374
Tarixçi alim
Tarix
85
illiyi
Tamilla Musayeva
1931
DEKABR
Tamilla Həşim qızı Musayeva 1931-
ci il dekabr ayının 31-də Bakıda anadan
olmuşdur. 1939-1949-cu illərdə Bakı
şəhərində 46 saylı məktəbdə təhsil almış,
məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
tarix fakültəsinə daxil olmuşdur. 1954-
cü ildə təhsilini fərqlənmə diplomu ilə
bitirmişdir.
Tamilla Musayeva 1962-ci ildə “Bi-
rinci beşillik illərində Azərbaycanda
xalq təhsilinin inkişafı uğrunda mübarizə
(1928-1932-ci illər)” mövzusunda
namizədlik dissertasiyasını müdafiə
etmiş, 1980-ci ilin dekabrında isə dok-
torluq dissertasiyasını tamamlamışdır.
Həmin ildə nəşr olunmuş “İnqilab və
Azərbaycanda xalq təhsili (1920-1940-
cı illərdə Azərbaycanda xalq təhsilinin
inkişafı tarixinin oçerkləri)” monoqrafi-
yası dissertasiya kimi müdafiəyə təqdim
olunmuşdur. Bu monoqrafiyaya görə
ona tarix elmləri doktoru elmi dərəcəsi
verilmişdir.
Elmi
axtarışlarının
əsas
istiqamətlərindən biri 1920-1940-cı
illərdə Azərbaycanda xalq təhsilinin inki-
şaf tarixi, bu sistemin yaranması və onun
respublika zəhmətkeşlərinin ümumtəhsil
səviyyəsinin yüksəldilməsində rolunun
tədqiqi olmuşdur. Azərbaycanda xalq
təhsilinin inkişaf tarixinin elmi cəhətdən
əsaslandırılmış dövrləşdirilməsi, onun
əsas mərhələlərinin müəyyən edilməsi,
xalq təhsilinin yaranmasının spesifik
xüsusiyyətlərinin təhlili, xalqımızın
keçdiyi tarixi yolun xüsusiyyətlərinin
öyrənilməsi T.Musayevanın Azərbaycan
tarixşünaslığına dəyərli töhfəsidir.
T.Musayeva bir sıra ümumiləşdirilmiş,
o cümlədən ümumittifaq əhəmiyyətli
əsərlərin yazılmasında iştirak etmişdir.
Üçcildlik “Azərbaycan tarixi” kitabı-
nın müəlliflərindən biri, 2000-ci ildə
çap olunmuş “Azərbaycan tarixi”nin
VI cildinin müəllifi və redaksiya
heyətinin üzvü, 2003-cü ildə nəşr olun-
muş “Ermənilərin Azərbaycan torpaq-
larında törətdikləri əməllər barədə ta-
rixi həqiqətlər” adlı əhəmiyyətli əsərin
tərtibçi redaktoru və müəlliflərindən
biri, Azərbaycan MEA-nın 60 illik yubi-
leyi ilə bağlı 2005-ci ildə nəşr olunmuş
“Azərbaycan Milli Elmlər Akademiya-
sının yaradılması və elmi ziyalı kadr-
ların formalaşması yollarında (1920-
1945-ci illər)” adlı monoqrafiyanın və
Birinci Türkoloji qurultayın 80 illiyinə
həsr olunmuş “Azərbaycan xalqının
əlifbasının inkişafı yolunda mühüm
mərhələ” adlı 2006-cı ildə çap olunmuş
kitabın həmmüəllifidir. Ümumilikdə
100-dən artıq elmi əsərin, o cümlədən
dörd
monoqrafiyanın
müəllifidir.
T.Musayeva 1984-cü ildə “İnqilab və
Azərbaycanda xalq təhsili” monoqra-
fiyasına görə Azərbaycan SSR Dövlət
mükafatı laureatı adına layiq görülmüş,
1992-ci ildə professor elmi rütbəsini
almışdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 4 iyul 2005-
ci il tarixli sərəncamı ilə T.Musayeva
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür.
Ə d ə b i y y a t
Ermənilərin
Azərbaycanın tarixi
torpaqlarına iddiaları-
nın ifşasına dəyərli töhfə
/T.Musayeva //
Azərbaycan.-2012.- 16
oktyabr.- S.10.
Борьба за развития
народного образования
в Азербайджане в годы
первой пятилетки
/Т.Мусаева.- Баку,
1964.- 134 с.
Важная веха на
пути развития
письменности
азербайджанского
народа: к 80-
летию Первого
Тюркологического
съезда /Т.Мусаева,
А.Мамедов; НАН
Азерб. Ин-т Истории
им. А.А.Бакиханова.-
Баку: Тахсил, 2006.- 67
с.
На путях создания
Национальной
Академии Наук и
формирования кадров
научной интеллигенции
Азербайджана: 1920-
1945 гг. /Т.Мусаева,
А.Мамедов; НАНА
Институт Истории
им. А.А.Бакиханова.-
Баку: Нурлан, 2005.-
31
375
Fəlsəfə.İqtisadiyyat
90
illiyi
Aqil Əliyev
1926-2006
DEKABR
Aqil Əlirza oğlu Əliyev 1926-cı il
dekabr ayının 10-da Naxçıvan şəhərində
anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra, 1946-1951-ci illərdə
Azərbaycan Dövlət Universitetinin (in-
diki BDU) tarix fakültəsində təhsil al-
mışdır. Əmək fəaliyyətinə 1951-ci ildə
Azərbaycan Elmlər Akademiyasının Ta-
rix İnstitutunda elmi işçi kimi başlayan
Aqil Əliyev sonralar Azərbaycan Poli-
texnik İnstitutunda çalışmışdır. 1953-cü
ildən taleyini Azərbaycan Tibb Univer-
siteti ilə bağlayaraq burada müxtəlif
vəzifələr tutmuşdur. 1973-cü ildən öm-
rünün sonunadək Tibb Universitetində
İqtisadiyyat və Hüququn Əsasları ka-
fedrasının müdiri işləmişdir.
1970-ci ildə elmlər namizədi,
1983-cü ildə iqtisad elmləri dokto-
ru alimlik dərəcəsi almış, 1973-cü
ildə dosent, 1979-cu ildə isə professor
vəzifələrinə irəli çəkilmişdir. 2001-ci
ildə Azərbaycan Milli Elmlər Akademi-
yasının müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyətində Azərbaycanın
sosial-iqtisadi inkişafında islahatla-
rın rolu, əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin aktual problemlərinin
araşdırılması mühüm yer tutmuşdur.
İqtisadçıların bir sıra beynəlxalq konf-
rans və simpoziumlardakı çıxışları ilə
Azərbaycan elmini yüksək səviyyədə
təmsil etmişdir.
Professor Aqil Əliyev 190-dan ar-
tıq elmi əsərin, o cümlədən 32 mo-
noqrafiya və kitabın müəllifi olmuş-
dur. Azərbaycanda ilk dəfə olaraq
“Şəxsi istehlakın iqtisadiyyatı və
problemləri”, “Aqrar iqtisadiyyatın
aktual problemləri”, “Kənd əhalisinin
həyat səviyyəsinin yüksəldilməsi
problemləri”,
“Səhiyyədə
iqtisa-
diyyat,
planlaşdırma,
idarəetmə,
maliyyələşdirmə və əməyin elmi
təşkili” və s. sanballı monoqrafiyaların,
“Azərbaycanın sosial-iqtisadi inkişa-
fında islahatların rolu”, “İpək Yolunun
bərpası bəşəriyyətin tərəqqi yoludur”,
“Azərbaycanda bazar münasibətləri
şəraitində əhalinin sosial problemləri”,
“Səhiyyənin
iqtisadiyyatı”,
“Azərbaycanda əhalinin səviyyəsinin
yüksəldilməsinin aktual problemləri”,
ikicildlik “Naxçıvan Muxtar Respubli-
kası: nailiyyətlər, problemlər”, “Bazar
iqtisadiyyatına keçid: dövlətin iqtisa-
di siyasəti”, “Bələdiyyələr. Metodik
kömək”, “Dünya iqtisadiyyatı: mü-
asir dövrün problemləri”, “Müstəqil
Azərbaycan iqtisadiyyatının aktual
problemləri” və başqa elmi əsərlərin
müəllifidir.
Elmin inkişafındakı xidmətlərinə
görə 1946-cı ildə “Əmək igidliyinə
görə” medalı, 1959-cu ildə “Səhiyyə
əlaçısı” döş nişanı, 1970-ci ildə
“Fədakar əməyə görə” medalı, 1982-ci
ildə “Əməkdar elm xadimi” fəxri adı,
1976-cı ildə “Qırmızı Əmək Bayrağı”
ordeni, 1990-cı ildə “Əmək veteranı”
medalı, 1997-ci ildə “Sovet İttifaqı
Marşalı Jukov” medalı, 2000-ci ildə
“Şöhrət ordeni” ilə təltif olunmuşdur.
Əliyev Aqil Əlirza oğlu 2006-cı il
mart ayının 8-də Bakı şəhərində vəfat
etmiş, Fəxri Xiyabanda dəfn olunmuş-
dur.
Ə d ə b i y y a t
Bazar iqtisadiyyatına
keçid: dövlətin iqtisadi
siyasəti: [monoqrafiya]
/A.Əliyev, A.Şəkərəliyev.-
Bakı: [İqtisad Universite-
ti], 2002.- 440 s.
Dünya iqtisadiyyatı: mü-
asir dövrün problemləri:
[monoqrafiya] /A.Əliyev,
A.Şəkərəliyev, İ.Dadaşov.-
Bakı: [Bakı Universiteti],
2003.- 455 s.
Sosial sferanın iqtisadi
və metodoloji əsasları
/A.Əliyev, A.Quliyev.-Bakı:
Adiloğlu, 2005.- 304 s.
Kərimova, H. Görkəmli
iqtisadçı alim Aqil
Əliyev /H.Kərimova,
N.Allahverdiyev.- Bakı:
Nurlan, 2006.-120 s.
Əliyev, İ. Gözəl alim,
xeyirxah insan - Aqil
Əliyev /İ.Əliyev //Azad
Azərbaycan.- 2013.- 10
dekabr.- S.2.
Əliyev, Q. Əsl vətəndaş
və görkəmli iqtisadçı alim
/Q.Əliyev //Azərbaycan.-
2014.- 10 dekabr.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
10
İqtisadçı alim