Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə170/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   166   167   168   169   170   171   172   173   ...   204

355

DEKABR

16

Milli ədəbiyyat 

100 

illiyi

Süleyman Vəliyev

1916-1996

DEKABR

Süleyman  Vəli  oğlu  Vəliyev 

1916-cı il dekabr ayının 21-də Bakı 

yaxınlığındakı Ramana qəsəbəsində 

anadan 

olmuşdur. 



Ramana 

məktəbində səkkizillik təhsil aldıq-

dan sonra, təhsilini məşhur “Qulam 

şqolası”nda davam etdirmişdir. 

“Əmanət  kassası”  adlı  ilk 

hekayəsi  1932-ci  ildə  “Hücum” 

jurnalında  çap  olunmuşdur.  Ədəbi 

mühitə  çox  tez  gələn  Süleyman 

Vəliyev 1937-ci ildə hərbi qulluğa 

çağırılana  qədər  Lökbatanda  çıxan 

aztirajlı  “Neft  uğrunda”  qəzetində 

jurnalistlik  fəaliyyətinə  başlamış-

dır. Yazıçının 1937-ci ildə yazıb çap 

etdirdiyi “Bığlı ağa” povesti həmin 

ildə  Azərnəşrdə  ayrıca  kitabça 

şəklində  çapdan  çıxmışdır.  Bu  ki-

tab  onu  həmişəlik  ədəbiyyata  bağ-

lamış,  ədəbi  mühitdə  tanıtmışdır. 

Bir müddət “Azərbaycan gəncləri”, 

“Kommunist” qəzetlərinin müxbiri 

olmuş, “İnqilab və mədəniyyət” jur-

nalında ədəbi işçi kimi çalışmışdır. 

1937-ci ilin payızında hərbi xidmətə 

çağırılmış,  2  il  Ukraynada  hərbi 

xidmətdə  olmuşdur.  1940-cı  ilin 

oktyabrında Xalq şairi S.Vurğunun 

köməyi  ilə  Azərbaycan  Yazıçılar 

İttifaqının  Hərbi  vətənpərvərlik 

şöbəsinin müdiri vəzifəsində çalış-

mışdır. 


İkinci Dünya müharibəsi illərində 

Almaniya,  Yuqoslaviya  və  İtali-

yada  müqavimət  hərəkatında  işti-

rak  etmişdir.  1946-1949-cu  illərdə 

M.F.Axundov adına Pedaqoji İnsti-

tutda (indiki Azərbaycan Dövlət Pe-

daqoji Universiteti) təhsil almışdır. 

1958-1963-cü  illərdə  C.Cabbarlı 

adına  “Azərbaycanfilm”  studiya-

sında redaktor vəzifəsində çalışmış, 

1963-1987-ci  illərdə  Azərbaycan 

Yazıçılar  Birliyində  məsləhətçi 

işləmişdir.

Onun  yaradıcılığında  Stalin 

repressiyaları,  müharibə  möv-

zusu,  azərbaycanlı  döyüşçülərin 

Avropa  müqavimət  hərəkatında 

iştirakı  mövzuları  əsas  yer  tutur. 

“Mübahisəli  şəhər”,  “Şor  cüllü-

tü”,  “Əncir  ağacı”,  “Qanadı  qırıq 

quş  da  uçarmış”,  “Bir  səhəng  su”, 

“Düyünlər” əsərlərinin müəllifidir.

Müasir  nəsrimizdə  müharibə 

mövzusunun görkəmli nümayəndəsi 

olan yazıçının əsərləri keçmiş SSRİ 

və xarici ölkə xalqlarının dillərinə də 

tərcümə olunmuşdur. Bədii yaradı-

cılığında S.Marşak, A.Qaydar, M.Q. 

Mixaylovski,  V.Vasilyevskayadan 

tərcümələr etmişdir.

1976-cı ildə əmək veteranı, 1981-

ci ildə müharibə veteranı olmuşdur. 

1967 və 1986-cı illərdə Azərbaycan 

SSR  Elmlər Akademiyasının Fəxri 

fərmanına, 1977-ci ildə “Azərbaycan 

Əməkdar mədəniyyət işçisi”, 1987-

ci  ildə  “Əməkdar  incəsənət  xadi-

mi”  fəxri  adlarına  layiq  görülmüş, 

1984-cü  ildə  “Xalqlar  dostluğu” 

ordeni  və  bir  sıra  medallarla  təltif 

olunmuşdur.

Süleyman  Vəliyev  1996-cı  il 

mart ayının 7-də Bakı şəhərində, 80 

yaşında vəfat etmişdir. Məzarı İkin-

ci Fəxri Xiyabandadır.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 

iki cilddə: romanlar 

/S.Vəliyev.- Bakı: Yazıçı, 

1983.

Daşlı bulaq: [romanlar] 

/S.Vəliyev; ön sözün 

müəl. C.Əhmədov.-Bakı: 

Yazıçı, 1987.- 686 s.

“Qanadı sınmış quş” 

da uçarmış: Sənədli 

nəsr, roman, povest və 

hekayələr /S.Vəliyev; 

red. Z.Əsgərov.- Bakı: 

Gənclik, 1989.- 427 s.

Mənə “sən” de 

/S.Vəliyev.- Bakı: 

Gənclik, 1985.- 325 s.

Süleyman Vəliyev                

//Əhmədov T. Azərbaycan 

yazıçıları (XX-XXI 

yüzillikdə):ensiklopedik 

məlumat kitabı.- Bakı, 

2011.-S.875.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.kataloq.net

21

Yazıçı



356

Şair, publisist

Milli ədəbiyyat  

75

illiyi

Şahmar Əkbərzadə

1941-2000 

DEKABR

Şahmar  Əkbər  oğlu  Əkbərzadə 

1941-ci il dekabr ayının 28-də Ağ-

dam rayonunun Çəmənli kəndində, 

ziyalı ailəsində anadan olmuşdur.

1958-ci  ildə  Mahrızlı  kənd  orta 

məktəbini  bitirdikdən  sonra  Şuşa 

Pedaqoji  Texnikumuna  daxil  ol-

muş, 1960-cı ildə oranı bitirmişdir. 

Elə  həmin  il  M.F.Axundov  adı-

na  Dillər  İnstitutunun  rus  dili  və 

ədəbiyyatı  şöbəsinə  daxil  olmuş, 

1965-ci  ildə  rus  dili  müəllimi  ix-

tisası  üzrə  təhsilini  başa  vurmuş-

dur. Bir neçə il Çəmənli kənd orta 

məktəbində müəllim işləmiş, 1968-

ci  ildə  Bakı  şəhərinə  köçmüşdür. 

Burada  Azərittifaqın  əməyin  elmi 

təşkili  mərkəzi  laboratoriyasında 

tərcüməçi,  1968-1973-cü  illərdə 

Azərbaycan  Kənd  Təsərrüfatı  Na-

zirliyinin  Nəşriyyat  şöbəsində 

redaktor,  1973-1978-ci  illərdə 

“Azərbaycan  gəncləri”  qəzeti  re-

daksiyasında publisistika şöbəsinin 

müdiri, 1978-1990-cı illərdə “Kom-

munist”  qəzeti  redaksiyasında 

Mədəniyyət şöbəsinin böyük ədəbi 

işçisi vəzifələrində çalışmışdır.

1990-cı  ildə  “Mədəniyyət” 

qəzetini  təsis  etmiş  və  ömrünün 

sonunadək  qəzetin  baş  redaktoru 

olmuşdur. 

Bədii yaradıcılıqla

 

1985-ci ildən 



məşğul  olmuş,  dövri  mətbuatda 

vaxtaşırı  olaraq  şeir,  məqalə  və 

tərcümələrini  çap  etdirmişdir. 

“Anama layla” (1978), “Sevgi borc 

verilməz” (1982), “Ona yanıram ki” 

(1988),  “Haqqa  pəncərə”  (1998), 

“Sev  məni”  (2000)  kitabları  işıq 

üzü görmüşdür.

Əsərləri  keçmiş  SSRİ  və  xa-

rici  ölkə  xalqlarının  dillərinə 

tərcümə  edilmişdir.  1978-ci  ildə 

Azərbaycanın  yaradıcı  gənclərinin 

tərkibində Çexoslovakiyada, 1984-

cü  ildə Azərbaycan  Jurnalistlər  İt-

tifaqının  xüsusi  qrupu  tərkibində 

Türkiyədə olmuşdur. 

1983-cü 

ildə 


Azərbaycan 

Jurnalistlər  İttifaqının  mükafatına, 

1986-cı  ildə  “Qızıl  qələm”  müka-

fatına,  1996-cı  ildə  şeirlərinə  görə 

“Araz”  ali  ədəbi  mükafatına  layiq 

görülmüşdür.

Görkəmli  şair,  publisist  Şahmar 

Əkbərzadə 2000-ci il avqust ayının 

30-da, Bakı şəhərində vəfat etmiş-

dir. 


Şairin adına beynəlxalq ədəbiyyat 

mükafatı  təsis  edilmiş,  “Şah-

mar  Əkbərzadə  adına  Beynəlxalq 

Ədəbiyyat  Mükafatı  laureatlarının 

şeir  antologiyası”  kitabı  çap  olun-

muşdur.


2014-cü  il  fevral  ayının  10-da 

“Şahmar  Ədəbi  Məclisi”  (ŞƏM) 

təsis olunmuşdur.

Ə d ə b i y y a t

Haqqa pəncərə: [şeirlər] 

/Ş.Əkbərzadə.- Bakı: Dünya, 

1998.- 304 s.

Sev məni: [şeirlər] 

/Ş.Əkbərzadə; red. 

T.Zahidoğlu.-Bakı: 

Azərbaycan, 2000.- 64 s.

Şeir /Ş.Əkbərzadə                

//Azərbaycan.- 2012.- 26 

fevral.- S.10.

Abbaslı, T. Şahmar: 

“Səndən zülümlər görsəm - 

Zülümdən gözəl nə var?..” 

/T.Abbaslı //Mədəniyyət.-

2012.- 31 avqust.- S.7.

Gülayə. Ölüm ondan 

ötrü ölümə getdi /Gülayə            

//Kaspi.-2013.- 27-29 iyul.- 

S.17.

Məmmədzadə, R. Şahmar 

Əkbərzadə ilə bir gecəlik 

görüş /R.Məmmədzadə        

//Ədalət.- 2011.- 8 yanvar.- 

S.16.

Yusifli, V. Şahmarı unutmaq 

olar?! /V.Yusifli //525-ci 

qəzet .-2011.- 3 sentyabr.- 

S.20.

İ n t e r n e t d ə

www.anl.az

28



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə