Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə179/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   175   176   177   178   179   180   181   182   ...   204

372

romantizm,  saxta  vətənpərvərlik,  arxaik  siyasi  ide-

ologiyalar kimi amillər onun bir siyasətçi kimi for-

malaşmasına zəmin yaradan komponentlər sırasında 

mövcud deyildir. On ildən artıq hakimiyyəti ərzində 

ümummilli lider Heydər Əliyevin siyasi kursunun la-

yiqli davamçısı olan Prezident İlham Əliyevin apar-

dığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güc-

lü  təkan  verməklə,  cəmiyyətin  bütün  təbəqələrinin 

maraq və mənafelərini özündə əks etdirmişdir. Cənab 

İlham Əliyev 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə isə 

3-cü  dəfə  yenidən  Prezident  seçilmişdir.  Prezident 

İlham  Əliyev  seçki  qabağı  platformasının  bütün 

istiqamətləri üzrə xalqa verdiyi vədləri ardıcıl olaraq 

yerinə yetirdiyi üçün seçicilər məhz növbəti 5 ildə də 

taleyini ona etibar etdilər. Azərbaycanın hərtərəfli və 

dinamik  inkişafı,  yeni  iş  yerlərinin  açılması,  enerji 

sahəsi  ilə  yanaşı,  qeyri-neft  sektorunun  tərəqqisinə 

nail olmaq, milli sahibkarlığın formalaşması və in-

kişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə 

hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, 

diaspor  və  lobbiçilik  fəaliyyətinin  gücləndirilməsi, 

Azərbaycanın milli mənafeyinə cavab verən balans-

laşdırılmış  xarici  siyasətin  yürüdülməsi,  Qərbə  in-

teqrasiya  prosesinin  sürətləndirilməsi  vahid  siyasi 

platformaya  söykənən,  çoxşaxəli  və  genişmiqyaslı 

bu qlobal strateji xəttin prioritet istiqamətləridir. 

Cənab  Prezident  rus,  ingilis,  fransız  və  türk 

dillərini bilir. 

Prezident İlham Əliyev çoxsaylı orden, mükafat 

və fəxri adlarla təltif olunmuşdur: “Heydər Əliyev” 

ordeni  (Azərbaycan  Respublikası),  Beynəlxalq 

münasibətlər və sülh naminə İhsan Doğramacı mü-

kafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumı-

niya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı 

Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legio-

nunun Böyük Xaçı” ordeni (Fransa), “Şeyxülislam” 

ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav 

Kilsəsinin  “Prepodobnıy  Serqiy  Radonejskiy”  bi-

rinci dərəcəli ordeni, “Böyük Kordon” Şərəf ordeni 

(Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrinin 

İdman  Təşkilatlarının  Beynəlxalq  Konfederasiya-

sının  “Şərəf”  ordeni,  FİLA-nın  Şərəf  Zalının  ən 

yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublika-

sının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), 

“I  dərəcəli  Knyaz Yaroslav  Mudrı”  ordeni  (Ukray-

na),  “Mübarək  əl-Kəbir”  ordeni  (Küveyt  dövləti), 

Yunanıstan Parlamentinin Qızıl medalı (Yunanıstan), 

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı, 

“Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi; 

Linkoln Universitetinin Fəxri doktoru (ABŞ), Mosk-

va  Dövlət  Beynəlxalq  Münasibətlər  Universitetinin 

Fəxri doktoru, L.N.Qumilyov - Avrasiya Milli Uni-

versitetinin professoru (Qazaxıstan), Bilkənt Univer-

sitetinin Fəxri doktoru (Türkiyə), Vergilər üzrə Milli 

Akademiyanın Fəxri doktoru (Ukrayna), Ploesti Neft 

və  Qaz  Universitetinin  Fəxri  doktoru  (Rumıniya), 

Milli  və  Dünya  İqtisadiyyatı  Universitetinin  Fəxri 

professoru (Bolqarıstan), Kyung Hee Universitetinin 

Fəxri  doktoru  (Cənubi  Koreya),  İordaniya  Univer-

sitetinin  Fəxri  doktoru  (İordaniya),  Korvinus  Uni-

versitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Ma-

carıstan),  M.V.Lomonosov  adına  Moskva  Dövlət 

Universitetinin  Fəxri  professoru  (Rusiya  Federasi-

yası),  Taras  Şevçenko  adına  Kiyev  Milli  Universi-

tetinin Fəxri doktoru (Ukrayna), Məhdumqulu adına 

Türkmənistan Dövlət Universitetinin Fəxri professo-

ru  (Türkmənistan  Respublikası),  Bakı  Dövlət  Uni-

versitetinin  Fəxri  doktoru  (Azərbaycan),  Belarus 

Dövlət  Universitetinin  Fəxri  professoru  (Belarus 

Respublikası). 

Ə d ə b i y y a t

İnkişaf məqsədimizdir:çıxışlar, nitqlər, bəyanatlar, məktublar, məruzələr, fərmanlar /İ.Əliyev; [bur. məs. R.Mehdiyev].- Bakı: Azərnəşr, 2008-

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev-50 /[Azərb. Resp. “Kitab” cəmiyyəti].-Bakı: [s. n.], 2011.- 67, [1] s.

Prezident İlham Əliyev və mədəniyyət (2003-2008): 2 cilddə.- Bakı: [Şərq-Qərb], 2013.-C.1.- 506 s.; C.2.-568 s.

Prezident İlham Əliyevin seçilmiş nitqləri 2003-2013 /məsləhətçi: E.Aslanov, F.Məmmədov; tərc. ed.: Rəşad, S. Kərimov, Xu Fenxua.-Bakı: 

[Strateji Araşdırmalar Mərkəzi SAM], 2013.-191, [1] s.

Каспийская нефть Азербайджана /И.Алиев; науч. ред. А.Х.Мирзаджанзаде; [отв. ред.: Л.Гусейнов, Р.Аббасов, М.Ахмедов].-Москва: 

Известия, 2003.- 710, [2] с.

Алиева, Л. С днём рождения, дорогой Президент!: 24 декабря 2011 года /[Л.Алиева].- Баку: [б. и.], 2011.- 182, [2] с.

Озерев, М. Ильхам Алиев: Я верю в мой Азербайджан /[М.Озерев].- Москва: Бослен, 2007.- 352 с.

Президент Ильхам Алиев: [многотомник] /сост. Н.Мамедов; гл. конс. Н.Джафаров; Фонд поддержки политики тюркоязычных 

государств.- Бишкек: Бийиктик, 2011-

Цыганов, О. Ильхам Алиев: Открытий мир /О.В.Цыганов; cост. А.В.Караев; перевод на англ. ООО “Первая Переводческая 

Компания”.-Москва: Хроникер, 2008.- 291, [6] с.



373

Tarixçi alim

Tarix

75

illiyi

Ağalar Abbasbəyli

1941

DEKABR

Ağalar  Nəriman  oğlu  Abbasbəyli 

1941-ci  il  dekabr  ayının  31-də  Bakı 

şəhərində  anadan  olmuşdur.  1957-ci 

ildə Bakı şəhəri 6 nömrəli orta məktəbi 

fərqlənmə  attestatı  ilə  bitirmişdir. 

1957-1962-ci  illərdə  M.V.Lomonosov 

adına  Moskva  Dövlət  Universitetinin 

tələbəsi,  1967-1968-ci  illərdə  aspirantı

 

olmuşdur.  1968-ci  ildə  Moskva  Dövlət 



Universitetində  namizədlik  dissertasi-

yasını müdafiə etmişdir. 

1968-1986-cı 

illərdə 


indiki  

Azərbaycan  Dövlət  Neft    və  Sənaye 

Universitetində  kafedra  müdiri  kimi 

fəaliyyət  göstərmişdir.  1980-ci  ildə 

doktorluq  dissertasiyasını  müdafiə  et-

mişdir.


Tarix elmləri doktoru elmi dərəcəsi 

və iki - tarix və beynəlxalq münasibətlər 

istiqamətləri üzrə professor elmi adı var. 

500-dək elmi əsərin müəllifidir. Bunlar-

dan 50-si monoqrafiya və dərsliklərdir. 

Elmi-pedaqoji  fəaliyyət  dövründə 

30-a  yaxın  alim  -  elmlər  namizədi  və 

elmlər doktoru hazırlamış, o cümlədən 

Azərbaycan  Respublikasında  ilk  dəfə 

siyasi  elmlər  istiqamətində  10  siyasi 

elmlər  namizədi  və  3  elmlər  doktoru-

nun elmi rəhbəri və məsləhətçisi olmuş, 

Beynəlxalq  münasibətlər  ixtisası  üzrə 

50  nəfər  magistrin  ərsəyə  gəlməsində 

mühüm rol oynamışdır. 100-dən yuxarı 

elmi-nəzəri konfransda, o cümlədən xa-

rici ölkələrdə keçirilən 30 konfransda iş-

tirak etmişdir. Müxtəlif illərdə müxtəlif 

dövlət  və  partiya  vəzifələrində  çalış-

mış, xarici ölkələrdə Sovet səfirliyində 

müşavir, uzun müddət SSRİ Sülh Fon-

dunun  sədr  müavini  və  Azərbaycan 

Respublikası  Sülh  Fondunun  sədri  ol-

muş, Azərbaycan KP Bakı şəhər Partiya 

Komitəsinin katibi, Azərbaycan SSR Ali 

və Orta İxtisas Təhsil naziri, Azərbaycan 

KP Təşviqat  Komissiyasının  sədr  müa-

vini və sədr əvəzi, MSK-nın üzvü və s. 

vəzifələrdə  çalışmışdır.  Uzun  müddət 

Azərbaycan  Respublikasının  Prezidenti 

yanında Ali Attestasiya  Komissiyasının 

Dissertasiya  Şurasının  üzvü,  dəfələrlə 

Birdəfəlik  Elmi  Müdafiyə  Şuraların 

sədri olmuş, beş elmi jurnalın redaksiya 

heyətinin,  BDU-nun  və AMEA  -  İnsan 

Hüquqları  İnstitutunun  Elmi  Şuraları-

nın  üzvüdür.  1991-ci  ildən  BDU-nun 

Beynəlxalq  münasibətlər  kafedrasına 

rəhbərlik edir. Rus, ingilis, portuqal, serb 

və ispan dillərində sərbəst danışır. 

Görkəmli  alim,  tarix  elmləri  dok-

toru,  professor  Ağalar  Abbasbəyli 

“Heydər  Əliyev  və  dünya  siyasəti”, 

“Azərbaycan mənim ürəyimdir” (Heydər 

Əliyevin  siyasi  tərcümeyi-halından 

səhifələr),  “Azərbaycanın  gələcəyi 

naminə”, “Azərbaycan müasir dövrdə”, 

“Azərbaycan  beynəlxalq  və  regional 

təşkilatlar  sistemində”,  “XXI  əsrin  as-

tanasında  Rusiyanın  Qafqaz  siyasəti”, 

“XXI əsrdə Rusiya Federasiyasının xa-

rici siyasəti”, “XXI əsrin geostrategiya-

sı”, “Qloballaşma və müasir beynəlxalq 

münasibətlər  sistemi”,  “Qafqaz  müasir 

geostrategiyada”, 

“Konfliktologiya”, 

“Beynəlxalq  münaqişələr:  nəzəri  və 

konseptual  yanaşmalar”,  “Beynəlxalq 

münasibətlərin 

proqnozlaşdırılma-

sı  nəzəriyyəsinin  bəzi  problemləri”, 

“Diplomatik  protokol”,  “Diplomati-

ya  terminləri  lüğəti”  və  s.  əsərlərin 

müəllifidir.



Ə d ə b i y y a t

Beynəlxalq münasibətlər 

tarixi: ən qədim dövrlərdən 

XIX yüzilliyin 70-ci illərinin 

sonuna qədər/ A. N. 

Abbasbəyli, S.Z.Yusifzadə.- 

Bakı:BDU-nun nəşriyyatı, 

2009.-309 s.

Dünya siyasəti: XX əsrin 

ikinci -XXI əsrin əvvəlləri : 

dərslik /A. N. Abbasbəyli ; 

elmi red. Q. H. Məmmədov

R. Ə. Sadıqov ; rəyçi Z. M. 

Həsənalıyev [və b.].-Bakı: 

[Nurlar], 2011.- 582, [1] s.

История 

международных 

отношений: после 

окончания I мировой 

войны и до окончания II 

мировой войны. 1918-

1945 : учебное пособие 

/А. Н. Аббасбейли, М. В. 

Баба-заде ; науч. ред. 

С. З. Юсиф-заде, З. М. 

Гасаналиев.Аббасбейли, 

Агалар Нариман оглы. 

д-р ист. наук, проф.- 

Баку: [Изд. Бакинского 

Ун-та], 2014.- 186, [2] 

с.: 20 см.

Abbasbəyli Ağa-

lar Nəriman oğlu //

Azərbaycan Milli 

Ensiklopediyası.-C.1.-

Bakı, 2009.-S. 15.

31


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə