Kbt я25 uot (059) Baş redaktor


Aktrisa Teatr.Kino Zemfira Əliyeva



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə176/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   172   173   174   175   176   177   178   179   ...   204

366

Aktrisa

Teatr.Kino

Zemfira Əliyeva  

1941-1995   

DEKABR

Zemfira  Məmmədəli  qızı  Əliyeva 

1941-ci  il  dekabr  ayının  25-də  Gəncə 

şəhərində anadan olmuşdur. Anası Firuzə 

Bədirbəyli  Gəncə  Dövlət  Dram Teatrı-

nın aktrisası olmuşdur. Aktrisa da kiçik 

yaşlarından  teatrın  tamaşalarında  uşaq 

rollarını ifa etmişdir. Rolları emosional 

və xüsusi məharətlə yaratma qabiliyyəti 

və istedadı olduğu üçün 17 yaşında ona 

Cəfər  Cabbarlının  “Solğun  çiçəklər” 

melodramasında  Sara  rolu  tapşırılmış-

dır. Gənc aktrisa bu roluna görə böyük 

uğur  qazanmışdır.  Bundan  sonra  teatra 

işə götürülmüş və qısa müddətdə Səməd 

Vurğunun “Vaqif” (Gülnar), Viktor Ro-

zovun “Sabahın xeyir” (Liza), Evripidin 

“Medeya” (Medeya), Əfqan Əsgərovun 

“Qız  atası”  (Məryəm)  əsərlərinin  ta-

maşalarında  mürəkkəb  rollar  oynamış, 

“Böyük dayaq” filmində Pərişan obrazı-

na çəkilmişdir. 

Füsunkar  səhnə  görkəmi,  məlahətli 

danışığı, zəngin və əlvan ifadə vasitələri, 

coşqun  daxili  ehtirası  onun  əsas 

keyfiyyətlərindən  idi.  Bu  yaradıcılıq 

keyfiyyətləri aktrisanın yaratdığı səhnə 

surətlərinə  xüsusi  emosional  təravət, 

psixoloji  dərinlik  və  fəlsəfi  bütövlük 

vermişdir. 

Zemfira Əliyeva bir sıra tamaşalarda 

aşağıdakı  baş  rolları  ifa  etmişdir:  Al-

maz,  Sara,  Firəngiz,  Yaqut  (“Almaz”, 

“Solğun  çiçəklər”,  “Oqtay  Eloğlu” 

və  “Yaşar”,  Cəfər  Cabbarlı),  Səlma, 

Roza,  Xumar,  Anjel  (“Ana”,  “Şeyda”, 

“Şeyx  Sənan”  və  “Uçurum”,  Hüseyn 

Cavid),  Sona  (“Hacı  Qara”,  Mirzə 

Fətəli Axundzadə), Reyhan (“Yağışdan 

sonra”,  Bəxtiyar  Vahabzadə),  Maral 

(“Sənsiz”,  Şıxəli  Qurbanov),  Mədinə, 

Azadə  (“Mənim  nəğməkar  bibim” 

və  “Bir  cüt  bədmüşk  ağacı”,  Əkrəm 

Əylisli),  Pırpız  Sona  (“Dəli  yığınca-

ğı”,  Cəlil  Məmmədquluzadə),  Zinyət 

(“Toy”,  Sabit  Rəhman),  Söylü  (“Bəxt 

üzüyü”,  Vaqif  Səmədoğlu  ,)  Nərmin, 

Anjel  (“Unuda  bilmirəm”  və  “Məhv 

olmuş  gündəliklər”,  İlyas  Əfəndiyev), 

Kleya  (“Tülkü  və  üzüm”,  Gilerma  Fi-

qeyredu),  Pəricahan  və  Zöhrə  (“Laçın 

yuvası” və “Eşq və intiqam”, Süleyman 

Sani  Axundov),  Zəhra  (“Bayramın  bi-

rinci  günü”,  Nazim  Hikmət),  Elektra 

(“Elektra”,  Sofokl),  Dilbər  (“Yenə  o 

bağ olaydı...”, Mlkayıl Müşfiqin şeirləri 

əsasında bədii kompozisiya), Vəfa (“Siz 

xoşbəxt yaşayın”, Əlyar Yusifli). 

1972-ci ildə Naxçıvan Dövlət Musi-

qili Dram Teatrının truppasına daxil ol-

muşdur. Bu teatrda qazandığı sənətkarlıq 

nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə 

“Azərbaycan Respublikasının Əməkdar 

artisti”, 1 dekabr 1982-ci ildə isə “Xalq 

artisti”  fəxri  adlarına  layiq  görülmüş-

dür. 


1988-1995-ci illərdə Akademik Milli 

Dram Teatrında çalışmışdır. 

Televiziya  tamaşalarında  da  yad-

daqalan  obrazlar  (“Yad  qızı”,  Orxan 

Kamal,  “Manas”  və  s.)  yaratmış-

dır.  “Azərbaycanfilm”in  “Pəncərə”, 

çoxseriyalı  “İtkin  gəlin”  filmlərində 

çəkilmişdir.

Xalq artisti Zemfira Məmmədəli qızı 

Əliyeva 16 noyabr 1995-ci ildə Bakıda 

vəfat etmişdir.

25

16

Ə d ə b i y y a t

Zemfira Əliyeva /Naxçı-

van MSSR, Mədəniyyət 

Nazirliyi.- Bakı: İşıq, 

1981.-[4] s.

Rəhimli, İ. Zemfira 

Əliyeva ///İ.Rəhimli İ. 

Azərbaycan teatr tarixi.- 

Bakı, 2005.- S.235.

   

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

75 

illiyi

21



367

21

Milli Qəhrəmanlar

55

 illiyi

Salatın Əsgərova  

1961-1991   

DEKABR

Salatın  Əziz  qızı  Əsgərova  1961-

ci  il  dekabr  ayının  16-da  Bakıda  ana-

dan olmuşdur. 1979-cu ildə M.Müşviq 

adına  18  saylı  orta  məktəbi  əla 

qiymətlərlə başa vurmuşdur. Elə həmin 

il  Azərbaycan  Neft  və  Kimya  İnstitu-

tuna  (indiki  Azərbaycan  Dövlət  Neft 

və  Sənaye  Universiteti)  daxil  olmuş, 

mühəndislik ixtisası üzrə təhsil alsa da, 

ədəbiyyata olan həvəsi onu jurnalistika 

aləminə yönəltmişdir.

Əvvəlcə  qələmini  ştatdankənar 

müxbir  kimi  sınamış,  1984-cü  ildə 

müqavilə  ilə  “Bakı”  qəzetində,  4  il 

sonra isə “Молодежь Азербайджана” 

(Azərbaycan  gəncləri)  qəzetində  ça-

lışmış,  müxtəlif  mövzularda  çıxışlar 

etməyə başlamışdır. Onun işıqlandırdığı 

məsələlər ölkənin ən vacib problemləri 

ilə bağlı olmuş, Qarabağ dərdi, torpaq-

larımızın bütövlüyü yazılarının başlıca 

mövzularına çevrilmişdi. Tez-tez cəbhə 

xəttinə  gedərək  qaynar  nöqtələrdən 

operativ  materiallar  hazırlayan  Salatı-

nın ailəsi, iş yoldaşları dəfələrlə qarşı-

sını almağa çalışsalar da, ona mane ola 

bilməmişdilər. 

1991-ci  il  yanvar  ayının  9-da 

içərisində  Salatın  Əsgərovanın  olduğu 

maşın Laçından Şuşaya gələrkən, yolun 

6-cı kilometrində, Qaladərəsi kəndi ya-

xınlığında erməni quldurları tərəfindən 

yaxın məsafədən atəşə məruz qalmışdır. 

Tanınmış jurnalist vəhşicəsinə qətlə ye-

tirilmişdir.

Azərbaycan  Respublikası  Preziden-

tinin  6  noyabr  1992-ci  il  tarixli  294 

saylı Fərmanı ilə Əsgərova Salatın Əziz 

qızına ölümündən sonra “Azərbaycanın 

Milli  Qəhrəmanı”  fəxri  adı  verilmiş, 

Bakı  şəhərinin  Şəhidlər  Xiyabanında 

dəfn edilmışdir. 

Bakı şəhərində adına küçə var. Bakı 

buxtasındakı  gəzinti  kateri  onun  adı-

nı  daşıyır.  “Təfəkkür”  Universitetində 

büstü qoyulmuşdur. Yaşadığı binaya ba-

relyefi vurulmuşdur. Yaxınlığında həlak 

olduğu kənd “Salatınkənd” adlanır.

Ə d ə b i y y a t

 

S.Ə.Əsgərovaya, A.M.Mustafayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Əsgərova Salatın Əziz qızı - “Молодежь 

Азербайджана” qəzetinin müxbiri - Qarabağın Dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya ictimaiyyətinə çatdırılma-

sında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə yetirərkən göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezi-

dentinin Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 21.- S.27. (Ölümündən sonra).

Əsgərov, V. Əsgərova Salatın Əziz qızı /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.100.

Əsgərova Salatın Əziz qızı //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.- 

S.71.

Odlu nöqtələrdən yazan qəhrəman xanım: Salatın Əsgərova həmişə ucuz ölümdən qorxurdu //Şərq.- 2011.- 22 iyul.- S.11.

Şəymən. Şəhid jurnalist - Salatın Əsgərova /Şəymən //Şərq.-2013.- 17 dekabr.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

 www.milliqahraman.az 

www.e-qanun.az

16

Milli Qəhrəman



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə