Kbt я25 uot (059) Baş redaktor


384 383 381-382 Texnika.Mühəndis işi



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə169/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   165   166   167   168   169   170   171   172   ...   204

353

384


383

381-382


Texnika.Mühəndis işi

Texnika elmləri doktoru, professor, Əməkdar mühəndis Hacıyev Bəhmən Əbiş 

oğlunun (02.12.1926-1998) anadan olmasının 90 illiyi

Texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi Abdullayev Kamal 

Mehman oğlunun (19.12. 1936) anadan olmasının 80 illiyi

Texnika  elmləri  doktoru,  professor  Abdullayev  Faiq  Məmmədəli  oğlunun 

(26.12.1936) anadan olmasının 80 illiyi

Texnika  elmləri  doktoru,  Əməkdar  mühəndis  Süleymanov  Ələkbər  Bağır 

oğlunun (31.12.1916-2000) anadan olmasının 100 illiyi

Kitabxanaşünaslıq.Biblioqrafiya

Tarix  elmləri  doktoru,  professor,  Əməkdar  elm  xadimi,  Beynəlxalq 

İnformasiyalaşdırma Akademiyasının akademiki Xələfov Abuzər Alı oğlunun 

(25.12.1931) anadan olmasının 85 illiyi



Tarixdə bu gün

QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)

Bеynəlxalq Əlillər Günü (03.12.1992)

ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın 

ərazi bütövlüyü çərçivəsində nizamlanması barədə bəyanat qəbul olunub 

(03.12.1996)

Beynəlxalq Könüllülər Günü ((05.12.1985)

Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib (06.12.1881)

Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı  Günü 

(06.12.2006)

Keçmiş SSRİ-i süqut etmişdir (08.12.1991)  

“Müstəqil Dövlətlər Birliyi”nin (MDB) yaradılması haqqında müqavilə 

bağlanmışdır (08.12.1991)

Azərbaycan İslam Konfransı Təşkilatına üzv qəbul olunmuşdur (09.12.1991)

İnsan hüquqları günü (10.12.1950)

Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (12.12)

Azərbaycan Respublikası Pensiya Fondu (16.12.1991) yaradılmışdır

Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 

dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması 

barədə qərar qəbul edilib (16.12.1991)

Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə 

dayandırılıb (19.12.1991)

Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul 

edilib (25.12.1991)



Xankəndinin işğalı günü (28.12.1991)

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ümumxalq 

referendumu keçirilib (29.12.1991)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991) 

380



354

Milli ədəbiyyat 

70 

illiyi

Ramiz Rövşən

1946 

DEKABR

Ramiz  Məmmədəli  oğlu  Əliyev 

(Ramiz Rövşən) 1946-cı il dekabr ayı-

nın  15-də  Bakının  Əmircan  kəndində 

anadan  olmuşdur.  Orta  təhsilini  Sura-

xanı  rayonundakı  208  saylı  şəhər  orta 

məktəbində  almışdır.  1964-1969-cu 

illərdə Azərbaycan Dövlət Universiteti-

nin (indiki BDU) filologiya fakültəsində 

təhsil almış, 1976-1978-ci illərdə Mosk-

vada Ali Ssenari kurslarını bitirmişdir. 

Şairin  “Bir  yağışlı  nəğmə”  adlı  şeirlər 

kitabı  1970-ci  ildə  işıq  üzü  görmüş-

dür. 1971-ci ildə Cəfər Cabbarlı adına 

“Azərbaycanfilm”  kinostudiyasında, 

“Mozalan”  satirik  kinojurnal  studiya-

sında redaktor, 1974-1975-ci illərdə ki-

nostudiyanın  ssenari  emalatxanasında 

ssenarist,  1979-1987-ci  illərdə  ssenari 

redaksiya  heyətinin  üzvü,  1987-1992-

ci  illərdə  kinostudiyanın  baş  redakto-

ru işləmişdir. “Göy üzü daş saxlamaz” 

(1987),  “Kəpənək  qanadları”  (1999), 

“Gedək biz olmayan yerə” (2006) adlı 

kitabların müəllifidir. 

Ramiz  Rövşən  şeirinin  qüdrəti 

onun  sadəliyində,  lokanikliyində, 

fəlsəfiliyindədir.  Onun  hər  bir  şei-

ri  sənətkarlıq,  fikir  dərinliyi,  rəvanlıq 

cəhətdən  ana  dilimizin  zənginliyini, 

gözəlliyini,  incəliyini  bir  daha  sübut 

edən parlaq bir nümunədir. Şeirlərində 

vətənpərvərlik, bəşəri məhəbbət, məslək 

eşqi,  dərin  etiqad,  vüqar  və  sadəlik, 

xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, 

müdriklik, həyata və insana məhəbbətin 

tərənnümü poetik şəkildə təcəssüm et-

mişdir.  Özünəməxsusluq,  bənzərsizlik 

onun şeirlərinin qayəsindədir. O poezi-

yamızda yeni irs, yeni cığır açmış və bu 

irsə öz möhürünü vurmuş, əvəzedilməz 

təkrarolunmaz bir şairdir.

1992-ci  ildən Azərbaycan  Tərcümə 

Mərkəzində  çalışmış,  S.Yeseninin 

“Qara  adam”  poemasını  və  şeirlərini, 

A.Blokun  şeirlərini,  V.Mayakovskinin 

“Şalvarlı bulud” poemasından parça və 

başqa əsərləri tərcümə etmişdir. 1985-ci 

ildə R.Rövşən haqqında  “Üç çinar yar-

pağı”,  1987-ci  ildə  “Burax  gedim,  ay 

işığı”, 1993-cü ildə “Ağrı” adlı televizi-

ya verilişləri lentə alınmışdır. “Bağışla”, 

“Bu  qatarın  dalınca  baxma”,  “Unuda-

caq” (F.Kərimova), “Novruz gəlir, yaz 

gəlir” (A.Kazımova), “Ayrılıq” (Azərin), 

“Yalquzaq” (Ş.Əlizamanlı) adlı mahnı-

ların  mətnlərinin  müəllifidir.  “Divlərin 

mahnısı” (Əzablı yollar), “Yaraşmıram 

mən sənə” (İşarəni dənizdən gözləyin), 

“Şimşimə”  (Girişmə,  öldürər),  “Yağış 

yuyur,  gün  qurudur”  (Əlvida,  cənub 

şəhəri. Mehriban Zəki), “Dilin yansın, 

dil yiyəsi” (Qala) adlı şeirləri filmlərdə 

səsləndirilmişdir.  “Babamızın  babası-

nın babası” (1981), “Şəhərli biçinçilər” 

(1986),  “Süd  dişinin  ağrısı”  (1987), 

“Özgə vaxt” (1996), “Məkanın melodi-

yası” (2004), “Qala” (2008) kimi tam-

metrajlı  bədii  filmlərin,  “Şəhidlərdən 

şəhidlərə”  (1990)  qısametrajlı  sənədli 

filmin ssenari müəllifi; “Bulud niyə ağ-

layır?” (1973), “Pıspısa xanım və siçan 

bəy” (1974), “Lovğa fil balası” (1987) 

cizgi filmlərinin, “Əzablı yollar” (1982) 

“Evlənmək istəyirəm” (1983), “Xüsusi 

vəziyyət”  (1986),  “Kişi  sözü”  (1987), 

“Araqarışdıran”  (1987),  “Gecə  qata-

rında qətl” (1990), “Kamança” (1993), 

“Etimad telefonu” (2001), “Hacı Qara” 

(2002), “Küçələrə su səpmişəm” (2004) 

tammetrajlı  bədii  filmlərində  mahnı 

mətnlərinin müəllifidir.

Şeir və hekayələri keçmiş SSRİ-nin 

bir çox dillərinə tərcümə edilmiş, ABŞ-

da,  Almaniyada,  Fransada,  Polşada, 

Bolqarıstanda,  Türkiyədə,  İranda  çap 

olunmuşdur.  Ramiz  Rövşən  1981-ci 

ildən Azərbaycan Yazıçılar Birliyi idarə 

heyətinin və Azərbaycan Mətbuat Şura-

sının üzvüdür.



Ə d ə b i y y a t

Sevgi məktubu kimi: 

şeirlər /R.Rövşən.-Bakı: 

Mütərcim, 2009.-52 s. 

Yağışlı nəğmə: şeirlər 

/R.Rövşən.- Tehran, 

2009.- 312 s.

Nefes - kitablar 

kitabı: şiir-nesr-esse 

/R.Rövşən.-Ankara: 

Bengü, 2008.- 226 s. 

Şeir /R.Rövşən                

//Ədəbiyyat qəzeti.-

2015.- 13 fevral.- S.1.

Şeirlər /R.Rövşən            

//Ədalət.-2014.- 21 

iyun.- S.13.

Aytel, İ. Ramiz Rövşən 

nəsri /İ.Aytel //Ədalət.-

2014.- 22 yanvar.- S.5.

Əliağaqızı, G. Ra-

miz Rövşən poeziyası 

/G.Əliağaqızı //Kredo.-

2014.- 1-8 fevral.- S.16.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.azerbaycanevi.com

www.bakunights.net

www.legend.az

15

Şair

DEKABR

16


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə