Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Azərbaycan Bayrağı Günü



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə165/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   161   162   163   164   165   166   167   168   ...   204

344

Tarixdə bu gün

Azərbaycan Bayrağı Günü

 2009 

NOY

ABR

Azərbaycan  Respublikasının  Dövlət 

Bayrağı  haqqında  ilk  hökumət  qərarı 

1918-ci  il  iyunun  24-də  verilmişdir. 

Həmin qərara görə Azərbaycan bayrağı-

nı qırmızı materialdan, üstündə ağ aypara 

və qırmızı fonda ağ səkkizguşəli ulduzun 

təsviri verilmiş bayraq kimi qəbul etmək 

nəzərdə  tutulmuşdu.  Bu  qərar  qəbul 

edilərkən  Azərbaycan  hökuməti  hələ 

Gəncə  şəhərində  yerləşirdi.  Hökumət 

Bakıda  yalnız  15  sentyabr  -  şəhər 

türk  qoşunlarının  köməyi  ilə  düşmən 

qüvvələrdən  təmizləndikdən  sonra 

fəaliyyət  göstərə  bilmişdi.  Azərbaycan 

Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə 

başlamasından az sonra, bayraq haqqın-

da ikinci qərar qəbul edilmişdi.

1918-ci  il  noyabr  ayının  9-da  

Azərbaycan 

Xalq 

Cümhuriyyəti 



Nazirlər  Şurası  milli  bayraq  haqqında 

qərar vermişdir. Nazirlər Şurasının sədri 

Fətəli Xan Xoyskinin imzaladığı həmin 

qərarda deyilir: “Milli bayraq kimi yaşıl, 

qırmızı,  mavi  rənglərdən,  ağ  aypara  və 

səkkizguşəli ulduzdan ibarət olan bayraq 

qəbul edilsin”.

1920-ci  il  aprelin  28-də  Xalq 

Cümhuriyyəti  süqut  etdikdən  və  So-

vet  hakimiyyəti  qurulduqdan  sonra 

Azərbaycanda bu bayraqdan imtina edil-

mişdir.


İkinci  dəfə  1990-cı  il  noyabrın  17-

də  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  qərarı  ilə  bu  bayraq  bərpa 

edilmiş  və Muxtar Respublikanın dövlət 

bayrağı  kimi  qəbul  edilmişdir.  Naxçı-

van  Muxtar  Respublikası  Ali  Məclisi 

Azərbaycan  SSR  Ali  Soveti  qarşısında 

üçrəngli  bayrağın  Azərbaycanın  rəsmi 

dövlət  rəmzi  kimi  tanınması  haqqında 

vəsatət qaldırmışdır.

1991-ci  il  fevral  ayının  5-də  Azər-

baycan  Respublikası Ali  Soveti  Naxçı-

van Muxtar Respublikası Ali Məclisinin 

vəsatətinə  baxmış  və  üçrəngli  bayrağın 

Azərbaycanın dövlət bayrağı kimi qəbul 

edilməsi haqqında qərar vermişdir.

Azərbaycan  Respublikasının  dövlət 

bayrağı  bərabər  enli  üç  üfüqi  zolaqdan 

ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq 

qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi 

rəng - Azərbaycan xalqının türk mənşəli 

olmasını, qırmızı rəng - müasir cəmiyyət 

qurmaq, demokratiyanı inkişaf etdirmək 

istəyini, yaşıl rəng - islam sivilizasiyası-

na mənsubluğunu ifadə edir. Qırmızı zo-

lağın ortasında bayrağın hər iki üzündə 

ağ  rəngli  aypara  ilə  səkkizguşəli  ulduz 

təsvir edilmişdir. Bayrağın eninin uzun-

luğuna nisbəti 1:2-dir. 

Azərbaycan  bayrağının  dalğalandığı  

dirək dünyada ən hündür bayraq dirəyi 

hesab olunur. “Ginnes”in dünya rekord-

ları  təşkilatı  Azərbaycan  dövlət  bayra-

ğı dirəyinin dünyada ən hündür bayraq 

dirəyi olduğunu təsdiq edib.

Qeyd  edək  ki,  bayrağın  çəkisi  350 

kiloqramdır. İnşa olunmuş dayağın hün-

dürlüyü  isə  162,  bünövrəsinin  diametri 

3,2,  bünövrənin  üst  hissəsinin  diametri 

isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 

220 tondur.

Prezident İlham Əliyev 2009-cu il 17 

noyabr  tarixli  Sərəncamla  noyabr    ayı-

nın 9-nu Azərbaycanda Dövlət Bayrağı 

Günü  elan  etmiş  və  bu  bayram  ölkədə 

qeyri-iş günü olan bayramların siyahısı-

na daxil edilmişdir.

Ə d ə b i y y a t

Əhmədov, S. Azərbaycan 

Respublikasının Dövlət 

Bayrağı /S.Əhmədov, 

V.Məmmədov; elmi 

red. və ön sözün müəl. 

N.Vəlixanlı.- Bakı: Mega 

basım, 2010.- 153 s.

Cəfərov,S.“Dövlət 

bayrağımız-milli qüru-

rumuz” mövzusunda 

elmi-praktik konfrans 

/Ş. Cəfərov//Azərbaycan 

müəllimi .-2014.- 7 

noyabr.- S.3.

9 Noyabr Azərbaycan 

Respublikasının Dövlət 

Bayrağı Günüdür 

: Üçrəngli bayra-

ğımız dövlətimizin 

müstəqilliyinin, 

xalqımızın milli 

mənsubiyyətinin, tarixi-

nin və mənəvi dünya-

sının rəmzidir //Yeni 

Azərbaycan .-2014.- 8 

noyabr S. 2.

Quliyev, M.Üçrəngli 

bayrağımız qürur 

mənbəyimizdir/M.Qu-

liyev//Yeni Azərbaycan 

.-2014.- 8 noyabr S. 10.

Turan, A. Azərbaycan 

bayrağında Ay-ulduz 

/A.Turan //Türküstan.- 

2013.- 21-27 iyul.- S.9.

www.anl.az

9



345

Tarixdə bu gün

Kоnstitusiya Günü

 1995

NOY

ABR

Azərbaycan Respublikasının 1995-

ci ildə qəbul olunmuş Konstitusiyası, 

müstəqil Azərbaycanın ilk Konstitusi-

yası idi. 

Məlum  olduğu  kimi,  1918-1920-

ci  illərdə  23  ay  mövcud    olmuş 

Azərbaycan  Xalq  Cümhuriyyəti, 

dövlətin  əsas  Qanununu  qəbul  edə 

bilməmişdi.  Beləliklə,  Azərbaycan 

Respublikasının  Konstitusiya  qu-

ruluşunun  tarixi  əsasən  SSRİ-nin 

tərkibində olduğu dövrə düşmüşdür.

Azərbaycanın  birinci  Konstitu-

siyası  1921-ci  il  may  ayının  19-da  I 

Ümumazərbaycan  Sovetlər  qurulta-

yında  qəbul  edilmişdir.  Azərbaycan 

SSR Konstitusiyasının 1921-ci il SSR 

Konstitusiyasına uyğunlaşdırılmış yeni 

redaksiyası 1925-ci il martın 14-də IV 

Ümumazərbaycan  Sovetlər  qurulta-

yında  qəbul  olunmuşdur. Azərbaycan 

SSR-in 1978-ci il aprelin 21-də qəbul 

edilmiş son Konstitusiyası da əvvəlki 

Konstitusiyalar kimi SSRİ Konstitusi-

yasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan 

müstəqillik 

əldə 

etdikdən  sonra  yeni  Konstitusiyanın 



hazırlanması  zərurəti  yaranmış,  ulu 

öndər  Heydər  Əliyev  başda  olmaq-

la  xüsusi  komissiya  təşkil  edilmiş 

və  Konstitusiya  layihəsi  ümumxalq 

müzakirəsinə  verilmişdi.  1995-ci  il 

noyabr  ayının  12-də  ümumxalq  refe-

rendumu  ilə,  müstəqil  Azərbaycanın 

ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın  dövlət  qu-

ruculuğunun  əsaslarını  qoymuş  yeni 

Konstitusiya 5 bölmədən, 12 fəsildən 

və 158 maddədən ibarətdir.

2009-cu  il  martın  18-də  keçirilən 

referendumda isə Konstitusiyaya əlavə 

və dəyişikliklər qəbul olunmuşdur.

Ölkəmizdə  12  noyabr Azərbaycan 

Respublikasının  Konstitusiyası  Günü 

kimi qeyd olunur.

Konstitusiya  -  dövlətin  ali  qanu-

nudur,  ali  hüquqi  qüvvəyə  malikdir, 

dövlətin  siyasi,  hüquqi  və  iqtisadi 

sistemlərinin əsaslarını təsbit edir. 

Konstitusiyanın    yaranma  tarixinə 

nəzər  salsaq  görərik  ki,  dünyada 

Konstitusiya  ilk  dəfə  1215-ci  ildə  

İngiltərədə  təsbit  olunmuş,  ölkədə 

qəbul olunan Azadlıqların Böyük Top-

lusu  ilk  konstitusiya  aktı  sayılmışdır. 

İlk yazılı ali qanun isə ABŞ Konstitu-

siyasıdır.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının 

Konstitusiyası /burax. məsul. 

E.Əfəndiyev.- Bakı: Hüquq 

ədəbiyyatı, 2011.- 365 s.

Abdullayev, F.Azərbaycan 

Respublikasının Konstitu-

siyası mütərəqqi dəyərləri 

əks etdirən ali hüquqi 

sənəddir/F.Abdullayev //

Azərbaycan .-2014.- 12 

noyabr.- S.4.

Azərbaycan Respublika-

sının Konstitusiyası Günü 

[Mətn]: Bu ali hüquqi 

sənədin memarı ulu öndər 

Heydər Əliyevdir//Ekran-efir 

.-2014.- 14 noyabr.- S.3.

Abbasov, İ.Müstəqil 

dövlətimizin konstitusiyası 

xalqımızı sivil həyata qo-

vuşdurur /İ. Abbasov //Xalq 

qəzeti .-2014.- 14 noyabr.- 

S.5.

Əliyeva, Y.Ali qanunu-

muz ölkədə sabitliyin

vətəndaşların yüksək 

səviyyədə yaşamasının 

təminatçısıdır: 12 noyabr 

Konstitusiya günüdür /Y. 

Əliyeva//İki sahil .-2014.- 12 

noyabr.- S.6.

www.anl.az

www.dia.edu.az

12

“Azərbaycanın  hər  bir  vətəndaşı,  onun  ərazisində 

fəaliyyət göstərən hər bir ictimai-siyasi qurum özünün 

dövlət  və  xalq  qarşısındakı  Konstitusiya  ilə  müəyyən 

edilmiş  vəzifə  və  borcunu  vicdan  və  ləyaqətlə  yerinə 

yetirməli, vətənini, dövlətini sevməli, onu qorumalı və 

tərəqqisinə çalışmalıdır”.

Heydər Əliyev, ümummilli lider


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə