“KİMYƏVİ Kİnetika və kataliZ” İXTİsasi üZRƏ doktoranturaya qəbul



Yüklə 231,83 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix25.05.2022
ölçüsü231,83 Kb.
#87926
1   2   3   4   5   6   7   8   9   10
2316.01 (4)

2.3. Termodinamikanın üçüncü qanunu. 
Entropiyanın 
mütləq 
qiyməti. 
Kimyəvi 
tarazlığın 
hesablanmasında 
termodinamikanın üçüncü qanununun tətbiqi. Nemst tənliyi. 
2.4. Statistik termodinamika haqqında məlumat. 
Hal cəmi anlayışının fiziki mənası. Reaksiyaya girən molekullann enerjisi. Hal 
cəminin irəliləmə, rəqsetmə və fırlanmaya aid tərkib hissələri. Onlara aid 
kəmiyyətlərin ölçüsü və qiyməti. Tarazlıq sabitinin hal cəmi vasitəsilə ifadəsi. 
III. KATALİZ 
3.1. Əsas anlayışlar. Katalitik təsirin prinsipləri. 
Kimyəvi proseslərin təsnifatı. Kataliz. Homogen və heterogen kataliz. Turşu - əsas 
və oksidləşmə reduksiya katalizi. Katalizatorun təsirinin təbiəti, kataliz və tarazlıq. 
Katalitik aktivlik, selektivlik və stereospesifıklik. Promotorlar və zəhərlər. 
Katalitik reaksiyaların kinetikasının xüsusiyyətləri. 
Katalitik reaksiyaların aktivləşmə enerjisi. 
Reagentlərin katalizatorla qarşılıqlı təsiri və katalitik təsirin prinsipləri. 
3.2. Homogen kataliz. 
Qaz və maye fazalarda homogen katalitik reaksiyalar. Katalizatorun əsas 
xüsusiyyətləri. Homogen katalizdə aralıq maddələrin alınması. Hidrogen 
peroksidin homogen parçalanması. 
Qaz fazada və məhlulda homogen reaksiyaların kinetik tənliklərininçıxarılışı və 
analizi. 
Homogen katalizdə aralıq mərhələlər nəzəriyyəsinin əsas müddəaları. 


Metal ionları və kompleksləri ilə kataliz. Həlledicilərin təsiri. Solvatlaşma və 
kompleksəmələgəlmə. VIII qrup metallarının katalitik aktiv komplekslərinin əsas 
tipləri. Metal komplekslərinin hidrid formaları. Doymamış birləşmələrin məhlulda 
aktivləşdirilməsi. CO, CO2, N2 və alkan molekullarının məhlulda komplekslərlə 
aktivləşməsi. Katalitik aktivliyin komplekslərin elektron və fəza quruluşu ilə 
əlaqəsi. Asimmetrik metalkompleks katalizi. Olefınlərin hidrogenləşmə, 
izomerləşmə, metatezis, karbonilləşmə və oliqomerləşmə reaksiyaların mexanizmi. 
Turşu - əsas katalizi. Turşu - əsas tipli reaksiyaların təsnifatı. Məhlullarda turşu - 
əsas katalizi. Lüis və Brenstedə görə turşu və əsas anlayışları. Spesifik turşu 
katalitik reaksiyaların mexanizmi və kinetikası. Qammetin turşuluq funksiyası və 
onun kinetik sabitlərin hesablanmasında istifadə edilməsi. Ümumi turşu katalitik 
reaksiyaların kinetikası və mexanizmi.Brensted tənliyi və katalitik reaksiyaların 
kinetikasında onun istifadə edilməsi. Spesifik və ümumi əsas katalizi. Nukleofıl və 
elektrofıl kataliz. 

Yüklə 231,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə