Kbt я25 uot (059) Baş redaktor


Akademik Riyaziyyat.Fizika.Astronomiya 90



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə182/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   178   179   180   181   182   183   184   185   ...   204

378

Akademik

Riyaziyyat.Fizika.Astronomiya

90

illiyi

Nəriman Quliyev

1926-2014 

DEKABR

Nəriman  Ağaqulu  oğlu  Quliyev 

1926-cı  il  dekabr  ayının  28-də  Bakı 

şəhərində  anadan  olmuşdur.  Orta 

məktəbi başa vurduqdan sonra 1943-cü 

ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi 

İnstitutuna  daxil  olmuş,  lakin  fizika-

ya  hədsiz  marağı  səbəbindən  burada 

təhsilini yarımçıq qoymuş, 1947-1952-

ci illərdə Azərbaycan Dövlət Universi-

tetinin  (indiki  BDU)  fizika-riyaziyyat 

fakültəsində ali təhsil almışdır. 1952-ci 

ildə həmin universitetin aspiranturasına 

qəbul olunan Nəriman Quliyev 1953-cü 

ildə Lomonosov adına Moskva Dövlət 

Universitetinə köçürülmüş, 1955-ci ildə 

burada fizika ixtisası üzrə aspiranturanı 

bitirmişdir.

Əmək  fəaliyyətinə  1956-cı  ildə 

Azərbaycan  Dövlət  Universitetində 

başlamış,  Nəzəri  fizika  kafedrasında 

assistent  və  baş  müəllim  vəzifələrində 

çalışmışdır.  1959-cu  ildən  etibarən  ta-

leyini  Azərbaycan  Milli  Elmlər  Aka-

demiyası ilə bağlamışdır. 1959-1981-ci 

illərdə  Fizika  İnstitutunda  direktorun 

elmi  işlər  üzrə  müavini,  1981-2001-

ci  illərdə  AMEA-nın  vitse-prezidenti, 

2001-2007-ci illərdə isə AMEA-nın bi-

rinci vitse-prezidenti olmuşdur.  2007-

ci ildən AMEA prezidentinin müşaviri 

idi.


Nəriman Quliyev 1957-ci ildə Mosk-

va  şəhərində  namizədlik,  1975-ci  ildə 

doktorluq disserta

s

iyalarını müdafiə et-



mişdir. 

1976-cı  ildə  AMEA-nın  müxbir 

üzvü, 1983-cü ildə isə həqiqi üzvü se-

çilmişdir.

Ömrünün altmış ilə yaxın bir dövrü 

ərzində akademik öz səmərəli yaradıcı-

lığı ilə Azərbaycanda fizika elminin in-

kişafına töhfələr vermişdir. Bu sahə üzrə 

ana  dilində  yazılmış  ilk  sanballı  elmi-

kütləvi  nəşrin  müəlliflərindəndir.  Ali-

min gəldiyi qənaətlər nəzəri əhəmiyyəti 

ilə  səciyyələnmiş  və  mütəxəssislər 

tərəfindən 

dəyərləndirilmişdir. 

Azərbaycanda  nüvə  fizikasının  inkişa-

fının mühüm mərhələsi akademikin adı 

ilə bağlıdır.

Müstəqil Azərbaycanın dünyanın ta-

nınmış nüvə tədqiqatları mərkəzləri ilə 

elmi-texniki  əməkdaşlıq  əlaqələrinin 

coğrafiyasının 

genişləndirilməsində 

onun xidmətləri təqdirəlayiqdir.

Alimin çoxillik zəhmətinin məhsulu 

olan  silsilə  araşdırmalarının  nəticələri 

ölkəmizdə  və  onun  hüdudlarından 

kənarda  çap  edilmiş  100-dən  artıq 

sanballı  elmi  əsərdə  öz  əksini  tapmış-

dır.  Mötəbər  beynəlxalq  forumlarda  

Azərbaycan elmini layiqincə təmsil et-

mişdir.  Akademik  Nəriman  Quliyevin 

uzunmüddətli elmi və elmi-təşkilatçılıq 

fəaliyyəti  yüksək  qiymətləndirilmiş, 

bir  sıra  mükafatlara  layiq  görülmüş, 

müstəqil  Azərbaycan  Respublikasının 

ali  mükafatları  -  “Şöhrət”  və  “İstiq-

lal”  (2005)  ordenləri  ilə  təltif  edilmiş, 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüşdür.

Akademik  Nəriman  Quliyev  2014-

cü il may ayının 20-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Neytrino  /İ. H. Cəfərov

N. A. Quliyev; elmi red. Ş. 

M. Nağıyev; rəyçilər S. A. 

Hacıyev; R. E. Hüseynov.-

Bakı: Elm, 2005.-116 s.

Nəriman Ağaqulu oğlu 

Quliyev //Azərbaycan.-

2014.- 21 may.- S.3.

Görkəmli alim Nəriman 

Quliyev son mənzilə yola 

salınmışdır //Azərbaycan.-

2014.- 21 may.- S.3.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

28



379

Kimya.Biologiya.Tibb

95 

illiyi

Musa Musayev 

1921-2010

 

DEKABR

Musa  Əbdürrəhman  oğlu  Musayev 

1921-ci  il  dekabr  ayının  27-də  Gəncə 

şəhərində  anadan  olmuşdur.  Orta 

məktəbi bitirdikdən sonra, 1940-1945-

ci illərdə Azərbaycan Kənd Təsərrüfatı 

İnstitutunun  baytarlıq  fakültəsində 

ali  təhsil  almış,  1946-1948-ci  illərdə 

Moskva  Baytarlıq Akademiyasının  as-

piranturasında oxumuşdur. 

Əmək  fəaliyyətinə  1949-cu  ildə 

Moskvada  Baytarlıq  Akademiyasının 

assistenti kimi başlayan Musa Musayev 

elə həmin il Bakıya dəvət olunmuş və 

Azərbaycan  Respublikası  Elmlər Aka-

demiyasının Zoologiya İnstitutunda baş 

elmi  işçi  vəzifəsinə  təyin  edilmişdir. 

1957-ci ildən burada fasiləsiz çalışaraq 

ayrı-ayrı  illərdə  laboratoriya  müdiri, 

sonra şöbə müdiri işləmiş, 1960-cı ildən 

etibarən isə Zoologiya İnstitutunun di-

rektoru olmuşdur. 1997-2007-ci illərdə 

Azərbaycan  Milli  Elmlər  Akademi-

yasında  Biologiya  elmləri  bölməsinin 

akademik-katibi  vəzifəsini  icra  etmiş-

dir. 


Musa  Musayev  1948-ci  ildə 

namizədlik, 1957-ci ildə doktorluq dis-

sertasiyalarını  müdafiə  etmiş,  1960-cı 

ildə  professor  elmi  rütbəsini  almışdır. 

1959-cu ildə Azərbaycan Respublikası 

Elmlər  Akademiyasının  müxbir  üzvü, 

1967-ci  ildə  isə  həqiqi  üzvü  seçilmiş-

dir.  Azərbaycanda  protozoologiyanın 

elmi  məktəb  olaraq  formalaşmasına 

böyük  əmək  sərf  etmiş,  öz  araşdırma-

ları  ilə  sitologiya,  biokimya  və  mole-

kulyar  biologiyanın  müasir  metodları-

nın  tətbiqi  sayəsində  elmin  inkişafına 

təkan  vermişdir.  Akademik  350-dən 

artıq  elmi  əsərin,  o  cümlədən  14  mo-

noqrafiya, dərslik və metodik vəsaitin, 

10 müəlliflik şəhadətnaməsi və patentin 

müəllifidir.

Musa Musayev səmərəli elmi yara-

dıcılıqla  yanaşı,  pedaqoji  fəaliyyətlə 

də  məşğul  olmuş  və  yüksəkixtisaslı 

kadrların  hazırlanması  işində  bilik 

və  bacarığını  əsirgəməmişdir.  Alimin 

rəhbərliyi  altında  50-yə  yaxın  elmlər 

namizədi  və  elmlər  doktoru  yetişdiril-

mişdir.  Beynəlxalq  və  xarici  ölkələrin 

elmi  qurumlarında  üzv  olmuş,  1976-

1991-ci illərdə SSRİ Elmlər Akademi-

yası  nəzdində  Ümumittifaq  Protozoo-

loqlar  Cəmiyyətinin  vitse-prezidenti, 

1967-1988  “Parazitologiya”  jurnalının 

redaksiya heyətinin üzvü, Ukrayna Pa-

razitoloqlar  Cəmiyyətinin  fəxri  üzvü 

seçilmişdir.

Azərbaycanda  biologiya  elminin 

inkişafındakı  xidmətlərinə  görə  bir 

çox orden və medallarla - 1991-ci ildə 

Azərbaycan  SSR  Dövlət  mükafatı  la-

ureatı,  1996-cı  ildə  H.Əliyev  adına 

“Ekologiya  sahəsindəki  nailiyyətlərə 

görə”  medal  və  mükafat,  2001-ci  ildə 

AMEA-nın  Fəxri  Fərmanı,  eləcə  də 

müstəqil  Azərbaycan  Respublikasının 

ali  mükafatı  olan  “Şöhrət”  ordeni  ilə 

təltif edilmişdir.

Tanınmış  bioloq  alim,  bacarıq-

lı  elm  təşkilatçısı,  akademik  Musa 

Əbdürrəhman oğlu Musayev 2010-cu il 

dekabr ayının 4-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Azərbaycanda quş-

ların qan parazitləri 

/M.Ə.Musayev, 

N.R.Zeyniyev; red.Y.Y. 

Yolçiyev; AzEA Zoologi-

ya İnstitutu.-Bakı: Elm, 

1994.- 64 s.

Zoologiya: Ümumtəhsil 

məktəblərinin 8-ci sinfi 

üçün dərslik /Musa-

yev M.Ə., Mustafayev 

Q.T., Mikayılov T.K., 

Əliyev T.R.; ümumi 

redaktə. M.Ə. Musayev; 

rəyçilər. Z.A. Aslanova, 

M.Ə. Əliyeva, D.Ə. 

Məmmədova.-Bakı: Çaşı-

oğlu, 2007.- 128 s.

Зоология: учебник 

для 8-го класса 

общеобразовательных 

школ /М. А. Мусаев, 

(под. ред.), Г. Т. 

Мустафаев, Т. К. 

Микаилов; пер. Т. 

А. Керимли.-Баку: 

Чашыоглу, 2010.- 119 с.

Musa Əbdürəhman oğlu 

Musayev: Biblioqrafiya /

tərtib edənlər: Y. Y. Yolçi-

yev, H. D. Qaibova; red.: 

Ş. Alışanlı; AMEA Zoo-

logiya İnstitutu; Mərkəzi 

Elmi Kitabxana.-Bakı: 

Elm, 2002.-215 s.

27

Akademik



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə