372
romantizm, saxta vətənpərvərlik, arxaik siyasi ide-
ologiyalar kimi amillər onun bir siyasətçi kimi for-
malaşmasına zəmin yaradan komponentlər sırasında
mövcud deyildir. On ildən artıq hakimiyyəti ərzində
ümummilli lider Heydər Əliyevin siyasi kursunun la-
yiqli davamçısı olan Prezident İlham Əliyevin apar-
dığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güc-
lü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin
maraq və mənafelərini özündə əks etdirmişdir. Cənab
İlham Əliyev 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə isə
3-cü dəfə yenidən Prezident seçilmişdir. Prezident
İlham Əliyev seçki qabağı platformasının bütün
istiqamətləri üzrə xalqa verdiyi vədləri ardıcıl olaraq
yerinə yetirdiyi üçün seçicilər məhz növbəti 5 ildə də
taleyini ona etibar etdilər. Azərbaycanın hərtərəfli və
dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji
sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə
nail olmaq, milli sahibkarlığın formalaşması və in-
kişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə
hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi,
diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi,
Azərbaycanın milli mənafeyinə cavab verən balans-
laşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə in-
teqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi
platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı
bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
Cənab Prezident rus, ingilis, fransız və türk
dillərini bilir.
Prezident İlham Əliyev çoxsaylı orden, mükafat
və fəxri adlarla təltif olunmuşdur: “Heydər Əliyev”
ordeni (Azərbaycan Respublikası), Beynəlxalq
münasibətlər və sülh naminə İhsan Doğramacı mü-
kafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumı-
niya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı
Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legio-
nunun Böyük Xaçı” ordeni (Fransa), “Şeyxülislam”
ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav
Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” bi-
rinci dərəcəli ordeni, “Böyük Kordon” Şərəf ordeni
(Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrinin
İdman Təşkilatlarının Beynəlxalq Konfederasiya-
sının “Şərəf” ordeni, FİLA-nın Şərəf Zalının ən
yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublika-
sının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa),
“I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni (Ukray-
na), “Mübarək əl-Kəbir” ordeni (Küveyt dövləti),
Yunanıstan Parlamentinin Qızıl medalı (Yunanıstan),
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı,
“Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi;
Linkoln Universitetinin Fəxri doktoru (ABŞ), Mosk-
va Dövlət Beynəlxalq Münasibətlər Universitetinin
Fəxri doktoru, L.N.Qumilyov - Avrasiya Milli Uni-
versitetinin professoru (Qazaxıstan), Bilkənt Univer-
sitetinin Fəxri doktoru (Türkiyə), Vergilər üzrə Milli
Akademiyanın Fəxri doktoru (Ukrayna), Ploesti Neft
və Qaz Universitetinin Fəxri doktoru (Rumıniya),
Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri
professoru (Bolqarıstan), Kyung Hee Universitetinin
Fəxri doktoru (Cənubi Koreya), İordaniya Univer-
sitetinin Fəxri doktoru (İordaniya), Korvinus Uni-
versitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Ma-
carıstan), M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Fəxri professoru (Rusiya Federasi-
yası), Taras Şevçenko adına Kiyev Milli Universi-
tetinin Fəxri doktoru (Ukrayna), Məhdumqulu adına
Türkmənistan Dövlət Universitetinin Fəxri professo-
ru (Türkmənistan Respublikası), Bakı Dövlət Uni-
versitetinin Fəxri doktoru (Azərbaycan), Belarus
Dövlət Universitetinin Fəxri professoru (Belarus
Respublikası).
Ə d ə b i y y a t
İnkişaf məqsədimizdir:çıxışlar, nitqlər, bəyanatlar, məktublar, məruzələr, fərmanlar /İ.Əliyev; [bur. məs. R.Mehdiyev].- Bakı: Azərnəşr, 2008-
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev-50 /[Azərb. Resp. “Kitab” cəmiyyəti].-Bakı: [s. n.], 2011.- 67, [1] s.
Prezident İlham Əliyev və mədəniyyət (2003-2008): 2 cilddə.- Bakı: [Şərq-Qərb], 2013.-C.1.- 506 s.; C.2.-568 s.
Prezident İlham Əliyevin seçilmiş nitqləri 2003-2013 /məsləhətçi: E.Aslanov, F.Məmmədov; tərc. ed.: Rəşad, S. Kərimov, Xu Fenxua.-Bakı:
[Strateji Araşdırmalar Mərkəzi SAM], 2013.-191, [1] s.
Каспийская нефть Азербайджана /И.Алиев; науч. ред. А.Х.Мирзаджанзаде; [отв. ред.: Л.Гусейнов, Р.Аббасов, М.Ахмедов].-Москва:
Известия, 2003.- 710, [2] с.
Алиева, Л. С днём рождения, дорогой Президент!: 24 декабря 2011 года /[Л.Алиева].- Баку: [б. и.], 2011.- 182, [2] с.
Озерев, М. Ильхам Алиев: Я верю в мой Азербайджан /[М.Озерев].- Москва: Бослен, 2007.- 352 с.
Президент Ильхам Алиев: [многотомник] /сост. Н.Мамедов; гл. конс. Н.Джафаров; Фонд поддержки политики тюркоязычных
государств.- Бишкек: Бийиктик, 2011-
Цыганов, О. Ильхам Алиев: Открытий мир /О.В.Цыганов; cост. А.В.Караев; перевод на англ. ООО “Первая Переводческая
Компания”.-Москва: Хроникер, 2008.- 291, [6] с.
373
Tarixçi alim
Tarix
75
illiyi
Ağalar Abbasbəyli
1941
DEKABR
Ağalar Nəriman oğlu Abbasbəyli
1941-ci il dekabr ayının 31-də Bakı
şəhərində anadan olmuşdur. 1957-ci
ildə Bakı şəhəri 6 nömrəli orta məktəbi
fərqlənmə attestatı ilə bitirmişdir.
1957-1962-ci illərdə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin
tələbəsi, 1967-1968-ci illərdə aspirantı
olmuşdur. 1968-ci ildə Moskva Dövlət
Universitetində namizədlik dissertasi-
yasını müdafiə etmişdir.
1968-1986-cı
illərdə
indiki
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində kafedra müdiri kimi
fəaliyyət göstərmişdir. 1980-ci ildə
doktorluq dissertasiyasını müdafiə et-
mişdir.
Tarix elmləri doktoru elmi dərəcəsi
və iki - tarix və beynəlxalq münasibətlər
istiqamətləri üzrə professor elmi adı var.
500-dək elmi əsərin müəllifidir. Bunlar-
dan 50-si monoqrafiya və dərsliklərdir.
Elmi-pedaqoji fəaliyyət dövründə
30-a yaxın alim - elmlər namizədi və
elmlər doktoru hazırlamış, o cümlədən
Azərbaycan Respublikasında ilk dəfə
siyasi elmlər istiqamətində 10 siyasi
elmlər namizədi və 3 elmlər doktoru-
nun elmi rəhbəri və məsləhətçisi olmuş,
Beynəlxalq münasibətlər ixtisası üzrə
50 nəfər magistrin ərsəyə gəlməsində
mühüm rol oynamışdır. 100-dən yuxarı
elmi-nəzəri konfransda, o cümlədən xa-
rici ölkələrdə keçirilən 30 konfransda iş-
tirak etmişdir. Müxtəlif illərdə müxtəlif
dövlət və partiya vəzifələrində çalış-
mış, xarici ölkələrdə Sovet səfirliyində
müşavir, uzun müddət SSRİ Sülh Fon-
dunun sədr müavini və Azərbaycan
Respublikası Sülh Fondunun sədri ol-
muş, Azərbaycan KP Bakı şəhər Partiya
Komitəsinin katibi, Azərbaycan SSR Ali
və Orta İxtisas Təhsil naziri, Azərbaycan
KP Təşviqat Komissiyasının sədr müa-
vini və sədr əvəzi, MSK-nın üzvü və s.
vəzifələrdə çalışmışdır. Uzun müddət
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının
Dissertasiya Şurasının üzvü, dəfələrlə
Birdəfəlik Elmi Müdafiyə Şuraların
sədri olmuş, beş elmi jurnalın redaksiya
heyətinin, BDU-nun və AMEA - İnsan
Hüquqları İnstitutunun Elmi Şuraları-
nın üzvüdür. 1991-ci ildən BDU-nun
Beynəlxalq münasibətlər kafedrasına
rəhbərlik edir. Rus, ingilis, portuqal, serb
və ispan dillərində sərbəst danışır.
Görkəmli alim, tarix elmləri dok-
toru, professor Ağalar Abbasbəyli
“Heydər Əliyev və dünya siyasəti”,
“Azərbaycan mənim ürəyimdir” (Heydər
Əliyevin siyasi tərcümeyi-halından
səhifələr), “Azərbaycanın gələcəyi
naminə”, “Azərbaycan müasir dövrdə”,
“Azərbaycan beynəlxalq və regional
təşkilatlar sistemində”, “XXI əsrin as-
tanasında Rusiyanın Qafqaz siyasəti”,
“XXI əsrdə Rusiya Federasiyasının xa-
rici siyasəti”, “XXI əsrin geostrategiya-
sı”, “Qloballaşma və müasir beynəlxalq
münasibətlər sistemi”, “Qafqaz müasir
geostrategiyada”,
“Konfliktologiya”,
“Beynəlxalq münaqişələr: nəzəri və
konseptual yanaşmalar”, “Beynəlxalq
münasibətlərin
proqnozlaşdırılma-
sı nəzəriyyəsinin bəzi problemləri”,
“Diplomatik protokol”, “Diplomati-
ya terminləri lüğəti” və s. əsərlərin
müəllifidir.
Ə d ə b i y y a t
Beynəlxalq münasibətlər
tarixi: ən qədim dövrlərdən
XIX yüzilliyin 70-ci illərinin
sonuna qədər/ A. N.
Abbasbəyli, S.Z.Yusifzadə.-
Bakı:BDU-nun nəşriyyatı,
2009.-309 s.
Dünya siyasəti: XX əsrin
ikinci -XXI əsrin əvvəlləri :
dərslik /A. N. Abbasbəyli ;
elmi red. Q. H. Məmmədov,
R. Ə. Sadıqov ; rəyçi Z. M.
Həsənalıyev [və b.].-Bakı:
[Nurlar], 2011.- 582, [1] s.
История
международных
отношений: после
окончания I мировой
войны и до окончания II
мировой войны. 1918-
1945 : учебное пособие
/А. Н. Аббасбейли, М. В.
Баба-заде ; науч. ред.
С. З. Юсиф-заде, З. М.
Гасаналиев.Аббасбейли,
Агалар Нариман оглы.
д-р ист. наук, проф.-
Баку: [Изд. Бакинского
Ун-та], 2014.- 186, [2]
с.: 20 см.
Abbasbəyli Ağa-
lar Nəriman oğlu //
Azərbaycan Milli
Ensiklopediyası.-C.1.-
Bakı, 2009.-S. 15.
31