Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə167/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   163   164   165   166   167   168   169   170   ...   204

348

7

Tarixdə bu gün

Beynəlxalq İnformasiya Təhlükəsizliyi 

Günü 

1988

 

NOY

ABR

Beynəlxalq  İnformasiya  Təhlükəsizliyi  Günü 

1988-ci  ilin  30  noyabrından  qeyd  olunur.  Məhz 

həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat 

institutları  və  hərbi  idarələr  də  daxil  olmaqla 

ARPANET-in minlərlə qovşağını sıradan çıxaran 

ilk  kompyuter  virusu  meydana  gəldi  və  nəhəng 

itkilərə  səbəb  oldu.  Yaradıcısının  adı  ilə  “Mor-

ris  soxulcanı”  adlandırılan  bu  virusun  vurdu-

ğu  ziyan  təxminən  100  milyon  dollar  həcmində 

qiymətləndirilmişdir. 

“Morris  soxulcanı”  göstərdi  ki,  informasiya 

təhlükəsizliyi  həqiqətən  də  çox  ciddi  məsələdir 

və  insanlar  tərəfindən  böyük  səylər  və  müva-

fiq  tədbirlərin  həyata  keçirilməsini  tələb  edir. 

Buna  görə  də  dünya  ictimaiyyəti  informasiya 

təhlükəsizliyinin  təmin  edilməsinə  kompleks  ya-

naşmanın  zəruriliyi  haqqında  ciddi  düşünməyə 

başladı. Həmin vaxtdan bəri informasiya texnolo-

giyaları, təbii olaraq informasiya cəmiyyəti inki-

şaf etdikcə bu problem daha da aktuallaşır. Bunları 

əsas  tutaraq  1988-ci  ildə  Kompyuter  avadanlığı 

üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq 

İnformasiya  Təhlükəsizliyi  Günü  elan  etmişdi. 

Ona görə ki, informasiya təhlükəsizliyi bir ölkəni 

yox, bütün bəşəriyyəti təhdid edən problemdir. 

İnformasiya  Təhlükəsizliyi  Günü  çoxdan 

istifadə  olunan  parolların  yeniləşdirilməsi,  sis-

temdə  virusların  mövcudluğunun  yoxlanması, 

verilənlərin arxivləşdirilməsi, lazımsız informasi-

yanın  silinməsi,  vacib  informasiyaların  mühafizə 

səviyyəsinin  auditi,  kompleks  təhlükəsizliyin 

və  digər  bu  kimi  tədbirlərin  həyata  keçirilməsi, 

ictimaiyyətin  diqqətinin  artırılması,  müvafiq  qu-

rumların və mütəxəssislərin məsuliyyətinin xatır-

lanması və ümumiyyətlə, bir monitorinq günüdür. 

Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi 

problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş 

beynəlxalq tədbirlər keçirilir. 

Keçən  müddət  ərzində  bu  günün  əhəmiyyəti 

daha da artmışdır. Cəmiyyətin bütün sahələrinin və 

insanların informasiya-kommunikasiya texnologi-

yalarından  (İKT)  asılılığı gücləndikcə informasi-

ya  təhlükəsizliyinin  əhəmiyyəti  özünü  daha  çox 

büruzə  verir.  İnformasiya  təhlükəsizliyi dövlətin, 

cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin 

edilməsinin əsas istiqamətlərindən birinə çevrilir. 

İnternetin  sürətli  inkişafı  və  kütləvi  halda 

istifadəçilərin meydana çıxması ilə kompyuter və 

kommunikasiya  sistemlərinə  olan  təhdidlər  daha 

ehtimallı  olur  və  onların  realizəsinin  nəticələri 

daha da geniş miqyas alır. 

İnformasiya  təhlükəsizliyinin  təmin  edil-

məsinin  ən  vacib  vəzifələrindən  biri  də  yüksək 

ixtisaslı  mütəxəssislərin  hazırlanmasıdır.  Bu 

istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra 

ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazır-

lanmasına başlanmışdır. 

Vətəndaşlarda  informasiya  mədəniyyətinin 

vacib  hissəsi  olan  informasiya  təhlükəsizliyi 

mədəniyyətinin  formalaşdırılması  istiqamətində 

davamlı  və  məqsədyönlü  tədbirlərin  görülməsi 

zəruriyyəti  də  dövrümüzün  reallıqlarıdır.  Belə 

ki,  istifadəçilərdə  informasiya-kommunikasiya 

sistemlərində  iş  zamanı  təhdidlərin  vura  biləcəyi 

ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri 

haqqında  zəruri  bilikləri  və  onlarla  işləmək  ba-

carıqları olmalıdır. İnternet şəbəkəsindən istifadə 

mədəniyyətini  formalaşdırmaq,  neqativ  təsirlərə 

qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu 

mədəniyyət normalarını təbliğ etmək lazımdır. 

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsiz-

liyi Gününün əsas məqsədlərindən biri də elə bu-

dur. 


Ə d ə b i y y a t

Əliquluyev, R.İnformasiya təhlükəsizliyi insidentləri /R. M. Əliquliyev, Y. N. İmamverdiyev ; elmi red. R. Ələkbərov ; AMEA İnformasiya 

Texnologiyaları İn-tu.-Bakı: [İnformasiya Texnologiyaları], 2012.-218 s.

30


349

DEKABR

®

 



 

 

C.A. 



C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç.

C.A. 



C. 

Ş. 


B. 

B.E.


Ç.A.

Ç.

C.A.



C. 

Ş. 


 

2



 





8 

10 



11 

12 


13 

14 


15 

16

 

17 

18 


19 

20 


21 

22 

23

 

24 

25 


26 

27 


28 

29

30 


31

QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)

• 

 Bеynəlxalq Əlillər Günü (03.12.1992)

• 

Xankəndinin işğalı günü (28.12.1991)

• 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi 

• 

haqqında ümumxalq referendumu keçirilmişdir 

(29.12.1991)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 

• 

(31.12.1991)

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun 

ən dəyərli sənət incilərindən biri də 12-ci əsr Azərbaycan şairi Ni-

zami  Gəncəvi  tərəfindən  yazılmış  “Xəmsə”nin  tam  əlyazmasıdır. 

Əlyazmanın  üzü  1636-cı  ildə  Dust  Məhəmməd  ibn  Dərviş 

Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdür. 

Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə ya-

zılıb.Əlyazmada  hər  bir  şeirin  başlığı  parlaq  rənglərlə  və  nəfis 

qızılı  naxışlarla  bəzədilib.  Burada  İsfahan  miniatür  məktəbinə 

aid  miniatürlər  var.  Nizaminin  “Xəmsə”sinə  çəkilmiş  ən  ilkin 

miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və 

Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi.

 

1 dekabr


Gün çıxır 07:44 

Gün batır 17:34

31 dekabr 

Gün çıxır 08:03 

Gün batır 17:42

23 noyabr-  

21 dekabr

Oxatan bürcünün 

Nişanı oddur. 

Yupiterin 

himayəsindədir. 

Günəşin Oxatan 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

təmkinli, fəal 

olurlar. 



875 il

1141-1209

Nizami Gəncəvi


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə