Kbt я25 uot (059) Baş redaktor


Xanəndə Musiqi.Opera.Balet  90



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə174/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   170   171   172   173   174   175   176   177   ...   204

362

Xanəndə

Musiqi.Opera.Balet 

90

illiyi

Əbülfət Əliyev 

 1926-1990 

DEKABR

Əbülfət Əsəd oğlu Əliyev 1926-cı il 

dekabr ayının 30-da Şuşada anadan ol-

muşdur. Ailəsi ilə Füzuli rayonuna köç-

müş 4 il orada yaşamışdır. Bu müddətdə 

Bahadur bəyin məktəbində təhsil almış-

dır.  Kiçik  yaşlarından  musiqi  ilə  ma-

raqlanmış,  Xan  Şuşinskinin,  Zülfünün, 

Bülbülün,  Seyidin  vallarına  qulaq  as-

mış,  1  saylı  şəhər  məktəbinin  musiqili 

dram dərnəyinə yazılmışdır. 

1938-1939-cu 

illərdə 

Ağdam 


Müəllimlər  evində  Xan  Şuşinskinin 

rəhbərliyi altında muğam sinfi açılmış, 

Xan  Şuşinski  Əbülfəti  dinləyib  onun 

məşqlərə  gəlməsini  məsləhət  görmüş-

dür.  1939-cu  ildə  səkkiz  ay  Məşədi 

Nərimanın  dərnəyində  tar  çalmağı 

öyrənmişdir.  1942-ci  ildə  Böyük  Okt-

yabr  Sosialist  İnqilabının  25-ci  ildö-

nümü  münasibətilə  onu  həmyaşıdları 

ilə birgə Bakıya - Opera və Balet Teat-

rında keçirilən konsertə dəvət etmişlər. 

Konsertdə onu məşhur tarzən Qurban 

Pirimov, kamançada Hafiz Mirzəliyev 

müşayiət etmişdir. Bu konsertdə iştirak 

ona böyük uğur gətirmiş, 16 yaşından 

başlayaraq Qarabağın toylarında tarzən 

Məşədi  Nərimanla,  kamançaçı  Elman 

Bədəlovla  xalq  mahnıları,  muğamları 

ifa etmişlər.

Yaradıcılığa  1943-cü  ildə  Ağdam 

Mədəniyyət  evində  başlamışdı.  O 

illərdə  Əbülfət  teatrda  epizodik  rol-

larda  oynamış,  tamaşalara  yazılmış 

mahnıları  məharətlə  oxumuşdu.  Ba-

kıya  gələndən  sonra  Respublika  radi-

osunda  solist  işləmiş  və  radiodakı  çı-

xışları  onu  bir  xanəndə  kimi  daha  da 

məşhurlaşdırmışdı.

1945-ci ildə böyük sənət məbədi olan 

Azərbaycan  Dövlət  Filarmoniyasının 

solisti  kimi  X.Şuşinski,  Z.Adıgözəlov, 

Ş.Ələkbərova, 

S.Qədimova, 

F.Mehrəliyeva,  T.İsmayılova  kimi  ge-

niş diapazonlu, gözəl səsli müğənnilərlə 

birgə  çalışmışdı.  Onun  repertuarında 

400-ə  qədər  xalq  və  bəstəkar  mahnıla-

rı  var  idi.  Xanəndənin  səsinin  ilk  dəfə 

lentə köçürülməsi 1956-cı il 7 oktyabr-

da “Pəri” xalq mahnısı ilə başlamışdır. 

Əbülfət bəstəkar mahnılarının da gözəl 

ifaçısı idi. Xanəndənin ifasında səslənən 

“Segah-zabul”,  “Rast”,  “Şur”,  “Hüma-

yun”, “Rahab”, “Mahur hindi”, “Bayatı- 

Şiraz”, “Çahargah”, “Zabul” muğamları 

radio  və  televiziyanın  fonotekasında 

saxlanılır. 

Ə.Əliyev 

1956-1962-cı 

illərdə 


Azərbaycan Dövlət Opera və Balet Te-

atrının solisti olmuşdur. Ü. Hacıbəylinin 

“Leyli və Məcnun” operası Ə.Əliyevin 

iştirakı  ilə  lentə  alınaraq  Azərbaycan 

Respublikası  radiosunun  qızıl  fondun-

da  saxlanılır.  1971-ci  ildə  Moskada 

153  ölkədən  gəlmiş  sənətkarların  iş-

tirakı  ilə  keçirilən  “Xalqların  musiqi 

mədəniyyəti: ənənə və novatorluq” adlı 

VII  Ümumdünya  musiqi  konqresində 

Ə.Əliyev Azərbaycan professional mu-

siqi  ifaçılığını  ləyaqətlə  təmsil  etmiş, 

YUNESKO-nun döş nişanına və diplo-

muna  layiq  görülmüşdür.  Xanəndənin 

musiqimizin  inkişafındakı  xidmətləri 

yüksək  qiymətləndirilərək  ona  1958-ci 

ildə  Respublikanın  Əməkdar,  1964-cü 

ildə  isə  Xalq  artisti  fəxri  adı  verilmiş-

dir.

Görkəmli xanəndə Əbülfət Əliyev 27 



dekabr 1990-cı ildə vəfat etmişdir. 

30

Ə d ə b i y y a t

Çəmənli, M. Nəğməli 

xatirələr /M.Çəmənli.- 

Bakı: “El” NPŞ MMC, 

2007.- 183 s. 

Əliyev Əbülfət Əsəd 

oğlu //Azərbaycan Sovet 

Ensiklopediyası:10 cilddə.-

Bakı, 1980.- C.4.- S.172.

Rəhimli, İ. Əbülfət Əliyev   

//Rəhimli İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 2005.- 

S.577-578.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.az


363

Aktyor

110

illiyi

Əşrəf Yusifzadə 

1906-1963 

DEKABR

Əşrəf Əmrah oğlu Yusifzadə 1906-cı 

il  dekabr  ayının  5-ində  Şərur  rayonu-

nun  Sərxanlı  kəndində  anadan  olmuş-

dur.  On  dörd  yaşına  kimi  kənddə  ya-

şamış,  1921-1925-ci  illərdə  Şərurdakı 

birinci  dərəcəli  məktəbdə  oxumuşdur. 

Ədəbiyyata,  dramaturgiyaya  coşğun 

həvəs göstərən Əşrəf məktəbdəki dram 

dərnəyinin  fəallarından  olmuşdur.  Be-

şillik  təhsilini  uğurla  başa  vuraraq 

müəllimlərinin  tövsiyəsi  ilə  İrəvana 

gəlmiş,  təhsilini  davam  etdirmişdir. 

İrəvanda  Azərbaycan  teatrının  can-

lı  klassiklərindən  olan  Yunis  Nurinin 

dram  dərnəyinə  gedən  aktyor,  onun 

zəmanəti  ilə  İrəvan  Dram  Azərbaycan 

teatr  dəstəsinin  aktyor  heyətinə  qəbul 

olunmuşdur. Burada epizodik rollar oy-

namış, kütləvi səhnələrdə iştirak etmiş-

dir.  Bu  kollektivdə  ilk  dəfə  Jan  Batist 

Molyerin “Zorən təbib” komediyasında 

nökər rolunu ifa etmişdir. 1930-cu ildə 

teatr  sənətindən  ayrılaraq  Bakıya  ali 

təhsil almağa gəlmiş, burada Politexnik 

İnstitutuna  (indiki Azərbaycan  Texniki 

Universiteti)  daxil  olmuşdur.  Məşhur 

aktyor Rza Təhmasiblə, şair-dramaturq 

H.Cavidlə  dostluğu  onu  yenidən  teatr 

sənətinə  bağlamış,  1932-ci  il  oktyabr 

ayında isə Bakı Türk İşçi Teatrının trup-

pasına  aktyor  götürülmüşdür.  1933-cü 

ildə kollektivlə birgə Gəncəyə gəlmiş və 

ömrünün sonunadək Gəncə Dövlət Dram 

Teatrında  fəaliyyət  göstərmişdir.    Gur 

səsi, pafoslu danışıq ahəngi klassik faciə 

obrazlarının  və  çağdaş  romantik  duy-

ğulu  xarakterlərin  səhnə  təcəssümündə 

daha qabarıq nəzərə çarpmışdır. Gəncə 

tamaşaçılarının  rəğbət  və  məhəbbətini, 

ehtiram və hörmətini qazanmış, teatrda 

tamaşalar  hazırlamış  rejissorlardan  H. 

İsmayılov,  M.Məmmədov,  H.Ağayev, 

H.Sultanov,  T.Kazımov,  N.Sadıqzadə, 

Y.Bağırov, V.Şərifov, Ə.Quliyevin bədii 

cəhətdən daha kamil quruluşlarında əsas 

rolları ifa etmişdir.

Məşhur  aktyorun  zəngin  və  əlvan 

yaradıcılıq  xəzinəsinin  əsas  rolla-

rı:  Mirzə  Rəhim  (“Özgə  uşaqları”, 

V.Şkvarkin),  Balarza,  Atakişi,  Mirzə 

Rza, Aqşin, General-qubernator, Dövlət 

bəy  (C.Cabbarlı  “Almaz”,  “Sevil”, 

“Nəsrəddin şah”, “Od gəlini”, “1905-ci 

ildə” və “Aydın”), Məktəb naçalniki (Tur 

qardaşları və Lev Şeynin “Üzləşdirmə”), 

Frans  Moor  (“Qaçaqlar”,  F.Şiller), Va-

qif  və  Qacar,  Xosrov  (S.Vurğun  “Va-

qif”  və  “Fərhad  və  Şirin”),  Dəmirçi 

Musa, Mirzə Qərənfil, Gülümov, Qasım 

(S.Rəhman “Toy”, “Xoşbəxtlər”, “Aşna-

lar” və “Nişanlı qız”), Yaqo (V.Şekspir 

“Otello”), Veysəl və Qaya (M.Təhmasib 

“Bahar”),  Nizami  (M.Hüseyn  “Niza-

mi”), Tofiq (İ.Əfəndiyev və M.Hüseyn 

“İntizar”),  Əhmədi  Biqəm,  Məşədi 

Hüseyn  (M.İbrahimov  “Məhəbbət”  və 

“Həyat”),  Hacı  Qara  (M.F.Axundzadə 

“Hacı  Qara”),  Xosrov  Atayev,  Nəcəf 

(İ.Əfəndiyev  “Atayevlər  ailəsi”  və 

“Bahar suları”), Con Rayt (İ.Mosaşvili 

“Qərq  edilmiş  daşlar”),  Şeyx  Nəsrulla 

(C.Məmmədquluzadə  “Ölülər”),  Vil-

yams (N.Hikmət “Kəllə”), Sultan Zöh-

rabov  (B.Vahabzadə  “Vicdan”),  Şeyx 

Sənan və Özdəmir, Keykavus (H.Cavid 

“Şeyx  Sənan”  və  “Səyavuş”),  Ezop 

(G.Fiqeyredu “Tülkü və üzüm”), Səməd 

Vurğun (İ.Coşqun “Komsomol poema-

sı”).


17 iyun 1943-cü ildə “Azərbaycanın 

Əməkdar artisti”, 30 aprel 1955-ci ildə 

isə  “Xalq  artisti”  fəxri  adları  ilə  təltif 

edilmişdir.

Əşrəf  Əmrah  oğlu  Yusifzadə  1963-

cü il mart ayının 7-də Gəncə şəhərində 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Məmmədov, A.Əşrəf 

Yusifzadə /A.Məmmədov; 

red. Y.Əzimzadə; 

Azərbaycan Teatr 

Cəmiyyəti.- Bakı: 

Azərnəşr, 1974.- 23 s.

Yusifzadə Əşrəf /[red. 

C.Səfərov].- Bakı: 

Azərbaycan teatr 

cəmiyyətinin nəşri, 1961.-

[2] qat. v.

Yusifzadə Əşrəf //Nax-

çıvan ensiklopediyası /

AMEA; red. hey. C.Əliyev, 

A.Əlizadə, İ.Həbibbəyli 

[və b.].- Bakı: AMEA, 

2002.- S.585. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.bahlulzade.az

www.medeniyyet.az

5

Teatr.Kino 



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə