Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Milli Dirçəliş Günü



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə166/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   162   163   164   165   166   167   168   169   ...   204

346

Tarixdə bu gün

Milli Dirçəliş Günü

1992 

NOY

ABR

1988-ci ilin ilk günlərində Ermənis-

tanın Azərbaycana qarşı açıq təcavüzü 

başlanmışdı.  Moskvanın,  xüsusən 

də  SSRİ-nin rəhbəri  M.Qorbaçovun 

buna  biganə  münasibətini  görən 

ermənilər  planlı  şəkildə,  Ermənistan 

hökumətinin  tapşırığı  və  göstərişilə 

Ermənistanda  yaşayan  200  mindən 

çox  azərbaycanlını  öz  ata-baba  yurd-

larından  kütləvi  surətdə  qovmuşdu-

lar.  Ermənilər  azərbaycanlıları  təkcə 

öz  ev-eşiklərindən  qovmayırdılar, 

həm  də  onları  cismən  öldürmüş, 

diri-diri  yandırmışdılar.  Ermənilərin 

tarixdə  görünməmiş  bu  vandalizminə 

M.Qorbaçov və onun ətrafı heç bir reak-

siya verməmişdilər. Ermənilər bunun-

la da kifayətlənməmiş, 1988-ci il fev-

ral  ayının  əvvəllərində  Azərbaycanın 

Dağlıq  Qarabağ  bölgəsində  ixtişaşlar 

törətmişdilər.  Onlar Azərbaycanın  ta-

rixi  torpağı  olan  Dağlıq  Qarabağın 

Azərbaycandan qoparılıb Ermənistana 

birləşdirməsi haqqında məsələ qaldır-

mışdılar.

Belə  bir  vaxtda  Azərbaycan  xal-

qı  ayağa  qalxmış,  xalq  öz  etirazını 

şəkildə rəhbərliyə bildirmiş, respubli-

kanın hər yerindən insanlar axın-axın 

Bakıya  gəlir,  Azadlıq  meydanına  (o 

vaxt  V.İ.Lenin  adını  daşıyırdı)  topla-

şır, ermənilərin və Sovet hökumətinin 

belə münasibətinə qarşı mitinqlər ke-

çirir, öz etirazlarını bildirirdilər.

1988-ci ilin noyabrın 17-də Bakının 

əsas meydanı sayılan Azadlıq meyda-

nında Sovet dövlətinin xalqımıza qar-

şı  apardığı  antiazərbaycan  siyasətinə 

etiraz  əlaməti  olaraq  Azərbaycan 

ictimaiyyətinin  sonu  bilinməyən  mi-

tinqi başlanmışdı. O, vaxt bütün xalq 

bir  yumruq  kimi  düyünlənmişdi.  Bu, 

əsl xalq hərəkatı, milli azadlıq hərəkatı 

idi.  Dekabrın  əvvəllərində  sovet  qo-

şunları  tərəfindən  ümumxalq  mitinqi 

dağıdılmışdı. 1992-ci ildən 17 noyabr 

Milli Dirçəliş Günü kimi qeyd olunur.



Ə d ə b i y y a t

Cəfərli,R.Müstəqilliyimizin 

banisi 17 noyabr Milli 

Dirçəliş Günüdür /R.Cəfərli 

//Azərbaycan .-2014.- 16 

noyabr.- S.5.

Əhmədov, A.17 noyabr milli 

birliyimizin əsasını qoydu 

[Mətn] /A.Əhmədov//Olim-

piya dünyası .-2014.- 18-20 

noyabr.- S.5.

Rəhimzadə, A.15 İyun-Milli 

Qurtuluş Günü ölkəmizə və 

xalqımıza dirçəliş, intibah 

gətirdi: /A.Rəhimzadə //

Yeni Azərbaycan .-2014.- 14 

iyun.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azadliq.org

17

“XX  əsri  sona  vuraraq,  2000-ci  ilə  gedərək  qü-

rur hissi ilə deyə bilərəm ki, həyatımızın nə qədər 

çətin,  faciəli  bir  dövrünü  yaşadıqsa,  eyni  zaman-

da  ölkəmizin  dirçəlişini,  inkişafını,  daha  da  gözəl 

gələcəyini təmin edə bildik”.

Heydər Əliyev, ümummilli lider


347

Tarixdə bu gün

Qarakənd faciəsi 

1991 

NOY

ABR

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi - 1991-

ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd 

kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili 

kəndi ərazisində hərbi vertolyotun erməni quldur-

ları tərəfindən vurulduğu gündür. Faciə haqqında 

ilkin  məlumat  Prezident Aparatına  saat  19:55-də 

çatmış,  lakin  nə  qədər  maraqlı  olsa  da  bu  faciə 

haqqında xəbər Xankəndindən erməni dilində ya-

yımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər 

bölümündə, saat 15:30-də yayımlanmışdır. Həmin 

gün  bu  məlumatı  saat  16:15-də  Tehran  radiosu, 

17:00-da Moskva radiosu açıqlamışdır.

1991-ci  il  noyabr  ayının  20-də  Xocavənd  ra-

yonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 

hərbi  helikopterinin  erməni  silahlıları  tərəfindən 

atəşə  tutulması  nəticəsində  heyət  və  sərnişinlər 

–  Azərbaycanın  görkəmli  dövlət  və  hökumət 

nümayəndələri,  Rusiya  və  Qazaxıstandan  olan 

müşahidəçilər  –  dövlət  katibi  Tofiq  Kazım  oğlu 

İsmayılov,  Baş  prokuror  İsmət  İsmayıl  oğlu  Qa-

yıbov,  dövlət  müşaviri  Məhəmməd  Nəbi  oğlu 

Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Ha-

cıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli 

Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Apara-

tının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, 

nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, 

DQMV  prokuroru  İqor  Aleksandroviç  Plavski, 

DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vla-

dimiroviç  Kovalyov,  Dağlıq  Qarabağ  üzrə  milli 

təhlükəsizlik  şöbəsinin  rəisi  Sergey  Semyonoviç 

İvanov, fövqəladə vəziyyət rayonunun komendan-

tı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili 

işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, 

milis  general-mayoru  Mixail  Dmitriyeviç  Luka-

şov,  polkovnik-leytenant  Oleq  Nikoloyeviç  Ko-

çerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd 

oğlu  Məmmədov,  telejurnalist  Alı  Mustafa  oğlu 

Mustafayev, AzTV-nin  işıqçısı Arif  İsmayıl  oğlu 

Hüseynzadə,  videooperator  Fəxrəddin  İbrahim 

oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vya-

çeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi 

Vladimiroviç Domov, Dmitri Borisoviç Yaroven-

ko həlak olmuşlar.

Əvvəlcə  rəsmi  olaraq  helikopterin  dumana 

düşərək  qayaya  çırpılması  ehtimalı  irəli  sürülsə 

də,  bir  neçə  gündən  sonra  onun  vurulması  faktı 

təsdiqlənmişdir.

Üstündən  iyirmi  dörd  il  keçməsinə  baxmaya-

raq,  hadisə  ilə  bağlı  bir  sıra  qaranlıq  məqamlara 

bu günə qədər aydınlıq gətirilməmişdir. Məsələn, 

nə  üçün  bu  qədər  dövlət  rəsmisi  eyni  zamanda 

bir  helikopterdə  toplanmışdır?  Nə  üçün  döyüş 

zonasında  mühafizə  üçün  onu  hərbi  helikopter 

müşayiət  etməmişdir?  Uçuşun  dəqiq  marşrutu-

nu  ermənilər  haradan  bilmişdir? Yeri  gəlmişkən, 

həmin  məlumata  yalnız  Qarabağda  sovet  silahlı 

qüvvələrinin  komandanlığı  malik  olmuşdur.  He-

likopterin  vurulduğu  raketin  mənbəyi  də  məlum 

deyil. Qarabağda o zaman ən çox istifadə edilən 

silah  təyyarəvuran  zenit  raketləri  və  eyninövlü 

“Alazan” raketləri idi. İstilik raketlərindən istifadə 

edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və 

zədəsiz qalan qara qutudakı lentin “yanması” da 

qaranlıq məsələ olaraq qalmışdır.

Bu terror aktı ilə erməni separatçıları özlərinin 

terrorçu  mahiyyətini  bir  daha  sübut  etmişdilər. 

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qar-

nizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, 

istintaqın  aparılması  Respublika  Prokurorluğuna 

verilmişdir.  Hazırda  isə  cinayət  işi  üzrə  istintaq 

dayandırılmış və buna səbəb terror aktının baş ver-

diyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı 

altında olmasıdır.



Ə d ə b i y y a t

Alıoğlu, S.20 noyabr faciəsindən 23 il ötür Jurnalist Salman Alıoğlu:”Vertolyot Qarakənd üzərində olarkən ruslarla bizimkilər arasında 

atışma baş verib” /S.Alıoğlu; Müsahibəni apardı Ceyhun Abbasov //525-ci qəzet .-2014.- 20 noyabr- S. 4.

Verdizadə, S.Qarakənd səmasında donan kadr:Azərbaycanın milli qəhrəmanı, şəhid operator Fəxrəddin Şahbazovun xatirəsinə 

/S.Verdizadə//Zaman .-2015.- 25 iyul.- S.6.

20


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə