Kbt я25 uot (059) Baş redaktor


Milli Qəhrəman Milli Qəhrəmanlar 60



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə177/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   173   174   175   176   177   178   179   180   ...   204

368

Milli Qəhrəman

Milli Qəhrəmanlar

60

illiyi

Riad Əhmədov 

1956-1992  

DEKABR

Riad  Fikrət  oğlu  Əhmədov  1956-cı 

il  dekabr  ayının  20-də  Bakı  şəhərində 

anadan  olmuşdur.  1972-ci  ildə  Ba-

kıdakı  134  saylı  məktəbi  bitirmiş, 

Azərbaycan  Dövlət  Universitetinə  (in-

diki Bakı Dövlət Universiteti) daxil ol-

muşdur. 1976-cı ildə hüquq fakültəsini 

bitirərək  1981-ci  ilə  qədər Azərbaycan 

Respublikası  Ədliyyə  Nazirliyində  hü-

quq məsləhətçisi vəzifəsində işləmişdir. 

1982-ci ildə Minsk Ali Hərbi Məktəbini 

bitirmiş,  Bakıya  qayıdaraq  Milli 

Təhlükəsizlik Nazirliyinin əks kəşfiyyat 

idarəsində 

fəaliyyətə 

başlamışdı. 

Azərbaycan torpağında gedən müharibə 

bir  zabit  kimi  onu  rahat  buraxmamış, 

1989-cu ildən etibarən tez-tez Qarabağın 

sərhəd  bölgələrinə  getmiş,  döyüşlərin 

fəal  iştirakçısına  çevrilmişdi.  1991-ci 

ildə erməni yaraqlılarının mühüm stra-

teji dayaq məntəqələrindən biri sayılan 

Çaykəndin azad edilməsi əməliyyatında 

xüsusi xidmət göstərdiyinə görə yüksək 

mükafata  layiq  görülmüşdü.  1992-ci 

ilin  yanvar  ayında  keçmiş  Əfqanıstan 

döyüşçülərindən xüsusi təyinatlı dəstə ya-

radan  polkovnik-leytenant  R.Əhmədov 

Şuşaya  göndərilmişdir. Yanvarın  26-da 

ona daha bir çətin döyüş tapşırılmış, Riad 

dəstədən 11 nəfər götürərək Şuşa-Laçın 

yolunun üstündə ən böyük maneə olan 

Daşaltının düşməndən təmizlənməsində 

iştirak  edənlərə  kömək  göstərmişdir. 

Qeyri-bərabər  gedən  döyüşdə  Riad  it-

kin düşmüşdür. Sonrakı taleyi haqqında 

məlumat yoxdur.

Azərbaycan  Respublikası  Preziden-

tinin  7  iyul  1992-ci  il  tarixli  833  saylı 

Fərmanı  ilə  Əhmədov  Riad  Fikrət  oğ-

luna  “Azərbaycanın  Milli  Qəhrəmanı” 

fəxri adı verilmişdir. 

203 saylı orta məktəb onun adını da-

şıyır. Yaşadığı binaya və adını daşıdığı 

məktəbə xatirə lövhəsi vurulmuşdur.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında 

[Əhmədov Riad Fikrət oğlu - podpolkovnik - Azərbaycan Respublikasının suverenliyi və ərazi Dekabr 55 illiyi Riad Əhmədov 1956-1992 

Milli 20 Qəhrəman 341 bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə 

görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.-

№13.-S.25.-(Ölümündən sonra).

Cavadlı M. Riad: poema /M.Cavadlı; red. və ön sözün müəl. F.Qoca.-Bakı: Qismət, 2011.- 115, [5] s.

Əhmədov Riad Fikrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.- 

S.52.

Əsgərov, V. Əhmədov Riad Fikrət oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.71-72.

Xaçınçaylı, Q. Qan yaddaşımıza çevrilən Daşaltı harayı: Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədovun döyüş 

yolu /Q. Xaçınçaylı //Həftə içi.-2014.- 28 yanvar.- S.7.

Nazirlər Kabineti Milli Qəhrəman Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul etmişdir //Azərbaycan.- 2012.- 2 

fevral.- S.1.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az 

www.e-qanun.az

20



369

Milli Qəhrəmanlar

60 

illiyi

Vəzir Orucov  

1956-1993 

DEKABR

Vəzir Surxay oğlu Orucov 1956-cı il 

dekabr  ayının  26-da  Tərtər  rayonunun 

Xoruzlu  kəndində  anadan  olmuşdur. 

Orta  təhsilini  burada  almış,  1974-cü 

ildə  Bakı  Yüngül  Sənaye  Texnikumu-

na daxil olmuş və bir ildən sonra hərbi 

xidmətə çağırılmışdır. 1977-ci ildə hərbi 

xidmətdən  tərxis  olunaraq,  yarımçıq 

qalmış təhsilini davam etdirmişdir.

İlk  əmək  fəaliyyətinə  Tərtər  Çörək 

Zavodunda başlamışdır. 1984-cü il Rusi-

yanın Arxangelsk vilayətinə köçmüş, la-

kin 1992-ci ildə Qarabağ müharibəsində 

iştirak  etmək  üçün  könüllü  olaraq 

Vətənə  dönmüşdür.  1992-ci  il  4  may 

Tərtər  özünümüdafiə  batalyonlarından 

birinə daxil olmuşdur. Vəzir sıravi dö-

yüşçü olduğu halda komandir müavini 

vəzifəsinədək  yüksəlmişdir.  Batalyo-

nun  kəşfiyyat  bölməsinin  rəhbərliyini 

öz  üzərinə  götürmüşdür.  Onun  həmişə 

uğurlu  keçən  əməliyyatları  döyüş  yol-

daşlarını  ruhlandırmış,  onları  qələbəyə 

səsləmişdir.

V.Orucov  Marquşevan,  Drombon, 

Levonarx,  Madagiz,  Akop  Komari, 

Sərsəng  su  ambarı,  Çıldıran,  Vaqauz 

kəndləri  uğrunda  gedən  döyüşlərdə 

kəşfiyyatçı olaraq düşmənin saysız plan-

larını puç etmişdir. 1 sentyabr 1992-ci il 

Çıldıran kəndi uğrunda gedən döyüşdə 

ağır yaralanmışdır. Bir müddət müalicə 

olunan Vəzir yenidən cəbhəyə dönmüş-

dür.  Cəsur  bir  döyüşçü  kimi  həmişə 

döyüş əməliyyatlarının önündə getmiş, 

əfsanəvi qəhrəman kimi tanınmışdır.

22  mart  1993-cü  ildə  Ağdərənin 

Qlobus  yüksəkliyi  uğrunda  gedən  ağır 

döyüşdə  qəhrəmancasına  həlak  olmuş-

dur. 

Azərbaycan  Respublikası  Preziden-



tinin 27 mart 1993-cü il tarixli 495 saylı 

Fərmanı  ilə  Orucov  Vəzir  Surxay  oğ-

luna  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Bakı  şəhərinin  Şəhidlər  Xiyabanında 

dəfn edilmişdir.



Ə d ə b i y y a t

 

Vəzir Surxay oğlu Orucova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Batalyon komandirinin müavini- Azərbaycan 

Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi 

igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 27 mart 1993-cü il //Azərbaycan Respublikası Ali 

Sovetinin Məlumatı.-1993.- № 6.- S.7.- (Ölümündən sonra).

Əsgərov V. Orucov Vəzir Surxay oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.235-236.

O, vətən torpağı üçün doğulmuş bir qəhrəman idi...: Orucovların faciəvi ailə dramı //Azadlıq.-2011.- 27 oktyabr.- S.14.

Orucov Vəzir Surxay oğlu: (1963-1993) //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.168. 

Səmədov, V. Vəzir Surxay oğlu Orucov (1963-1993) /V.Səmədov, S.Aslanov //Təki vətən yaşasın.- Bakı, 1992.- S.49-54. 

Zeynalov, R. Orucov Vəzir Surxay oğlu: (1963-1993) /R.Zeynalov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.37.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

 www.milliqahraman.az 

www.e-qanun.az

26

Milli Qəhrəman


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə