378
Akademik
Riyaziyyat.Fizika.Astronomiya
90
illiyi
Nəriman Quliyev
1926-2014
DEKABR
Nəriman Ağaqulu oğlu Quliyev
1926-cı il dekabr ayının 28-də Bakı
şəhərində anadan olmuşdur. Orta
məktəbi başa vurduqdan sonra 1943-cü
ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutuna daxil olmuş, lakin fizika-
ya hədsiz marağı səbəbindən burada
təhsilini yarımçıq qoymuş, 1947-1952-
ci illərdə Azərbaycan Dövlət Universi-
tetinin (indiki BDU) fizika-riyaziyyat
fakültəsində ali təhsil almışdır. 1952-ci
ildə həmin universitetin aspiranturasına
qəbul olunan Nəriman Quliyev 1953-cü
ildə Lomonosov adına Moskva Dövlət
Universitetinə köçürülmüş, 1955-ci ildə
burada fizika ixtisası üzrə aspiranturanı
bitirmişdir.
Əmək fəaliyyətinə 1956-cı ildə
Azərbaycan Dövlət Universitetində
başlamış, Nəzəri fizika kafedrasında
assistent və baş müəllim vəzifələrində
çalışmışdır. 1959-cu ildən etibarən ta-
leyini Azərbaycan Milli Elmlər Aka-
demiyası ilə bağlamışdır. 1959-1981-ci
illərdə Fizika İnstitutunda direktorun
elmi işlər üzrə müavini, 1981-2001-
ci illərdə AMEA-nın vitse-prezidenti,
2001-2007-ci illərdə isə AMEA-nın bi-
rinci vitse-prezidenti olmuşdur. 2007-
ci ildən AMEA prezidentinin müşaviri
idi.
Nəriman Quliyev 1957-ci ildə Mosk-
va şəhərində namizədlik, 1975-ci ildə
doktorluq disserta
s
iyalarını müdafiə et-
mişdir.
1976-cı ildə AMEA-nın müxbir
üzvü, 1983-cü ildə isə həqiqi üzvü se-
çilmişdir.
Ömrünün altmış ilə yaxın bir dövrü
ərzində akademik öz səmərəli yaradıcı-
lığı ilə Azərbaycanda fizika elminin in-
kişafına töhfələr vermişdir. Bu sahə üzrə
ana dilində yazılmış ilk sanballı elmi-
kütləvi nəşrin müəlliflərindəndir. Ali-
min gəldiyi qənaətlər nəzəri əhəmiyyəti
ilə səciyyələnmiş və mütəxəssislər
tərəfindən
dəyərləndirilmişdir.
Azərbaycanda nüvə fizikasının inkişa-
fının mühüm mərhələsi akademikin adı
ilə bağlıdır.
Müstəqil Azərbaycanın dünyanın ta-
nınmış nüvə tədqiqatları mərkəzləri ilə
elmi-texniki əməkdaşlıq əlaqələrinin
coğrafiyasının
genişləndirilməsində
onun xidmətləri təqdirəlayiqdir.
Alimin çoxillik zəhmətinin məhsulu
olan silsilə araşdırmalarının nəticələri
ölkəmizdə və onun hüdudlarından
kənarda çap edilmiş 100-dən artıq
sanballı elmi əsərdə öz əksini tapmış-
dır. Mötəbər beynəlxalq forumlarda
Azərbaycan elmini layiqincə təmsil et-
mişdir. Akademik Nəriman Quliyevin
uzunmüddətli elmi və elmi-təşkilatçılıq
fəaliyyəti yüksək qiymətləndirilmiş,
bir sıra mükafatlara layiq görülmüş,
müstəqil Azərbaycan Respublikasının
ali mükafatları - “Şöhrət” və “İstiq-
lal” (2005) ordenləri ilə təltif edilmiş,
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür.
Akademik Nəriman Quliyev 2014-
cü il may ayının 20-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Neytrino /İ. H. Cəfərov ;
N. A. Quliyev; elmi red. Ş.
M. Nağıyev; rəyçilər S. A.
Hacıyev; R. E. Hüseynov.-
Bakı: Elm, 2005.-116 s.
Nəriman Ağaqulu oğlu
Quliyev //Azərbaycan.-
2014.- 21 may.- S.3.
Görkəmli alim Nəriman
Quliyev son mənzilə yola
salınmışdır //Azərbaycan.-
2014.- 21 may.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
28
379
Kimya.Biologiya.Tibb
95
illiyi
Musa Musayev
1921-2010
DEKABR
Musa Əbdürrəhman oğlu Musayev
1921-ci il dekabr ayının 27-də Gəncə
şəhərində anadan olmuşdur. Orta
məktəbi bitirdikdən sonra, 1940-1945-
ci illərdə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun baytarlıq fakültəsində
ali təhsil almış, 1946-1948-ci illərdə
Moskva Baytarlıq Akademiyasının as-
piranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1949-cu ildə
Moskvada Baytarlıq Akademiyasının
assistenti kimi başlayan Musa Musayev
elə həmin il Bakıya dəvət olunmuş və
Azərbaycan Respublikası Elmlər Aka-
demiyasının Zoologiya İnstitutunda baş
elmi işçi vəzifəsinə təyin edilmişdir.
1957-ci ildən burada fasiləsiz çalışaraq
ayrı-ayrı illərdə laboratoriya müdiri,
sonra şöbə müdiri işləmiş, 1960-cı ildən
etibarən isə Zoologiya İnstitutunun di-
rektoru olmuşdur. 1997-2007-ci illərdə
Azərbaycan Milli Elmlər Akademi-
yasında Biologiya elmləri bölməsinin
akademik-katibi vəzifəsini icra etmiş-
dir.
Musa Musayev 1948-ci ildə
namizədlik, 1957-ci ildə doktorluq dis-
sertasiyalarını müdafiə etmiş, 1960-cı
ildə professor elmi rütbəsini almışdır.
1959-cu ildə Azərbaycan Respublikası
Elmlər Akademiyasının müxbir üzvü,
1967-ci ildə isə həqiqi üzvü seçilmiş-
dir. Azərbaycanda protozoologiyanın
elmi məktəb olaraq formalaşmasına
böyük əmək sərf etmiş, öz araşdırma-
ları ilə sitologiya, biokimya və mole-
kulyar biologiyanın müasir metodları-
nın tətbiqi sayəsində elmin inkişafına
təkan vermişdir. Akademik 350-dən
artıq elmi əsərin, o cümlədən 14 mo-
noqrafiya, dərslik və metodik vəsaitin,
10 müəlliflik şəhadətnaməsi və patentin
müəllifidir.
Musa Musayev səmərəli elmi yara-
dıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə
də məşğul olmuş və yüksəkixtisaslı
kadrların hazırlanması işində bilik
və bacarığını əsirgəməmişdir. Alimin
rəhbərliyi altında 50-yə yaxın elmlər
namizədi və elmlər doktoru yetişdiril-
mişdir. Beynəlxalq və xarici ölkələrin
elmi qurumlarında üzv olmuş, 1976-
1991-ci illərdə SSRİ Elmlər Akademi-
yası nəzdində Ümumittifaq Protozoo-
loqlar Cəmiyyətinin vitse-prezidenti,
1967-1988 “Parazitologiya” jurnalının
redaksiya heyətinin üzvü, Ukrayna Pa-
razitoloqlar Cəmiyyətinin fəxri üzvü
seçilmişdir.
Azərbaycanda biologiya elminin
inkişafındakı xidmətlərinə görə bir
çox orden və medallarla - 1991-ci ildə
Azərbaycan SSR Dövlət mükafatı la-
ureatı, 1996-cı ildə H.Əliyev adına
“Ekologiya sahəsindəki nailiyyətlərə
görə” medal və mükafat, 2001-ci ildə
AMEA-nın Fəxri Fərmanı, eləcə də
müstəqil Azərbaycan Respublikasının
ali mükafatı olan “Şöhrət” ordeni ilə
təltif edilmişdir.
Tanınmış bioloq alim, bacarıq-
lı elm təşkilatçısı, akademik Musa
Əbdürrəhman oğlu Musayev 2010-cu il
dekabr ayının 4-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycanda quş-
ların qan parazitləri
/M.Ə.Musayev,
N.R.Zeyniyev; red.Y.Y.
Yolçiyev; AzEA Zoologi-
ya İnstitutu.-Bakı: Elm,
1994.- 64 s.
Zoologiya: Ümumtəhsil
məktəblərinin 8-ci sinfi
üçün dərslik /Musa-
yev M.Ə., Mustafayev
Q.T., Mikayılov T.K.,
Əliyev T.R.; ümumi
redaktə. M.Ə. Musayev;
rəyçilər. Z.A. Aslanova,
M.Ə. Əliyeva, D.Ə.
Məmmədova.-Bakı: Çaşı-
oğlu, 2007.- 128 s.
Зоология: учебник
для 8-го класса
общеобразовательных
школ /М. А. Мусаев,
(под. ред.), Г. Т.
Мустафаев, Т. К.
Микаилов; пер. Т.
А. Керимли.-Баку:
Чашыоглу, 2010.- 119 с.
Musa Əbdürəhman oğlu
Musayev: Biblioqrafiya /
tərtib edənlər: Y. Y. Yolçi-
yev, H. D. Qaibova; red.:
Ş. Alışanlı; AMEA Zoo-
logiya İnstitutu; Mərkəzi
Elmi Kitabxana.-Bakı:
Elm, 2002.-215 s.
27
Akademik