Kitаb аtаmın yаzılаrının ərsəyə gəlməsində müstəsnа хidməti оlаn



Yüklə 4,79 Kb.
Pdf görüntüsü
səhifə2/101
tarix04.11.2017
ölçüsü4,79 Kb.
#8307
1   2   3   4   5   6   7   8   9   ...   101

_____________
Milli Kitabxana________________ 
 
5
redaksiyaya təqdim olunan əsərlərə qarşı həssas olmağı, “bədii 
əsərlərə  tələbkarlıqla yanaşmağı” tövsiyə edir. Tənqidçinin 
“Vətəndaş” povesti”, “Üç hekayə” məqalələrində ədəbi – bədii 
orqanlarının işi hekayə  və povest janrlarında çap olunan 
əsərlərin ideya-estetik keyfiyyətləri kontekstində 
qiymətləndirilir. Onun ədəbi orqanların işinə diqqətlə 
yanaşması daha çox profilaktik xarakter daşıyır; istedadsızlara 
meydan verilməsi tendensiyasının güclənməsindən, nəticə 
etibarı ilə neçə-neçə istedadlının əsərinin redaksiya künclərində 
toz içində “yatıb qalması”nı aydın təsəvvür etməsindən yaranan 
narahatlığından qidalanır. 
 
Ə.Hüseynovun məqalələrinin bir qismi resenziya 
janrında yazılmışdır. Məlumdur ki, resenziya tənqidin  ən 
kütləvi və eyni zamanda populyar janrıdır. Daha artıq bədii 
əsəri oxucuya təqdim etmək funksiyası daşıyan bu janrda 
tənqidçi oxucu ilə yazıçı arasında bir körpü rolu oynayır. 
Oxucunun  ədəbi zövqünün formalaşmasında tənqidçinin ona 
hansı tip əsərlər təqdim etməsinin də böyük rolu var. 
Ə.Hüseynovun təqdimləri ancaq təbliğ xarakteri daşımır. 
Bəlkə, daha çox oxucuda əsərə qarşı analitik münasibət tərbiyə 
etməyə, oxuduğuna tənqidi yanaşmaq bacarığı  aşılamağa 
istiqamətlənir. Bununla belə,  Ə.Hüseynovun resenziyalarında 
əsər müəllifinə istiqamətlənən “söz”ün payı daha çoxdur və 
demək olar ki, aparıcıdır. Çünki Ə.Hüseynov tənqidin hətta 
“oxucu ünvanlı janrı”nda da tənqidin  ədəbi prosesi 
istiqamətləndirmək missiyasına önəm verir. Əsərə ideya-estetik 
yanaşmada bədii bütövlüyü əsas  şərt kimi alan tənqidçi 
sənətkarın bədii uğurları ilə bərabər uğursuzluqları üzərində də 
geniş dayanır. “Qış gecəsi” romanı haqqında qeydlər” 
məqaləsində S.Qədirzadənin romanı ilə bağlı  təhlillər 
tənqidçinin ümumən bəyəndiyi, təfsilatlı  və müsbət elmi 
analizdən keçirdiyi əsərə münasibətdə də son dərəcə həssas və 
prinsipial olduğunu göstərir. 
Ə.Hüseynov tənqidi 
mülahizələrində heç vaxt hissə qapılmır, ya tərif, ya tənqid 
prinsipini (bəzi tənqidçilər üçün xarakterik olan cəhəti) yaxına 
_____________
Milli Kitabxana________________ 
 
6
buraxmır,  əsərin bütün məziyyətləri ilə  bərabər, bu 
məziyyətlərə kölgə salan cəhətləri də göstərməyi vacib hesab 
edir. Bu göstərilən qüsurlar isə uzun-uzadı  tərifdən sonra 
gözdən pərdə asmaq üçün deyilən bir-iki qüsur demək 
ənənəsindən – indi tənqid və  ədəbiyyatşünaslıqda bir növ 
vərdişə çevrilən, tənqidi sözü kəsərdən salan mənfi haldan çox 
fərqli bir missiya daşıyır. 
 Sözü 
gedən roman haqqındakı  təhlillərdə  tənqidçinin 
süjetin təbii inkişafı, obrazların xarakterinin təbiiliyi və 
ardıcıllığı, psixologizmin dərinləşdirilməsinə olan ehtiyacla 
bağlı irəli sürdüyü mülahizələrin əsərin ideya – bədii cəhətdən 
mükəmməlləşməsi naminə söylənməsi heç bir şübhə doğurmur. 
“Bir sıra qüsurlarına baxmayaraq “Qış gecəsi” romanı 
oxucuların hüsn-rəğbətini qazanmış  əsərdir. Salam Qədirzadə 
müsbət obrazların, xüsusən Adil və Mənsurənin təbiətində olan, 
lakin hələ açılmamış bir sıra müsbət cəhətlərə yenidən nəzər 
salmalı,  əsəri kitab şəklində  nəşr etdirənə  qədər bunları 
dərinləşdirməlidir” qənaəti ilə bitən iyirmi dörd səhifəlik elmi-
analitik təhlilin nəinki hər səhifəsində, hətta hər bir mülahizədə 
tənqidçinin yazıçı  əməyinə, həqiqi sənətə  dərin ehtiramı, 
qayğısı üzə çıxır. 
 
Ə.Hüseynovun tənqidçi xarakterini  həm də  ədəbi 
məhsulun zəifliyi müqabilində heç bir güzəştə getməmək, ağır 
bir zəhmətə qatlaşıb  əsərin zəifliyini,  ədəbiyyatımıza heç bir 
yenilik gətirmədiyini, hələ  bəlkə onu bir qədər də geri 
apardığını sübut etmək bacarığı, istəyi və 
əzmi 
müəyyənləşdirir.  
 
Əhməd Rəhimovun Azərbaycan Uşaq və  Gənclər 
ədəbiyyatı  nəşriyyatı  tərəfindən çap olunan “Mənim ailəm” 
romanı haqqında məqalədə  əsər tənqid olunur. Ümumiyyətlə, 
məqalə çox kəskin tənqid tonunda yazılmışdır. Ancaq bu tonda 
inkarçılıq yoxdur; dövrün, zamanın aktuallıq qazandırdığı 
istehsalat mövzusunda yazılan və bədii cəhətdən çox zəif olan 
əsərə tənqidçinin güzəştsiz münasibəti vardır.  


_____________
Milli Kitabxana________________ 
 
7
 “Mənim ailəm” romanı haqqında  Ə.Hüseynovun 
güzəştsiz təhlilləri bu gün həm də ona görə maraqla oxunur ki, 
məqalənin yazıldığı əllinci illərin ortalarında tənqidin istehsalat 
mövzusunda yazılan  əsərlərə münasibəti birmənalı deyildi. 
“...Qəhrəman sosializm yarışında qalib gəlirsə, deməli, o, güclü 
bədii surətdir” (Elçin dövrün tənqidiniн istehsalat və  əmək 
qəhrəmanlarını  dəyərləndirmə meyarlarını sonralar bu cür 
formulə etmişdi. Bax: Elçin. Tənqid və  ədəbiyyatımızın 
problemləri. Bakı, Yazıçı, 1981, s.249) tendensiyası, tənqidin 
bədii  əsər qəhrəmanına bu meyarla yanaşmaq meyli hələ  də 
qalırdı. Buna görə  də C.Cəfərov tamamilə doğru yazırdı ki, 
“məqsəd təsərrüfat hadisələrini göstərmək yox, bu hadisələrin 
dogurduğu fikir və hissləri canlı şəkildə ifadə etməkdir” (Sitat 
Elçinin “Tənqid və  ədəbiyyatımızın problemləri” kitabından 
(s.247) götürülmüşdür). Əllinci illərin ortalarında nəinki bir çox 
yazıçılar, hətta  ədəbi tənqiddə  də istehsalat mövzusuna 
münasibətdə bu estetik meyara əməl etməyənlər var idi. 
Ə.Rəhimovun romanında “məqsəd təsərrüfat hadisələrini 
göstərmək” idi. Ə.Hüseynov isə C.Cəfərovun məqaləsində 
müəyyənləşdirilən “hadisələrin dogurduğu fikir və hissləri canlı 
şəkildə ifadə etmək” konsepsiyasının tərəfdarı idi. Əslində, 
C.Cəfərovun vaxtında qaldırdığı problem, Ə.Hüseynovun bədii 
əsərdən tələb etdiyi keyfiyyət  ədəbiyyatımızda insan amili, 
şəxsiyyət başlanğıcı probleminin qoyuluşu idi; ədəbiyyatı öz 
əbədi və əzəli mövzusuna qaytarmağa, onu “insanda insanı kəşf 
etmək” ideyasına doğru istiqamətləndirməyə hesablanmışdı. 
 
“İstehsalata həsr olunmuş bir romanda əməyin ilk plana 
çəkilməsi və qabarıq, canlı təsviri yazıçının diqqət mərkəzində 
olan dir məsələdir. ... Lakin bizdə gündəlik iş heç vaxt adamları 
istirahətdən, ailə sevincindən məhrum etməmişdir” deyəndə 
tənqidçi,  əslində  bədii nəsrimizdə “canlı insan olmağa vaxt 
tapmayan surətlər silsiləsi”nə (Elçin) qarşı  çıxır, elə bu 
məqsədlə də Sokolov, Zərifə, Maslov kimi obrazların “gündəlik 
ailə sevinclərindən məhrum  şəkildə  təsvir olunmasını”, Sadıq 
obrazının öz təbiətindən çıxarılmasını, onun xarakterinin qeyri-
təbii inkişafını, ümumiyyətlə insan münasibətlərinin təsvirində-
ki “uydurma” halları, saxta pafoslu həyat səhnələrini, “müəl-
lifin dolğun xarakterlər yaratmaq imkanının məhdudluğunu, 
_____________
Milli Kitabxana________________ 
 
8
obrazların çoxluğunu, xarakterik cizgilərlə  səciyyələndirilmə-
diyi üçün tez də unudulduqlarını, onların “dəyişən ruhi hallar-
da, fəaliyyətdə, hərəkətdə deyil, durğun şəkildə oxucuya təqdim 
edilməsi”ni və s. və i. cəhətlərin əsəri ideya – estetik mükəm-
məllikdən məhrum etdiyini göstərirdi. 
 Bir 
tənqidçi kimi təcrübəsi artdıqca  Ə.Hüseynov  ədəbi 
prosesə daha dərindən və  əhatəli nüfuz edir. Zaman keçdikcə 
onun məqalələrinin  əhatə dairəsi genişlənir, daha problematik 
xarakter alır.  Əgər “Şairin məhəbbəti” və  “Əhməd Cəmilin 
lirikası” məqalələri bir sənətkarın yaradıcılıq yolunu ədəbi 
prosesin hərəkəti ilə sintezdə izləmək, onun sənət taleyini bütün 
inkişafı  və ziqzaqları ilə elmi təhlil müstəvisinə  gətirmək 
məqsədi daşıyırsa, “Hekayələrimizdə  sənətkarlıq məsələləri”, 
“Lirikamızın həyatiliyi uğrunda”, “Poemalarımızın ideya – bə-
dii keyfiyyətləri” məqalələrində  tənqidçi  ədəbi prosesin hərə-
kətini ayrı – ayrı janrların axtarışları istiqamətində ümumiləş-
dirir. Bu zaman tənqidçinin janrların təkamül yolunu qiymət-
ləndirmə meyarı  ənənəyə novator münasibətlə müəyyənləşir. 
Konkret bədii nümunələrin hər birinin uğurlu cəhətləri janrın 
tarixin yaddaşındakı poetikasına nəyi və necə  əlavə etməsi ilə 
dəyərləndirilir. 
 
Ə.Hüseynovun bədii  əsərə verdiyi qiymətdə  sənətkarın 
bədii dil imkanlarının səviyyəsi çox əhəmiyyətli yer tutur. 
Əsərin dili üzərində təfsilatı ilə dayanmaq, xüsusən bədii dilin 
qüsurlarını konkret fakt və  dəlillərlə ortaya qoymaq 
Ə.Hüseynovun tənqidi düşüncəsinin üslubi dominantlarından 
biri kimi çıxış edir. 
 Düşünürük ki, oxuculara təqdim olunan bu kitab nəinki 
50-60-cı illərin  ən istedadlı  tənqidçilərindən birinin – 
Ə.Hüseynovun elmi portretini təsəvvür etməyə imkan verəcək, 
həm də  ədəbi tənqidimizin bu illərdəki mənzərəsi haqqında 
təsəvvürlərimizin bütövləşməsinə yardımçı olacaq.  
     
  Təyyar SALAMOĞLU 
                               Filоlоgiyа еlmləri dоktоru 
 
 


Yüklə 4,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə