Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə185/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   181   182   183   184   185   186   187   188   ...   204

384

DEKABR

21

Tarixdə bu gün

Dünya Azərbaycanlılarının 

Həmrəylik Günü 

1991 

DEKABR

31  Dekabr  -  Dünya  Azərbaycanlılarının 

Həmrəylik  günü  -  Azərbaycan  millətinin  bir-

lik  şüarının  simvolik  günüdür.  Bu  bayram  ayrı-

ayrı  ölkələrdə  yaşayan azərbaycanlılarla əlaqələr 

qurmaq,  onlar  arasında  birlik  və  həmrəylik 

yaratmaq  işində  mühüm  rol  oynayır.  Dünya 

Azərbaycanlılarının  Həmrəylik  gününün  qeyd 

edilməsi bütün dünya azərbaycanlıları tərəfindən 

artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycanlıların 

yaşadıqları, 

fəaliyyət 

göstərdikləri  və  çoxluq  təşkil  etdikləri  Avropa 

ölkələrində bu tendensiya özünü yüksək səviyyədə 

göstərir.  Bu  da  ondan  irəli  gəlir  ki,  Avropadakı 

Azərbaycan  diaspor  təşkilatları  öz  qüvvələrini 

səfərbər  etməkdə  ardıcıldırlar  və  bu  ayrı-ayrı 

cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət 

və qurumlar halında birləşmək baxımından dünya-

nın sivil nöqtələrindən biri olan Avropada mühüm 

əhəmiyyət kəsb edir.

31  dekabr  -  Dünya  Azərbaycanlılarının 

Həmrəylik  Günü  bayramı  dünyanın  70-dən  çox 

ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. 

Həmrəylik  günü  Azərbaycan  diasporu  üçün  ən 

mühüm bayrama çevrilmiş, Yeni il isə ikinci pla-

na keçmişdir. Həmrəylik gününü hətta milliyyətcə 

azərbaycanlı  olmayıb,  lakin  Azərbaycanda  do-

ğulub  böyümüş,  Azərbaycan  əsilli  diaspor 

nümayəndələri də qeyd edirlər. 

Azərbaycanlılar  minilliklər  boyu  özlərinin 

doğma torpağı olan tarixi Azərbaycan ərazisində 

yaşayaraq 

dünya 

sivilizasiyasına 



böyük 

töhfələr  vermişlər.  Müharibələr,  inqilablar, 

hərbi münaqişələr, dünyada   gedən müxtəlif ic-

timai-siyasi  proseslər  nəticəsində  Azərbaycan 

parçalanmış,  azərbaycanlıların  bir  qismi  öz 

yurd-yuvalarından  didərgin  salınmış,  deportasi-

yalara  məruz  qalmış,  bir-birindən  ayrı  düşmüş-

dür.  İş  tapmaq,  təhsil  almaq  məqsədilə  doğma 

yurdu  tərk  edərək  başqa  ölkələrdə  qərar  tutub 

yaşayan  azərbaycanlılar  da  vardır.  Beləliklə  də, 

azərbaycanlılar  tarixi Azərbaycan  torpaqlarından 

bütün  dünyaya  yayılmışlar.  Hazırda  onlar  dün-

yanın  bir  çox  ölkələrində  yaşayırlar.  Rusiyada, 

Ukraynada,  Müstəqil  Dövlətlər  Birliyinin  digər 

ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Ame-

rikada,  Şərq  ölkələrində  iri Azərbaycan  icmaları 

yaranmışdır.

SSRİ-nin  son  günləri,  Azərbaycan  millətinin, 

Arazın  hər  iki  sahilində  sərhəd  yürüyüşü,  dəmir 

tikanlı  məftilləri  qırması,  özünü  suya  vurub  öz 

doğma  qardaş  bacısına  qovuşmaları  iki  totalitar 

dövlətin  ciddi  təzyiqlərinə  baxmayaraq,  o  taylı- 

bu  taylı  millətin  həftələrlə Araz  qırağında  gecə-

gündüz  birləşmək  şüarı,  azərbaycanlıların  bir 

millət olduğunu dünya çapında bir daha canlandır-

dı. Həmrəylik günü, bu birləşmək istəyinin simvo-

lik nişanıdır.

Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü-

nün əsası 1989-cu il dekabrın axırlarında Naxçı-

vanda, sərhədlərin (SSRİ-İran sərhədləri) dağılma-

sı zamanı qoyulmuş, Şimali və Cənubi Azərbaycan 

arasındakı sərhəd dirəkləri dağıdılmışdı. Bu vaxt 

İstanbulda  türkdilli  xalqların  Konfransı  keçi-

rilirdi.  Konfransda  dünya  azərbaycanlılarının 

həmrəyliyinin qeyd olunmasına qərar verilmişdi.

1991-ci  ilin  16  dekabrında  Naxçıvan  Muxtar 

Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 

dünya  azərbaycanlılarının  birliyini  yaratmağın 

əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya 

Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, 

beləliklə, bütün azərbaycanlılar üçün əziz olan bu 

gün bütün dünyada bayram edilir.



31


385

Bu bölmədə 2016-ci ildə qeyd olunacaq,  lakin tarixi 

• 

dəqiq bilinməyən yubileylər haqqında məlumat əldə 

edəcəksiniz.

ƏLA

VƏLƏR

Nizami yaradıcılığa lirika ilə başlamış, öz lirik əsərləri ilə qüdrətli bir sənətkar kimi 

tanındıqdan  sonra  yaradıcılıq  meydanını  genişləndirmiş,  lirik  və  epik  ünsürlərin  sıx 

vəhdətindən yaranmış olan, həmçinin daha böyük lövhələr, zəngin fikirlər ifadə etməyə 

imkan verən poemalarını yazmışdır. Böyük şair poemaları ilə yanaşı bütün yaradıcılığı 

dövründə lirik şeirlər yazmaqda davam etmiş, hətta öz yaradıcılığına Azərbaycan lirik 

poeziyasının ən gözəl nümunələrindən olan məşhur “Qocalıq” şeiri ilə yekun vurmuş-

dur.

Məşhur “Qocalıq” qəsidəsində onun yazılma tarixinə aid konkret bir işarə olmasa 

da, oradakı bir çox işarələr göstərir ki, bu şeir şairin axırıncı əsərlərindən biridir.

Bəşər tarixində unudulmaz adlar, dünyaya son dərəcə böyük mənəvi sərvətlər vermiş 

dahilər vardır: Dante, Şekspir, Şiller, Puşkin, Balzak, Tolstoy, Qorki… Onlar yaradı-

cılıqlarında öz dövrlərini bütünlüklə əks etdirərək cəmiyyət üzvlərini mənəvi tələbləri 

olan humanizmə, yüksək mənəviyyata və yaxşı əməllərə səsləmişlər. Əsərləri ilə Şərq 

bədii fikri tarixində yeni səhifə açmış, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami 

Gəncəvinin də adı bu ədəbiyyat ustadları ilə yanaşı zirvədə durur.

875 il

1141-1209

Nizami Gəncəvi


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə