Kbt я25 uot (059) Baş redaktor


Aktyor Teatr.Kino Həsənağa Salayev



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə175/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   171   172   173   174   175   176   177   178   ...   204

364

Aktyor

Teatr.Kino

Həsənağa Salayev 

1921-1981  

DEKABR

Həsənağa Dərya oğlu Salayev 1921-

ci il dekabr ayının 5-də Bakıda, qulluq-

çu ailəsində doğulmuşdur. Bakıdakı 6-cı 

Şura  məktəbində  təhsil  almış,  1937-ci 

ildə oranın doqquzuncu sinfini yüksək 

qiymətlərlə  bitirmişdir.  Elə  həmin  il 

Bakı  Teatr  Texnikumuna  daxil  olmuş-

dur. Tələbə ikən 1938-ci ildə Akademik 

Milli  Dram  Teatrının  aktyor  heyətinə 

qəbul  edilmiş,  1941-ci  ildə  təhsilini 

başa  vurduğu  günlərdə  müharibəyə 

getmiş,  müharibənin  qanlı-qadalı 

günlərindən  keçmiş,  qələbədən  sonra 

1946-cı ildə yenidən doğma kollektivə 

qayıtmış, səhnədə onlarla müxtəlif xa-

rakterli  obrazlar  yaratmışdır.  Klassik 

dramaturgiya  ilə  yanaşı,  müasirlərinin 

də  əsərlərindən  təqdim  etdiyi  rollar 

həm  həmkarları,  həm  də  sənətsevərlər 

tərəfindən rəğbətlə qarşılanmışdır.

Səhnədə  ilk  rolu  Səməd  Vurğunun 

“Xanlar”  pyesindəki  jandarm  obrazı 

olmuşdur.  Tamaşada  tərəf-müqabili, 

görkəmli  səhnə  ustası  Mərziyə  Davu-

dova  Həsənağa  Salayevin  bu  rolunu 

yüksək qiymətləndirmişdir.

Müxtəlif illərdə S.Vurğunun “Fərhad 

və Şirin” (Fərhad), “Vaqif” (Eldar, Qacar 

və  Vaqif),  Z.Xəlilin  “Qatır  Məmməd” 

(Əziz), Ənvər Məmmədxanlının “Şərqin 

səhəri”  (Mustafa),  V.Şekspirin  “Otel-

lo” (Montano), “Antoni və Kleopatra” 

(Sezar),  “Qış  nağılı”  (Florizel  və  Le-

ont), N.Hikmətin “Türkiyədə” (Hüseyn 

Həlim),  M.İbrahimovun  “Həyat”  (Ab-

bas),  M.Hüseynin  “Cavanşir”  (Qartal 

və Söhrab), “Alov” (Əmin Bəxtiyarov) 

və başqa neçə-neçə əsərlərin tamaşala-

rında  xarakterik  səhnə  surətləri  yarat-

mışdır.

H.Salayevin  bir  aktyor  kimi 



yetişməsində  teatrın  rejissorların-

dan  Xalq  artistləri  A.İsgəndərovun, 

M.Məmmədovun, 

Ə.Şərifovun, 

Əməkdar 

incəsənət 

xadimi 

T.Kazımovun  və  başqalarının  böyük 



əməyi  olmuşdur.  O,  dolğun,  psixolo-

ji  xarakterə  malik  mürəkkəb  obrazları 

müvəffəqiyyətlə  yaratmış,  rolları  bir-

birinə bənzəməmişdir.

“Oqtay  Eloğlu”  (C.Cabbarlı)  tama-

şasında yaratdığı baş qəhrəman haqqın-

da uzun illər mətbuatda müxtəlif fikirlər 

səslənmişdir. Səhnə fədaisinin yaratdığı 

həmin monumental obraz bu günə kimi 

əvəzedilməz olaraq qalmaqdadır.

Teatrla  yanaşı,  kino  sahəsində  də 

çalışmış,  “Azərbaycanfilm”  kinostu-

diyasının  istehsal  etdiyi  “Fətəli  xan”, 

“Görüş”, “O olmasın, bu olsun”, “Onu 

bağışlamaq  olarmı?”,  “Koroğlu”,  “İs-

tintaq  davam  edir”  bədii  və  “Aygün” 

televiziya filmlərində Süleyman, Musa, 

Əzim  Əzimzadə,  Qüdrət,  Eyvaz,  Ma-

yor  Rüstəmov,  Əmirxan  rollarına 

çəkilmişdir. “İstintaq davam edir” bədii 

filmində  həm  baş  rolda  oynamış,  həm 

də  bu  ekran  əsərinin  rejissoru  olmuş-

dur.

Təkcə  Azərbaycanda  deyil,  keçmiş 



SSRİ-nin  bütün  müttəfiq  respublikala-

rında  tanınırdı.  Oynadığı  rollara  görə 

hətta qastrollara getdiyi yerlərin müka-

fatlarını almışdır.

Milli 

teatrın 


inkişafındakı 

xidmətlərinə  görə  bir  sıra  mükafatlara 

layiq  görülmüş,  10  iyun  1959-cu  ildə 

“Azərbaycan Respublikasının Əməkdar 

artisti”, 1974-cü ildə isə “Xalq artisti” 

fəxri adlarına layiq görülmüşdür.

Görkəmli  aktyor,  Xalq  artisti 

Həsənağa  Salayev  1981-ci  il  oktyabr 

ayının 2-də vəfat etmişdir.

5

Ə d ə b i y y a t

Həsənağa Salayev [İzo-

material] /Azərbaycan 

Teatr Cəmiyyəti.- Bakı: 

Elm, 1974.-[1] qat. v. 

Azərbaycan Dram Teatrı-

100.

Atayev, M. Həsənağa 

Salayev /M.Atayev; 

red. C.Səfərov; Azərb. 

Teatr Cəmiyyəti.- Bakı: 

Azərnəşr, 1974.- 57, [3] s. 

Unudulmaz obrazlar 

ustası Həsənağa Salayev: 

Səhnədə ilk uğurlar...         

//Azadlıq.-2012.- 9 aprel.- 

S.14.

Hüseynova, G. 

Həsənağa Salayev: 

Romantik və realist aktyor 

məktəbinin yetişdirməsi 

/G.Hüseynova //Mədəni 

həyat.- 2013.- №9.- S.85-

88.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

95 

illiyi



365

Kinorejissor

Teatr.Kino

Əlisəttar Atakişiyev

1906-1990  

DEKABR

Əlisəttar  Ələsgər  oğlu  Atakişi-

yev  1906-cı  il  dekabr  ayının  25-də 

Bakıda  anadan  olmuşdur.  8  yaşında 

valideynlərini itirmiş, 1924-cü ildə orta 

məktəbi  bitirdikdən  sonra  jurnallarda 

rəssam kimi fəaliyyət göstərmiş, Mosk-

va  Ali  Rəssamlıq-Texniki  Məktəbinin 

rəngkarlıq  şöbəsində  təhsil  almışdır. 

Azərbaycan  dilində  nəşr  olunan  “Şərq 

qadını” və “Həmkarlar İttifaqı” jurnal-

ları  redaksiyasında  rəssam-illüstrator 

işləmişdir. 1926-cı ilin sonunda Mosk-

vaya  getmiş,  SSRİ  Xalq  Komissarları 

Sovetinin  İşlər  İdarəsində  tərcüməçi 

kimi çalışmışdır. 1930-cu ildə Ümumit-

tifaq Dövlət Kinematoqrafiya İnstitutu-

nun  Kinooperatorluq  fakültəsinə  qəbul 

olunmuş, 1936-cı ildə təhsilini başa vu-

raraq “Mosfilm” kinostudiyasında ope-

rator kimi fəaliyyətə başlamışdır. 

“Azərfilm”  studiyasına  dəvət  olu-

nan  operator  ilkin  olaraq  “Bakılılar” 

filmində  baş  operator  işləmişdir.  Daha 

sonra  isə  yenə  də  “Mosfilm”ə  qayıt-

mışdır.  Burada  ilk  rəngli  filmlərin  ya-

radılmasında  iştirak  etmişdir.  Əlisəttar 

Atakişiyev  müharibə  illərində  Bakıya 

gəlmiş,  burada  “Arşın  mal  alan”  fil-

minin  çəkilişlərində  iştirak  etmişdir. 

Müstəqil operator kimi Əlisəttar Ataki-

şiyev  “Fətəli  xan”  filmində  işləmişdir. 

1953-cü  ildə  Tallinə  göndərilmiş  və 

burada  müharibədən  sonra  kino  is-

tehsalının  bərpa  edilməsində  xüsusi 

xidmət  göstərmişdir.  Estoniyanın  ilk 

rəngli  (“Axşam  düşəndə”,  1955,  film-

konsert ) filmini çəkmişdir. 1956-cı ildə 

Azərbaycana  qayıtdıqdan  sonra  “O  ol-

masın,  bu  olsun”,  “Uzaq  sahillərdə” 

və  bir  neçə  sənədli  filmdə  operator 

kimi  fəaliyyət  göstərmişdir.  Rejissor 

kimi “Bir qalanın sirri”, “Sehrli xalat”, 

“Qərib  cinlər  diyarında”  kimi  filmləri 

ilə Azərbaycan uşaq kinosunun əsasını 

qoymuşdur.

Kinorejissor  Əlisəttar  Atakişiye-

vin  istər  operator,  istərsə  də  rejissor 

kimi  çəkdiyi  filmlər  Azərbaycan  kino 

tarixində  öz  layiqli  yerini  tutmuşdur. 

Görkəmli  sənətkar  incəsənətdə  heyran 

olunacaq  dərəcədə  sadə,  lakin  ciddi, 

güzəştsiz  və  ibrətamiz  ömür  yaşamış-

dır. O, özünü təkcə operator və rejissor 

kimi deyil, həm də dekorasiya rəssamı, 

geyim  rəssamı,  quraşdırma  çəkilişləri 

rəssamı,  ssenarist,  dublyaj  rejissoru 

kimi də təsdiqləmişdi. Özünə xas usta-

lıqla  filmlərinə  fərqli  aktyorlar  seçmiş, 

ekranda  təkrarsız  nağıl  dünyası  yarat-

mışdır.  “Bizim  küçə”,  “İstintaq  davam 

edir”  filmləri  ilə  Azərbaycan  kinosu-

nu  zənginləşdirməklə,  rəssam  kimi  də 

fəaliyyətini davam etdirmişdir. Əsərləri 

keçmiş  ümumittifaq  və  respublika 

sərgilərində  dəfələrlə  nümayiş  olun-

muşdur. Eləcə də uşaqlar üçün “İbrahi-

min sərgüzəştləri” adlı nağıllar kitabını 

da çap etdirmişdir. 

Azərbaycan  kinosunun  inkişafında 

əvəzsiz  xidmətlərindən  biri  də  dubl-

yaj  sənətinin  inkişafına  təkan  verməsi 

olmuşdur.  50-yə  yaxın  filmi  peşəkar 

səviyyədə  Azərbaycan  dilinə  dublyaj 

etmişdir.  Ümumiyyətlə,  Ə.Atakişiyev 

“Azərbaycanfilm“ 

kinostudiyasında 

işlədiyi 45 il ərzində operator kimi 11, 

2 bədii-sənədli, 4 sənədli, rejissor kimi 

5 bədii film çəkmişdir.

 1960-cı ildə “Əməkdar incəsənət xa-

dimi” fəxri adını almışdır.

Əlisəttar Atakişiyev 1990-cı il noyabr 

ayının 7-də Moskvada, Kino Veteranları 

evində vəfat etmişdir.

25

Ə d ə b i y y a t

Bəxtiyar: nağıl-povest 

/Ə.Atakişiyev; [red. 

T.Cəmilova].- Bakı: 

Gənclik, 1980.- 88, [4] s.

İbrahim və oğlu 

Bəxtiyarın sərgüzəştləri: 

[povest-nağıl] 

/Ə.Atakişiyev.- Bakı: 

Gənclik, 1985.- 192 s.

Kazımzadə, A. Əbədi 

ölməzlik zirvəsi: 

Azərbaycanın Əməkdar 

incəsənət xadimi, kino-

operator və kinorejissor 

Əlisəttar Atakişiyevin 

anadan olmasının 100 

illiyinə həsr edilir 

/A.Kazımzadə; red. 

M.Bəyişli; Azərbaycan 

Respublikası Mədəniyyət 

və Turizm Nazirliyi.- Bakı: 

E.L. NPŞ MMC, 2006.- 

134 s.

Bürcəliyeva, Ş. Kino 

bilicisi /Ş.Bürcəliyeva            

//Mədəniyyət.- 2011.- 30 

dekabr.- S.10.

Kazımzadə, A. Uşaqlar 

üçün nağıl, böyüklər üçün 

klassika /A.Kazımzadə  

//Kaspi.- 2014.- 8-10 

noyabr.- S.16.

www.anl.az

www.az.wikipedia.org

110 

illiyi



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə