Kbt я25 uot (059) Baş redaktor


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 19



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə172/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   168   169   170   171   172   173   174   175   ...   204

359

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

19

95

 illiyi

Mikayıl Abdullayev

1921-2002   

DEKABR

Mikayıl  Hüseyn  oğlu  Abdullayev 

1921-ci  il  dekabr  ayının  19-da  Bakı 

şəhərində  anadan  olmuşdur.  1935-

1939-cu  illərdə  ilk  rəssamlıq  təhsilini 

Azərbaycan  Rəssamlıq  Texnikumunda 

(indiki    Azərbaycan  Rəssamlıq  Aka-

demiyası  nəzdində  İncəsənət  Kolleci) 

görkəmli  rəssam  Ə.Əzimzadədən  al-

mışdır. Hələ tələbəlik illərində müstəqil 

sərgilərdə  iştirak  edən  gənc  rəssam 

1939-cu  ildə  ilk  dəfə  ənənəvi  “Bahar” 

sərgisinə qatılmış, nümayiş olunan tab-

loları böyük rəğbətlə qarşılanmışdır. 

V.İ.Surikov  adına  Moskva  Dövlət 

Rəssamlıq  İnstitutuna  daxil  ol-

muş,  İ.Y.Qrabar,  V.V.Favorskaya, 

S.V.Gerasimov 

kimi 

görkəmli 



rəssamlardan  dərs  almışdır.  Lakin  Bö-

yük  Vətən  müharibəsi  başladığından 

təhsilini yarımçıq qoyaraq Bakıya qayıt-

mışdır. 1944-cü ildə təhsilini başa vur-

maq üçün yenidən Moskvaya getmiş və 

1949-cu ildə Moskva Dövlət Rəssamlıq 

İnstitutunu  bitirmişdir.  İlk  fərdi  sərgisi 

36 yaşında, Moskvada keçirilmişdi.

M.Abdullayevin  mənzərə  janrı, 

portret  boyakarlığı,  qrafikası,  kitab 

rəssamlığı təqdirəlayiqdir. Rəssam dahi 

Nizamidən  başlamış  müasir  şair  və 

nasirlərimizə qədər bir çox sənətkarların 

portretlərini  yaratmış,  ya  da  onların 

əsərlərinə  illüstrasiyalar  çəkmişdir. 

Bunların  arasında  “Əminə  Dilba-

zi”  (1954),  “Şair  Rəsul  Rza”  (1960), 

“M.F.Axundov”  (1961),  “Molla  Pənah 

Vaqifin  portreti”  (1967),  “İmadəddin 

Nəsimi”  (1972),  “Aşıq  Ələsgərin  port-

reti”  (1975)  və  başqalarını  nümunə 

göstərmək  olar.  Yaradıcılığında  kitab 

qrafikasında  Azərbaycan  ədəbiyyatı 

nümunələri böyük yer tutmuşdur. Şifahi 

xalq ədəbiyyatından “Kitabi-Dədə Qor-

qud”, “Molla Nəsrəddin lətifələri”, yazı-

lı ədəbiyyatımızdan “Leyli və Məcnun”, 

“Danabaş kəndinin məktəbi”, “Poçt qu-

tusu”,  “Gələcək  gün”,  “Şamo”,  “Şəbi-

hicran” əsərlərinə çəkdiyi illüstrasiyalar 

Azərbaycan  kitab  qrafikası  sənətinin 

bitkin nümunələrindəndir. 

Əsərləri ölkəmizin sənət muzeylərini 

bəzədiyi  kimi,  xarici  ölkələrin  Paris, 

London, Berlin, Praqa, Budapeşt, Belq-

rad,  Sofiya,  Varşava,  Dehli,  Qahirə, 

Brüssel  kimi  şəhərlərin  sərgi  salon-

larında  nümayiş  etdirilmişdir.  1956-

1971-ci  illərdə  Hindistan,  Əfqanıstan, 

Macarıstan,  Polşa,  İtaliya  və  başqa 

ölkələrə səfərlər zamanı çəkdiyi rəsmlər 

silsiləsində “Benqal qızları”, “Racəstan 

qadınları”, “Qoca əfqan”, “Vatikan dar-

vazası”,  “Qanqa  sahillərində”,  “Tac-

Mahal” və s. rəsm əsərlərində milli və 

fərdi  xarakteristika,  plastika,  kolorit 

zənginliyi əsas yer tutmuşdur.

Yaradıcılığında  Bakı  metrosunun 

“Nizami”  stansiyasının  interyerinin 

tərtibatı  xüsusi  yer  tutmuşdur.  Ölkədə 

baş  verən  ictimai-siyasi  hadisələrə  də 

biganə qalmayan rəssam XX əsrin bö-

yük  cinayəti  hesab  etdiyi  20  Yanvar 

faciəsindən təsirlənmiş və 1992-ci ildə 

“Nakamların dəfni” əsərini yaratmışdır. 

Azərbaycan 

mədəniyyətinin, 

rəssamlıq 

sənətinin 

inkişafındakı 

xidmətlərinə  görə  müxtəlif  fəxri  adla-

ra, təltiflərə layiq görülmüşdür. O, SSRİ 

Rəssamlıq Akademiyasının  akademiki, 

1973-cü ildə profesor olmuş, 1960-cı ildə 

SSRİ  Rəssamlar  İttifaqının  üzvü,  daha 

sonra  katibi  seçilmişdir.  1955-ci  ildə 

Azərbaycan SSR-in Əməkdar İncəsənət 

xadimi, 1963-cü ildə Azərbaycan SSRİ 

Xalq rəssamı olmuşdur.

1971-ci  ildə  C.Nehru  adına 

Beynəlxalq  mükafatlar  laureatı  olmuş, 

Lenin ordeni, “Oktyabr inqilabı”, “Xalq-

lar  dostluğu”,  “İstiqlal”  ordenlərinə, 

müxtəlif medal və fəxri fərmanlara la-

yiq görülmüşdür.

Mikayıl Abdullayev 2002-ci il avqust 

ayının 21-də Bakı şəhərində vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir.



Ə d ə b i y y a t

Mikayıl Abdulla-

yev [İzomaterial]: 

rəngkarlıq və qrafika /

layih. rəhb. R.Həşimov; 

tərt. E.Məmmədov; 

bədii tərt. və dizayn. 

T.Qorçu; mətnin müəl. 

Ş.Məlikova.- [Bakı]: 

[s.n.], [2013].- 277 s.

Mikayıl Abdullayev 90 

il [İzomaterial] /[ön söz 

əvəzi Ə.Qarayev].-Bakı: 

[s.n.], [2011].- 36 s.

Nəcəfov, M. Mikayıl 

Abdullayev /M.Nəcəfov.-

Bakı: Yazıçı, 1983.- 54 s.

Əliyeva,  L. Rənglər 

aləminə əbədi məhəbbət: 

Mikayıl Abdullayev 

həyatı da, insanları da 

gördüyü və duyduğu 

kimi kətan üzərində 

əks etdirirdi /L.Əliyeva               

//Mədəniyyət.- 2014.- 19 

dekabr.- S.12.

Xəlilzadə, F. Sehrli fırça, 

sirli rənglər: Mikayıl 

Abdullayev /F.Xəlilzadə 

//Azərbaycan.- 2011.- 17 

dekabr.- S.6.

www.anl.az

www.az.wikipedia.org

19

Rəssam


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə