Kbt я25 uot (059) Baş redaktor


İctimai xadim Siyasət.Hüquq.Hərbi iş 75



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə178/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   174   175   176   177   178   179   180   181   ...   204

370

İctimai xadim

Siyasət.Hüquq.Hərbi iş

75

illiyi

Məhəmməd Əsədov  

1941-1991 

DEKABR

Məhəmməd Nəbi oğlu Əsədov 1941-

ci il dekabr ayının 5-də Zəngilan rayo-

nunun Baharlı kəndində anadan olmuş-

dur. 1958-ci ildə orta məktəbi Zəngilan 

rayonunun  Mincivan  qəsəbəsində 

bitirmiş,  həmin  ildə  Bakı  Statistika 

Texnikumuna daxil olmuşdur. 1960-cı 

ildə  texnikumu  müvəffəqiyyətlə  başa 

vuraraq Zəngilan rayonunda inspektor 

vəzifəsində çalışmışdır.

1961-1964-cü illərdə orduda xidmət 

etmiş, tərxis olunduqdan sonra Sumqa-

yıt  şəhərində  1  saylı  trestdə  çalışmış-

dır.

1965-ci  ildə  Azərbaycan  Dövlət 



Universitetinə  (indiki  BDU)  da-

xil  olmuşdur.  Eyni  zamanda  2  saylı 

trestdə mühasib işləmiş, 1967-1968-ci 

illərdə  trestdə  plan  şöbəsinin  müdiri 

vəzifəsində çalışmışdır.

1968-ci ildə Sumqayıt Şəhər Partiya 

Komitəsinin Sənaye şöbəsinə təlimatçı 

vəzifəsinə  irəli  çəkilmişdir.  1970-ci 

ildə  D.Bünyadzadə  adına  Azərbaycan 

Xalq Təsərrüfatı  İnstitutunun  Maliyyə 

və kredit ixtisası üzrə tam kursunu bi-

tirmişdir. 1973-1975-ci illərdə Sumqa-

yıt  Şəhər  Partiya  Komitəsində  sənaye 

şöbəsinin,  1975-1978-ci  illərdə  isə 

Təşkilat şöbəsinin müdiri olmuşdur.

1978-1980-ci  illərdə  Ağsu  Ra-

yon  İcraiyyə  Komitəsinin  sədri  kimi 

fəaliyyət  göstərmişdir.  1982-ci  ildə 

Moskva  Təhlükəsizlik  Akademiya-

sını  qırmızı  diplomla  başa  vurmuş, 

Azərbaycan Təhlükəsizlik Nazirliyində 

məsul vəzifədə çalışmışdır.

1983-1986-cı illərdə Jdanov (indiki 

Beyləqan) Rayon Partiya Komitəsinin 

birinci  katibi  vəzifəsində  işləmiş, 

işlədiyi  müddətdə  göstərdiyi  işgü-

zarlığına,  biliyinə,  qabiliyyətinə  görə 

onu Mərkəzi Komitəyə dəvət etmişlər. 

1986-1988-ci  illərdə  İnzibati  orqanlar 

şöbəsinə müdirlik etmişdir.

1988-1989-cu  illərdə  Ağdaş  Ra-

yon  Partiya  Komitəsinin  birinci  kati-

bi  vəzifəsində  işləmiş,  öz  təşkilatçılıq 

qabiliyyəti  ilə  təsərrüfatın  bütün 

sahələrini  ön  cərgəyə  çıxarmışdır. 

1989-1990-cı illərdə fəaliyyətini Quba 

Rayon Partiya Komitəsinin birinci ka-

tibi kimi məsuliyyətlə davam etdirmiş-

dir.

M.Əsədov 1990-cı ilin may ayında 



Azərbaycan  Respublikasının  Daxili 

İşlər  naziri  vəzifəsinə  təyin  edilmiş-

dir.  Nazir  işlədiyi  müddətdə  vaxtının 

çoxunu  Qarabağ  bölgəsində  keçirmiş, 

əsgərlərlə  çiyin-çiyinə  səngərlərdə 

gecələmişdir.

1990-cı il noyabr ayının 5-də general-

mayor  rütbəsini  almışdır.  1991-ci  ilin 

noyabr  ayına  qədər  Daxili  İşlər  naziri 

vəzifəsində çalışmış, göstərdiyi şücaətə 

görə  müşavir  kimi  yüksək  vəzifəyə 

təyin edilmişdir.

Məhəmməd  Əsədov  1991-ci  il  no-

yabr ayının 20-də dövlət xadimləri ilə 

birlikdə öz vəzifə və vətəndaşlıq borc-

larını yerinə yetirmək üçün vertolyotla 

Ağdam  şəhərinə  uçmuş  və  Qarakənd 

səmasında  dəhşətli,  yaddaşlardan 

silinməyən  və  xalqımızı  həmişə  ağrı-

dan  o  qanlı  vertolyot  faciəsi  baş  ver-

mişdir.  Vertolyot  ermənilər  tərəfindən 

vurulmuş  və  xalqımızın  azadlığı, 

torpaqlarımızın  bütövlüyü  uğrunda 

gedən  mübarizədə  Məhəmməd  Nəbi 

oğlu Əsədov da qəhrəmanlıqla, faciəli 

şəkildə həlak olmuşdur.

Adına  Qarabağ  müharibəsinin  ilk 

günlərində  Famil  Mehdi  tərəfindən 

yaradılmış  “Nicat”  cəmiyyətinin  təsis 

etdiyi  “General  Məhəmməd  Əsədov” 

mükafatı yaradılmışdır. 

Ə d ə b i y y a t

Mehrəliyev, E. Gene-

ral Məhəmməd Əsədov 

/E.Mehrəliyev; Qərib Ə.-R. 

Qarannı.-Bakı: Elm və 

təhsil, 2011.- 606 s.

Yolunu gözləyirik /

tərt. ed.: T.Mehdixanlı, 

N.Əsədov, R.Əsədov; 

red. S.Kəlbixanlı.- Bakı: 

Mütərcim, 2000.-280 s.

Abdullayev, S. General 

Məhəmməd Əsədov: böyük 

vətənpərvər, unudulmaz 

şəxsiyyət /S.Abdullayev 

//525-ci qəzet.- 2013.- 17 

yanvar.- S.4.

Abdullayev, S. Unudul-

mayan şəxsiyyət - gene-

ral Məhəmməd Əsədov 

/S.Abdullayev //Ədalət.-

2013.- 18 yanvar.- S.4.

Əliyarlı, İ. Soykökü türk

nəsil şəcərəsi Qaraqoyun-

lu: Məhəmməd Əsədov-70  

/İ.Əliyarlı //Kaspi.-2011.- 7 

dekabr.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

5



371

İlham Əliyev

1961 

Azərbaycan Respublikasının

 Prezidenti

Siyasət.Hüquq.Hərbi iş

55

illiyi

DEKABR

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Heydər  oğlu  Əliyev  1961-ci  il  dekabr  ayının  24-

də  Bakı  şəhərində  anadan  olmuşdur.  1967-1977-ci 

illərdə  orta  təhsilini  Bakıda  almışdır.  1977-ci  ildə 

Moskva  Dövlət  Beynəlxalq  Əlaqələr  İnstitutuna 

(MDBƏİ) qəbul olunmuşdur. MDBƏİ-ni bitirdikdən 

sonra  1982-ci  ildə  institutun  aspiranturasına  daxil 

olmuş, 1985-ci ildə dissertasiya müdafiə edərək ta-

rix  elmləri  namizədi  elmi  dərəcəsi  almışdır.  İlham 

Əliyev  1985-1990-cı  illərdə  MDBƏİ-də  müəllim 

kimi  çalışmışdır.  1991-1994-cü  illərdə  özəl  biznes 

sahəsində  çalışmış,  bir  sıra  istehsal-kommersiya 

müəssisələrinə rəhbərlik etmişdir. 

Cənab İlham Əliyev 1994-cü ildən 2003-cü ilin av-

qust ayınadək Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin  vitse-prezidenti,  sonra  isə  birinci  vitse-

prezidenti  olmuşdur.  Ulu  öndər  Heydər  Əliyevin 

neft  strategiyasının  həyata  keçirilməsində  fəal  işti-

rak etmişdir. Azərbaycanın neft siyasətinin geosiyasi 

aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. 

Siyasi  elmlər  doktorudur.  İlham  Əliyev  iki  dəfə  - 

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublika-

sı Milli Məclisinə millət vəkili seçilmişdir. 1997-ci 

ildən Azərbaycan Milli Olimpiya Komitəsinin pre-

zidentidir. İdmanın və Olimpiya hərəkatının inkişa-

fında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya 

Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu 

ildə  “Yeni  Azərbaycan  Partiyası”  sədrinin  müa-

vini,  2001-ci  ildə  sədrin  birinci  müavini,  2005-ci 

ildə  isə  partiyanın  sədri  seçilmişdir.  2001-2003-cü 

illərdə  Avropa  Şurası  Parlament  Assambleyasında 

(AŞPA) Azərbaycan  Respublikası  Milli  Məclisinin 

nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin 

yanvarında Avropa  Şurası  Parlament Assambleyası 

sədrinin  müavini,  AŞPA-nın  Büro  üzvü  seçilmiş-

dir.  2004-cü  ilin  aprelində AŞPA-nın  fəaliyyətində 

fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə 

AŞPA-nın Fəxri üzvü diplomu və AŞPA medalı ilə 

təltif edilmişdir. 

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən 

təsdiq  edildikdən  sonra  İlham  Əliyev  Azərbaycan 

Respublikasının  Baş  Naziri  təyin  edilmişdir.  2003-

cü ilin oktyabr ayının 15-də Azərbaycan Respubli-

kasının Prezidenti seçilmişdir. Prezident seçkilərində 

seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs 

vermişdir. XXI əsrin ilk Prezident seçkilərində xalqı-

mızın iradəsinə arxalanan, siyasətini milli maraqla-

rımızın tam təmin olunması üzərində quran, ümum-

milli  liderimiz  Heydər  Əliyevin  müəyyənləşdirdiyi 

dinamik inkişaf strategiyasını rəhbər tutan və regi-

onda çox böyük nüfuza malik olan İlham Əliyevin 

dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə 

keyfiyyətcə  yeni  mərhələnin  başlanğıcı  qoyulmuş-

dur.  2003-cü  il  oktyabrın  31-də  cənab  Prezident 

vəzifəsinin icrasına başlamışdır. Prezidentliyinin ilk 

günlərindən özünü peşəkar siyasətçi kimi təsdiqləyən 

İlham  Əliyevin  siyasi-psixoloji  portretinin  əsasını 

təşkil  edən  komponentlər  onun  Azərbaycan  siyasi 

arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğu-

nu sübut etdi. O, öz siyasi simasında Qərb standart-

larının, aristokratik siyasi rəftarın, rasional düşüncə 

tərzinin, praqmatizmin milli mentalitetlə son dərəcə 

dəqiqliklə  uzlaşdırılmış  ansamblını  yaratmağa  nail 

olmuşdur.  Cənab  İlham  Əliyev  bu  keyfiyyətləri  ilə 

Azərbaycan siyasətinə yeni nəfəs, siyasi abu-hava və 

müasirlik gətirdi. Başqalarından fərqli olaraq siyasi 



24


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə