın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, 

Zəngilanın işğalına yol açdı.

Yuxarı  Qarabağın  mərkəzi,  Qarqar  çayının 

sahilində,  Qarabağ  silsiləsinin  Şərq  ətəyində, 

Bakıdan  329  km  aralıda  yerləşən  Xankəndi, 

Azərbaycanın  inkişaf  etmiş  sənaye  mərkəzi  idi. 

Şəhərdə  yüngül  və  yeyinti  sənayesi  müəssisələri 

var idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-

beton zavodları, mebel fabriki, tikinti materialları, 

sənaye, istehsalat və tədris istehsalat kombinatları 

belə müəssisələrdən idi. 

Tarixi  sənədlərə  görə  Xankəndi  şəhəri  XVIII 

əsrin  axırlarında,  o  dövrdə  müstəqil Azərbaycan 

dövlətlərindən  biri  olan  Qarabağ  xanlığının  xan-

larının  istirahəti  üçün  yaşayış  məskəni  kimi  sa-

lınmışdı. Elə şəhərin adı da buradan yaranmışdır. 

1813-cü ilədək bircə nəfər erməninin də yaşama-

dığı Xankəndində sonralar çar Rusiyası tərəfindən 

etnik təmizləmə siyasəti aparılmış və bura İrandan 

köçürülən ermənilər yerləşdirilmişdir. 

SSRİ  dövründə  Xankəndində  azərbaycanlılara 

qarşı etnik təmizləmə siyasəti daha da güclənmiş, 

şəhərdə  erməni  ailələrinin  sayı  süni  surətdə  ar-

tırılmışdır.  1923-cü  ildə  Rusiya  İmperiyası-

nın  siyasətilə  Azərbaycanın  tərkibində  mərkəzi 

şəhəri  Xankəndi  olan  Dağlıq  Qarabağ  Muxtar 

Vilayəti  yaradılmışdı.  Bundan  sonra  vilayətin 

erməniləşdirilməsi siyasəti aktivləşmiş, 6 oktyabr 

1923-cü  ildə  ermənilərin  müraciəti  nəzərə  alına-

raq  Xankəndinin  adı  dəyişdirilərək  Azərbaycan 

xalqına  qarşı  genosid  törətmiş  cinayətkar  Stepan 

Şaumyanın  şərəfinə  Stepanakert  adlandırılmışdır. 

Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli 

çəkilmiş, beləliklə də, Xankəndi erməni işğalı al-

tına düşmüş, keçmiş SSRİ dövründə Xankəndində 

yaşayan azərbaycanlılar tədricən buradan didərgin 

salınmışlar. 

1988-ci  il  hadisələri  başlayanda  Xankəndində 

erməni  əhalisi  azərbaycanlılara  nisbətdə  xeyli 

çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların 

sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min 

nəfərədək artmışdılar. 

1988-1989-cu  ildə  Xankəndi  artıq  erməni  se-

paratizminin  mərkəzinə  çevrilmişdi.  Moskva-

nın  himayəsilə  güclənən  erməni  separatizmi  so-

nuncu  azərbaycanlıları  28  dekabr  1991-ci  ildə 

Xankəndindən qovmağa nail olmuş, şəhərin işğalı  

və etnik təmizləmə tam başa çatdırılmışdı.

Ə d ə b i y y a t

Qaraca ,B.Xankəndinin işğalı Kərkicahandan başladı  /B.Qaraca 

//Azərbaycan .-2014.- 28 dekabr.- S.7.

Qaraca, B.Xankəndi - işğaldan əvvəl və sonra  /B.Qaraca

//Azərbaycan .-2013.- 26 dekabr.- S.11.

İ n t e r n e t d ə 

www.anl.az 

www.xankendi.az

28



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə